əhəmiyyətə malik idi. ATƏM bölgəsiııda azlıqların hüquqlarını diizgün və
ardıcıl şəkildə həyata keçirmək məqsədini əldə rəhbər tutaraq, MAAK konkret
məsələlərin yerinə yetirilməsində MAAK-a yardım etmək üçün 1993-cü ildə
yaradılmış qeyri-hökumət təşkilatı olan Etniklərarası münasibətlər Fonduna iki
tövsiyələr paketini - təhsil sahəsində milli azlıqların hüquqları haqqında Haaqa
təkliflərini (1996-cı il) və milli azlıqların dil hüquqları haqqında Oslo təkliflərini
(1998-ci il) hazırlamaq üçün beynəlxalq baxımdan qəbul edilmiş müstəqil
ekspertlərdən ibarət iki qrup təşkil elmək xahişi ilə müraciət etdi. Hər iki
təklifdən sonralar bir sıra ölkələrin siyasi rəhbərləri və qanunvericiləri tərəfindən
oriyentirləri kimi istifadə edildi.
Təkliflərin
mətnini (bir neçə dildə) Etniklərarası
münasibətlər Fondundan pulsuz almaq olar.
Ali komissarın dəflərlə müraciət etdiyi mövzu bir sıra şəraitdə dövlətin idarə
edilməsində milli azlıqların səmərəli iştirak formaları ilə bağlıdır. Bu sahədə
ATƏT-in iştirakçı dövlətlərinin mövqe və təcrübələri haqqında təsəvvür əldə
elməyə və onlara bir-biriylə təcrübə mübadiləsi elmək imkanını verməyə
çalışaraq MAAK və ATƏT-in demokratik institutlar və insan hüquqları Bürosu
bütün ATƏT ölkələrinin və müvafiq beynəlxalq
təşkilatların iştirakı ilə
"İctimaiyyətin idarəetmə və iştirak praktikası: müxtəliflik şəraitində inteqrasiya"
mövzusunda konfrans keçirmək qərarına gəldilər və konfrans İsveçrə
konfederasiyası tərəfindən 18-20 oktyabr 1999-ci il tarixdə Lokarnoda təşkil
edildi. Konfransın yekunu üzrə Bəyanatda onun sədri müzakirə edilən
mövzuların qısa xülasəsini verdi, azlıqların səmərəli iştirakı və dövlətin optimal
idarə edilməsinin müxtəlif konsepsiya və mexanizməlrinin hazırlanmasını
davam etdirmək də daxil olmaqla, bütün müxtəlifliyi ilə cəmiyyəti ümumdövlət
inteqrasiyasına aparan gələcək addımların arzuedilən olduğunu qeyd etdi. Bu
məqsədlə MAAK Etniklərarası münasibətlər Fondundan Raul Vallenberq
adma İnsan hüquqları və humanitar hüquqlar institutu ilə birlikdə tövsiyələr
hazırlamaq və müvafiq beynəlxalq standartlar əsasında mümkün alternativləri
müəyyənləşdirmək üçün beynəlxalq səviyyədə qəbul edilmiş ekspertlər qrupunu
təşkil etməyi xahiş etdi.
Bu təşəbbüslərin nəticəsi olaraq, Milli azlıqların ictimai-siyasi həyatda
səmərəli iştirakına dair Lıınd təklifləri hazırlanıb qəbul edildi. Ekspertlərin
tövsiyə mətninin son razılaşdırmasına həsr edilən yekun görüşü İsveçin Lund
şəhərində keçirildiyi üçün təkliflər belə adlandırıldı. Ekspertlər sırasına həmin
sahədə ixtisaslaşmış beynəlxalq hüquqşünaslar, konstitusiya quruluşu və seçki
sistemləri problemləri ilə məşğul olan politoloqlar və azlıqların problemlərini
öyrənən sosioloqlar daxil idi. Aşağıda Raul Vallenberq adına İnstitutun
direktoru, professor Qudmundur Alfredssonun başçılıq etdiyi qrup
iştirakçılarının adbaad düzəldilmiş siyahısı verilir:
Raul Vallenberq adına İnsan hüquqları və humanitar hüquq İnstitutunun
(Lund Universiteti) direktoru prof. Qudmundur Alfredsson (İslandiya);
Oksford universitetinin dövlət idarəetmə kafedrasının professoru Vernon
Boqdanor (Böyük Britaniya); Belqrad insan hüququ mərkəzinin direktoru prof.
Voin Dmitriyeviç (Yuqoslaviya); Norveç insan hüquqları institutunun elmi
əməkdaşı doktor Asbyorn Eyde (Norveç); prof. Yaş Qxay (Keniya); Honkonq
universitetinin ictimai hüquq professoru ser Y.K. Pao, Tafts universitetinin
Fletçr adına hüquq və diplomatiya fakültəsinin beynəlxalq hüquq professoru
Hcrst Hennem (ABŞ); Demokratiya və seçkiyə yardım Beynəlxalq institutunun
38
direktoru Piter Harris (CAR); Rur universitetinin (Boxum) humanitar hüquq və
sülhü himayənin hüqııq baxışları fakültəsinin dekanı doktor Hans-Hayntse
(Almaniya); Yerusəlim universiteti Avropa institutunun kolleqiya sədri
beynəlxalq hüquq professoru Ruf Lapidot (israil); London universiteti Kinqs-
kollecin beynəlxalq hüquq kafedrasının professoru Reyn Müllerson (Estoniya);
"Azlıqlar və vətəndaşlar" (Azlıqların hüquqları üzrə qrup) fondunun direktoru
Şarlotta Puflerova (Slovakiya); Texas universitetinin beynəlxalq hüquq
professoru Stiven Ratner (ABŞ); Nolrdam universitetinin dövlət idarəetmə
kafedrasının dosenti doktor Endryu Reynolds (Böyük Britaniya); Kataloniya '
vilayəti Katalon sosial linqvistika institutunun direktoru Migel Strubell
(İspaniya və Böyük Britaniya); Abo Akademik universitetinin mülki hüquq
professoru Markku Luksi (Finlandiya); Lüblen universitetinin beynəlxalq
hüquq professoru Danilo Tyürk (Sloveniya); Merdok universitetinin İnsan
hüquqları və etnik münaqişələrin vaxtında qarşısının alınmasına dair Asiya -
Sakit Okean mərkəzinin direktoru, baş hüquq müəllimi doktor Fernan de
Varenn (Kanada); Polşa Elmlər Akademiyası İnsan Hüquqları üzrə Poznan
mərkəzinin direktoru prof. Roman Veruşevski (Polşa)
Azlıqların hüquqları sahəsində mövcud normaların insan hüquqları
dairəsinə aid olduğundan ekspertlər öz işlərində dövlətlərin ayrı-seçkilikdən
azad insan hüquqlarına aid olan bütün digər öhdəliklərindən çıxış edirdilər.
Onlar həmçinin belə bir anlayışı əldə rəhbər tuturdular ki, son halda bütün insan
hüquqları bərabərlik şəraitində hər bir şəxsiyyətin azad və tam inkişafını təmin
elmək iqtidarındadır. Müvafiq surətdə belə nəzərdə tutulurdu ki, vətəndaş
cəmiyyəti açıq və dinamik olmalı, deməli, bütün insanları özündə
birləşdirməlidir. Daha sonra
idarəetmənin optimal demokratik praktikası
bütün əhalinin maraq və ehtiyaclarına cavab vermək iqtidarında olduğuna görə,
dövlət qərarlarının təsirinə məruz qalan insanların həmin qərarların qəbul
edilməsində iştirakı üçün hər bir ölkə hökumətlərinin
maksimal imkanlar
yaratmaq səyləri çıxış mühakimələri kimi qəbul edildi.
Daha əvvəl, Haaqa və Osloda qəbul edilən tövsiyələr
kimi. Lund
tövsiyyələrinin də dövlətlər tərəfindən milli azlıqlarla bağlı gərginliyi zəiflədən
və bununla da münaqişələrin vaxtında qarşısının alınmasına imkan yaradan
konkret tədbirlərin görülməsini stimullaşdırmaq və asanlaşdırmaq vəzifəsi
MAAK-ın başlıca məqsədidir. Milli azlıqların ictimai həyatda səmərəli
iştirakına dair Lund tövsiyələri, azlıqların hüquqları sahəsində və MAAK
tərəfindən baxılan şəraitlə əlaqəsi olan digər sahələrdə hamı tərəfindən tanınan
normaların məzmununu nisbətən sadə dildə aydınlaşdırmaq və dəqiqləşdirmək
təşəbbüsüdür. Tövsiyələrdə bu normaların açıq, demokratik dövlətlərdə
həmahəng tətbiqini xüsusi
nəzərdə tutan izahı verilmişdir. İyirmi dörd
tövsiyədən ibarət bu dəst uyğun surətdə ümumi prinsiplərə, qərarların qəbul
edilməsinə, ictimai həyatda iştirakeıməniıı səmərəli formalarının təminatına yol
vcıən özünüidarəyə və tədbirlərə həsr edilmiş dörd yaıımfəsili əhatə edir.
Konseptual baxımdan Lund tövsiyələri iki əsas xətt üzrə qurulmuşdur:
bütünlükdə dövlətin idarəedilməsində işlirakelmə və yerli, daxili xarakterli bəzi
məsələlərdə özünüidarə. Bu planda ən müxtəlif sxemlər mümkündür və artıq
məlumdur. Bəzi tövsiyələrlə bağlı alternativ variantlar göstərilir. Bütün
tövsiyələr I hissədə ifadə edilən ümumi prinsiplərə uyğun surətdə şərh
edilməlidir. Tövsiyələrin hər biri üzrə daha ətraflı izah isə konkret şəkildə
39