“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

26 
 
ci  il  hadisələrini  “soyqırım”  olaraq  tanımasını  dəstəkləmir.  Onların  səciyyəvi 
xüsusiyyəti  ondan  ibarətdir  ki,  qrupun  nümayəndələri  iki  ölkə  arasında  diplomatik 
əlaqələrin  qurulması  və  sərhədlərin  açılması  üçün  Qarabağın  ilkin  şərt  olmasını 
istəmir. 
Başqa bir qrupa görə isə sərhədlər 16 il bağlı qalsa da, Ermənistan Türkiyənin 
tələblərinə müsbət cavab verməmişdir. Yəni Ermənistana qarşı tətbiq edilən blokada 
siyasəti öz nəticəsini vermir və yaxın gələcəkdə də verməyəcəkdir. Elə buna görə də 
Türkiyə  bu  siyasətini  dəyişməlidir.  Bu  qrupun  fikrincə,  Türkiyənin  sərhədləri  bağ- 
lama  siyasəti  səhv  bir  addım  idi  və  əgər  Türkiyə  Ermənistanla  sərhədləri  açarsa, 
ermənilər  Türkiyəyə  etibar  edəcək,  Türkiyəni  öz  təhlükəsizliklərinə  qarşı  bir  təhdid 
olaraq  görməyəcək  və  nəticədə  həm  Türkiyəyə  qarşı  tələblərində,  həm  də  Dağlıq 
Qarabağ  məsələsində  müsbət  addımlar  atacaqlar.  Sərhədlərin  açılması  prosesi 
Ermənistanın Rusiya və İranın əlindən çıxması ilə də nəticələnəcəkdir.  
Dördüncü  qrup  isə  dövlətlər  arasındakı  münasibətlərin  normallaşmasını 
Ermənistanın  Türkiyəyə  qarşı  tələblərindən  əl  çəkməsində  və  Dağlıq  Qarabağ-  dan 
çıxmasında  görür.  Bu  qrupa  görə,  Ermənistan  bu  mövzularda  Türkiyənin  ilkin 
şərtlərini  qəbul  etmədiyi  təqdirdə  sərhədlər  açılmamalı  və  diplomatik  əlaqələr 
qurulmamalıdır. Digər qruplarla müqayisədə siyasi partiyalar və ictimaiyyət arasında 
bu  fikri  dəstəkləyənlərin  sayı  çoxdur  və  Türkiyə  hökuməti  də  hazırda  bu  siyasəti 
yürüdür.  Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  Ermənistanla  münasibətlərin 
normallaşmasının  səbəbləri  və  yolları  məsələsində  hökumət,  hətta  dövlət  rəsmiləri 
arasında zaman-zaman görüş fərqlilikləri ortaya çıxır. Türkiyədə çoxluq Ermənistanla 
sərhədlərin  açılması  və  diplomatik  əlaqələrin  qurulmasına  qarşı  deyil.  Lakin  bu 
çoxluq ilk öncə Ermənistanın Türkiyəyə  qarşı tələblərindən imtina etməsini və işğal 
etdiyi  Azərbaycan  torpaqlarından  çəkilməsini  istəyir.  Türkiyə  ictimaiyyətinin 
Ermənistanla  münasibətlərin  normallaşmasının  yolları  və  səbəbləri  haqqında 
düşüncələri  Türkiyə  hökumətinin  xarici  siyasətinə  təsir  göstərdiyi  üçün  mühüm 
əhəmiyyət kəsb edir.  
Türkiyədə  AKP-nin  hakimiyyətə  gəlişindən  sonra  danışıqlar  daha  da 
intensivləşmişdir.  Belə  ki,  ümumiyyətlə,  xarici  siyasətində  Türkiyənin  qırmızı 


27 
 
xətlərini  ortadan  qaldıran  AKP  Ermənistanla  görüşlərdə  Türkiyənin  ilkin  şərtlərini 
qəbul  etdirmək  əvəzinə,  Ermənistanla  münasibətləri  düzəltməyin  yollarını 
axtarmışdır.  Əslində,  AKP  hökuməti,  nəticə  etibarilə,  müzakirəyə  açıq  və  sonluğu 
riskli  olmaqla  birlikdə  münasibətləri  düzəltmək  siyasəti  yürüdərək  Ermənistanın 
tələblərini ortadan qaldırmağa çalışmışdır. Bu mənada tərəflər arasında dəfələrlə gizli 
görüşlər  keçirilmişdir.  2007-ci  ilin  iyun  ayından  başlayan  bu  gizli  görüşmələr 
Ermənistan  Prezidenti  Serj  Sərkisyanın  Abdullah  Gülü  Türkiyə-Ermənistan  futbol 
oyununa  dəvət  etməsi  ilə  fəallaşmış,  ABŞ  Prezidenti  Barak  Obamanın  Türkiyə 
ziyarəti ərəfəsində isə daha intensiv xarakter almış- dır.  
Bu  proses  ermənilərin  “soyqırım”  günü  kimi  andıqları  24  apreldən  iki  gün 
əvvəl,  yəni  2009-cu  il  aprelin  22-də  Türkiyə-Ermənistan  münasibətlərinin 
normallaşması  üçün  “Yol  xəritəsi”nin  razılaşdırılmasının  açıqlanması  ilə  davam 
etmişdir. Türkiyə ilə Ermənistan arasında protokolların hazırlanması və imzalanması 
gizli və  ya  səssiz diplomatiya  prosesinin nəticəsidir. İki dövlətin  xalqının biri-birinə 
düşmənçiliyinin  yüksək  səviyyədə  və  problemlərin  də  həssas  olduğunu  nəzərə  alan 
siyasətçi və ya diplomatlar prosesə zərər verməmək üçün “səssiz diplomatiya” tərzini 
seçmişlər.  Hətta  protokollar  açıqlandıqdan  sonra  hər  iki  tərəfdə  verilən  mənfi 
reaksiyalar nəticəsində proses zərər gördü. Gizli və ya səssiz diplomatiya açıq şəkildə 
davam  etmiş  olsaydı,  bu  etirazlar  protokolların  sadəcə  təsdiqlənməsinə  yox, 
hazırlanmasına da əngəl ola bilərdi.  
Türkiyə  ilə  Ermənistan  arasındakı  “səssiz  diplomatiya”dan  fərqli  olaraq  “Yol 
xəritəsi”  protokolunun  aprelin  24-ündən  1  gün  əvvəl  açıqlanmasının  məqsədi  ABŞ 
Prezidenti Barak Obamanın aprelin 24-də “soyqırım” ifadəsi işlətməsinin qarşısı- nı 
almaq  idi.
28
  Lakin  Obama  1915-ci  il  hadisələri  üçün  ingilis  dilində  “genocide” 
ifadəsindən istifadə etməsə də, ermənilərin 1915-ci il hadisələri üçün istifadə etdikləri 
“böyük  fəlakət”  mənasına  gələn  “metz  yegen”  sözünü  işlətdi.  Yəni  Obama  erməni 
dilində  “soyqırım”  dedi.
29
  Obamanın  ingilis  dilindəki  “genocide”  sözündən  istifadə 
                                                           
28
 B.Obama seçki kampaniyası dövründə 1915-ci il hadisələrini “soyqırım” adlandıracağını ABŞ-dakı erməni diaspor 
təşkilatlarına yazılı surətdə vəd etmişdi.  
29
 Erməni dilində “böyük fəlakət” mənasına gələn bu söz ermənilər tərəfindən 1915-ci il hadisələrini izah etmək üçün 
istifadə olunur. Beynəlxalq aləmdə bu ifadə “Armenian Genocide”, “Armenian Holocaust”, “Armenian Massacres” 


28 
 
etməməsi  erməni  diasporunu,  ermənicə  “metz  yegen”  sözünü  istifadə  etməsi  isə 
Türkiyə rəsmilərini narahat etmişdir. Lakin Türkiyə hökuməti Obamanın “soyqırım” 
deməməsini  aprelin  22-də  açıqlanan  “Yol  xəritəsi”nin  uğuru  kimi  qiymətləndirdi. 
Obamanın  “genocide”  deməməsi  Türkiyənin,  “metz  yegen“  deməsi  isə  ermənilərin 
könlünü almaq mənasına gəlirdi.  
Həmin  günlərdə  AKP təmsilçiləri  və  bəzi  diplomatlar  Ermənistanla əlaqələrin 
normallaşdırılmasının  fərqli  yollarını  axtarırdılar.  Bu  yollardan  biri  də  Türkiyə  ilə 
Ermənistan  arasında sərhədlərin  açılmasından  əvvəl  diplomatik  əlaqələrin  qurulması 
idi.  Buna  görə  tərəflər  arasında  diplomatik  əlaqə  Gürcüstandakı  səfirliklər  vasitəsilə 
qurulmalı və bu məqsədlə hər iki tərəfin Tbilisidəki səfirləri qarşılıqlı olaraq akreditə 
olunmalı idi.
30
 Gürcüstan üstündən diplomatik əlaqələr qurulduqdan sonra Türkiyə ilə 
Ermənistan arasındakı gömrük qapısının həftədə bir gün açılması
31
 və ya “sərhədləri 
ilkin şərtsiz açaq, Ermənistan buna qarşı müsbət addımlar atmazsa, sərhədləri təkrar 
bağlayarıq”  təklifləri  səslənirdi.  “Normallaşma”  üçün  ikinci  yol  isə  tərəflərin 
qarşılıqlı surətdə səfirliklər açması idi.
32
 
Hansı tarixdə ratifikasiya olunduğu dəqiq bilinməsə də, aşkarlandıqdan dörd ay 
sonra, yəni 2009-cu il avqustun 31-də İsveçrənin Bern şəhərində protokolların mətni 
açıqlandı.  Protokolları  nəzərdən  keçirən  zaman  üç  mühüm  prosesdən  keçəcəyini 
görmək  mümkündür:  1)  daxili  müzakirə;  2)  imza  və  3)  təsdiqlənmə.  Əvvəlcə 
protokollar  hər  iki  ölkə  daxilində  siyasi  qüvvələr  tərəfindən  6  həftə  müzakirə 
edildikdən sonra ölkə parlamentlərinə təqdim olunur. Protokollarda imzalanma tarixi 
əks  olunsa  da,  ölkələrin  parlamentlərində  təsdiq  olunma  tarixi  göstərilmir.  Yəni 
tərəflər  protokolların  parlamentlərində  təsdiqlənməsi  tarixi  barədə  sərbəstdirlər.  Bu 
isə o deməkdir ki, tərəflərdən biri istəsə protokolu parlamentdə təsdiqləməyə bilər.  
                                                                                                                                                                                                 
kimi ifadələrlə birlikdə işlədilir. “TÜRKSAM Obama’nın Büyük Felaket “Mets Eghern” Sözcüğünü Kullanacağını 
Aylar Öncesinden Bildi”, TURKSAM. (25.04.2009) 
30
 Türkiyə-Ermənistan əlaqələrində Türkiyənin Tbilisidəki səfirliyi daha əvvəl də önəmli rol oynamışdı. Ermənistanın 
Baş naziri Markaryanın vəfatından sonra 2007-ci ilin martında Ərdoğanın başsağlığı məktubunu Ermənistan Prezidenti 
Köçəryana çatdırmaq üçün Türkiyənin Gürcüstandakı səfiri Ermənistanın Tbilisidəki səfirinə təqdim etmişdi.   
31
 Bu formul AKP sədrinin xarici əlaqələr üzrə müavini, TBMM Xarici əlaqələr komissiyasının mətbuat katibi Suat 
Kınıklıoğlunun NTV kanalına açıqlamasında ortaya çıxmışdır 
32
 Hürriyet (24.04. 2009). 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə