Aktivin son qalıq dəyərinin təyin olunması Qulu Soltanov



Yüklə 14,05 Kb.
Pdf görüntüsü
tarix12.02.2018
ölçüsü14,05 Kb.
#26850


Aktivin son qalıq dəyərinin təyin olunması 

 

Qulu Soltanov, 

sərbəst auditor 

 

MMUS üzrə torpaq, tikili, avadanlıq, nəqliyyat vasitəsi və bu sinfə aid olan digər uzunmüddətli 



aktivlər alınaraq mühasibat uçotunda mədaxil edilərkən mühasiblərin bilməli olduğu vacib 

məsələlərdən biri də akivin son qalıq dəyəri təyin olunmalıdır. 

Ənənəvi uçotun tətbiqi zamanında «son qalıq dəyəri»nin sıfır olduğunu düşünərdilər. Əvvəllər 

əsas vəsaitin istismar müddəti boyunca, yəni əsas vəsaitin tam aşınaraq istismara yararsız olan 

vəziyyətə qədər amortizasiya hesablanır və sonda da qalıq dəyər sıfra bərabər olardı. Əgər əsas 

vəsait istismar müddəti tam başa çatmayanadək çıxdaş edilərsə (satış, vaxtsız ləğvetmə, fövqəladə 

hallarda itki, oğurlanma), satış dəyəri ilə satış tarixinə qalıq dəyəri arasındakı fərq mənfəət və ya 

zərərə aid edilirdi. 

«Son qalıq dəyər» əsas vəsait barəsində siyasətin müəyyənləşdirilməsi nəticəsində meydana 

gəlir və əsas vəsait barəsində onun dəyərinin xərclərə silinməsini obyektiv olaraq tənzimləyir. 

Misal. Müəssisə tərəfindən 2011-ci ildə çap aparatı avadanlığı alınmışdır. Avadanlıq istismar 

müddəti 5 il və ilkin dəyəri 5000 manat olmaqla uçota alınmışdır. Avadanlıqdan 3 il istismar 

olunduqdan sonra 1400 manata satılması nəzərdə tutulmuşdur.  

Ənənəvi uçot üzrə hər il üçün 1000 (5000 : 5 il) manat amortizasiya hesablanması nəzərdə 

tutulacaq və avadanlıq 3 ildən sonra satılmışdırsa satış dövrünə onun qalıq dəyəri 2000 (5000 - 

(1000 x 3 il)) olacaqdır. 3 ildən sonra xərclərə 600 (2000-1400) manat əlavə olunacaqdır.  

MMUS üzrə hər il üçün 1200 ((5000-1400) : 3 il) manat amortizasiya hesablanması nəzərdə 

tutulacaq və avadanlıq 3 ildən sonra satılmışdırsa satış dövrünə onun qalıq dəyəri 1400 (5000 - 

(1300 x 3 il)) olacaqdır. 3 ildən sonra xərclərə 0 (1400-1400) manat əlavə olunacaqdır.  

Göründüyü kimi, ənənəvi uçotda illər üzrə amortizasiya məbləği az hesablanır və bu da 

mənfəətin süni olaraq artıq və ya əskik hesablanmasına gətirib çıxarır. MMUS-da isə amortizasiya 

olunan dəyər aktivin son qalıq dəyəri çıxıldıqdan sonra hesablandığına görə, amortizasiya məbləği 

elə bölüşdürülmüşdür ki, satış tarixinə zərər yaranmamışdır və ya zərər yaranma ehtimalı sıfra 

yaxınlaşdırılmışdır. Buna görə də ədalətlilik və dürüstlük tətbiq olunmuşdur. 

Son qalıq dəyəri bir çox hallarda sıfırdan çox ola bilər və bunun səbəbləri proqnozlaşdırılmalıdır. 

Əgər torpaq, tikili və avadanlıq üçün müəyyənləşdirilən aktiv faydalı istismar müddəti başa 

çatdıqdan sonra onun hələ də dəyərinin olacağı və ya ondan qazanc əldə ediləcəyi barədə böyük 

ehtimallar vardırsa, deməli, həmin aktivlərdən müəssisə istifadə etməsə də, bütövlükdə və ya 

sökülərək hissə-hissə satmaqla gəlir əldə etmək mümkündür. Əldə edilə biləcək gəlir isə son qalıq 

dəyəri kimi təzahür edir. 

Ənənəvi uçotda əsas vəsaitlərin silinməsi nəticəsində ilkin dəyər ilə amortizasiya dəyəri 

arasındakı fərq son qalıq dəyəri kimi çıxış edir. Fərq ondadır ki, ənənəvi uçotda həmin məbləğ 

barədə əvvəlcədən düşünülmür və ehtimallar olunmur, amortizasiya hesablanmasında nəzərə 

alınmır. 

7¹-li MMUS-un 9-cu maddəsində göstərilir ki, «son qalıq (likvidasiya) dəyəri - torpaq, tikili və 

avadanlıqlara aid aktiv faydalı istismar müddətinin sonunda nəzərdə tutulan vəziyyətə uyğun 

olduqda, onun satışı ilə bağlı ehtimal olunan xərclər çıxıldıqdan sonra müəssisə tərəfindən əldə 

oluna biləcək qiymətləndirilmiş məbləğdir. 45-ci maddə üzrə aktivin həm son qalıq dəyəri, həm də 

faydalı istifadə müddəti ən azından hər maliyyə ilinin sonunda yenidən baxılmalıdır. Əgər ehtimallar 

əvvəlki qiymətləndirmələrdən fərqlənirsə, dəyişikliklər «Uçot siyasəti, uçot qiymətlərində 

dəyişikliklər və səhvlər üzrə» 11 ¹-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq uçot 

qiymətlərində dəyişikliklər kimi uçota alınmalıdır.  

7¹-li MMUS üzrə Şərhlər və Tövsiyələrdə göstərilir ki, aktivin amortizasiya olunan dəyəri aktivin 

son qalıq dəyəri çıxıldıqdan sonra müəyyən olunmalıdır. Lakin aktivin son qalıq dəyəri 

əhəmiyyətsizdirsə, o, amortizasiya olunan dəyərin hesablanması zamanı daxil edilməməlidir. 

Torpaq, tikili və avadanlıq obyektinin son qalıq dəyəri - gözlənilən xaricolma dəyəri çıxılandan sonra 

müəssisənin aktivin faydalı istismar müddətinin sonuna nəzərdə tutduğu xalis məbləğdir.  



Məsələn, aktivin ilkin dəyəri 1000 manat və faydalı istismar müddəti 5 ildir. Fərz olunur ki, faydalı 

istismar müddətinin sonuna aktiv 300 manata satılacaq və kommersiya xərcləri 80 manat (sökülmə 

və nəqliyyat xərcləri) təşkil edəcəkdir.   

Bu halda son qalıq dəyəri: 220 manatdır  (300 - 80); amortizasiya edilən məbləğ: 780 manat 

(1000 - 220) olacaqdır. 

Əgər aktivin son qalıq dəyəri əhəmiyyətlidirsə, onda:  

(a) ilkin dəyər modeli tətbiq edildikdə qalıq dəyəri aktivin alınma tarixində qiymətləndirilməli və 

hər balans hesabatı tarixində baxılmalı və əgər zəruridirsə, dəyişdirilməlidir;  

(b) yenidən qiymətləndirmə modeli tətbiq edildikdə, aktivin yeni qalıq dəyəri hər növbəti 

yenidənqiymətləndirmədən sonra təyin edilməlidir. 



 

Yüklə 14,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə