Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   14   15   16   17   18   19   20   21   22

47 

 

“Kaspi” qəzeti redaksiyası və Şamaxı məscdi 



yandırıldıqdan sonra. Şəkil “Azərbaycan” qəzetinin 

1919-cu il 31 mart sayından götürülüb. 

 

başladılar.  Rostovdan  başlamış Tiflisə  qədər hər  bir  stasyonda  müftənilər rusları 



müsəlmanlar  əleyhinə  qaldırdılar.  Bu  fitnəkarlıqların  nəticəsi  olaraq  bir  çox 

müsəlman  qətl  edildi.  Dağılmış  və  yandırılmış  dəmiryol  moqifləri  bunu  gözəlcə 

isbat  ediyor.  Xaçmaz  moqefində  olan  facianə  hadisələrə  gəldikdə  onları  təsvir 

etmək  mümkün  deyildir.  Əlbəttə  ki,  bu  hadisələr  müsəlmanların  qəlbini  dağdar 

edib  gəldikcə  böyük  düşmənçiliyə  bais  olurdu.  Bu  zamanda  Bakıda  əmələ  və 

saldat vəkilləri şurası vücudə gəldi. 

Sosialist  bayrağı  altında  məzkur  şuraya  daxil  olan  daşnaq  Şaumyan, 

Saakyan və Arakelyan müsəlman fəhlələrinin şura heyətinə daxil olmasına hər cür 

müqavimət 

göstəməyə 

çalışdılar.  Mədənlərdə  və 

zavodlarda  qırmızı  ordu 

(Krasnaya  Armiya)  təşkil 

edildi. Bu orduya ermənilər, 

ruslar  və  müsəlmanlar  da 

yazılırdılar. 

Lakin 

müsəlmanları 



qəbul 

etmirdilər.  Qırmızı  ordu 

başdan-ayağa  ermənilərdən 

ibarət  idi.  Bu  ordunun 

başında  cəllad  Avakyan 

dayanmış idi. 

Bu 

vaxt  


müsəlmanlar,  gürcülər  və 

ermənilər misali özləri üçün 

milli ordu təşkil etməyə çalışırdılar. Seymin binagüzarlığına görə Gəncədə duran 

216-cı və Bakıda olan 219-cu alaylar özlərində olan mühümmati-hərbiyyəni Gəncə 

və  Bakı  alaylarına  verməli  idilər.  Lakin  ermənilər  nə  Gəncədə  və  nə  də  Bakıda 

müsalmanlara heç bir şey vermədilər.  Hər bir şeyi yığışdırıb özlərilə apardılar. Bu 

iş üstə Gəncədə müsəlmanlar ilə ermənilər arasında fəna nəticələr ilə təhdid edən 

ədavət  vücuda  gəldi.  Düşmənçilik  edənləri  barışdırmaq  və  müsadiməni  rəf 

etməkdən ötəri Tiflisdən-Seym tərəfindən,   Bakıdan isə müsəlman və erməni milli 

şuralarından və “Müsavat” firqəsindən Gəncəyə vəkillər göndərildi. Bir növ ilə bu 

iş qurtardıqdan sonra müsəlmanlar tezliklə öz qüvvələrini milli ordu təşkilinə sərf 

etməyə başladılar, daşnaklar var qüvvələri ilə bizə mane olmağa çalışırdılar. Onlar 

fitnəkarlıqdan  və  yalandan  çəkinib  həya  etmirdilər.  Bu  qərar  üzrə  onlar  Seymdə 

“Müsavat”  əleyhinə  fitnəkarlığa  başlayıb      “Müsavat”  firqəsini  türklər  ilə  sazişə 

girməkdə  müttəhim  etməklə  bərabər  müsəlmanların  özləri  üçün  ordu 

düzəltmələrinə məmaniət göstərilməsini təklif ediyordular. 

Ermənilər mətbuatda bu cür fikir yürüdüb ələlümdə “Müsavat” firqəsinə 

və  müsavatçılara hücum  etməklə  bərabər  onlan  Türkiyə  agentləri  adlandırırdılar. 

Müsavatçılar isə var qüvvələri ilə cəmaəti sakit etməyə  və bu iki millət arasında 

mehriban münasibət saxlamağa çalışırdılar. Bu məqsəd ilə də bir çox müttəhid  




48 

 

 



 


49 

 

mitinqlər  tərtib  verilib  hər  iki  millətin  ruhanilərindən  və  ziyalilərindən 



müavinət  istənilirdi.  Hər  iki  millət  ruhanilər  arasında  təntənəli  qardaşlıqlar  vaqe 

olurdu.    Bizi sakit edib inandırırdılar ki, ermənilər bizə dostdular. 

Amma bununla belə daşnaklar yatmayıb xəlvətcə öz işlərini işləyirdilər. 

Həştərxandan,  Petrovskidən,  Krasnovodskidən  gələn  ermənilər  bu  bəhanə  ilə 

Bakıda saxlanılırdılar ki, guya müsəlmanlar yollarda onlara hücum edirlər. İrandan 

və  Krasnovodskidən  paraxodlarda  şura  hökuməti  adına  gətirilən  mühümmati-

hərbiyyə və qeyri şeylər həqiqətdə isə daşnakların əlinə keçirdi. Bu şeylər etibarlı 

yerlərə  yığılırdı.  O  cümlədən  Mantaşovun  zavoduna  və  qeyri  yerlərə.  Bunların 

hamısı  ilə  bərabər  eyni  zamanda  Şaumyan  və  Avakyanın  fitnəkarlığı  sayəsində 

Şamaxı  hadisələri  vaqe  oldu.  Şaumyanın  bu  münasibətlə  yazdığı  məktub  Gəncə 

Komitəsinin əlinə keçdi. Bu kağızdan aşkar görünürdü ki, Şaumyan və Avakyan 

xalis daşnakdırlar. 

Şura  hökumətinə  daxil  olan  müsavatçı  fəhlələr  Şurada  olan  bütün  qara 

işləri aşkar görüb dəfələrlə deyib şuraya göstərdilər ki, erməni şovinistləri sosialist 

maskası altında şurada işləməkdədirlər. Müsavatçı fəhlələr az olduğundan onların 

sözlərinə  etina  olunmayırdı.  Müsəlman  ərkani-hərbi  birinci  dəfə  Bakıya  gəldiyi 

zaman  erməni  millətpərəstləri  şura  adı  ilə  ərkani-hərb  heyətinin  hamısını  tutub 

həbs etdilər. Bakı müsəlmanları bu işdən narazı olub həyəcan artdı. Prosetə olaraq 

bazar,  dükan  bağlandı.  Müsavatçılar  var  qüvvələri  ilə  əhalini  sakit  etməyə 

çalışdılar.  Axırda  həbs  edilənlər  azad  edildilər.  Lakin  müsəlmanlara  sataşmaq 

davam  edirdi.  Xüsusən  Bakı  moqefində  başsızlıqlar  vücüdə  gəlib  bir  neçə 

müsəlman  tələbəsi  qətl  edilmiş  idi.  Bakı  moqefində  o  qədər  başsızlıq  artdı  ki, 

Zakavkasya  dəmir  yolu  ilə  getmək istəyən  müsəlmanlar moqefdən  qaçıb  Heybət 

moqefinə  gedirdilər,  oradan  qatar  ilə  yola  düşürdülər.  Erməni  kəndinə  getmək 

daha təhlükəli idi. Salamat gedən daha qayıtmayıb, xəbər belə olmayırdı. 

Məlum  oldu  ki,  erməni  saldatları  məşhur  qaniçən  Amazaspın 

kamandasına verilmişdi. Onlar hamısı Şura hökumətini qəbul etdilər. Müsavatçılar 

məxfi mənbədən xəbərdar oldular ki, ermənilər, erməni kəndində xəndəklər qazıb 

istehkamat  yapmaqdadırlar.  “Müsavat”  firqəsi  öz  nümayəndəsi  vaistəsi  ilə  bu 

əhvalatı  qradonaçalnik  Terminasyandan  xəbər  almışdı.  Bu  əhvalat  daşnaklar 

vasitəsilə  təftiş  edildikdən  sonra  aşkar  olmuşdur  ki,  müsavatın  aldığı  xəbər 

doğrudur, üzr istədilər və xəndəklərin doldurulmasına binagüzarlıq olundu. Fəqət 

bir  neçə  vaxt  keçdikdən  sonra  bu  xəndəklər  təzədən  qazılmışdı.  “Müsavat” 

firqəsinin bu münasibətlə ikinci dəfə etdiyi protestinə Terminasyan cavab vermişdi 

ki,  bu  xəndəkləri  ermənilər  başqa  qəsd  üçün  deyil,  ancaq  özlərini  müdafiə  və 

mühafizə  etməkdən  ötəri  qazırlar.  Bu  işlərin  hamısı  müsəlmanları  əsəbiləşdirib 

həyəcana salırdı. “Müsavat” fraksiyasının əmələ və saldat vəkilləri şurasına dəfələr 

ilə etdiyi müraciəti nəticəsiz qalırdı. 

I918-ci  il martıq  14-də  Əmirovun  kamandası altında  Şamaxıya  bolşevik 

əsgəri  dəstəsi  göndərilmişdi.  “Müsavat”  firqəsi  bu  əsgəri  dəstəni  göndərməkdən 

məqsəd nə olduğunu sorduqda əmələ və saldat vəkilləri  şurası cavab vermişdir ki,  

bu  dəstə  uyezddə  olan  xırda  üsyanı  yatırmaqdan  ötəri  göndərilir.  Buna  qədər 

Hacıqabuldan  Salyana  və  oradan  da  Muğana  bolşevik  qoşunu  göndərilmiş  idi. 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə