Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

20 

 

Qanlı günlər 

 

İmdi  tamam  yeddi  aydır  ki,  Zaqafqaziya  tarixçəsinin  qanlı  səhifələri 



açılmışdır. Bu qanlı səhifələrdə bir çox şəxslər önlərinə bədnamçılıq adı əhya edib 

bir çoxlarını qırğına vermişlər. Bu ağır və dəhşətli günlər müsəlman məxluqu üçün 

çox ağır və çox da bahalı oturmuşdur. Bu günlərdə minlərlə müsəlman külfətləri 

sahibsiz  qalıb  çöllərə  düşmüşlər.    Bir  İrəvan  quberniyasında  42  kənd  viran  olub 

əhalisi  tərki-vətən  olmuşdur.  Biçarə  şamaxılılar  qışı  öz  isticə  ocaqlarını  buraxıb 

yağış-yağmurun  altında  bu  səhraları  ata-oğlunu,  ana  qızını  gözlərinin  yaşlarını 

tökə-tökə axtarırlardı. 

Martda  nahaq  yerə  minlərlə  islam  fəhlələri  adlarını  bolşevik  adlandıran 

erməni  quldurlarının  qurbanı  olub  meyitləri  dəryaya  tökülmüşdür.  Bilməm  kimə 

lazım  idi  islam  fəhlələrinin  qətli?  Məsləkli  dejaparidizzayəmi?  Yox,  islam 

fəhlələrinin qətli ancaq erməni xainlərinə lazım idi. 

Xunxar erməni bandaları müsəlmanların izzəti-namusuna toxunub gah 12 

yaşında  qız  uşaqlarını  dizlərinin  üstünə  mindirib  keyfləndirib  namusuna  təcavüz 

etdikdə  təsəlliyyat  olurlar  idi,  gah  Şamaxıda  dörd  yüzdən  ziyadə  qoca  islam 

ailələrini məscid həyatına yığıb siyirmə xəncər bunların üstə düşüb vay həsrəta ilə 

doğrayan zaman islamlardan intiqam almışlar. 

Erməni  bandaları  daha  islamlara  nə  etmədilər?  Erməni  bandaları 

Şamaxıda  islamların  müqəddəs  məscidlərinə  kimi  yandırıb  məhv  etmişlər.  Bir 

böyük minillik Şamaxıdan imdi bu saətlikdən ancaq bir məzarıstanə bənzər yanmış 

uçuq xərabələr taparsınız. 

İslam  aləmi  Abbas  Səhhət  kimi  böyük  bir  ədibi  bu  bandalara  qurban 

vermişdir. Bununla böylə bir neçə doxturlar cavan-qoca alimlər qətl olunmuşlar. 

Bir  böylə  böyük  bədbəxtlikləri  eşidib  və  bir  böylə  nahaq  axan  qanlara 

şahid  olan  Zaqafqaziyadakı  ictimaiyun  və  ya  milli  qəzetələr  erməni  bandalarına 

etiraz etdilərmi? 

Nahaq yerə tökülən islam fəhlələrinin qanları bu gün hesab olunub. Haqlı 

çöllərə tökülmüş balaları və övrətləri qəzetələr tərəfindən bandaların balaları hesab 

olunurlar. 

Bəsdir, nə vəqtə qədər yatıb dalda arxada qalacaqsın, ey yazıq millət?! 

Na-həqq  yerə ölən sən, xainlərin gülləsinə düçar olan sən, başımız qalıb 

ayaqlar altında tapdalanan sən. Bu gün də genə müqəssir olan sən. 

Binəva 

 

 



 


21 

 

Bakının mart hadisəsi 



 

(Martdan sentyabra kimi Bakıda olmuş M.Ə.Əfəndinin nəqli) 

 

Bakının  martda  olan  faciəsinin  ayrı-ayrı  vəhşiliklərindən  danışmaqdan 



qabaq mən hadisənin təfsili  haqda danışmaq  istəyirdim - deyə M.Ə.Əfəndi  sözə 

başladı.  Təbii,  Bakı  hadisəsi  əvvəlcə  milli  bir  rəngə  malik  deyildir.      Fəqət,  

vaqtiykən  bolşeviklər  gördülər  ki,  yalnız  öz  güclərilə 

müsəlmanları  basa  bilməyəcəklər.  Başladılar  erməni 

soldatları  olan  qazarmalara  mübəliğ  yollamağa  ki, 

ermənilər  öz  əbədi    düşmənləri    ilə  mübarizəyə 

çıxsınlar.  Bu  dəvətdən  sonra  Bakı    hadisəsi  rəngini  

dəyişib  iki qonşu millətin milli mübarizəsinə çevrildi. 

Bu da lazımdır deyək ki, bolşeviklər, ruslar və 

yəhudilər  silahlansın,  camaət  ilə  insaniyyət-karanə 

dolanırdılar.  Onlar  var  gücləri  ilə  çalışırdılar  Bakı 

hadisəsi  “milli  rəng”  almasın,  fəqət  müvəffəq  ola 

bilmədilər.  Lazım  bilirəm  daha  aydın  təsvir  üçün  öz 

evində olanların başına gələnləri nəql edəm. 

Bizi (krasnoqvardiya) əhatə etmişdi, gedirdik, 

yolda (krasnoqvardiya)lar erməniləri qovlayırdılar. Biz 

bunun  səbəbini  soruşduq.  Onlar  deyirlər  ki,  ermənilər 

çox  vaxt  apardığımız  adamları  öldürürlər.  Ona  görə 

sizin salamatlığmız üçün onları qovlamaq lazımdır. 

Yolda  bəlli  oldu  ki,  bən  yoldaşım 

(krasnoqvardiya)  olan  bir  yəhudi  tələbəsinin  evində 

qalacağam. Biz evdə mehriban qəbul olunduq. 

İkinci  gün  tələbə  evə  gələndə  sararmış  idi. 

Anası  səbəbini  sorduqda  bən  öyrəndim  ki:  Biz 

yaşadığımız  evdə  bir  erməni  polkunun  ştabı  vardı. 

Həmin  həyətdə  də  12  müsəlman  arvad  və  uşaqları 

gizlənmişlər. Erməni polkunun rəisi əmr vermiş ki, bu 

12  nəfəri  gülləbaran  etsinlər.  Bu  vaxt  yəhudi  tələbə 

mane olmaq istəmiş: - Köməksizləri öldürmək eyibdir, 

demiş,  bunun  cavabında  erməni  söyləmiş  ki:  - 

“Rdovska morda”, bəsdir onlara yardım etdiyiniz... 

Bu  gecə  onlar  və  evinizdə  olan  qonaqlar  gülləyə  tutulacaqlar.  Bunu 

eşidcək tələbəyə dedim ki, mənim barəmdə müsəlman bolşeviklərindən Nəriman 

bəy  Nərimanova  və  Məşədi  bəy  Əzizbəyova  xəbər  versin.  Bir  saat  keçmədi  ki, 

Şaumyanın əmri ilə 15 nəfər (qvardiya) gəlib erməni naçalniki həbs edib, bizi də 



22 

 

Musa  Nağıyevin  qış  klubuna  apardılar.  Burada  bizdən  başqa  saysız-hesabsız 



müsəlman  var idi.  Onlar hamısı  çılpaq  döşəmə  üstünə  oturmuşdular.  Oturanların 

içində Bakının mötəbər adamlarının ailəsi dəxi çox idi. 

Həmin  burada  Məşədi  Əzizbəyov  və  Sultanov  bana  rast  gəldilər.  Onlar 

şikayət etdilər ki, müsəlmanlar az olduqlarına görə, ermənilər alçaq fikirlərinə nail 

oldular. 

Necə ki, erməni olmasa idi, bolşeviklər qalib gəlməyəcəkdi.  İmdidə bən 

böylə anlayırdım ki, əgər ermənilər olmasa bolşeviklər müsəlmanlar üçün çox işlər 

görər və müsəlman xalqı da onlara rağib olardı. 

Necə ki, məlumdur onlar da müsəlman firqələri xüsusi dəstələr düzəldib 

Azərbaycan  qoşunu  ilə  müharibə  apardılar.  Lakin  vəqtki  ermənilər  yolda 

müşəlman kəndlərini, obalarını yandırmağa başladılar. 

Ermənilər,  bolşevizm,  bayrağı  altında  əvəzində  müsəlman  firqəsini 

talayıb qırırdı. O cümlədən Nəvahi kəndini yerli-dibli yandırdılar. 

Ermənilər  evbəev  gəzib  ziyalı  müsəlmanları  yığırdılar  və  naməlum  bir 

yerə aparırdılar. 

Çox  vaxt  aparılan  ziyalı,  oxumuş  müsəlmanların  meyitlərini  tapmaq 

olurdu. Fəqət, çox vaxtda olurdu ki, heç bir əsər də əldə etmək mümkün olmayırdı. 

Misal:  İki  doktor  Kərim  bəy  Balabəy  Sultanovlar  heç  tapılmadı.  O 

cümlədən mədənçi T.B.Qulubəyov da itdi. Meyitaxtaran bir dəstə bir quyuya rast 

gəlirlər.  Quyunun  yanında  hasar  içində  çoxlu  müsəlman  arvad,  uşaq  meyiti  var 

imiş. 

İkinci bir dəstə, bir quyuya rast gəlirlər ki, bərk boğucu iyi çıxırmış. Bir 



nəfəri quyuya salırlar. Fəqət o, tez çıxarılmasını rica edir. Zira, durmaq mümkün 

deyilmiş. Ancaq özü ilə bir cib dəftəri gətirmiş idi. Yazılarında məlum olmuşdur 

ki, bu dəftər H.Cəfərovun xidmətçisi Tahirovundur. 

Xəstəxanada yatan bir yaralı nəql edir ki: “Biz 9 nəfər müsəlman idik. 5 

nəfərimiz şəhərli, 4 nəfərimiz kəndli idik. Biz araba ilə gedirdik ki, yolda erməni 

(krasnoqvard)ları bizi həbs edib Zabrata apardılar. 

Yolda  bir  neft  quyusunun  yanında  bizi  saxladılar.  5  şəhərlini  diri-diri 

quyuya  tullayıb  bizi  də  gülləbaran  etdilər.  Mənim  üç  yoldaşım  öldü.  Mən  isə 

yaralandım.  Ermənilər  gedəndən  sonra  mən  sürünə-sürünə  dəhşətli  yerdən 

uzaqlaşdım. Yolda məni bir həmşəri qalxızıb xəstəxanaya apardı. 

Bütün  vəhşət  və  zalımlıqları  sayıb  qurtarmaq  olmaz.  Bunu  bilirəm  ki, 

bolşeviklərin  öz hesabına  görə  8 min  islam  qırılmışdı.  Bu  yalandır.  Çünki  onlar 

ətrafda, kəndlərdə qırılanları hesaba daxil etməmişlər.  

Mən  mart  və  sentyabr  dəhşətlərinin  ikinsini  də  görmüşəm.  Və  cəsarətlə 

deyə bilərəm ki, biri-birindən pis və hər ikisi də erməni-müsəlman ədavətdən bir 

vaqeədir” - deyə M.Ə.Əfəndi nəqlini bitirdi. 



Xanım Sultanova 


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə