Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə1/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
  1   2   3   4   5   6   7   8   9   ...   48


MİLLİ  AZLIQLARIN HÜQUQLARI 

HAQQINDA  BEYNƏLXALQ 

AKTLAR  TOPLUSU

(Sənədlərdən çıxarışlar)

Bakı

Nurlan

  -  


2005


Redaktoru: 

K am ran  Ram azanlı



Çevirəni:

Elman  M ustafaoğlu

Milli  azlıqların  hüquqları  haqqında  beynəlxalq  aktlar  toplusu.

(Sənədlərdən  çıxarışlar).  Bakı,  Nurlan,  2005,  130 səh.

4702000000 



N

  -  


098

  -


 

2005


Qrilli  nəşr

© «Nurlan», 2005

REDAKTORDAN

Dünya  miqyasında  demokratik  proseslərin  qarşısıalınmaz  xarakter 

qazandığı  bir  vaxtda  dövlətlər,  xalqlar,  millətlər  arası  əlaqələrin,  o  cümlədən 

konkret  bir  dövlət  daxilində  müxtəlif  etnosların,  milli  azlıqların  qarşılıqlı 

münasibətlərinin vahid beynəlxalq normativlərlə tənzimlənməsi daha geniş vüsət 

alır.  Dünya  dövlətlərinin əksəriyyəti  ilə razılaşdırılmış və onlar  tərəfindən qəbul 

olunmuş  sənədlərdə  ümumiyyətlə  insan,  xüsusən  də  milli  azlıqlara  mənsub 

şəxslərin hüquq və azadlıqlarının qorunmasına daha çox diqqət yetirilir.  Bir sıra 

hallarda etnik, milli, dini qarşıdurmalar tərəflərdən birinin- etnik-milli çoxluğun 

beynəlxalq  sənədlərdə  təsbitini  tapmış  normativləri  bilərək  və  öz  mənafeləri 

naminə pozmaqdan və milli azlıqların həmin sənədlərdə gerçəkləşməsinə təminat 

verilən hüquq  və azadlıqlarını  bilməmələrindən yaranır.

Gürcüstanda  yaşayan  soydaşlarımızın  maraq  və  mənafelərini  nəzərə  alan 

"Sabah"  Gənclər  Birliyi  etnik-milli  və  ya  dini  zəmində  hazırda  mövcud 

qarşıdurmaları  və  yarana  biləcək  mümkün  münaqişələri  zərərsizləşdirmək,  ən 

azı sivil hüquqi zəmində həllinə cəhd göstərməklə minimuma endirmək  məqsədə 

ilə  Sizə,  hörmətli  oxucular,  təqdim  olunun  sənədlər  toplusunun  tərcüməsinə  və 

nəşrinə  təşəbbüs  göstərdi.  Biz  ümid  edirik  ki,  hüquqlarına  dərindən  bələd 

olduqdan sonra soydaşlarımız problemlərinin mitinqlərlə, nümayişlərlə deyil, ilk 

növbədə 


beynəlxalq  qanunlar  və  normativlər  əsasında,  bu  qanun  və 

normativlərin  işləməsinə,  gerçəkləşməsinə  ikili  standartlara  yol  verməyərək 

nəzarət edən  instansiyalarda  həllinə çalışacaqlar.

Sənədlər  toplusu  Gürcüstanda  rus  dilində  nəşr  edilmiş  toplunun  ( 

Tbilisi,2003  )  tərcüməsidir.  Rus  dilindəki  məınlarda  özünü  göstərən  bir  sıra 

qüsurlar  tərcümənin  ümumi  səviyyəsi  haqqında  müəyyən  təsəvvür  oyadır. 

Bununla  belə,  milli  azlıqlarla  bağlı  əsas  normativ  hüquqi  aktlar,  sənədlər  və 

həmin  aktlardakı.  sənədlərdəki  ən  vacib  maddələr,  bəndlər  və s.  əksini  tapdığı, 

eyni  zamanda  Gürcüstanın  da  etnik-milli  mənafelərimiz  və  maraqlarımızla 

əlaqəli  bir sııa sənədlər  toplandığı  üçün məhz bu  topluya  müraciət etdik.

Nəşrinə  nail  olduğumuz  toplu  bu  sahədə  ilk  təşəbbüslərdən  biridir.  Hətta 

istəməsək  belə,  topluda  həm  tərcümə,  həm  də  redaktə  baxımından  qüsurların, 

xətaların,  qeyri-dəqiq  terminlərin  olmadığını  istisna  etmirik.  Bununla  bağlı 

xeyirxah  təkliflərini,  qeydlərini  verəcək  bütün  insanlara  əvvəlcədən 

minnətdarlığımızı bildiririk  Xeyirxah sözünü ona görə işlətdik ki. faydalı, zəruri 

saydığımız  bu  toplu  qrant  hesabına,  dövlət  vəsaitinə  hazırlanmayıb,  məhz 

xeyirxah  insanların  köməkliyi  ilə  xeyirxah  bir  məqsədlə,  respublikamızdan 

kənarda,  o  cümlədən  Borçalıda  yaşayan  soydaşlarımıza  siyasi-hüquqi  yardım 

məqsədi  ilə  nəşr  edilibdi.  Toplunun  işıq  üzü  görməsinə  əməyi  keçən  bütün 

insanlar, xüsusən el-oba vurğunu Sakit Allahverdiyevə təşəkkürümüzü bildiririk

3



AVROPA ŞURASININ  NİZAMNAMƏSİ

London.  05.05.1949

Belçika  Krallığı,  Danimarka  Krallığı,  Fransa  Respublikası,  İrlandiya 

Respublikası,  İtaliya  Respublikası,  Lyuksemburq  Böyük  Hersoqluğu, 

Niderlandiya Krallığı, Norveç Krallığı, İsveç Krallığı, Böyük Britaniya və Şimali 

İrlandiya  Birləşmiş  Krallığı hökumətləri,

Ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanan sülhün möhkəmləndirilməsinin 

insan  cəmiyyətinin  və sivilizasiyanın  saxlanılması  üçün  həyati  zərurətinə uyğun 

gəldiyinə inanaraq,

xalqlarının  ümumi  sərvəti,  istənilən  həqiqi  demokratiyanın  əsasını  təşkil 

edən  şəxsiyyət  azadlığı,  siyasi  azadlıq  və  hüququn  aliliyi  prinsiplərinin  əsl 

qaynağı  olan mənəvi  və əxlaqi dəyərlərə öz bağlılıqlarını  yenidən  təsdiq edərək,

bu idealları qoruyub saxlamaq üçün və sosial və iqtisadi  tərəqqinin mənafeyi 

baxımından  bu görüşlərə şərik olan  bütün Avropa  ölkələrinin  daha sıx birliyinə 

tələbatın  olduğuna əmin olaraq,

öz  xalqlarının  aydın  ifadə  olunmuş  niyyətlərinə  cavab  olaraq,  Avropa 

dövlətlərini  daha sıx  birliyə yaxınlaşdıra  biləcək  bir təşkilatın  təxirə salınmadan 

yaradılmasını  vacib  hesab edərək,

bunun  əsasında,  hökumət  nümayəndələri  Komitəsindən  və  Məsləhətçi 

Məclisdən  ibarət  olan  Avropa  Şurasını  təsis  elməyi  qərara  aldılar  və  bu 

məqsədlə hazırkı  Nizamnaməni  qəbul etdilər.

I  FƏSİL  -  AVROPA ŞURASININ MƏQSƏDİ

1-ci  Maddə

a. Avropa  Şurasının məqsədi  ümumi sərvətləri olan idealların və prinsiplərin 

qorunması  və  həyata  keçirilməsi  naminə  Üzvləri  arasında  böyük  birliyə  nail 

olmaq, onların  iqtisadi və sosial  tərəqqisinə kömək etməkdir.

Avropa  Şurası  orqanlarının  səyləri  nəticəsində  ümumi  maraq  doğuran 

məsələləri  müzakirə  etməklə,  sazişlər  bağlamaqla  və  iqtisadi,  sosial,  mədəni, 

elmi,  hüquqi  və  inzibati  sahələrdə  birlikdə  hərəkət  etməklə,  həmçinin  insan 

hüquqlarını  və əsas azadlıqları  müdafiə etmək və sonra da  həyata keçirmək yolu 

ilə  bu  məqsədə nail olunacaqdır.

c.  Üzv  dövlətlərin  Avropa  Şurasının  işində  iştirakı  Birləşmiş  Millətlər 

Təşkilatının  və daxil olduqları digər beynəlxalq təşkilat və birliklərin fəaliyyətinə 

verdikləri  tövhəyə mənfi  təsir göstərməməlidir.

d.  Milli  müdafiə  ilə  bağlı  məsələlər  Avropa  Şurasının  səlahiyyətlərinə  daxil 

deyildir.

4

AVROPA SOSİAL XARTİYASI



18 oktyabr  1961-ci il

Avropa Şurası  tərəfindən Turində qəbul edilmişdir.

26 fevral  1965-ci il tarixdə qüvvəyə minmişdir.

1  yanvar  1989-cu  il  tarixli vəziyyətə görə  15  iştirakçı.

sosial hüquqların həyata  keçirilməsi, irqi, dərinin rəngi, cinsi əlamətlərə, dini, 

siyasi görüşlərə, milli mənsubiyyətə,  yaxud da sosial mənşəyə görə heç bir ayrı- 

seçkiliyə yol  vermədən  təmin edilməli olduğunu hesab edərək,

müvafiq  idarələrin  və  fəaliyyətin  köməkliyi  ilə  həm  şəhər,  həm  də  kənd 

əhalisinin  həyat  səviyyəsini  yüksəltmək  və  sosial  rifahını  təmin  elmək  üçün 

birlikdə hər cür səy göstərmək qərarına gələrək.

5



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə