15
səbəbiylə qiyamlar başlamışdır. Gürcü xalqının bu reaksiyasının davamı olaraq
"Məxmər inqilabı" və ya digər bir adıyla "Gül inqilabı" olaraq bilinən hadisə ilə
Şevardnadze rəhbərlikdən ayrılmaq məcburiyyətində qalmışdır. Eyni zamanda gürcü
separatçı bölgələrində də tez-tez qiyamlar meydana gəlməyə başlamışdır. Türk xarici
siyasət nümayəndələri Acara bölgəsinin lideri Aslan Abaşidzeyə daxili qarışıqlıq
çıxarıb ölkənin sabitliyinin pozulmaması istiqamətində məsləhətdə vermişlər.
Gürcüstanın içində olduğu bu vəziyyətə türk xarici siyasəti nümayəndələri qeydsiz
qalmayaraq bu şərhi etmişlər: "Türkiyə seçkilər sonrasında meydana gələn
inkişafların, əlaqələrimizi mükəmməl səviyyədə davam etdirərək gəldiyimiz
bu qonşu
ölkənin rifahına təsir etməməsini və dost Gürcüstanda dinclik və birliyin ən qısa
zamanda hakim olmasını ürəkdən arzu edir. Türkiyə çətinliklərin siyasi uzlaşmanın
təmin edilməsi surətiylə aşılacağına və Gürcüstanın demokratiya yolunda irəliləməyə
davam edəcəyinə inanır. "
13
Şevardnadze rəhbərlikdən ayrıldıqdan sonra, 4 yanvar 2004-cü il tarixində
keçirilən seçkilərdə Saakaşvili prezident seçilmişdir. Türk millət vəkilləri bu seçkidə
müşahidəçi statusunda olmuşlar. Ardınca yeni Gürcüstan prezidenti Saakaşvili 20
may 2004-cü ildə Türkiyəyə səfər etmişdir. Gürcüstan prezidenti səfəri zamanı
Ankara-Tiflis arasındakı əlaqələrin sosial-iqtisadi və siyasi baxımdan gələcəyinə
toxunarkən separatçı bölgələrdəki problemlərdən bəhs etmişdir. Eyni zamanda
Saakaşvili Gürcüstanda müstəqilliyin və sabitliyin təmin edilməsi məqsədiylə Qərb
ilə əməkdaşlığa verilən əhəmiyyət ilə Türkiyənin bu mövzudakı yerini ifadə etmişdir.
O dövrün prezidenti Əhməd Necdət Sezər isə türk rəhbərliyinin Gürcüstan
Respublikasının ərazi bütövlüyünə duyduğu hörmət ilə Qafqazda sabitliyin təmin
edilməsinə istiqamətli diləklərini ifadə etmişdir.
AK Partiya iqtidara gəldikdən sonra Cənubi Qafqaz ilə əlaqələrini nəzərdən
keçirməyə başlamışdır. Bu nöqtədə uzun illərdir aralarındakı problemləri həll edə
bilmədiyi Ermənistan ilə əlaqələrdə də yeni siyasətlər yaradılmağa çalışılmışdır.
Türkiyə diplomatik əlaqələri olmayan Ermənistan ilə bürokratik işləri uzun illər
Moskva səfirliyi üzərindən etmişdir. Türkiyə 2005-ci ilin mart ayında bürokratik
13
.
Turkey´s Political Relations
With Georgia , http://www.mfa.gov.tr/turkey_s-political-relations-with-georgia.en.mfa, 02.07.2011