Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə33/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

içində  bəlkə  hələ  də  mövcud  olan  diskriminasiyaya  qarşı  durmaq  üçün 

məşğulluğa  və  peşəyə  münasibətdə  diskriminasiya  haqqında  Beynəlxalq  Əmək 

Təşkilatının  JVs-111  Konvensiyasının  2-ci  maddəsi  dövlətlərdən  "məşğulluq  və 

peşə  sahəsində  sonuncu  ilə  əlaqədar  istənilən  diskriminasiyanı  ləğv  etmək 

məqsədi  ilə  imkanlar  və  müraciətlər  bərabərliyinin...  təminatına  yönəlikli  milli 

siyasət aparmağı"  tələb edir.

Əhaliyə  xidmətə  yönəlikli  proqramlar  və  xidmətlər  planlaşdırmaq  və 

gerçəkləşdirməklə,  güman  etmək  olar  ki,  yuxarıda  qeyd  olunan  prinsiplə  bağlı 

dövlətlər  milli  azlıqlara  mənsub  şəxslərin  ifadə  olunmuş  istəklərini,  eyni 

zamanda  sayca  əsaslandırma  prinsipini  nəzərə  alacaqdır.  Tələbat  ifadə 

olunduğu  və  say  çox  olduğu  halda  ədalət  prinsipi  milli  azlıqlara  mənsub  vergi 

ödəyənlərin  öz  dillərində  xidmətdən  istifadə  imkanlarının  olmağını  tələb  edir. 

Bu,  xüsusən  insanların  həyatının  keyfiyyətinə  birbaşa  və  dolayısı  ilə  təsir 

göstərən  səhiyyəyə  və  sosial  xidmətə  aiddir.  Bərabərlik  və  diskriminasiya  yol 

verməmək  prinsipinə  uyğun  olaraq  inzibati  hakimiyyət  milli  azlıqlara  mənsub 

şəxslərlə inklyuziv və bərabər şəkildə davranmalıdır.  Dövlət öz qanunları işləyən 

ərazilərdə  demoqrafik  realiləri  qəbul  etməlidir.  Bütün  bunlardan  başqa, 

bölgənin  demoqrafik  realilərin  dəyişməklə  dövlət  öz  öhdəliyini  yerinə 

yetirməkdən  qaçmağa  çalışmamalıdır.  Çərçivə  Konvensiyasının  dövlətlərin 

boynuna  milli  azlıqlara  mənsub  şəxslərin  yaşadıqları  ərazilərdə  bu  azlıqların 

hüquqlarını  məhdudlaşdırmaq  məqsədi  ilə  zorakı  yolla  tərkibin  tənasübünü 

dəyişdirəcək  tədbirlər  qəbul  etməkdən  çəkinmək  öhdəliyi  qoyur.  Zorakı  yolla 

ekspropriasiya,  köçürmə,  qovma,  eyni  zamanda  inzibati  sərhədlərin  zorla 

dəyişdirilməsi  və  əhalinin  siyahıya  alınmasının  saxtalaşdırılması  belə 

tədbirlərdən ola  bilər.

Müstəqil milli institutlar

16)  Dövlət  hakimiyyəti  beynəlxalq konvensiyalarla  və bəyannamələrlə  və ya 

daxili  qanunvericiliyi  ilə  zəmanət  verilən  hüquqların  səmərəli  tətbiqini  və 

müdafiəsini təmin edən mexanizmlər müəyyənləşdirəndə insan hüquqları ondan 

istifadə  edənlər  üçün  real  əhəmiyyət  qazanır.  Məhkəmə  prosedurlarına  əlavə 

kimi,  müstəqil  milli  institutlar  adətən  daha  tez  və  daha  ucuz  müraciətə  imkan 

yaradırlar,  buna görə də imkana daha  uyğundurlar.

İrqi  diskriminasiyanın  ləğvi  haqqında  Konvensiyasının  istinad  etdiyi 

diskriminasiya  yalnız  irq  meyarı  əsasında  müəyyənləşdirilmir.  Konvensiyanın 

l(l)-ci maddəsinə əsasən  irqi diskriminasiya anlayışı "irq, dəri rəngi, soy, milli və 

ya  etnik  mənşə  əsasında  istənilən  fərqləndirməni,  istisnanı,  məhdudlaşdırmanı 

və ya  üstün  tutmanı"  bildirir,  "ictimai  həyatın siyasi,  iqtisadi,  sosial,  mədəni  və 

ya  istənilən  başqa  sahəsində  insan  hüquqları  və  əsas  azadlıqlarının  bərabər 

başlanğıcda  etirafını,  istifadəsini  və  ya  gerçəkləşdirilməsini  məhv  etmək  və  ya 

azaltmaq  məqsədi"  güdür  Konvensiyanın  6-cı  maddəsi  bəyan  edir  ki,  "iştirakçı 

dövlətlər  öz  qanunvericiliyinin  şamil  olduğu  hər  bir  insanı  mövcud 

Konvensiyanı pozaraq onun hüquq və əsas azadlıqlarına qəsd edən  istənilən  irqi 

diskriminasiya  aktı  baş  verən  halda  mötəbər  milli  məhkəmə  və  digər  dövlət 

institutları  vasitəsi  ilə səmərəli  müdafiə  və  müdafiə vasitələri  ilə  təmin  edir".  Bu 

kontekstdə  ödəmə  və  kompensasiya  mexanizmi  kimi  fəaliyyət  göstərə  biləcək 

ombudsmen  və  ya  insan  hüquqları  üzrə  komissiya  kimi  müstəqil  milli 

institutların  dövlət  tərəfindən  yaradılması  həmin  dövlətin dcmokratikliyinin  və 

plüralistikliyinin  meyarıdır.  Birləşmiş  Millətlərin  (48,  34)  20  dekabr  1993-cü  ilə

78

bəyənnaməsi  ilə  əlaqədar  Avropa  Şurası  nazirlər  Kabineti  №.R  (97)14  30 



sentyabr  1997-ci  il  Tövsiyyəsində  "nümayəndəliyinə  görə  plüralistik  olan  insan 

hüquqları üzrə milli institutların, o cümlədən insan hüquqları üzrə komissiyanın 

ombudsmenlər  və  ya  müqayisəli  institutların"  yaradılmasını  təşviq  etdi, 

ödəmənin  belə mexanizmləri  özlərinin dil  və başqa  hüquqlarının  pozulduğunu 

hesab edən  milli azlıqlara mənsub şəxslər üçün də əl çatan  olmalıdır.

Məhkəmə hakimiyyəti

17-18)  Beynəlxalq  qanunvericilik  dövlət  hakimiyyətindən  tələb  edir  ki, 

ittiham  irəli  sürülmüş  və  ya  işinə  məhkəmədə  baxılan  həbs  olunmuş  bütün 

şəxslərə başa düşdükləri dildə onlara qaışı  irəli sürülmüş ittiham və bütün başqa 

proseduralar haqqında  məlumat verilməsim  təmin etsinlər.  Ehtiyac yarandıqda 

onlara  pulsuz  tərcüməçi  ayrılmalıdır.  Hüququn  gerçəkləşdirilməsinin  zəruri 

prosedurasının  bu  standartı  öz  tətbiqində  universal  normadır  və  öz-özlüyündə 

milli  azlıqların  dil  hüquqlarına  aid  deyildir.  Əslində  baza  prinsipi  qanun 

qarşısında  bərabərlik  və  diskriminasiyaya  yol  verməmək  prinsipidir.  Bu 

prinsiplərə  hörmət  cinayət  ittihamları  və  təhqiqi  ilə  əlaqədar  xüsusən 

əhəmiyyətlidir.  Mülki  və siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  14 (3) (a)- 

cü  maddəsi  tələb  edir  ki,  cinayət  ittihamı  irəli  sürülmüş  hər  bir  kəsə  "başa 

düşdüyü dildə ona  qarşı sürülmüş ittihamın xarakteri və əsası haqqında  təcili və 

təfsilatlı  məlumat  verilsin".  İnsan  hüquqları  və  əsas  azadlıqlarının  müdafiəsi 

haqqında  Avropa  Konvensiyasının  6(3)(a)-cı  maddəsi  eyni  tələbləri  təxminən 

identik  dildə  müəyyənləşdirir.  Buna  əlavə  olaraq,  yuxarıda  xatırlanan 

Konvensiyanın 5(2)-ci maddəsi həbsə münasibətdə eyni tələbləri müəyyənləşdirir. 

Bundan  başqa,  mülki  və siyasi hüquqlar haqqında  Beynəlxalq  Paktın  14(3)(e)-ci 

bənddi hər bir şəxsə zəmanət verir ki, "tam bərabərlik əsasında"...  "(e) ona qarşı 

ifadə  verən  şahidləri  dindirsin,  yaxud  da  həmin  şahidlərin  dindirilməsinə 

hüququ  olsun  və  ona  qarşı  ifadə  verən  şahidlər  üçün  mövcud  olan  şərtlər 

daxilində  şahidlərin  çağırılması  və  dindirilməsi  hüququ  olsun".  Bununla 

əlaqədar mülki və siyasi  hüquqlar haqqında  Beynəlxalq  Paktın  14(3)(l)-cü  bəndi 

və  insan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında  Avropa 

Konvensiyasının  6(3)(e)-cı  bəndi  hər  bir  şəxsə  "məhkəmədə  istifadə  edilən  dili 

bilmirsə  və  bu  dildə  danışmırsa,  pulsuz  tərcüməçinin  köməyindən  istifadəyə" 

zəmanət  verir.  Eyni  zamanda  açıq-aydın  dildən  istifadəyə aid  olan  bu  zəmanət 

məxsusi  cinayət  təhqiqi  üçün  nəzərdə  tuıulubsa,  məhkəmə  və  tribunallar 

qarşısında  bərabərliyin əsas zəmanətindəııdir. mülki və siyasi hüquqlar haqqında 

Beynəlxalq  Paktın  14(l)-cü  maddəsinin  birinci  cümləsində  deyildiyi  kimi, 

istənilən  qanuni  araşdırma  şərait  bərabər  olanda  daha  ədalətli  sayılmalıdır. 

Bütövlükdə  araşdırma  üçün  dil  seçiminə aid  olan  bu  əlaqə  dövləti  bərabər  və 

səmərəli ədalət  məhkəmə gerçəkləşdirməyə  aid  siyasətinin  işləyib-hazırlanmağa 

yönəltməlidir.

Daha  ümumi  səviyyədə  bölgə  dillərinin  və  azlıqların  dillərinin  müdafiəsi

haqqında Avropa  Xartiyasının 7(1) maddəsi  bəyan edir  ki. dövlət öz siyasətində, 

qanunvericiliyində  və  praktikasında  "bölgə  dillərinin  və  azlıqların  dillərinin 

mədəni  zənginliyin  ifadəsi  kimi  etirafı..."  və  "onları  qorumaq  üçün  bölgə 

dillərinin  və  azlıqların  dillərinin  tətbiqi  üçün  qəti  hərəkətlərə  tələbat"  kimi 

məqsəd  və  prinsiplərə  əsaslanmalıdır.  Avropa  Xartiyasının  7(4)  maddəsi 

müəyyənləşdirir ki,  "bölgə dillərinə və azlıqların dillərinə münasibətdə siyasətini 

müəyyənləşdirən...  Tərəflər  belə dillərdən  istifadə edən  qrupların  ifadə edilmiş

79



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə