Aktın növü: azərbaycan respublikasinin naziRLƏr kabineti QƏrari qəbul edildiyi tarix



Yüklə 145,18 Kb.

tarix06.02.2018
ölçüsü145,18 Kb.


 

  

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ 



  

 

Aktın növü: 



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR 

KABİNETİ QƏRARI 

Qəbul edildiyi tarix: 

06.03.2000 

Qeydiyyat nömrəsi: 

38 

Adı: 

İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının 

təsdiq edilməsi haqqında 

Rəsmi dərc edildiyi mənbə: 

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu № 

03 Dərc olunma tarixi 31-03-2000 Maddə nömrəsi 227 

Qüvvəyə minmə tarixi: 

06.03.2000 

Azərbaycan Respublikasının Vahid 

hüquqi təsnifatı üzrə indeks kodu: 

 

Hüquqi Aktların Dövlət Reyestrinin 

qeydiyyat nömrəsi: 

14200003060038 

Hüquqi aktın Hüquqi Aktların 

Dövlət Reyestrinə daxil edildiyi 

tarix: 

 

 

 



İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və 

bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri  haqqında"  Azərbaycan  Respublikası 

Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 

aprel  tarixli,  122  nömrəli  Fərmanının  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).



 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

  

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ 



  

Bakı şəhəri, 6 mart 2000-ci il 

№ 38 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



 

2000-ci il 6 mart tarixli, 38 nömrəli qərarına

 

ƏLAVƏ

 

  



İş yerlərinin attestasiyasının keçirilməsi 

  

Q A Y D A L A R I  

  

I. Ümumi müddəalar 

  

1.1. Bu Qaydalar iş yerlərinin attestasiyasının keçirilməsində mülkiyyət və təşkilati-



hüquqi formasından asılı olmayaraq respublika ərazisində yerləşən bütün müəssisə və 

təşkilatlar  (bundan  sonra  -  müəssisə)  üçün  əsasdır  və  iş  yerlərinin  attestasiyasının 

məqsədlərini, onun keçirilməsi və müəssisələrdə attestasiyanın nəticələrinin istifadəsi və 

rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.

 

1.2. Müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir.



 

1.3.  İş  yerlərinin  attestasiyasının  normativ  əsasını  Azərbaycan  Respublikasının 

Əmək  Məcəlləsi  və  onun  müddəalarına  uyğun  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  qəbul  edilmiş,  normativ  hüquqi  aktlar,  əməyin  təhlükəsizlik  standartları 

sistemi (ƏTSS), sanitar qaydaları, normaları və gigiyena normativləri təşkil edir.

 

1.4.  Bu  Qaydalara  uyğun  keçirilən  əmək  şəraiti  üzrə  iş  yerlərinin  attestasiyasının 



nəticələri aşağıdakı məqsədlərlə istifadə olunur:

 

qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi 



üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;

 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan 



işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin 

əsaslandırılması;

 

peşə xəstəliyi şübhəsi altında, peşə xəstəliyinin diapazonunun təyin olunması, eyni 



zamanda,  mübahisələrin  məhkəmə  yolu  ilə  həll  olunması,  xəstəliyin  peşə  ilə  bağlılığı 

məsələsinin həlli;

 

işçilərin  sağlamlığını  və  həyatını  bilavasitə  təhlükə  altına  qoyan  sexin,  sahənin, 



istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi 

məsələsinə baxılması;

 

işçilərin  əmək  şəraiti  ilə  bağlı  məsələlərin  əmək  müqaviləsinə  (kontrakta)  daxil 



edilməsi;

 



iş yerlərində işçilərin əmək şəraiti ilə tanış edilməsi;

 

əməyin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulması  ilə  əlaqədar  olaraq 



təqsirkar vəzifəli şəxslərə inzibati-iqtisadi sanksiyaların tətbiq edilməsi.

 

1.5.  Attestasiyanın  keçirilməsi  müddəti  5  ildə  bir  dəfədən  az  olmayaraq,  əməyin 



xarakterinin  və  şəraitinin  dəyişməsindən  asılı  olaraq  müəssisənin  özü  tərəfindən 

müəyyən olunur.

 

İstehsal  avadanlıqlarının  yeniləri  ilə  əvəz  edilməsi,  texnoloji  proseslərin 



dəyişdirilməsi, kollektiv mühafizə vasitələrinin yenidən qurulması ilə əlaqədar, habelə, 

Dövlət  Əmək  Müfəttişliyinin  əmək  şəraiti  üzrə  iş  yerlərinin  attestasiyasını  keçirdiyi 

zaman  aşkar  olunmuş  pozuntuların  aradan  qaldırılması  məqsədi  ilə  iş  yerləri 

attestasiyadan keçirilməlidir.

 

1.6.  Təhlükəli  və  zərərli  istehsal  amillərinin  parametrlərinin  ölçülməsini,  əmək 



proseslərinin  ağırlıq  və  gərginlik  göstəricilərinin  müəyyən  olunmasını  müəssisənin 

laboratoriyası  həyata  keçirir.  Bunun  üçün  müəssisədə  lazımi  texniki  vasitələr  və 

normativ sorğu bazası olmadıqda dövlət sanitar-epidemioloji nəzarət mərkəzinin, Dövlət 

Əmək  Müfəttişliyinin  laboratoriyaları  və  bu  sahədə  göstərilən  ölçülərin  aparılması 

hüququna  malik  olan  digər  laboratoriyalar  cəlb  olunurlar.  İş  yerlərinin  zədə 

təhlükəsizliyinin qiymətləndirilməsi müəssisələr tərəfindən müstəqil həyata keçirilir.

 

 

 



II. İŞ YERLƏRININ ATTESTASIYASININ KEÇIRILMƏSINƏ HAZIRLIQ 

  

2.1.  Əmək  şəraiti  üzrə  iş  yerlərinin  attestasiyasına  hazırlıq  bütün  iş  yerlərinin 

siyahısının tutulmasından və instrumental qiymətlənməyə aid olan istehsalat mühitinin 

təhlükəli  və  zərərli  amillərinin,  onların  parametrlərinin  faktiki  dəyərləndirilməsi 

məqsədi ilə aşkara çıxarılmasından ibarətdir.

 

2.2.  Əmək  şəraiti  üzrə  iş  yerləri  attestasiyasının  keçirilməsi  və  təşkili  məqsədi  ilə 



müəssisədə əmr verilir, ona müvafiq olaraq müəssisədə, lazım gəldikdə onun struktur 

bölmələrində,  attestasiya  komissiyası  yaradılır.  Attestasiya  komissiyasının  sədri 

komissiyanın tərkibi və əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına aid sənədləşməni 

aparan,  onların  saxlanılmasına  və  tərtib  edilməsinə  cavabdeh  şəxs  təyin  olunur,  eyni 

zamanda  əmək  şəraiti  üzrə  iş  yerləri  attestasiyasına  aid  işlərin  qrafiki  və  müddəti 

müəyyən olunur.

 

Müəssisənin  attestasiya  komissiyasının  tərkibinə  həmkarlar  ittifaqları  təşkilatının 



nümayəndələri,  müəssisənin  əməyin  mühafizəsi  xidmətlərinin  və  əməyin  təşkili  üzrə 

peşəkar mütəxəssislər daxil edilir.

 

2.3. Attestasiya komissiyası:



 


bütün mərhələlərdə işin aparılmasına nəzarəti və metodiki rəhbərliyi həyata keçirir;

 

iş yerlərinin attestasiyasının keçirilməsi üçün lazımi  normativ sorğu bazanı tərtib 



edir və onun öyrənilməsini təşkil edir;

 

müəssisənin iş yerlərində yerinə yetirilən işlərin xüsusiyyətləri və əmək şəraiti üzrə 



oxşarlığını göstərməklə tam siyahısını tərtib edir;

 

müəssisədə  istehsalat  zədələnməsinin  səbəblərinin  təhlili  əsasında  daha  təhlükəli 



sahələri, işləri və avadanlıqları aşkara çıxarır;

 

texnoloji prosesin xüsusiyyətləri, avadanlıqların tərkibi, istifadə olunan xammalın 



və  materialların,  əmək  prosesinin  ağırlığının  və  gərginliyinin,  təhlükəli  və  zərərli 

istehsalat amillərinin əvvəllər aparılmış ölçülərinin nəticələri, işçilərin əmək şəraitinə aid 

şikayətlərini nəzərə alaraq qiymətləndirilən hər bir iş yerində əmək prosesinin ağırlıq və 

gərginlik göstəricilərinin, istehsalat mühitinin təhlükəli və zərərli amillərinin siyahısını 

tərtib edir;

 

əmək  şəraiti  üzrə  iş  yerləri  attestasiyasının  nəticələrinin  işlənməsini 



avtomatlaşdırmaq üçün iş yerlərinə, sahələrə, sexlərə, istehsalatlara kodlar verilir;

 

iş yerlərini attestasiya edir və gələcəkdə istifadəsi üçün qərar verir;



 

əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üçün təkliflər hazırlayır.

 

2.4.  İş  yerlərinin  attestasiyası  zamanı  cihazların  və  avadanlıqların  zədə 



təhlükəsizliyi və əmək şəraiti qiymətləndirilir. Bununla yanaşı, işçilərin fərdi və kollektiv 

mühafizə vasitələri ilə təmin olunması, eyni zamanda bu vasitələrin səmərəliliyi nəzərə 

alınır.

 

2.5. Hər bir iş yeri üçün (və yaxud görülən işlərin xüsusiyyətləri və əmək şəraitinin 



oxşarlığı  üzrə  qrup  iş  yerlərinə)  əmək  şəraiti  üzrə  iş  yerinin  attestasiya  xəritəsi  tərtib 

edilir (əlavə olunur).

 

 

 



III. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi 

  

3.1.  İş  yerlərində  təhlükəli  və  zərərli  istehsalat  amillərinin  faktiki  göstəricilərinin 

müəyyən edilməsi.

 

3.1.1. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası zamanı iş yerində mövcud olan 



bütün  təhlükəli  və  zərərli  istehsalat  amilləri,  əməyin  ağırlığı  və  gərginliyi 

qiymətləndirilməlidir.

 

3.1.2.  Təhlükəli  və  zərərli  istehsalat  amillərinin  dərəcələri  instrumental  ölçülər 



əsasında müəyyən olunur. Fiziki, kimyəvi, bioloji və psixofizioloji amillərin instrumental 

ölçüləri, erqonometrik tədqiqatları iş prosesində aparılmalıdır, yəni istehsal prosesinin 




fərdi  və  kollektiv  mühafizə  vasitələrinin  saz  və  səmərəli  fəaliyyət göstərməsi  texnoloji 

reqlamentə uyğun olaraq aparılmalıdır.

 

3.1.3.  Ölçülərin  aparılması  zamanı  normativ  sənədlərdə ölçü  metodları  göstərilən 



ölçü  vasitələrindən  istifadə  olunmalıdır.  İstifadə  olunan  ölçü  vasitələri  metroloji 

cəhətdən  attestasiya  olunmalı  və  təyin  olunmuş  müddətdə  dövlət  yoxlamasını 

keçməlidir.

 

3.2. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi.



 

3.2.1.  İş  yerlərinin  zədə  təhlükəsizliyinin  qiymətləndirilməsinin  əsas  obyektləri 

aşağıdakılardır:

 

istehsal avadanlıqları;



 

qurğular və alətlər;

 

təlim və öyrənilmə vasitələri ilə təmin olunma.



 

3.2.2. Əməyin mühafizəsi üzrə qüvvədə olan və ona aid olan normativ hüquqi aktlar 

(dövlət və sahə standartları, əməyin mühafizəsi üzrə qaydalar, əməyin mühafizəsi üzrə 

tipik  standartlar  və  s.)  əsasında  istehsal  avadanlıqlarının,  qurğuların  və  alətlərin 

qiymətləndirilməsi.

 

3.2.3.  İş  yerlərinin  zədə  təhlükəsizliyinin  qiymətləndirilməsindən  əvvəl  onun 



aparılmasının  düzgünlüyü,  əməyin  təhlükəsizliyinin  təmin  edilməsinə  aid  normativ 

sənədlərin mövcudluğu və onların tələblərinin yerinə yetirilməsi yoxlanılır.

 

3.2.4. İstehsal avadanlığının, qurğularının və alətlərin, eyni zamanda tədris və təlim 



vasitələrinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması yolu ilə 

zədə  təhlükəsizliyinin  qiymətləndirilməsi.  Bununla  yanaşı,  istehsal  avadanlığında 

qurulmuş  nümunənin  təhlükəsizlik  sertifikatlarının  mövcudluğu  nəzərə  alınmalıdır. 

Zədə təhlükəsizliyinin qiymətləndirilməsi zamanı təhlükəsizlik tələblərinə əməl etməklə, 

istehsal avadanlığının sınaq buraxılışı və dayandırılması keçirilir.

 

3.2.5.  İş  yerlərində  istehsal  avadanlıqlarının  və  cihazlarının,  onlara  aid  olan 



normativ  hüquqi  aktların  tətbiq  olunmasından  əvvəl  istehsal  olunması  və  yaxud  bu 

sənədlərin  müəyyən  olunmuş  qaydada  işlənib  hazırlanmadığı  və  təsdiq  edilmədiyi 

hallarda, 

istehsal 

avadanlıqlarının 

və 


qurğuların 

zədə 


təhlükəsizliyinin 

qiymətləndirilməsi  iş  yerlərində  təhlükəsiz  və  şəraitini  təyin  edən  müvafiq  normativ 

hüquqi aktlarda öz əksini tapan tələblərə uyğun aparılır.

 

O cümlədən:



 

təhlükə mənbəyi sayılan avadanlığın hərəkətdə olan hissələrinin təsirindən işçilərin 

mühafizə vasitələrinin mövcudluğu;

 



zədələnmə  nəticəsində  təhlükə  yaradan  boru  xətlərinin,  hidro,  buxar-

pnevmosistemlərin, qoruyucu qapaqların, kabellərin və digər elementlər;

 

təmir  və  quraşdırma  işləri  zamanı  avadanlığın  hissələrinin  əl  ilə  yerdəyişməsi 



məqsədi ilə qurğuların (qolların) mövcudluğu;

 

istehsal  avadanlığının  istismarı  zamanı  emal  edilən  və  yaxud  istifadə  olunan 



materialların  və  maddələrin  iş  zonasına  sıçraması,  əşyaların  (alətin,  tədarükün)  yerə 

düşməsi və atılması nəticəsində yaranan təhlükənin aradan qaldırılması;

 

konstruksiyaların, binaların hissələrinin dağılması, karxanalarda, şaxtalarda və sair 



süxurların  və  başqa  elementlərin  uçulması  nəticəsində  yaranan  təhlükənin  aradan 

qaldırılması;

 

təhlükəsizlik nişanlarının və siqnal boyalarının mövcudluğu və normativ tələblərə 



uyğunluğu;

 

hasarlarda fiksatorların, blokirovkaların, germetizasiya elementlərinin davamlığını 



və sərtliyini təmin edən elementlərin mövcudluğu;

 

müəyyən  təhlükəli  və  zərərli  istehsal  amilinin  təsiri  zamanı  qoruyucu  vasitələrin 



işləməsinin təmin olunması;

 

istehsal avadanlığının normal fəaliyyətinin pozulmasının idarəetmə pultu üzərində 



siqnalizatorların, eyni zamanda qəza dayandıran vasitələrin mövcudluğu;

 

elektrik  təchizatının  tamam  və  yaxud  qismən  kəsilməsi  və  onun  sonradan 



düzəldilməsi,  eyni  zamanda  elektrik  təchizatının  idarəetmə  dövrəsinin  zədələnməsi 

zamanı  təhlükəli  vəziyyətlərin  yaranmasının  qarşısının  alınması  (enerji  təchizatının 

bərpası  zamanı  icazə  almadan  enerjinin  buraxılışı,  dayandırılma  üçün  verilən  əmrin 

yerinə  yetirilməməsi,  istehsal  avadanlığın  səyyar  hissələrinin  və  onun  üzərində 

bərkidilmiş əşyaların düşməsi və atılması);

 

elektrik cihazlarının, elektrik xətlərinin (o cümlədən torpaqlanmanın), gəmiricilərin 



və  həşəratların,  əridicilərin  daxil  olmasından,  mexaniki  təsirdən  qorunmasının  təmin 

edilməsi,  birləşdirici  qutularda,  elektrotexnik  məmulatların,  aparatların,  maşınların 

korpuslarının içində şəbəkənin və kabellərin birləşməsinin həyata keçirilməsi;

 

avadanlığın qızmar hissələrinin, yanğın partlayış təhlükəli maddələrin işçilərin açıq 



dəri örtükləri ilə yanğına, alova və yaxud partlayışa səbəbi ola bilən kontaktın aradan 

qaldırılması;

 

müəssisədaxili yolların və keçidlərin ölçülərinin normativ tələblərə uyğunluğu;



 

müəssisədaxili nəqliyyat vasitələri üçün idarəetmə vasitələrinin (o cümlədən qəza 

dayandırılması vasitələrinin) məqsədəuyğun yerləşdirilməsi və icra edilməsi;

 



müəssisədaxili  nəqliyyat  vasitələri  yollarının  təhlükəsizliyi,  onların  mühafizə 

vasitələri və təhlükəsizlik nişanları ilə təchiz olunması;

 

əməyin  mühafizəsi  üzrə  təlimatların  mövcudluğu  və  onların  normativ  sənədlərə 



uyğunluğu;

 

əl alətlərinin və qurğuların mövcudluğu və normativ tələblərə uyğunluğu.



 

3.3. İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmələrinin qiymətləndirilməsi.

 

3.3.1. Hər bir iş yeri üzrə işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi, eyni 



zamanda bu vasitələrin səmərəliliyi müəyyən olunur.

 

3.3.2.  İşçilərin  fərdi  mühafizə  vasitələri  ilə  təminatının  qiymətləndirilməsi  faktiki 



verilən vasitələrin xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin 

fəhlələrə  və  qulluqçulara  pulsuz  verilməsi  haqqında  tipik  sahə  normaları  və  başqa 

normativ sənədlərlə tutuşdurulması üsulu ilə aparılır.

 

3.3.3. İşçilərin fərdi mühafizə vasitələri ilə təminatı qiymətləndirilərkən verilən fərdi 



mühafizə  vasitələrinin  iş  yerlərində  faktiki  əmək  şəraitinə  uyğunluğunun 

qiymətləndirilməsi  ilə  bərabər,  eyni  zamanda  onların  keyfiyyətinə  nəzarət  həyata 

keçirilir.  Xüsusi  mühafizə  vasitələrinin  səmərəliliyi  müvafiq  sertifikatlarla  təsdiq 

olunmalıdır.

 

3.4. İş yerlərində iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi.



 

3.4.1. İş yerində iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi aşağıdakılardan 

ibarətdir:

 

zərərlik və təhlükəsizlik dərəcələri üzrə;



 

zədə təhlükəsizliyi dərəcələri üzrə;

 

işçilərin fərdi mühafizə vasitələrlə ilə təmin edilməsi, eyni zamanda bu vasitələrin 



səmərəliliyi.

 

3.4.2.  Təhlükə  və  zərərlik  dərəcələri  üzrə  iş  şəraitinin  faktiki  vəziyyətinin 



qiymətləndirilməsi, istehsal mühitinin zərərlik və təhlükəli əmək prosesinin ağırlığı və 

gərginliyin  göstəriciləri  üzrə  gigiyenik  kriteriyaların  istehsalat  mühitinin  təhlükəli  və 

zərərli amilləri, əmək prosesinin ağırlığının və gərginliyinin, ölçülərin nəticələri onların 

müəyyən  olunmuş  gigiyenik  normativlərlə  tutuşdurulması  əsasında  keçirilir.  Bu  cür 

tutuşdurulmalar  əsasında  hər  bir  amil  üçün  olduğu  kimi,  onların  kombinasiyaları  və 

birləşmələri, eyni zamanda bütövlükdə iş yeri üçün əmək şəraitinin sinfi təyin olunur.

 

İşçilərin  təhlükəli  və  zərərli  istehsalat  amilləri  ilə  iş  növbəsi  və  yaxud  əmək 



fəaliyyəti  zamanı  (iş  stajının  məhdudlaşdırılması)  yol  verilən  kontakt  müddətinin 

müəyyən  olunması  dövlət  sanitar-epidemioloji  nəzarət  mərkəzləri  tərəfindən  təşkilat 

rəhbərliyinin peşə qruplarına uyğun təqdimatı əsasında aparılır.

 



3.4.3.  İş  yerinin  zədə  təhlükəsizliyinin  qiymətləndirilməsinin  nəticələrinə  əsasən 

zədə  təhlükəsizliyi  üzrə  əmək  şəraitinin  təsnifatına  uyğun  olaraq  ayrıca  təhlükə  sinfi 

təyin olunur və yaxud iş yerinin təhlükəsizlik tələblərinə tam uyğunluğu haqqında rəy 

verilir.


 

3.4.4.  İş  yerində  əmək  şəraitinin  faktiki  vəziyyətinin  qiymətləndirilməsinin 

nəticələri  təşkilatın  attestasiya  komissiyasının  attestasiya  nəticələri  haqqında  qərarına 

əsasən əmək şəraiti üzrə iş yerlərinin attestasiyası pasportuna da daxil edilir.

 

3.4.5. İş yerində təhlükəli və zərərli istehsalat amillərinin olmadığı halda və yaxud 



onların  faktiki  göstəricilərinin  optimal  və  yol  verilən  miqdarlara  uyğun  olması,  eyni 

zamanda  işçilərin  zədə  təhlükəsizliyi  və  fərdi  mühafizə  vasitələri  ilə  təminatı  üzrə 

tələblərin yerinə yetirmədiyi halda, hesab edilir ki, iş yerlərində əmək şəraiti gigiyenik 

tələblərə və təhlükəsizlik tələblərinə uyğundur.

 

3.4.6. İş yerində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəriciləri zədə 



təhlükəsizliyi və işçilərin fərdi mühafizə vasitələri ilə təminatı üzrə tələblərdən və yaxud 

qüvvədə  olan  normalardan  yüksək  olduğu  halda,  bu  cür  iş  yerlərində  əmək  şəraiti 

təhlükəli və zərərli sayılır.

 

Əmək şəraitinin 3-cü sinfə (zərərli) aid olunduğu zaman iş yeri müvafiq sinfin və 



zərərliyin  dərəcəsinin  (3.1,  3.2,  3.3,  3.4,  eyni  zamanda  3-zədə  təhlükəsizliyi  üzrə) 

göstərilməsi ilə və onun əməyin mühafizəsi üzrə normativ hüquqi aktların uyğunluğuna 

çatdırılması  haqqında  təkliflərin  müəssisədə  əmək  şəraitinin  yaxşılaşdırılması  və 

sağlamlaşdırılması haqqında tədbirlər planına daxil edilməsi ilə şərtli attestasiya sayılır.

 

Əmək  şəraitinin  4-cü  sinfə  (təhlükəli)  aid  olunduğu  halda,  iş  yeri  attestasiya 



olunmamış sayılır və təcili olaraq yenidən təchiz edilməli və yaxud ləğv edilməlidir.

 

3.5.  İstehsalat  amilləri  dərəcələrinin  instrumental  ölçülmələri,  əmək  prosesinin 



ağırlığı  və  gərginliyinin  müəyyən  edilməsi,  iş  yerinin  zədə  təhlükəsizliyinin 

qiymətləndirilməsi 

və 

işçilərin 



fərdi 

mühafizə 

vasitələri 

ilə 


təminatının 

qiymətləndirilməsi müvafiq protokolla rəsmiləşdirilir. Protokolların formaları bu və ya 

başqa  amil  göstəriciləri  dərəcələrinin  ölçülməsinin  aparılması  qaydasını  təyin  edən 

normativ sənədlərlə müəyyən olunur.

 

İstehsalat  amilləri  dərəcələrinin  instrumental  ölçülmələrini  apardıqda  və  əmək 



prosesinin  ağırlığını  və  gərginliyini  təyin  etdikdə,    protokola  aşağıdakılar  daxil 

edilməlidir:

 

iş yerinin və müəssisənin bölməsinin adı və kodu;



 

ölçünün keçirilməsi tarixi;

 

ölçülərin yerinə yetirilməsinə cəlb olunan (müəssisənin və yaxud onun bölməsinin) 



adı;

 



ölçülən istehsalat amilinin adı;

 

ölçü  vasitəsi  (qurğunun,  alətin  adı,  yoxlamanın  tarixi  və  yoxlama  haqqında 



şəhadətnamənin nömrəsi);

 

ölçünün  aparılmasına  əsas  olan  normativ  sənədin  göstərilməsi  ilə  ölçünün 



aparılması metodu;

 

ölçünün keçirildiyi yer, ölçü nöqtəsini göstərməklə otağın eskizi;



 

ölçülən parametrin faktiki göstəricisi;

 

ölçü  aparan  işçinin  və  ölçülərin  keçirildiyi  obyektin  müdiriyyətinin 



nümayəndəsinin vəzifəsi, soyadı, adı və imzası;

 

ölçünün aparılmasına cəlb olunan cavabdeh şəxsin imzası, müəssisənin (və yaxud 



onun bölməsinin) möhürü.

 

İş  yerində  zədə  təhlükəsizliyinin  qiymətləndirilməsinin  nəticələri  əsasında 



protokolda  isə  qısa  xülasələr  göstərilir  və  iş  yerinin  normaların,  qaydaların  və 

standartların  hansı  bəndlərinə  uyğun  olmaması,  eyni  zamanda  qiymətləndirilməni 

keçirən şəxslərin vəzifəsi, soyadı, adı və atasının adı göstərilir.

 

İş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsinin nəticələrinin qısa xülasəsi iş 



şəraiti üzrə iş yerləri attestasiyasının xəritəsinə də daxil edilir.

 

 



 

IV. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya nəticələrinin rəsmiləşdirilməsi 

  

4.1.  Əmək  şəraiti  üzrə  iş  yerlərinin  attestasiyasının  nəticələri  üzrə  aşağıdakılar 

doldurulur:

 

iş  yerlərinin  attestasiyası  və  onların  iş  şəraiti,  bu  şəraitdə  çalışan  işçilərin  sayı  və 



onların fərdi mühafizə vasitələri ilə təmin edilməsi haqqında məlumatları əks etdirən iş 

yerlərinin və onların əmək şəraiti üzrə attestasiya edilməsinin nəticə cədvəli;

 

müəssisə üzrə bütövlükdə və struktur bölmələr üzrə ayrılıqda iş yerlərinin sayının, 



əmək  şəraitinin  siniflər  üzrə  bölünməsi  ilə  attestasiya  aparılan  iş  yerlərinin  sayının, 

attestasiya  aparılan  iş  yerlərində  məşğul  olan  işçilərin  sayının,  onların  fərdi  mühafizə 

vasitələri ilə təmin edilməsi haqqında məlumatın göstərilməsi ilə iş yerlərinin və onların 

əmək şəraiti üzrə attestasiyasının nəticələrinin toplu siyahısı.

 

4.2.  Müəssisənin  attestasiya  komissiyasının  işinin  nəticələri  əmək  şəraiti  üzrə  iş 



yerlərinin attestasiya protokolu ilə rəsmiləşdirilir. Protokola əlavə edilməlidir:

 

əmək şəraiti üzrə iş yerlərinin attestasiya pasportu;



 

bölmələrdə əmək şəraiti üzrə attestasiyasının və iş yerlərinin siyahısı;

 



müəssisədə iş yerlərinin və əmək şəraiti üzrə attestasiya nəticələrinin toplu siyahısı;

 

müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər 



planı.

 

 



 

V. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya nəticələrinin həyata keçirilməsi 

  

5.1.  Müəssisədə  əmək  şəraitinin  yaxşılaşdırılması  və  sağlamlaşdırılması  üzrə 

tədbirlər planının işlənib hazırlanması.

 

5.1.1.  Attestasiya  komissiyası  əmək  şəraiti  üzrə  iş  yerlərinin  attestasiyasının 



nəticələrini, müəssisənin bölmələri və ayrı-ayrı işçiləri tərəfindən daxil olmuş təkliflərini 

nəzərə almaqla müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə 

tədbirlər planı hazırlayır.

 

5.1.2.  Planda  texnika  və  texnologiyanın  yaxşılaşdırılması,  fərdi  və  kollektiv 



mühafizə  vasitələrinin  istifadəsi,  sağlamlaşdırma,  eyni  zamanda  əməyin  təşkili  və 

mühafizəsi üzrə tədbirlər nəzərdə tutulmalıdır.

 

5.1.3. Planda tədbirlərin maliyyə mənbələri, onların həyata keçirilməsi müddəti və 



icraçılar  göstərilməlidir.  Plan  bütün  iş  yerlərinin  əmək  mühafizəsi  üzrə  tələblərə 

uyğunlaşdırılmasını nəzərdə tutmalıdır.

 

5.1.4. Plan attestasiya komissiyasının sədri tərəfindən imzalanır və əmək mühafizəsi 



üzrə ümumi komitə ilə (komissiya ilə), həmkarlar ittifaqları ilə razılaşdırıldıqdan sonra 

müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunur və kollektiv müqavilələrə daxil edilir.

 

5.2.  Əmək  şəraiti  üzrə  iş  yerinin  attestasiyası  işinin  yekunlaşdırılmasından  sonra 



müəssisənin rəhbəri görülmüş işə qiymət verməklə, onun nəticələrinin  təsdiq edilməsi 

üçün əmr verir.

 

5.3. Əməyin mühafizəsi üzrə  iş yerləri attestasiyasının  nəticələri müəssisə, rayon, 



şəhər, bölgə, respublika səviyyəsində mövcud olan əmək şəraiti üzrə məlumat bankının 

yaradılması üçün əsasdır.

 

5.4.  İş  yerlərinin  attestasiya  nəticələri  haqqında  məlumat  müəssisənin  işçilərinə 



çatdırılır.

 

5.5. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya sənədləri ciddi hesabat materiallardır 



və 45 il müddətində saxlanılmalıdır.

 

5.6.  Əməyin  mühafizəsi  üzrə  iş  yerlərinin  attestasiyasının  keçirilməsinin 



keyfiyyətinə dövlət nəzarətini Dövlət Əmək Müfəttişliyi həyata keçirir.

 

5.7. Əməyin mühafizəsi üzrə iş yerləri attestasiyasının keçirilməsi üçün müəssisənin 



rəhbərliyi məsuliyyət daşıyır.

 



 

 

Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi 



  

Müəssisə 

____________________________________________________________________________

 

İstehsalat________________________________      Sex______________________________________



 

Məntəqə_________________________________     Peşə_____________________________________

 

Oxşar yerlərin miqdarı _________________           Fəhlələrin sayı 



____________________________

 

o cümlədən qadınlar 



__________________________________________________________________

 

 



 

İş şəraitinin amilləri

 

TBH


*

 

SBH normativi



 

Amillərin durumu 

(vəziyyəti)

 

X dərəcə 



bal

 

X faktiki 



bal

 

 



 

 

 



 

 

 



 

 

 



Zərərli kimyəvi maddələr, 

mq/m


3

 

 



 

 

 



 

 

 



 

1-ci sinif təhlükəli

 

 

 



 

 

 



 

 

 



2-ci sinif təhlükəli

 

 



 

 

 



 

 

 



 

3-4-cü sinif təhlükəli

 

 

 



 

 

 



 

 

 



Toz, mq/m

3

 



 

 

 



 

 

 



 

 

Səs-küy, dBa



 

 

 



 

 

 



 

 

 



Titrəmə, dB

 

 



 

 

 



 

 

 



 

İnfraqırmızı şüalanma, VT/ 

m

2

 



 

 

 



 

 

 



 

 

İonlaşmamış şüalanma:



 

 

 



 

 

 



 

 

 



YT /yüksək tezlikli/, VT/ m

2

 



 

 

 



 

 

 



 

 

UYT /ultra yüksək tezlikli/, 



VT/ m

2

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



ƏYT /ən yüksək tezlikli/, mk 

VT/ m


2

 

 



 

 

 



 

 

 



 

İş yerində havanın 

temperaturu, C

(binada)



 

 

 



 

 

 



 

 

 



Əməyin ağırlığı

 

 



 

 

 



 

 

 



 

 

 



İstehsalat mühitinin amillərinin 

cəmi____________________________________________________

 

Əmək şəraitinə görə güzəştlər: 



_________________________________________________________

 



Xəritənin icraçısının imzası 

____________________________________________________________

 

Sex (məntəqə) rəisinin imzası 



__________________________________________________________

 

Doldurulma tarixi



 

  

 



 

*

TBH - toplanmanın buraxıla bilən həddi



 

SBN - səviyyənin buraxıla bilən həddi

 

 

 



İş yerlərinin qiymətləndirilməsi, onun əmək şəraiti üzrə normativlərə uyğunluğu 

  

İstehsalat mühitinin 

amilləri

 

Ölçü vahidi



 

Normativlər

 

Ölçünün 


aparılma 

tarixi


 

Ölçünün 


nəticələri

 

Fərq 



/--/

 

1



 

2

 



3

 

4



 

5

 



6

 

Zərərli kimyəvi maddələr



 

mq/m


3

 

 



 

 

 



 

 

 



 

Fibrogen təsirli aerozollar

 

mq/m


3

 

 



 

 

 



 

 

 



 

İstehsalat tozu

 

mq/m


3

 

 



 

 

 



 

 

 



 

Fiziki amillər

 

 

 



 

 

 



 

 

 



 

 

Titrətmə, lokal, ümumi



 

dB, m/s


 

 

 



 

 

 



 

 

 



Səs-küy

 

dBA



 

 

 



 

 

 



 

 

 



YT /yüksək tezlikli/ 

radiotezlikli elektromaqnit 

sahəsi

 

Vt/ m



2

 

 



 

 

 



 

 

 



 

UYT /ultra yüksək tezlikli/

 

Vt/ m


2

 

 



 

 

 



 

 

 



 

ƏYT /ən yüksək tezlikli/

 

Vt/ m


2

 

 



 

 

 



 

 

 



 

İnfraqırmızı şüalanma

 

Vt/ m


2

 

 



 

 

 



 

 

 



 

Havanın temperaturu

 

C

0



 

 

 



 

 

 



 

 

 



Hava hərəkətinin sürəti

 

m/s



 

 

 



 

 

 



 

 

 



Rütübət nisbi

 

%



 

 

 



 

 

 



 

 

 



Ultrasəs

 

dB



 

 

 



 

 

 



 

 

 



İnfrasəs

 

dB



 

 

 



 

 

 



 

 

 



İonlaşdırılmış şüalanma

 

rentgen



 

 

 



 

 

 



 

 

 



Atmosfer təzyiqi

 

atm



 

 

 



 

 

 



 

 

 



Bioloji istehsalat amilləri

 

 



 

 

 



 

 

 



 

 

 



Psixofizioloji amillər 

Növbə ərzində yükü 

tutarkən statistik gərginlik 

(yük) 


bir əl ilə 

iki əl ilə 

Bədən və ayaq əzələlərinin 

iştirakı ilə

 

kq/s


 

 

 



 

 

 



 

 

 




Növbə ərzində dinamik

 

kqm



 

 

 



 

 

 



 

 

 



gərginlik (yük) 

Əzələlərə düşən ümumi 

gərginlik (ağırlıq) 

Çiyin əzələlərinə düşən 

regional gərginlik (ağırlıq) 

Bədən, əl və ayaq 

əzələlərinə düşən ümumi 

gərginlik (ağırlıq) İşçi 

duruş (vəziyyət)

 

 



 

 

 



 

 

 



 

 

 



Məkanda yerdəyişmə

 

İşin sürəti (tempi)



 

km/növbədə

 

 

 



 

 

 



 

 

 



Əməyin yeknəsəkliyi 

(monotonluğu)  

Əsəb-emosional gərginlik 

İntellektual gərginlik 

Sair

 

 



 

 

 



 

 

 



 

 

 



  

  

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə