Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə14/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

ATƏM-in müşavirələrinə öz fəaliyyəti haqqında  məlumat təqdim edəcəkdir.

Əlavə


Milli  azlıqlar məsələsinə dair məlumatların qaynaqları

(23)  Ali  komissar:

(23a)  milli  azlıqların  durumu  və ona  aidiyyəti  olan  tərəflərin  rolu  haqqında 

istənilən  qaynaqdan,  o  cümlədən,  (25)-ci  bənddə  göstərilənlər  istisna  olmaqla, 

kütləvi  informasiya  vasitələrindən  və  qeyri-hökumət  təşkilatlarından  məlumat 

toplaya və ala  bilər;

(23b)  milli  azlıqlar  məsələsi  ilə  bağlı  hadisələr  haqqında  bilavasitə  aidiyyəti 

olan  tərəflərdən  konkret  məruzələr ala  bilər.  Milli azlıqlar  barəsində ATƏM-in 

öhdəliklərinin  pozulması,  eləcə  də,  milli  azlıqlar  məsələsiylə  bağlı  digər 

pozuntular haqqında məruzələr də onların sırasına  daxil ola  bilər.

Bilavasitə maraqlı tərəflər

(26) Gərgin  vəziyyətə cəlb edilən,  Ali  komissara  konkret  məruzələr  təqdim 

edə bilən və iştirakçı dövlətə səfər zamanı  Ali komissarın şəxsən əlaqəyə girməyə 

çalışacağı  maraqlı  tərəflər aşağıdakılardır:

(26a) müvafiq  hallarda, milli azlıqların yaşadığı rayonlarda regional və yerli 

hakimiyyətlər də daxil olmaqla, iştirakçı dövlətlərin hökumətləri;

(26b)  assosiyasiyaların,  qeyri-hökumət  təşkilatlarının,  dini  və  bilavasitə 

gərginlik  rayonunda  yerləşən  və  maraqlı  tərəf  olan  milli  azlıqların  digər 

qruplarının  nümayəndələri,  milli  azlıqlara  mənsub və  bu  azlıqların  maraqlarını 

təmsil etməyə səlahiyyətli olan şəxslər.

Milli azlıqlar

İştirakçı dövlətlər

(23)  Vyana  görüşünün  Yekun sənədində,  Kopenhagen  sənədində  və  Cenevrə 

sazişinin  Məruzəsində  milli  azlıqlara  mənsub  şəxslərin  hüquqları  ifadə  edilən 

öhdəliklər də daxil olmaqla, ATƏM  üzrə özlərinin bütün öhdəliklərini ləngimədən 

və vicdanla yerinə yetirmək  niyyətində olduqlarını  tam qətiyyətlə təsdiq edirlər.

(24) Bununla əlaqədar onlar milli azlıqlara  mənsub şəxslərin hər bir dövlətin 

öz  ölkəsinin  siyasi,  iqtisadi  sosial  və  mədəni  həyatında  qərarlar  qəbulunun 

demokratik  prosedurasına  uyğun  olaraq,  o  cümlədən,  demokratik  iştirak 

əsasında  milli,  regional  və  yerli  səviyyələrdə  rəhbər  və  məsləhətçi  orqanların 

xüsusilə siyasi partiyalar və assosiasiyalar çərçivəsində iştirak etmək hüququ  da 

daxil  olmaqla,  öz  insan  hüquqlarım  və  əsas  azadlıqlarını  fərdi  qaydada  və 

başqaları  ilə  birlikdə  sərbəst  şəkildə  həyata  keçirmələrini  təmin  etmək  üçün 

səylərini fəallaşdıracaqlar.

(25)  Birtərəfli,  ikitərəfli  və  çoxtərəfli  qayadada  səy  göstərməklə  özlərinin 

ATƏM  üzrə  öhdəliklərinin,  o  cümlədən  milli  azlıqların  etinik,  mədəni,  dil  və 

dini özünəməxsusluğunu təşviq etmək üçün  şəraitin müdafiəsi və yaradılması ilə 

bağlı  öhdəliklərinin,  daha  səmərəli  yerinə  yetirilməsinin  gələcək  imkanlarını 

öyrənməyi davam etdirəcəklər.

(26)  Milli  azlıqların  problemlərini  konstruktiv  ruhda,  dinc  vasitələrlə  və 

ATƏM-in  prinsip  və  öhdəlikləri  əsasında  maraqlı  tərəflər  arasında  dialoqlar 

yolu  ilə həll edəcəklər.

(27)  Köçürmə  praktikasından  imtina  edəcək  və  milli  azlıqların  yaşadıqları 

ərazilərin  hüdudları  daxilindəki  rayonların  etnik  tərkibini  dəyişdirmək 

məqsədilə  güc  hədəsinə  və ya  onun  tətbiqi  ilə  köçməni  həyata  keçirmək  üçün 

göstərilən  bütün  təşəbbüsləri  pisləyəcəklər.

36

İCTİMAİ-SİYASİ  HƏYATDA MİLLİ AZLIQLARIN 



SƏMƏRƏLİ  İŞTİRAKI  HAQQINDA 

LUND TÖVSİYƏSİ

Avropada  təhlükəsizlik  və  əməkdaşlıq  Təşkilatı  (ATƏT)  iyul  1992-ci  il 

tarixdə Helsinkidə qəbul etdiyi qərarla  milli azlıqların işləri  üzrə "münaqişələrin 

mümkün qədər ən erkən mərhələdə qarşısını almaq"  məqsədi  olan  Ali  komissar 

vəzifəsini  təsis etdi.  Bu  addım  keçmiş  Yuqoslaviyada  yaranmış vəziyyətə cavab 

reaksiyası  idi  və  bəzilərinin  fikrinə  görə,  bu  vəziyyətin  Avropanın  digər 

ölkələrində  -  xüsusilə,  demokratik  ictimai  quruluşa  keçidi  həyata  keçirən 

ölkələrdə  də  təkrarlanmaq,  bununla  da  dövlət  və  hökumət  başçılarının  noyabr 

1990-cı il tarixdə qəbul eldiyi yeni Avropa üçün  Paris Xartiyasında ifadə olunan 

sülh  və tərəqqiyə çatmaq  ümidlərini sarsıtmaq qorxusu  vardı.

1  yanvar  1993-cü  il  tarixdə  milli  azlıqların  işləri  üzrə  ATƏT-in  ilk  Ali 

komissarı  Maks  Van  der  Stul  oldu.  O,  Niderlandın  parlament  deputatı,  xarici 

işlər  naziri,  BMT  yanında  daimi  nümayəndəsi  kimi  işlədiyi  illərdə,  eləcə  də 

hüquq  müdafiəçisi  kimi  çoxillik  fəaliyyətində  topladığı  zəngin  təcrübəsinə 

əsaslanaraq,  Avropanın  müxtəlif  ölkələrində  azlıqlarla  mərkəzi  hakimiyyət 

orqanları  arasında  mübahisələr,  onun  fikrincə,  kəskinləşmə  ilə  nəticələnə 

biləcəyi  bir  vaxtda  çoxsaylı  şəraitin  araşdırılmasına  girişdi.  "Diplomaliya"nın 

vasitələri  ilə  silahlanaraq  MAAK  Albaniya  Respublikası,  Macarıstan, 

Qazaxıstan,  Qırğızıstan,  Latviya,  keçmiş  Yuqoslaviya  Respublikası 

Makedoniya, Rumınya, Slovakiya, Ukrayna, Xorvatiya və Estoniya kimi ondan 

çox dövlətin problemlərinin  həllinə qoşuldu,  ö z  diqqətini hər şeydən  öncə,  say 

baxımından  bir  ölkədə  əhalinin  çoxluğunu,  digər  ölkədə  isə  azlığını  təşkil edən 

milli  və  ya  etnik  qrupların  nümayəndələri  ilə  bağlı,  bununla  da  dövlətlərin  hər 

ikisində  də  hakimiyyətin  maraqlarına  toxunan  dövlətlərarası  gərginliklərin, 

hətta münaqişələrin potensial qaynağı olan halların üzərinə cəmləşdirdi. Əslində 

məhz belə gərginliklərin  nəticələri  keçmişdə bir çox  baxımdan  Avropa  tarixinin 

gedişini müəyyənləşdirirdi.

Milli  azlıqlara  münasibətdə  çəkişmə  problemiylə  məşğul  olan  MAAK 

müstəqil,  qərəzsiz  və  əməkdaşlığa  hazır  tərəf  rolunda  çıxış  edir.  Nəzarət 

funksiyaları verilməsə də, o. bütün dövlətlər tərəfindən qəbul edilmiş beynəlxalq 

normalara istinad edir və bunlar təhlil zamanı onun tərəfindən çıxış nöqtəsi kimi 

qəbul  edilir  və  irəli  sürülən  konkret  tövsiyyələrin  əsasını  təşkil  edir.  Bununla 

əlaqədar  bütün  ATƏT  dövlətlərinin,  xüsusən  1990-cı  il  tarixli  insan  ölçüsünə 

dair  Konfransın  IV  hissəsində  milli  azlıqlara  aid  normaları  ətraflı  şərh  edən 

Kopenhagen  sənədi  üzrə  razılaşma  əsasında  götürdükləri  öhdəlikləri  nəzərdə 

tutmaq  mühümdür.  ATƏT-in  bütiin  iştirakçı  dövlətləri  insan  hüquqlarına,  o 

cümlədən,  Birləşmiş  Millətlər  Təşkilatı  çərçivəsində  qəbul  edilmiş  azlıqların 

hüquqlarına dair öhdəliklər daşıyırlar; ATƏT ölkələrinin böyük əksəriyyəti həm 

də Avropa Şurasının  normaları  ilə bağlıdır.

Altı ildən artıq davam edən  gərgin iş nəticəsində  MAAK məşğul olduğu bir 

çox ölkələrdə yenidən və yenidən diqqəti cəlb edən bir sııa məsələləri üzə çıxarda 

bildi.  Bu  məsələlər  sırasında  azlıqların  nümayəndələri  üçün  təhsil  məsələsi  və 

azlıqların  dillərindən  istilada  problemi  milli  azlıqlara  mənsub  şəxslərin 

özünəməxsusluqlarının  qorunub  saxlanması  və  inkişaf etdirilməsi  iiçiin  xüsusi

37



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə