Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

23 

 

Azəri türkləri 

 

Bu gün mart faciəsindən sonra namus və heysiyatı təhqir



 

olunmuş, hüquq və 

milliyyəti  ayaqlar  altına  salınmış  Azərbaycan  türklərinin haqqında  qonşu  millətlərin 

çox mətbuatı nə lisan ilə danışdığı heç kəsə gizli olması gərəkdir. 

Azərbaycan  türklərinə  vəhşi,  yartıcı,  quldur,  ərticaiyyun  və  qara  qüvvə 

adlarına insaniyyətpərvər “Borba”larda, “Bayraqlar”da görünürdü. 

 

Azəri  türklərinin  öz  ana  yurdları  uğrunda  tökdükləri  qan,  atdıqları  güllə 



insaniyyətpərvər tiflislilərə sanki zəhərli bir ox kimi 

batır idi. Martda verilən müsəlman qurbanlarına uca 

səslə  əksinqilabçı  adı,  ölən  cəlladları-  şaumyanlara 

həqiqi  inqilabçı  adları  verilirdi...  Bakı  hadisəsi 

bitmiş və aylar geridə qalmış olduğuna baxmayaraq 

qonşular  onu  unutmamış,  bütün  dünya  millətlərinə 

bunu  bildirmək  və  bununla  azəri türklərin  vəhşi  və 

yaşamağa  layiq  olmadıqlarını  sübuta  çalışyorlar. 

Məncə  iki  millət  arasında  olan  mübahisə  və 

toqquşma  bir  millətin  yaşamağa  layiq  olmadığını 

göstərməz.  Bakı  və  Şamaxı  hadisələri  üçün  bir 

ədalətli  məhkəmə  qurulursa,  yenə  bir  şey 

çıxmayacağına  təminat  verirəm.  Çünki  ermənilərin 

sentyabrda  verdigi  qurbanları  martın  müsəlman 

qurbanlarını  təqib  edir.  Onlar  Qars,  Ərdəhan, 

Ərzurum,  Anadolu,  Urmiyə,  Səlmas  Acara 

vəhşiyyətlərini  göz  önünə  götürəcək.  Onlara  da  əl 

atılanda 1905 faciəsi daha o yana, Nikolay arxivləri 

meydana gələcək və bu avtoryetlər içində bir yandan 

Avropa  diplomatiyasını,  o  biri  yandan  erməni 

Daşnak  firqəsi  öz  qırx  sənəlik  tarixi  ilə  başlarını 

qanlar arasından qaldırıb ən müqtədir diplomatı belə 

şaşıracaqdır. 

Odur  ki,  axırda  buraya  gəlinəcək  ki,  Zaqafqaziyada  həmişəlik  bir  həyati-

mədinə təmini üçün bu qanlı məsələləri unutmaq və ümumi səadətdən ötəri yeni şərait 

təşkili üstə çalışmaya başlamaq lazımdır. Əgər böylə olarsa, əgər erməni başçıları bir 

feyz-vəhşiyanə üçün bu  bədbəxt millətlərin həyat və səadətləri ilə oynamasalar  yenə 

təminat verirəm ki, Zaqafqaziya millətlərinə azəri türkləri ən mehriban və ən mədəni 

bir qonşu olacaqdır. Bunu illərcə söyləməkdə əlimizdə dəlillər vardır. On iki illik bir 

vəqt  içində  azəri  türklərdən  görünən qeyrət,  səy,            tərəqqi  və  intibah  dediklərimi 

təsdiq  edər.  Birinci  inqilabda  bir  millət  olduqlarını  anlamaqdan  başqa    bir  millət 

olmaya belə layiq olmayan azərilər, ikinci inqilabda türklük, istiqlaliyyət bayraqlarını 




24 

 

qaldırmış  idi.  Birinci  Rusiya  inqilabında  cəhalət  və  səfalətdə  boğulan  ədəbiyyat, 



mətbuat, teatro və məktəbdən məhrum azərilər ikinci inqilaba kimi 12 ilin içində yüzə 

kimi  qəzetə,  jurnal  çıxarmağa  müvəffəq    olur.    Ədəbiyyatı    dirilir,  milli  bir  teatro, 

milli  bir  musiqi  yaradır.  Məktəb  kitabları  sərf-nəhv  və  müəllim  düzəldir.  Birinci 

inqilabdan  sonra  erkək  cocuğunu  məktəbə  qoymaq  istəməyən    azərilər  ikinci 

inqilabda saysız qadın, qız məktəbinə sahib olmaqdan başqa, qadın hürriyyəti, qadın 

hüquqi  uğrunda  belə  bayraq  qaldırır.  Şərq,  islam  millətlərindən  birinci  olaraq  azəri 

türklər  mədəniyyətə  və  tərəqqiyə  mane  olan  çəpərləri  görür  və  dağılmasına  səy 

edirlər. 

Məzhəb  məsələsini  aradan  götürən,  ruhanilər  ilə  mübarizə  edən,  qadınları 

həyati-ictimaiyyətə  soxan  birinci  azərilər  olmuşdur.  Hələ  o  yana  getmişlərdir. 

Mədəniyyəti tez və asan alıb öyrənmək üçün hər millətə sadə və dövlətli dil, möhkəm 

ədəbiyyat, asan hürufat və yazı lazımdır. Azəri türkləri bu barədə çalışmış və hənuz 

birinci dramaturq Mirzə Fətəli Axundov bu fikrilə böyük səfərlər etmişdir. 

İkinci inqilabda Rusiyada ilk qurultay çağıran və mədəniyyətin əxz etdiyi son 

tərz  idarələrdən  xalq  cümhuriyyətini  yenə  azəri  türkləri  qəbul  etdilər.  Bu  nə  ilə  12 

sənə içində azəri türklər mədəni, milli, siyasi və ictimai bir dəyərlik göstərmiş oldular. 

Hətta istiqlaliyyət  və  millətlərini mühafizə üçün  çarpışmaya  qalxıb  saysız  qurbanlar 

ilə hürriyyətlərini təmin etdilər. 

İndi  azəri  türklər  müstəqil  bir  millətdirlər.  Azəri türklər  Millətlər  İttifaqına 

girməyə  layiq  olduqlarını  göstərmişdirlər.  Əgər  “imkan'“'  verilsə  təmin  edərməgə 

azəri  türklər  Şərqin  ikinci  bir  japonu  (yaponu)  olacaq  və  aləmi-insaniyyətə  böyük 

xidmətlər edəcəklər. 

 

Məhəmmədzadə Mirzə Bala 

 

 



25 

 

Mədəni bir zərbə 

 

Bakı  və  Şamaxı  hadisəsində  Azəri    türklərin  aldıqları  zərbələr  ən  ağırı  və 



 

ən 


müdhiş 

mədəni 


zərbələr olsa gərəkdir. 

Xüsusən Bakı faciəsinin səbəb axıntısını təhqiq etsək sosialist maskası al 

tında işləyən daşnakların bir müəyyən plan üzərilə Azəri türklərin yeni mədəni əsərlər və yeni gənc ziyalıarını məhv etmək istəklərini görərsiz. 

Bakının  18 mart faciəsində Azəri türklərinin   müqəddəs  saydıqları   “İs

 

 

mailiyyə” binasının qurban etmələrini,  

asəri memarından Təzəpir came-şərifi və bir çox ali imarətləri itirdiklərini tarixi milliyəmiz qanlı sətirləriylə xatırlayacaqdır. 

18  martda  daşnakların  evbəev  gəzib  Azəri 

türklərin  gənc  ziyahlarını,  gələcək  Turanın    işıqlarını  

axtarmalarını,  xaianə  bir  surətdə  gülləbaran  etmələrini 

heç  bir  vicdan  sahibi  soyuqqanlıqla  ötürəməz  “Kaspi”, 

“Açıq 


söz” 

mətbəələrimiz 

yandırılmaqla 

milli 


mətbuatımıza nə qədər ağır unudulmaz yara vurulmağını 

həmişə xatırlayacağız. Azərilərin  sənələrcə  qazandıqları  

sərvət    və  mədəniyyəti,      gəmi    və    paraxodlarını  zəbt 

etməklə  Azərbaycan  dövlət  və  mədəniyyətinə  daha 

düzəlməyəcək  bir  zərbə  endirmək  istədiklərini  yenə 

biliriz. 

Bu  mədəni  zərbələrə  rəsmi  bir  rəng  vermək 

üçün  Bakı  iqilabçıları”  müsəlman  (intiligensiyasını)  əks-

inqilabçılıqda,  irticai  pərəstilikdə  müttəhim  edir  və  bu 

ittihamı  öz  komitələrindən  keçirib  Azərbaycan  istiqlalı 

uğrunda  canından  keçən  müsəlman  ziyalılarını  tutub 

məzkur komitələrə təslim edib, nə böyük mükafatlar təyin 

edirlər. 

Bu nou ilə (özlərini mədəniyyətli, digərlərindən 

artıq istedadlı hesab edən) qonşularımız var qüvvələriylə 

Azərbaycanı  böyük  zəhmətləri  və  böyük  məşəqqətləri 

sayəsində  yaranmışı  gənc  mədəniyyətə  zərbə  vurmaqla 

Azəri türkləri ruhən ölmür. Onların sümükləri üstündə öz 

səadət və həyatlarını qurmaq istiyordular. 

Fəqət  ona  müvəffəq  olamadılar.  Bununla  da 

ruhən ölmədiklərini  və  o  ruh  yüksəkliyi  sayəsındə  yeni, 

fəqət  yeni  azadə  bir  mədəniyyəti-milliyyə  yarada 

biləcəklərini isbat etdilər. 

Azəri  türklər  verdikləri  qurbanlar  üstünə  yeni 

qurbanlar  əlavə  etdilər.  Ən  fəal  və  gənc  ziyalılarını 

itirdilərsə  də  istiqlaliyyət  və  hürriyyəti  milliyyələrini 

saxlamaya müvəffəq oldular. 

 

Ə.Seyfullazadə 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə