Akond Akademiya Texniki Kitapçaları



Yüklə 27,37 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü27,37 Kb.
#43730


-----------------------------Akond Akademiya Texniki Kitapçaları ---------------------------- 

 

www.akond.az



 

 

 



 

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR 

VRF NƏDİR? 

VRF (Variable Refrigerant Flow) , Dəyişkən soyuducu Freon  axımı deməkdir. Bir VRF kondisioner sistemi, binanın dəyişən 

hava ehtiyaclarına bağlı olaraq soyuducu axışına nəzarət edir . Bir VRF sistemi bina xaricində yerləşən xarici blok və bina 

daxilində istifadə olunan məkanları soyutmaq və/vəya isitmək məqsədi ilə istifadə olunan daxili bloklardan meydana gəlir. 

Soyuducu maddənin inverter nəzarətli bir kompressor vəya kompressorlarla növbələndirilərək, havası şərtləndirilmiş 

məkanlara görə soyuducu freonun uyğunlaşdırılması təmin edilir. Üst səviyyəli bir nəzarət sistemi isitmə və soyutma əyarları 

arasında keçidi təmin edir. 

Daha inkişaf etdirilmiş versiyalarda, daxili bloklar istər isitmə istərsə də soyutmada bir-birilərindən asılı olmadan işləyirlər. Bu 

son xüsusiyyət sayesində eynı anda müxtəlif bölgələrdə isitmə və soyutmada yüksək səviyyədə enerjiyə qənaət edilir. Bunun 

kimi sistemlərdə daxili məkanda təsis qurmağa ehtiyac qalmaz və dəyişik hava emalı bloklarının müxtəlif kombinasiyaları 

sərbəst iş rejimini təmin edir. VRF Kondisioner Sistemləri; ofislər, ticarət mərkəzləri, lüks yaşayış evləri, villalar, restoranlar, 

plazalar, otellər kimi          bir-birindən asılı olmayan havalandırma tətbiq edilən yerlərdə müvəffəqiyyətlə istifadə edilir. 

 

VRF kondisioner sistemləri; inkişaf etdirilmiş yoxlama və Freon axımına nəzarət blokları ilə təchiz edilmişdir. Lazımi qədər 

soyuducu freon mayenin doğru fazada və doğru zamanda ehtiyac olan yerə göndərilərək isitmə və soyutmada istifadə 

edilməsi təmin edilir. VRF Kondisioner sistemləri; adətən yaxşı tanıdığımız DX split kondisioner sistemlərindən bir soyuducu 

xəttində istəyə bağlı olaraq olarak 4-54 HP iş gücü aralığında maksimum 3 xarici və 40 daxili blokun bağlana bilməsi və 

inkişaf etdirilmiş nəzarət imkanları baxımından köklü fərqlilik göstərir. 



VRF Kondisioner Sistemi, daha artıq rahatlığı inverter texnologiyası və dəyişkən qaz axımı sayəsində enerji təsərrüfü ilə 


-----------------------------Akond Akademiya Texniki Kitapçaları ---------------------------- 

 

www.akond.az



 

 

 



birlikdə təqdim edir. Ətraf mühitə maksimum diqqət yetirən və hörmət edən, enerji təsərrüfünə mərkəzləşmiş, inkişaf etmiş 

tətbiq sərbəstliyi və sərbəstlikdə gələn və modulyar quruluşuyla çox mərtəbəli bir binadan , tək villaya qədər yeni tikilən vəya 

mövcud hər məkana tam sərbəst nəzarət imkanı verməkdədir. 

VRF 

Kondisioner Sisteminin

 istifadə sahələri; 

 

Bir-birindən asılı olmayan birdən artıq bölgənin iqlimləndirmə (isitmə, soyutm, havalandırma, nem alma, 



nemlendirme) ehtiyacının olduğu və yük ehtiyacının hər zaman dəyişdiyi otel, xəstəxana, ofis, restoran, mağaza, 

teatr, kinozal kimi yerlərdə, 

 

Şüşə örtüklü binalar, memari ünsürlərin ön planda olduğu ya da xarici divarlarda deformasiya istənməyən tarixi 



məkanlarda

 

Bina içində soyuducu qaz borularına görə çox böyük yer tutan hava kanallarının keçirilməsinin çətin olduğu 



məkanlarda, 

 

Mexaniki təsisata lazımi yer ayrıla bilməyən, soyuducu sistemin açıq havaya (dam, baxça) qoyulması lazım olan 



məkanlarda, 

 

Hər hissədə rahatlıq istənən villalarda, 



 

Ayrı-ayrı bölmələrdə kiraçı qruplarının özlərinə məxsus iqlimləndirmə fakturası istədiyi (istifadə edilən enerjiyə 

nəzarət etmək üçün) iş mərkəzləri, plazalarda VRF vəya VRV kondisiner sistemləri istifadə edilə bilər. 

 

 




-----------------------------Akond Akademiya Texniki Kitapçaları ---------------------------- 

 

www.akond.az



 

 

 



VRF-nin ÜSTÜNLÜKLƏRİ; 

 

Fərdi İqlimləndirmə Sistemi 

VRF sistemi ilə bir-birindən asılı olmayan otaqlar bir birindən asılı olmayan temperaturlarda nəzarət edilə bilir. ± 

0.5°C’lik həssaslıqla, otaq temperaturunun nəzarət altında tutulmasını təmin edir. Sistem inverter və daxili blok 

genişləmə klapanı tərəfindən nəzarət edilir. VRF sistemlərinin bildiyimiz split kondisioner sistemlərindən ən əsas fərqi 

tək soyuducu xəttinə istəkdən asılı olaraq olarak 3-54 HP iş gücü həcmində maksimum 3 xarici və 40 daxili blokun 

bağlana bilməsi və inkişaf etdirilmiş nəzarət imkanlarıdır. 

 

 



Sistemin illik işləmə müddətində artış  

VRF sistemləri yüksək texnologiya ilə əl-ələ verərərk, inverter və sabit sürətli kompressorların mükəmməl uyğunluğu 

ilə sistemin illik çalışma həcmini artırmışdır. 

 

 



Daha çox insan üçün daha yaxşı komfort nəzarəti 

Müqayisə olunmaz texnologiyası ilə VRF Kondisioner Sistemləri, yeni vəya köhnə, kiçik binalardan böyük binalara 

bütün müştəri ehtiyaclarını qarşılamaqdadır. Komfort nəzarəti ilə bütün sistemi daxili və xarici bloklar arasındakı 

naqillərin köməyi ilə nəzarət etmək mümkündür. Bu sayədə naqil çəkmə əməliyyatı sadələşdirilərkən səhv bağlantı 

xətaları düzəldilməkdədir. 

 

Bütün binanın kondisioner sisteminin nəzarəti 

VRF sistemlərdə, 48 ədəd daxili bloka qədər tək bir mərkəzdən nəzarət edilə bilər. Mərkəzi nəzarət üçün lazımi 

müxtəlif seçimli idarəetmə pultları asan quraşdırılır və binanın quruluşuna və istifadə məqsədlərinə görə sistem asan 

dizayn edilə bilir. 



-----------------------------Akond Akademiya Texniki Kitapçaları ---------------------------- 

 

www.akond.az



 

 

 



 

 

Geniş dizayn sərbəstliyi 

VRF sisteminin idaxili blok bağlanma nisbəti, xarici blokun iş həcminin 50%-dən 150%-nə qədər dəyişə billər. 

Beləliklə tək bir soyuducu sistemə bağlana bilən 48 daxili blok ilə yüksək səviyyədə çoxnövlülük təmin edilir. Otellər, 

iş mərkəzləri, yaşayış evləri və ofislər bu seçim aralığına görə dizayn edilir. 

 



-----------------------------Akond Akademiya Texniki Kitapçaları ---------------------------- 

 

www.akond.az



 

 

 



 

İstifadə edilən məkanlarda daha yüksək komfort və qənaət 

Sistem yüklənməsinə lazımi soyuducu, sirkulyasiya miqdarının daha az xətalı nəzarət edilə bilməsini təmin edən 

inverter və sabit sürətli kompressoruyla bağlantılı olaraq istifadə edilən düzxətli addım nəzarətinin tətbiq edilməsi 

komfort yaradır və enerjiyə qənaət edir. Bu eynı zamanda iş həcminə nəzarətin istifadəsiylə daha komfortlu imkanı 

təqdim edir. İnverter kompressor dəyişkən iş həcmlərində enerjiyə qənaət, sabit sürətli compressor isə maksimum 

performans təqdim edir. 

 

Yüksək etibarlılıq 

Kompressorun başladılma və dayandırılma sayını azaldan nəzarəti ilə bərabər, sıralama nəzarəti sayəsində 

başlanğıçdakı yük paylaşılır və eyniləşdirilir. Bu sıralama, hər bir kompressorun dayanıqlılığını və etibarlılığını arttırır. 

İnverter texnologiyası, sistemdəki tək inverter kompressorla təmin edilərkən, digər standard kompressorlarla da tam 

iş həcmini əldə etməyi təmin edir.  

 

 



Az yer tutumu 

VRF sistemləri kompakt dizaynları və yüksək çalışma standartları sayəsində montaj üçün daha az yerə ehtiyac 

yaradır. 33%-ə çatan nisbətdə yerə qənaət edir. 

 

Aşağı səs səviyyəsi 

VRF xarici bloklarında, yeni cüt qatlı qoruyucu gövdə və böyük fan sayəsində çalışma səs səviyyəsi azaldılmışdır. Səs 

səviyyəsi səssiz əyar seçildiyi halda normal işləmə əyarına görə 4-5 dB azaldıla bilər. Yataq otaqlarında və səssizlik 

istənilən digər otaqlar üçün istifadəyə yararlı olan səssiz daxili blok seçim imkanları da vardır. 

 

Aşağı əməliyyat xərcləri 

VRF sistemlər ilə 150 metrə qədər sadə borulama imkanı təmin edilir və R410A soyuducumayesinin istifadəsi ilə həm 

əməliyyat xərcləri azaldılır həm də quraşdırmada asanlıq əldə edilir. 

 

Uzun ömür və investisiyanın ən qısa müddətdə geri dönməsi  

VRF sistemləri qurulduqdan sonra imkan yaratdığı enerji qazancları və uzun ömrü sayəsində müəssisəyə təsərrüf 



təmin edir. 

 

Yüklə 27,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə