Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə9/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

yerləşdirmək hüququnu qəbul etməyi öhdələrinə götürürlər.

3. 


Milli azlıqlara mənsub şəxslərin xeyli sayda və ənənəvi olaraq  yaşadıqları 

rayonlarda  Tərəflər  zəruri  halda  digər  dövlətlərlə  sazişlərə  də  daxil  etməklə, 

hüquq  sistemləri  çərçivəsində  konkret  şəraiti  nəzərə  almaqla  kifayət  qədər 

ehtiyac  olarsa,  həm  də  azlıqların  dilində ənənəvi  yerli  adlara,  küçə adlarına  və 

əhali  üçün  digər  topoqrofiq  məlumatlara  dair  göstəricilərin  qoyulmasını  təmin 

edirlər.


12-  ci Maddə

1.  Tərəflər,  zəruri  halda  həm  öz  milli  azlıqlarının,  həm  də  əhalinin  əsas 

qrupunun  mədəniyyəti,  tarixi,  dil  və dini  ilə  bağlı  bilikləri  yaxşılaşdırmaq  üçün 

təhsil və elmi araşdırmalar sahəsində tədbirlər görürlər.

2.  Bu  kontekstdə  Tərəflər xüsusən  müəllimlərin hazırlanması,  məktəblərin 

dərsliklərlə  təmin  edilməsi  və  müxtəlif  icmalardan  olan  şagird  və  müəllimlər 

arasında əlaqələrin yaxşılaşdırılması  üçün lazımi şəraiti yaradırlar.

3.  Tərəflər  milli  azlıqlara  mənsub  şəxslərin  bütün  səviyyələrdə  təhsildən 

istifadəyə  yol  tapmaları  üçün  onları  eyni  imkanlarla  təmin  etməyi  öhdələrinə 

götürürlər.

13-  cü Maddə

1.  Tərəflər  öz  təhsil  sistemləri  çərçivəsində  milli  azlıqlara  mənsub  şəxslərin 

təhsil  sahəsində  özəl  müəssisələri  yaratmaq  və  onları  idarə  etmək  hüququnu 

qəbul edirdilər.

2.  Bu hüququn həyata keçirilməsi Tərəflər üçün heç bir maliyyə öhdəliklərini 

irəli sürmür.

14-  cü Maddə

1.  Tərəflər  milli  azlıqlara  mənsub  istənilən  şəxsin  öz  azlıqların  dilini 

öyrənmək  hüququnu  qəbul etməyi öhdələrinə götürürlər.

2.  Tərəflər  mümkün  dərəcədə öz  təhsil  sistemləri  çərçivəsində milli  azlıqlara 

mənsub şəxslərin xeyli sayda,  yaxud ənənəvi olaraq  yaşadıqları  bölgələrdə buna 

kifayət qədər tələbat olduqda,  bu azlıqlara mənsub olan şəxslərin  öz azlıqlarının 

dilini  öyrənmək,  yaxud  bu  dildə  təhsil  almaq  üçün  lazımi  imkanlara  malik 

olmalarını  təmin etməyə çalışırlar.

3.  Bu  maddənin  əvvəlki  bəndinin  müddəaları  rəsmi  dilin  öyrənilməsinə, 

yaxud  bu  dildə tədrisə zərər yetirmədən həyata  keçirilir.

15-  ci Maddə

Tərəflər,  milli azlıqlara mənsub şəxslərin mədəni, ictimai  və iqtisadi həyatda, 

eləcə  də,  dövlət  işlərinin,  xüsusən  onların  mənafeyi 

ilə  bağlı  olan  dövlət 

işçilərinin  idarə  olunmasında  səmərəli  iştirak  etmələri  üçün  lazımi  şəraitin 

yaradılmasını  öhdələrinə götürürlər.

16-  cı  Maddə

Tərəflər  milli  azlıqlara  mənsub  şəxslərin  yaşadığı  hər  hansı  bir  bölgədə 

əhalinin  struktur  tərkibini  dəyişərək,  bu  Çərçivə  Konvensiyasında  ifadə  edilən 

prinsiplərdən  irəli  gələn  hüquq  və  azadlıqlarını  məhdudlaşdırmaq  məqsədi 

güdən  tədbirləri  görməkdən çəkinirlər.

17-  ci Maddə

1. Tərəflər milli azlıqlara mənsub şəxslərin  başqa dövlətlərin ərazilərində daimi 

yaşayan  şəxslərlə,  xüsusən  ortaq  etnik,  mədəni,  dil  və  ya  din  mirasına  malik 

şəxslərlə sərhədyanı azad və dinc əlaqələr qurmaq və bu əlaqələri davam etdirmək 

hüququnun  həyata  keçirliınəsinə maneçilik  törəlməməyi öhdələrinə götürürlər.

22

2.  Tərəflər  milli  azlıqlara  mənsub  şəxslərin  qeyri-hökumət  təşkilatlarının 



fəaliyyətində istər milli, istərsə də beynəlxalq səviyyədə iştirak etmək hüququnun 

həyata keçirilməsinə maneçilik törətməməyı  öhdələrinə götürürlər.

18-  ci Maddə

1. Tərəflər müvafiq milli azlıqlara mənsub şəxslərin müdafiəsini  təmin etmək 

üçün zəruri  halda  başqa  dövlətlərlə,  o  cümlədən qonşu  dövlətlərlə  ikitərəfli  və 

çoxtərəfli sazişlər imzalanmasına səy göstərirlər.

2. Zəruri halda Tərəflər sərhədyanı əməkdaşlığın təşviqinə yönəlikli  tədbirlər 

görürlər.

19-  cu Maddə

Tərəflər  zəruri  halda  yalnız  beynəlxalq  hüquq  sənədlərində,  xüsusilə  insan 

hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında  Konvensiyada  nəzərdə 

tutulan məhdudlaşdırmalara və ya geri çəkilmələrə bu çərçivə Konvensiyasında- 

kı  prinsiplərdən  irəli  gələn  hüquq  və  azadlıqlara  aid  olduqları  ölçüdə  yol 

verməklə,  göstərilən  prinsiplərə  əməl  etməyi  və  onları  həyata  keçirməyi 

öhdələrinə götürürlər.

III  BÖLMƏ

20-  ci Maddə

Bu  çərçivə  Konvensiyasında  ifadə edilən  prinsiplərdən  irəli  gələn  hüquq  və 

azadlıqlar  həyata  keçirilərkən,  milli  azlıqlara  mənsub  hər  bir  şəxs  milli  dövlət 

qanunvericiliyinə  əməl  edir  və  digər  şəxslərin,  xüsusilə  əhalinin  əsas  qrupuna, 

yaxud  başqa milli azlıqlara mənsub şəxslərin hüquqlarına hörmət göstərir.

21-  ci Maddə

Bu çərçivə Konvensiyasında heç nə ayrılıqda hər hansı  bir şəxsin  beynəlxalq 

hüquq  prinsiplərinə,  xüsusən,  dövlətin  suveren  bərabərlik,  ərazi  bütünlüyü  və 

siyasi müstəqillik prinsiplərinə zidd hər hansı  bir fəaliyyətlə məşğul olmaq və ya 

hər  hansı  bir  hərəkətə  yol  vermək  hüququnun  nəzərdə  tutulması  kimi  yozula 

bilməz.

22-  ci Maddə



Bu  çərçivə  Konvensiyasında  heç  na  Razılığa  gəlmiş  Tərəflərdən  hər  hansı 

birinin qanunvericiliyinə, yaxud həmin Tərəfin iştirakçısı olduğu istənilən başqa 

bir  Müqaviləyə  uyğun  olaraq  insan  hüquqlarından  və  əsas  azadlıqlardan  hər 

hansı  birinin məhdudlaşdırılması, yaxud  pozulması  kimi yozula  bilməz.

23-  cü Maddə

Bu  çərçivə  Konvensiyasında  ifadə edilən  prinsiplərdən  irəli  gələn  hüquq  və 

azadlıqlar  insan  hüquqları  və  əsas  azadlıqların  müdafiəsi  haqqında  Konven­

siyanın,  yaxud  ona  əlavə  edilən  protokolların  predmeıi  olduğu  dərəcədə 

sonuncu sənədlərin müddəalarına uyğun hüquq və azadlıqlar kimi başa düşülür.

IV  BÖLMƏ

24-  cü  Maddə

1.  Bu  çərçivə  Konvensiyasının  Razılığa  gəlmiş  Tərəflər  tərəfindən  həyata 

keçirilməsinə  nəzarət  etmək  səlahiyyəti  Avropa  Şurasının  Nazirlər  Komitəsinə 

verilmişdir.

2.  Avropa  Şurasının  üzvü  olmayan  Tərəflər  Konvensiyanın  həyata 

keçirilməsi  mexanizmində müəyyənləşdiriləcək şərtlərlə iştirak edirlər.

25-  ci  Maddə

1.  Bu  çərçivə  Konvensiyasının  Razılığa  gəlmiş  Tərəflərdən  hər  hansı  birinə

23



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə