Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə2/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   2   3   4   5   6   7   8   9   ...   48

BÖLGƏ  DİLLƏRİ  VƏ  AZLIQLARIN  DİLLƏRİ 

HAQQINDA  AVROPA XARTİYASI



Strasburq,  5.  XI.  1992

PEREAMBULA

Bu Xartiyanı  imzalayan  dövlətlər  -  Avropa Şurasının üzvləri

Avropa  Şurasının  əsas  məqsədinin  üzv  dövlətlər  arasında,  xüsusən,  onların 

ümumi sərvəti olan idealların və prinsiplərin qorunması və  inkişafı naminə daha 

sıx  birliyin yaradılması olduğunu  nəzərə alaraq;

bölgə  və  azlıqların  zaman  keçdikcə  itə  biləcək  dillərinin  qorunmasının 

Avropa  mədəni  ənənəsinin  və  mədəni  sərvətinin  mühafizəsinə  və  inkişafına 

kömək etdiyini  nəzərə alaraq;

şəxsi  və  ictimai  həyatda  bölgə  v;  azlıqların  dillərini  işlətmək  hüququnun 

miilki və siyasi hüquqlar haqqında  BMT-nin Beynəlxalq paktındakı prinsiplərə, 

insan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında  Avropa  Şurası 

Konvensiyasının  ruhuna  uyğun ayrılmaz hüquq olduğunu  nəzərə alaraq;

ATƏM  çərçivəsində  görülmüş  işləri,  xüsusilə,  1975-ci  il  Helsinki 

Müşavirəsinin  Yekun  Aktını  və  1990-cı  il  Kopenhagen  görüşünün  sənədini 

nəzərə alaraq;

çoxdilliliyin  və  mədəniyyətlər  arasında  qarşılıqlı  təsirin  əhəmiyyətini  qeyd 

edərək,  həmçinin  bölgə  və  azlıqların  dillərinin  qorunması  və  inkişaf 

etdirilməsinin  rəsmi  dillərin  və  onları  öyrənmə  zərurətinin  zərərinə  həyata 

keçirilməməli olduğunu  nəzərə alaraq;

Avropanın  müxtəlif  ölkələrində  və  bölgələrində  bölgə dillərinin  qorunması 

və 


inkişaf  etdirilməsinin  milli  suverenlik  və  ərazi  bütövlüyü  çərçivəsində 

demokratiya  və  mədəniyyət  müxtəlifliyi  prinsiplərinə  əsaslanan  yeni  Avropa 

quruculuğuna mühüm  töhfə olduğunu dərk edərək;

Avropa  ölkələrində hər bir rayona  xas olan səciyyəvi  xüsusiyyətləri  və  tarixi 

ənənələri  nəzərə alaraq,

aşağıdakılar haqqında razılığa gəlmişlər:

I  HİSSƏ.  ÜMUMİ MÜDDuALAR

1-ci Maddə - Təriflər

Bu  Xartiyanın  kontekstində:

a)  "bölgə  dilləri,  yaxud  azlıqların  dilləri"  termini  aşağıdakı  dillərə 

münasibətdə işlədilir:

dövlətin əsas  əhalisindən  sayca az qrup  təşkil edən vətəndaşları  tərəfindən 

həmin  dövlətin ərazisində ənənəvi olaraq  işlədilir  və  bu dövlətin  rəsmi dilindən 

(dillərindən)  fərqlənir;  bu  termin  əsas  dilin  (dillərin)  dialektlərinə  və 

mühacirlərin  dilinə aid  edilmir;

b)  "bölgə  dilinin,  yaxud  azlıqlar  dilinin  işləndiyi  ərazi"  termini  altında  elə 

coğrafi  məkan  başa  düşülür  ki,  həmin  dil  bu  Xartiyada  dilin  qorunması  və 

inkişaf  etdirilməsi  nəzərdə  tutulan  müxtəlif  tədbirlərin  görülməsinə  haqq 

qazandıracaq  sayda şəxslərin  ünsiyyət  vasitəsinə çevrilsin;

cj  "ərazisi  olmayan  dillər"  terminiylə dövlətin  vətəndaşları  tərəfindən  işlədilən 

və  əhalinin  qalan  hissəsinin  işlətdiyi  dildən  (dillərdən)  fərqli  olan  dillər  başa

6

düşülür,  ancaq  bu  dillər ənənəvi  olaraq  dövlətin  ərazisində işlənsə  də  bu  ərazidə 



konkret  bir coğrafi məkana bilavasitə bağlana  bilməz.

2-ci  Maddə - öhdəliklər

1.  Tərəflərin  hər  biri  II  hissənin  müddəalarını  1-ci  Maddənin  təriflərinə 

uyğun  olan,  ərazisindəki  bütün  bölgə,  yaxud  azlıqların  dillərinə  tətbiq  elməyi 

öhdəsinə götürür.

2.  3-cü  Maddəyə  uyğun  olaraq,  təsdiq,  qəbul,  yaxud  bəyənilmə  anında 

göstərilən  hər  hansı  bir  dil  barəsində  Tərəflərin  hər  biri  bu  Xartiyanın  III 

hissəsindən  azı  otuz  beş  paraqraf,  yaxud  abzas,  o  cümlədən,  8-ci  və  12-ci 

Maddələrin  hər  birindən  azı  üç  9-cu,  10-cu,  11-ci  və  13-cü  maddələrin  isə  hər 

birindən  bir paraqraf yaxud  abzas tətbiq etməyi öhdəsinə götürür.

3-cü Maddə - Gerçəkləşdirmə üsulları

1. 


Razılığa gəlmiş dövlətlərdən hər biri  2-ci  maddənin 2-ci  paraqrafına  uyğun 

olaraq  seçilmiş  müddəaların  tətbiq ediləcəyi  hər  bir bölgə,  yaxud  azlığın  dilini 

və  ya  onun  bütün  ərazisinə  daha  az  yayılmış  hər  bir  dili,  yaxud  onun  rəsmi 

dilinin hissəsini Xartiyanın təsdiqi, qəbulu, yaxud bəyənilməsi haqqında sənəddə 

göstərməlidir.

2.  Bundan  sonra  Tərəflərin  hər  biri  Xartiyanın  təsdiqnaməsində,  yaxud 

qəbulu  və  ya  bəyənilməsi  haqqında  sənəddə  göstərilməyən 

istənilən  digər 

paraqrafını  müddəalarından  irəli  gələn  öhdəlikləri  qəbul  etdiyini  və  ya  bu 

maddənin  1-ci  paraqrafına  hər hansı  digər  bölgə dilinə, yaxud  azlığın dilinə və 

ya  onun  bütün  ərazisinə  daha  az  yayılmış  dilə,  yaxud  onun  rəsmi  dilinin 

hissəsinə tətbiq edəcəyini  istənilən vaxt  Baş  Katibə xəbər verə bilər.

3.  Əvvəlki  paraqrafda  nəzərdə  tutulan  öhdəliklər  təsdiqin,  qəbulun,  yaxud 

bəyənilmənin tərkib hissəsi sayılacaq və bildiriş  anından  eyni  hüquqi nəticələrə 

malik olacaqdır.

4-cü Madda - Mövcud müdafiə mexanizmləri

1.  Bu  Xartiyanın  heç  bir  müddəası  insan  hüquqları  haqqında  Avropa 

Konvensiyası  tərəfindən  təminat  verilən hüquqların  məhdudlaşdırılması,  yaxud 

istisna edilməsi (ondan geri çəkilmə) kimi  yozula bilməz.

2.  Bu  Xartiyanın  müddəaları  aıtıq  Tərəflərin  birində  qüvvədə  olan,  yaxud 

müvafiq ikitərəfli  və ya çoxtərəfli  beynəlxalq sazişlərdə nəzərdə tutulan  və bölgə 

dillərinin, yaxud azlıqlarının dilinin statusunu və ya azlığa mənsub olan şəxslərin 

hüquqi  statusunu qaydaya salan  daha əlverişli  müddəalara zərər yetirmir.

5-ci Maddə - Mövcud öhdəliklər

Bu  Xartiyanın  heç  bir  müddəası 

Birləşmiş  Millətlər  Təşkilatının 

Nizamnaməsinin məqsədlərinə, yaxud dövlətlərin suverenlik və ərazi  bütövlüyü 

prinsipləri  də  daxil  olmaqla,  beynəlxalq  hüquq  üzrə  digər  öhdəliklərə  zidd 

fəaliyyətlə  məşğul  olmaq  və  hər  hansı  bir  hərəkəti  etmək  hüququnu  nəzərdə 

tutduğu kimi yozula  bilməz.

6-cı  Maddə - Məlumat

Tərəflər  bu  Xartiyada  təsdiq  edilən  hüquq  və  vəzifələr  haqqında  müvafiq 

orqanların,  təşkilatların  və  şəxslərin  məlumat  almasını  nəzarətdə  saxlamağı 

öhdələrinə götürürlər.

7



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə