yaratmağı eyni dərəcədə tələb edir.
Bəzi hallarda ATƏT dövlətləri ciddi maliyyə çatışmazlıqları ilə rastlaşırlar ki,
bu da onların təhsil siyasətini və milli azlıqların rifahı üçün proqramlarını
gerçəkləşdirmək imkanlarına obyektiv şəkildə maneçilik törədə bilir. Bəzi
hüquqların təcili yerinə yetirilməli olmasına baxmayaraq, dövlətlər mümkün
resurslardan, o cümlədən, iqtisadi, sosial və mədəni hüquqlar barədə Beynəlxalq
paktın 2-ci maddəsinin ruhuna uyğun beynəlxalq yardım və əməkdaşlıq
resurslarından maksimum istifadə etməklə milli azlıqların hüquqlarının tədricən
reallaşmasına cəhd göstərməlidirlər.
Dcscntralizasiya və iştirak
_Milli azlıqların müdafiəsi barədə Çərçivə Konvensiyasının 15-ci maddəsində,
ATƏM-in insan ölçüsü üzrə Konfransının Kopenhagen müşavirəsi Sənədinin
30-cu paraqrafında və milli, yaxud etnik, dini və dil azlıqlarının hüquqları
barədə BMT Bəyannaməsinin 3-cü maddəsində milli azlıqların qərar qəbulu
prosesində, xüsusən bilavasitə onlara aid məsələlərin nəzərdən keçirilməsində
milli azlıqların iştirakının zəruriliyi qeyd olunur.
Qərar qəbulu prosesində, xüsusən də bu qərar azlıqlara aiddirsə, səmərəli
iştirak demokratik prosesin vacib komponentlərindəndir.
Yerli və bölgə səviyyələrində təhsil prosesinə azlıqlara
aid dərs
proqramlarının hazırlanması da daxil olmaqla valideynlərin fəal cəlb olunması,
milli azlıqları təmsil edən idarələrin səmərəli iştirakı dövlət tərəfindən, milli
azlıqların dövlət işlərinə, o cümlədən azlıqların müdafiəsi və onların
özünəməxsusluqlarının təşviqi işində səmərəli iştirakının əhəmiyyətini qeyd edən
Kopenhagen sənədinin 35-ci paraqraftnın ruhunu uyğun şəkildə təşviq
olunmalıdır.
İctimai və özə) idarələr
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq paktın 27-ci maddəsi
azlıqların öz dillərindən onların qruplarının digər üzvləri ilə birlikdə istifadə
etmək hüququndan danışır. İqtisadi, sosial və mədəni hüquqlar haqqında
Beynəlxalq paktın 13-cü maddəsi valideynlərə öz uşaqları üçün hakimiyyətin
təsis elədiyi məktəblərdən başqa məktəblər seçmək hüququna zəmanət verir. Bu
maddə eyni zamanda şəxslərin və təşkilatların dövlətin müəyyənləşdirdiyi
təhsilin minimal standartlarına cavab verən alternativ təhsil idarələri yaratması
və köməklik etməsi hüququna zəmanət verir. Milli azlıqların müdafiəsi
haqqında Çərçivə Konvensiyasının 13-cü maddəsi azlıqların özlərinin xüsusi
təhsil idarələrini yaratmaq və idarə etmək hüququndan danışır, baxmayaraq,
dövlət bu idarələri maliyyələşdirməyə cavabdeh deyildir. Kopenhagen Sənədinin
32-ci maddəsi bu idarələri maliyyələşdirməyi dövlətin üzərinə öhdəçilik qoymur,
amma müəyyənləşdirir ki, bu idarələr "milli qanunvericiliyə uyğun şəkildə dövlət
yardımı axtara" bilərlər.
Milli azlıqların təhsil də daxil olmaqla özlərinin idarələrini yaratmaq və idarə
etmək hüququ beynəlxalq hüquqda yaxşı əsaslandırılıbdır və beləcə də qəbul
olunmalıdır. Bu prosesləri inzibatı baxımdan və özünün qanunvericiliyinə uyğun
şəkildə müşahidə etmək hüququnun olmasına baxmayaraq, dövlət əməli şəkildə
mümkünsüzləşdirən əsaslandırılmamış tələblər irəli sürməklə milli azlıqların
özlərinin şəxsi təhsil idarələrini yaratmaq hüququnun gerçəkləşdirilməsinə
maneəçilik törətməməlidir.
Dövlətin bu özəl idarələrin maliyyələşdirilməsini formal öhdəsinə
62
götürməməsinə baxmayaraq, onların yerli və beynəlxalq mənbələrdən vəsait
axtarışlarına maneəçilik törətməməlidir.
Azlıqların ibtidai və orta səviyyələrdə təhsili
Azlıqların dillərində təhsilə aid beynəlxalq sənədlər bəyan edirlər ki,
azlıqların özlərinin özünəməxsusluqlarına doğma dilləri vasitəsi nəinki
köməklik göstərmək hüquqları var, onların eyni zamanda dövlət dilini
öyrənmək yolu ilə geniş milli cəmiyyətə inteqrasiya olmaq və onun həyatında
iştirak etmək hüququ da vardır.
Yuxarıda deyilənlərə istinad etsək, ATƏT ölkələrində milli azlıqların
çoxdillilik uğurlarına həm milli azlıqların müdafiəsinə, həm da onların
inteqrasiyasına aid beynəlxalq sənədlərin məqsədə çatdığının ən səmərəli
yollarından biri kimi baxıla bilər. İbtidai və orta təhsilə aid tövsiyyələr azlıqların
dil təhsili siyasətinin inkişafına və uyğun proqramların gerçəkləşdirilməsinə
xidmət edənə rəhbərlik kimi nəzərdə tutulubdur.
Belə yanaşma təhsil sahəsində tədqiqatlara əsaslanır və uyğun beynəlxalq
normaların realist yozumunu nəzərdə tutur.
Belə yanaşmanın səmərəliliyi bir sıra faktorlardan asılıdır. Birinci səviyyə
ondan ibarətdir ki, belə yanaşma doğma dildən təlim vasitəsi kimi istifadə
etməklə azlıqların daha zəif dillərini gücləndirir. Başqa faktor ikidilli
müəllimlərin bu prosesə cəlb olunması səviyyəsidir.
Bundan başqa, azlıqların dillərininin və dövlət dilinin 12 illik təlimdə tədris
olunduğu və nəhayət, uşağın təhsilinin müxtəlif mərhələlərində hər iki dildən
optimal istifadə edildiyi səviyyəni də nəzərə almaq lazımdır.
Belə yanaşma azlıqların daha zəif dillərinin inkişafı üçün zəruri məkan
yaradılması ilə bağlıdır. Bu yanaşma məqsədi yalnız dövlət dilində təhsilə ilkin
keçidi yüngülləşdirmək naminə azlıqlara dillərin ləlim edilməsi və ya azlıqların
dillərində minimal təhsili gerçəkləşdirmək olan başqa yanaşmalarla kəskin
kontras təşkil edir.
Dərs kursu yalnız dövlət dilində tədris edilən və azlıqların uşaqları sinifdə
çoxluğun uşaqlar ilə tam inteqrasiya olan yanaşma beynəlxalq standartlara
uyğun deyildir.
Bütün təlim prosesi boyu ləlimin azlıqların doğma dilində aparıldığı və
çoxluğun dili ya keçilməyən ya da az dərəcədə keçilən "milli" məktəblərə də bunu
aid etmək olar.
Peşə məktəblərində azlıqlar üçün təhsil
Kopenhagen Sənədinin 34-cü paraqrafında əksini tapmış milli azlıqlara
mənsub şəxslərin doğma dilini öyrənmək və ya doğma dildə təhsil almaq hüququ
xüsusi predmetlər üzrə doğma dildə peşə təhsili almaq hüququnu da
bildirməlidir. ATƏT ölkələri buna aşkar cəhd göstərilən və arzulayanların sayı
haqq qazandıran yerdə belə təhsilə bərabərlik və qeyri-diskriminasiya ruhunda
təminat yaratmalıdırlar.
Digər tərəfdən dövlətin özünün iqtisadi və təhsil siyasətini planlaşdırmaq və
nəzarət etmək bacarığı da ziyan görməməlidir. Peşə məktəblərinin məzunlarının
öz peşələrində dövlət dilində danışmaq imkanları onlar üçün üstünlük olacaq.
Bu onlara həm azlıqlar toplaşmış bölgədə, həm də dövlətin istənilən yerində
işləməyə imkan verəcək. Məhsulun, xidmətin və əməyin sərbəst hərəkətini
nəzərdə tutan bazar iqtisadiyyatına keçid vaxtı dövlət dilini bilmək sahəsindəki
məhdudiyyət dövlətin işə düzəltmək imkanını və ümumi iqtisadi inkişafı
63