“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   2   3   4   5   6   7   8   9   ...   35


 
Türkiyə Türkmənistan təbii qazını Türkiyəyə daşıyacaq olan Xəzər keçidli boru xətti 
layihəsini müdafiəsinə baxmayaraq, “Mavi Axın'a prioritet verməsi və Rusiya qazını 
Türkiyəyə daşıyan bu xəttin fəaliyyətə keçməsi, Türkmənistanın Rusiya ilə etdiyi qaz 
razılaşmaları  Türkmənistan  və  Azərbaycan  qazını  daşıyacaq  olan  Trans-Xəzər 
layihəsi  mövzusunda  sual  işarələrinə  səbəb  olmuşdur.  Enerji  mövzusu  Qafqazda 
Azərbaycan və Gürcüstan məzmununda  Türkiyənin gündəmində yer almağa davam 
edir.  
Türkiyənin  Qafqaz  siyasəti  baxımından  regional  gücləri  kənarda  tutsaq  ən 
əhəmiyyətli  ölkə  Azərbaycandır.  Türkiyə  ilə  olan  xüsusi  əlaqələri  və  zəngin  enerji 
resurslarına malik Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq sistemə inteqrasiyası 
Türkiyə  baxımından  əhəmiyyət  kəsb  edir.  Azərbaycanın  müstəqilliyini  bərpa  etdiyi 
tarixdə davam etməkdə olan mübarizə Türkiyənin Qafqaz siyasətinə də təsir etmişdir. 
Türkiyə  QarABağ  probleminin  Azərbaycanın  ərazi  bütövlüyü  qorunaraq  həll 
edilməsini müdafiə etmiş və erməni işğalına qarşı beynəlxalq təşkilatlar çərçivəsində 
cəhdlər göstərmişdir. Regional güclərin hətta region xarici güc olaraq ABŞ-ın da bir 
şəkildə daxil olduğu problem regional gücləri qarşı-qarşıya gətirmişdir.
2
 1992-ci ildə 
erməni  qüvvələrinin    Naxçıvana  istiqamətli  hücumları  qarşısında  Türkiyənin 
müdaxilə  ehtimalı  gündəmə  gəldiyində  rus  komandir  Şaposhnikovun  Türkiyənin 
müdaxiləsinin  üçüncü  dünya  müharibəsinə  səbəb  ola  biləcəyini  açıqlaması  soyuq 
müharibə  dövrü  sonrasında  ilk  dəfə  Türkiyə  ilə  Rusiya  arasında  bir  qarşıdurma 
ehtimalı  gündəmə  gəlmişdir  . 
3
Rusiya  və  Ermənistanın  da  üzv  olduğu    Daşkənd 
Kollektiv  Təhlükəsizlik  müqaviləsinə  görə  razılaşmağa  üzv  ölkələrdən  birinə  edilən 
hücum  bütün  üzv  ölkələrə  edilmiş  sayılacaqdı.
4
  'Bu  səbəblə  Türkiyə  və  Ermənistan 
arasındakı  bir  qarşıdurma  Rusiya  ilə  Türkiyəni  qarşı-qarşıya  gətirə  bilərdi.  Böhran 
erməni qüvvələrinin çəkilməsiylə həll edilmişdir.
5
 ' Bu müddət içərisində işğalın sona 
çatdırılmasına istiqamətlənmiş BMT Təhlükəsizlik Şurasının qərarları da alınmışdır. 
                                                           
2
 Kamer Kasım “The Nagorno Karabakh Conflict: From its inception to peace process” Armenian studies 2001, II cild, 
s. 170-185 
 
3
  Amberin Zaman “ AzerbABjan looks to Ankara” , The Middle East, N123, 1992 iyul, s .8 
4
 Allison Roy “Military Forces in the Soviet Succesor States”,  London, Adelphie Paper N280, s. 10 
5
  Kamer Kasım “Turkey`s foreign policy towards the Russian federation” I cild, N1-2, s.203-234 



 
Bunlar: 822 saylı 30 aprel 1993-cü il tarixli qərar, 853 saylı 29 iyul 1993-cü il tarixli 
qərar, 874 saylı 14 oktyabr 1993-cü il tarixli qərar və 884 saylı 11 noyabr 1993-cü il 
tarixli  qərarlardır.  Qarabağ  müharibəsində  1994-ci  ildə  atəşkəs  təmin  edilmişdir. 
Atəşkəsin  elanından  sonra  problemə  ATƏT-in  Minsk  qrupu  təşəbbüsü  həll  etmək 
səylərinə  sürət  verilmişdir.  ATƏT-in  Minsk  Qrupu  tərəfindən  aparılan  sülh 
prosesində  əhəmiyyətli  bir  addım  1996-cı  ilin    dekabrında  ATƏT-in  Lissabon 
zirvəsində  atılmışdır.  Bu  zirvədə  Azərbaycanın  ərazi  bütövlüyünü  tanıyan  bəzi 
prinsiplər qəbul edilmişdir. BMT Baş Kabinetində 14 Mart 2008-ci il tarixində alman 
qərar  isə  mövzu  ilə  əlaqədar  son  dövrdəki  ən  əhəmiyyətli  qərardır.  39  lehinə,  7 
əleyhinə    səs  ilə  alınan  qərar  Azərbaycanın  ərazi  bütövlüyünə  vurğu  etməkdə  və 
erməni  qüvvələrin  işğal  altındakı  torpaqlardan  çəkilməsini  istəyir.  Qərar  həm  də 
yaşayış yerlərindən çıxarılan əhalinin geri dönməsi haqqını da vurğulamışdır. ATƏT-
in Minsk qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransanın qərara qarşı səs istifadə 
etməsi  isə  Azərbaycanda  ATƏT-in  Minsk  Qrupuna  olan  etibarı  sarsıtmışdır.
6
 
Qarabağ  probleminin  həllinə  istiqamətli  bir  addım  da  2008-ci  ilin  noyabr  ayında  
imzalanan  Moskva  deklarasiyasıdır.  Azərbaycanın  dövlət  başçısı  İlham  Əliyev  ilə 
Ermənistan  prezidenti  Serj  Sarkisyan  arasında  imzalanan  bəyannamə  münaqişənin 
beynəlxalq  hüquq  çərçivəsində  sülhsevər  yollarla  həll  edilməsini  vurğulamışdır. 
Azərbaycanın daha əvvəl həlli tapıla bilməyəcəyi təqdirdə güc istifadə edilə biləcəyi 
ifadəsini  dəyişdirdiyi  deyilə  bilər.  Bəyannamədə  həmçinin  2007-ci  il  Madrid 
prinsipləri  vurğulanır.  Madrid  prinsipləri  erməni  qüvvələrinin  Dağlıq  Qarabağın 
xaricində  işğal  etdikləri  rayonlardan  çəkilməsini  və  sonra  Qarabağda  referenduma 
gedəcək bir prosesin başlamasını ehtiva edirdi. Ermənistan Madrid prinsiplərini qəbul 
etməmişdi.  Bunda  əsas  səbəb  isə  Qarabağın  xaricindəki  torpaqlardan  qüvvələr 
çəkildikdən  sonra  referendum  mövzusunun  reallaşmasında  Azərbaycanın  çətinlik 
çıxara biləcəyi düşüncəsi və Ermənistanın daxili siyasətində hər hansı bir çəkilməyə 
qarşı olan qruplardır. 
7
  "Qarabağ  problemində  Ermənistandakı  bəzi  ətraflar  zamanın 
Ermənistanın  lehinə  olduğunu  düşünməkdədir.  Artıq  Azərbaycanda  Qarabağ 
                                                           
6
 
http://azerbABjan.az/_News/_news_e.html?lang=en&did=2008-03-15
  
7
 Liz Fuller “ AzerbABjan Float Principles for Karabakh peace settlement, RFERL, http://www.rferl.org,2008 


10 
 
müharibəsini heç yaşamamış olan bir nəsil yetişir. 1994-ci ildə atəşkəs imzalandıqda 
doğulan  uşaqlar  21  yaşına  gəlmişdir.  İşğal  altındakı  torpaqlarda  Azərbaycan 
türklərinə  aid  əsərlər  məhv  edilməkdə  Azərbaycana  aid  izlər  silinməkdədir. 
Ermənistan bu müddətdə işğalın qalıcı ola biləcəyini hesablamaqdadır. Digər tərəfdən 
isə Azərbaycanın lehinə olan BMT qərarları vardır. Bu vəziyyətdə beynəlxalq hüquq 
baxımından  işğalın  tanınması  çox  çətindir.  Yəni  dondurulmuş  münaqişə  (Frozen 
conflict) vəziyyətinin işğalı qanuniləşdirdiyi deyilə bilməz.  
Qarabağ  məsələsindən  başqa  Türkiyə  və  Azərbaycanı  erməni  məsələsində 
birləşdirən  digər  məqam  hər  iki  dövlətin  beynəlxalq  aləmdə  erməni  diasporunun 
hədəfində  olmasıdır.  Erməni  diasporu  Türkiyəyə  qarşı  iddialarını  və  Qarabağın 
işğalını  qəbul  etdirmək  üçün  beynəlxalq  aləmdə  təbliğat  aparır.  Erməni  diasporuna 
qarşı  mübarizə  apara  bilmək  üçün  2007-  ci  ildə  Bakıda  Türkiyə-Azərbaycan 
Diasporlararası Əməkdaşlıq Qurultayı keçirilib. Hazırda ABŞ və Avropada Türkiyə 
və Azərbaycan diaspor təşkilatları erməni iddialarına qarşı birlikdə hərəkət edir. 
Türkiyə-Azərbaycan  əlaqələrində  enerji  ölçüsü  ön  planda  olmuşdur.  Bakı-
Tiflis-Ceyhan  neft  boru  xəttinin  açılmasına  qədər  olan  müddətdə  yaşanan  regional 
rəqabətdə  iki  ölkənin  qərarlı  əsasları  nəticəsində  boru  kəməri  layihəsi  reallaşmışdır. 
Enerji  sahəsindəki  əməkdaşlığın  yanında  hərbi  və  mədəni  sahələrdə  də  əməkdaşlıq 
davam  etməkdədir.  Azərbaycanın  əhalisinin  Gürcüstan  və  Ermənistandan  çox 
olmasıyla  yanaşı  sahib  olduğu  enerji  qaynaqları  Türkiyə  ilə  Azərbaycan  arasındakı 
ticarət  həcmi  baxımından  əhəmiyyətli  bir  potensialı  təşkil  edir.  Bakıdan  başlayıb 
Gürcüstan  üzərindən  Türkiyəyə  bağlanacaq  olan  dəmiryolunun  tamamlanması 
nəticəsində ticarətin daha da inkişaf edəcəyi nəzərdə tutulur. 
İqtisadi  sahədəki  əlaqələr  hər  keçən  il  daha  sürətlə  inkişaf  edib,  güclənən 
ikitərəfli münasibətlər Bakı-Tbilisi-Ceyhan neft boru xətti və Bakı-Tbilisi- Ərzurum 
təbii  qaz  boru  xətti  layihələri  ilə  fərqli  özəllik  qazanıb.  2013-cü  ildə  istifadəyə 
verilməsi  planlaşdırılan  Bakı-Tbilisi-Qars  dəmiryolu  xətti  Avrasiya  miqyasında 
əhəmiyyətli bir nəqliyyat şəbəkəsi olacaq. Son olaraq, Ali Strateji 13 Son iyirmi ildə 
Azərbaycan  və  Türkiyə  əlaqələrinə  qısa  baxış  Əməkdaşlıq  Şurasının  I  toplantısında 
imzalanan təbii qaz müqavilələri Türkiyə- Azərbaycan ortaqlığının regional miqyasda 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə