Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə6/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   2   3   4   5   6   7   8   9   ...   48

dillərindəki  audiovizual  məhsullara aid elmək;

h)  bölgə  dillərini,  yaxud  azlıqların  dillərini  işlədən  kütləvi  informasiya 

vasitələri  üçün  jurnalistlərin  və  digər  əməkdaşların  peşə  hazırlığına  dəstək 

vermək.


2. Tərəflər öz ölkələrindəki bölgə dilləri, yaxud azlıqların dilləri ilə eyni və ya 

oxşar olan dildə radio və televiziya verlişlərinin qonşu ölkələrdən sərbəst  birbaşa 

qəbulunu  və  qonşu  ölkələrdən  həmin  dildə  radio  və  televiziya  verlişlərinin 

retransliyasiyasına  mane  olmamağı  öhdələrinə  götürürlər.  Tərəflər  eləcə  də, 

ölkələrindəki bölgə dilləri, yaxud azlıqların dilləri  ilə eyni və ya oxşar dildə ifadə 

azadlığına  və  məlumatların  sərbəst  mübadiləsinə  yol  verilməyən  heç  bir 

məhdudlaşdırmanın  kütləvi  informasiyanın  çap  vasitələrinə  də  tətbiq 

edilməməsinə diqqət yetirməyi öhdələrinə götürürlər.  Yuxarıda adları çəkilən və 

müəyyən  öhdəliklər  və  məsuliyyət  ilə  bağlı  azadlıqların  həyata  keçirilməsi 

qanunda  nəzərdə  tutulan  və  milli  təhlükəsizliyi,  ərazi  bütövlüyünü,  yaxud 

ictimai  təhlükəsizliyi,  ictimai  asayişin mühafizəsini və cinayətkarlığın  qarşısının 

alınmasını,  sağlamlığın  və  ya  mənəviyyatın  qorunmasını,  digər şəxslərin  nüfuz 

və  hüququnun  qorunmasını,  məxfi  məlumatların  açılmasına  yol  verməmək, 

yaxud  məhkəmə  hakimiyyətinin  nüfuz  və  qərəzsizliyini  təmin  etmək  üçün 

demokratik  cəmiyyətdə  vacib  tədbirlər  olan  bəzi  rəsmiyyətlər,  şərtlər, 

məhdudiyyətlər,  yaxud sanksiyalar ilə şərtləndirilə bilər.

3.  Tərəflər  bölgə  dillərində,  yaxud  azlıqların  dillərində  danışanların 

mənafelərinin  kütləvi  informasiya  vasitəlrinin  azadlıq  və  plüralizmin  təminatı 

haqqında  qanuna  uyğun olaraq  yaradıla  biləcək strukturlar çərçivəsində təmsil 

edilməsinə,  yaxud nəzərə alınmasna  nəzarət etməyi öhdələrinə götürürlər.

12-ci Maddə - Mədəni  fəaliyyət  və mədəniyyət müəssisələri

I. 


Tərəflər  mədəni  fəaliyyət  və  mədəniyyət  müəssisələrinə,  xüsusilə, 

kitabxanalara,  videotekalara,  mədəni  mərkəzlərə,  muzeylərə,  arxivlərə, 

akademiyalara,  teatrlara  və  kinoteatrlara, 

eləcə  də,  ədəbi  əsərlər  və 

kinomatoqrafiya  məhsullarına,  xalq  yaradıcılığına,  festivallara,  sənətlərə,  o 

cümlədən  ən  yeni  texnologiyanın  istifadəsinə  münasibətdə,  haqqında  danışılan 

dillərin  işləndiyi  ərazilərdə  və  dövlət  hakimiyyət  orqanlarının  səlahiyyəti, 

hüquqi, yaxud rolu dairəsində aşağıdakıları öhdələrinə götürürlər:

a)  özünüifadə  imkanını  təşviq  ktmək  və  bölgə  dillərinə,  yaxud  azlıqların 

dillərinə aid  olan  təşəbbüsləri  dəstəkləmək, eləcə də,  bu  dillərdə olan əsərlərdən 

istifadəni asanlaşdıran müxtəlif imkanlara  yardım göstərmək;

b)  tərcümə,  dublyaj,  postsinxron  tərcümə  və  subtitrləndirmə  sahəsində 

fəaliyyəti  dəstəkləyərək  və  inkişaf etdirərək  bölgə  dillərində,  yaxud  azlıqların 

dillərində  yaradılan  əsərlərdən  başqa  dillərdə  istifadəyə 

yol  tapmaq  üçün 

müxtəlif imkanlara  kömək etmək;

c)  tərcümə,  dublyac,  postsinxron  tərcümə  və  subtitrləndirmə  sahəsində 

fəaliyyəti  dəstəkləyərək  və  inkişaf etdirərək  başqa  dillərdə  yaradılan  əsərlərdən 

istifadəyə  bölgə dillərində, yaxud azlıqların dillərində yol tapmaq  üçün  müxtəlif 

imkanlarla kömək etmək;

d)  müxtəlif  növ  mədəni  tədbirlərin  keçirilməsinə  və  ya  onlara  kömək 

edilməsinə  məsul  olan  təşkilatların  təşkil  etdikləri,  yaxud  dəstəklədikləri 

tədbirlərdə bölgə dillərinə  və mədəniyyətlərinə aid biliklərin və təcrübənin, eləcə 

də  onların  özlərinin  təşkil  etdikləri,  yaxud  da  dəstəklədikləri  tədbirlərdə 

azlıqların  dillərinin  və  mədəni  ənənələrinin  müvafiq  həcmdə  təmin  etmələrinə

14

diqqət yetirmək;



e) bölgə dillərini, yaxud azlıqların dillərini əhalinin qalan hissəsinin danışdığı 

dillə  bərabər  yaxşı  bilən  əməkdaşların  mədəni  tədbirlərin  təşkili,  yaxud  onlara 

dəstəklənməsi  ilə məşğul olan  təşkilatların  işinə cəlb edilməsinə kömək etmək;

0  


bölgə 

dillərinin, 

yaxud 

azlıqların 



dillərinin 

daşıyıcılarının 

nümayəndələrinin  mədəniyyət  müəssisələrinin  işində,  yaxud  mədəni  tədbirlərin 

planlaşdııılmasında  bilavasitə iştirakına  kömək etmək;

g)  bölgə  dillərində,  yaxud  azlıqların  dillərində  olan  əsərlərin  toplanması, 

saxlanmaq  üçün  müəyyən  bir yerə verilməsi,  təqdimatı,  yaxud  dərc edilməsi  ilə 

məşğul  olan  bir  və  ya  bir  neçə  orqanın  yaradılmasını  təşviq  etmək  və/yaxud 

yaradılmasına yardım göstərmək;

h)  bölgə  dillərinin,  yaxud  azlıqların  dillərinin  hər  birində  lazımi  inzibati, 

ticari,  iqtisadi,  sosial,  texnoloji,  yaxud  hüquqi  terminologiyanı  dəstəkləmək  və 

inkişaf etdirmək  üçün  terminologiyanın  tərcüməsi  və  hazırlanması  üzrə  xidmət 

yaratmaq və/yaxud  bu  xidməti inkişaf etdirmək və maliyyələşdirmək.

2.  Tərəflər, 

bölgə  dillərinin,  yaxud  azlıqların  dillərinin  ənənvi  olaraq 

işlənmədiyi  ərazilərdə,  əvvəlki  paraqrafa  uyğun  olaraq,  bölgə  dillərinin,  yaxud 

azlıqların  dillərinin  daşıyıcılarının  sayı  haqq  qazandırdığı  halda  mədəni 

fəaliyyətin,  yaxud  mədəniyyət müəssisələrinin  müxtəlif növlərinə  icazə verməyi, 

dəstəkləməyi və /yaxud nəzərdə  tutmağı  öhdələrinə götürürlər.

3.  Tərəflər  xarici  mədəni  siyasətlərində  bölgə  dillərinə,  yaxud  azlıqların 

dillərinə  və  onların  ifadə  vasitəsi  olduqları  mədəniyyətə  lazımi  yer  ayırmağı 

öhdələrinə götürürlər.

13-cü Maddə - İqtisadi  və sosial həyat

1.  Tərəflər  iqtisadi  və  sosial  fəaliyyətlə  əlaqədar  bütün  ölkə  miqyasında 

aşağıdakıları  öhdələrinə götürürlər:

a)  iqtisadi  və sosial  həyata  aid  sənədlərdə,  o  cümlədən  əmək  sazişlərində  və 

məhsulun,  yaxud  avadanlığın  bu  və  ya  digər  növünün  tətbiq  qaydası  kimi 

texniki  sənədlərdə  bölgə  dillərinin,  yaxud  azlıqların  dillərinin  işlədilməsini  heç 

bir  səbəb  olmadan  yasaq  edən,  yaxud  məhdudlaşdıran  istənilən  müddəanı 

qanunvericiliyindən çıxartmaq;

b)  bölgə  dillərinin,  yaxud  azlıqların  dillərinin,  ən  azı  eyni  dilin  daşıyıcıları 

arasında  işlədilməsini  istisna  edən,  yaxud  məhdudlaşdıran  bəndlərin 

müəssisələrin  daxili  qaydasına,  yaxud  xüsusi  aktlara  daxil  edilməsini 

yasaqlamaq;

c)  iqtisadi,  yaxud  sosial  fəaliyyət  çərçivəsində  bölgə  dillərinin,  yaxud 

azlıqların dillərinin işlədilməsindən imtinaya  yönəlikli təcrübəyə yol verməmək;

d)  yuxarıda  sadalananlardan  savayı  bölgə  dillərinin,  yaxud  azlıqların 

dillərinin  işlədilməsinə  başqa  üsullarla  kömək  etmək  və/yaxud  buna  təşviq 

etmək.


2.  Tərəflər  bölgə  dillərinin,  yaxud  azlıqların  dillərinin  işləndiyi  ərazilərdə 

dövlət  hakimiyyəti  orqanlarının  səlahiyyəti  dairəsində  və  mümkün  dərəcədə 

iqtisadi və sosial  fəaliyyət sahələri  üzrə  aşağıdakıları  öhdələrinə götürürlər:

a) 


ödəmə  tapşırıqlarını  (çek.  veksel  və  s.)  və  ya  başqa  maliyyə  sənədlərini 

hazırlayarkən  bölgə  dillərinin,  yaxud  azlıqların  dillərinin  ticarət  qaydaları  ilə 

uyğunlaşa  bilən  şəraitdə  istifadə  olunması  üçün  maliyyə  və  bank 

qanunvericiliyində  konkret  imkanları  müəyyənləşdirmək,  yaxud  zəruri  halda, 

belə müddəaların qəbulunu  təmin etmək;

15



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə