Akyıl İmre Fiziki şəxs olaraq üzvdür



Yüklə 361,56 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix18.04.2018
ölçüsü361,56 Kb.
#39407
1   2   3   4   5   6   7   8   9   ...   13

8.

 

AtaSığorta ASC 

 

Müseyib Əliyev – İdarə Heyətinin sədri 

 

Tel: 



(012) 598 24 32/33 

Faks:  (012) 4498141 

E-mail: 

office@atasigorta.az

 

Ünvan:Zərifə Əliyeva küç. 55, Yeni Həyat kompleksi 



 

Şirkət 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçmiş və həmin ilin sentyabr ayının 

3-dən etibarən isə tam lisenziyalı sığorta fəaliyətini həyata keçirir. Təsisçisi və səhmdarı AtaHoldinq 

ASC  olan  şirkətin  ödənilmiş  nizamnamə  kapitalı  2  mln.  AZN  təşkil  edir.  Azərbaycan  Respublikası 

Maliyyə Nazirliyi 10 noyabr 2009-cu il tarixində ―AtaSığorta‖ ASC-yə sığorta fəaliyyətinə müddətsiz 

lisenziya vermişdir. 

Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır 

və  inkişaf  etdirir.  AtaSığorta  müştərilərinin  bütün  mümkün  və  sığortalana  biləcək  risklərinə 

maksimum təminat verir. 

AtaSığorta  şirkəti  27  növ  sığorta  xidmətləri,  onlardan  22  könüllü  və  5  icbari  növlər  üzrə  sığorta 

xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat 

vasitələrinin  sığortası,  nəqliyyat  vasitələri  sahiblərinin  mülki  məsuliyyətinin  icbari  və  könüllü 

sığortası,  sürücü  və  sərnişinlərin  bədbəxt  hadisələrdən  sığortası,  üçüncü  şəxslər  qarşısında  mülki 

məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi 

sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. vardir. 

Şirkət  partnyorları və  müştəriləri qarşısında  götürdüyü öhdəliklərin  yerinə  yetirilməsi sahib  olduğu 

sığorta xidmətləri portfelindən, əhəmiyyətli həcmdə sığorta rezervlərindən, praktiki iş təcrübəsi və 

peşəkar personaldan asılıdır. Bütün bu standartlara cavab verə bilmək üçün AtaSığorta beynəlxalq 

sığorta  bazarının  liderləri  olan  GenRe,  Lloyds  of  London,  Hannover  Re,  Swiss  Re,  Chauser,  AIG, 

Korean Re, Trans Re, Rosno, Russian Re, Ingosstrakh, AON, Willis və digər şirkətlərlə əməkdaşlıq 

edir. 

Heydər  Əliyev  fondu,  Azərbaycan  Respublikasının  Milli  Bankı,  SGS,  Azercell  BM,  AtaBank, 



Azəriqazbank,  Nikoil,  Azərdəmiryolbank,  Delta  Telecom  və  digər  şirkətlər  öz  bizneslərinin 

qorunmasını AtaSığorta şirkətinə etibar ediblər. 

Şirkət  2005-ci  ildə  ―Moody  İnternational‖  şirkəti  tərəfindən  İSO  9001:2000  beynəlxalq  keyfiyyət 

sertifikatı almışdır. Hazırda Keyfiyyətin İdarəedilməsi üzrə İSO 9001-2008 beynəlxalq Sertifikatının 

alınması məqsədilə Şirkətdə zəruri işlər görülür. 

2007-ci ilin  yekunlarına  görə  ―AtaSığorta‖  ASC  ―İlin  Sığorta  Şirkəti‖  nominasiyası  üzrə  ―Uğur‖  Milli 

Mükafatına layiq görülmüşdür. 

www.atasigorta.az

 

 

 



 


 

9.

 

AXA MBASK 

 

Selçuk Adıgözəl - İdarə Heyətinin sədri 

 

Tel: 


(012)  498 91 90 

Faks:    (012) 498 10 62 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzinin 1-ci ve 2-ci mərtəbəsi 

MBASK Sığorta Şirkəti 1992-ci ildən öz fəaliyyətini həyata keçirir və müstəqil Azərbaycanın ilk özəl 

sığorta şirkətlərindən biridir. 1992-ci ildən 1996-cı ilədək olan dövrdə Azərbaycanın sığorta bazarının 

təşəkkülü baş verirdi. Bu müddət ərzində bazarın məhdud imkanlarına baxmayaraq MBASK peşəkar 

kollektiv formalaşdırmağa nail oldu və bu gün 29 sığorta növünü həyata keçirmək üçün lisenziyaya 

sahibdir. 

 

2005-ci ildə Azərbaycan sığorta bazarının tarixində ilk dəfə Avropa Yenidənqurma və İnkişaf Bankı 



MBASK  Sığorta  Şirkətinin  səhmlərinin  30  %-ni  alaraq  yerli  sığorta  şirkətinin  səhmdarı  oldu. 

2006-2007-ci  illərdə  müstəqil  bazar  təhqiqatları  MBASK  şirkətini  əhali  arasında  ən  populyar  və 

etibarlı sığorta şirkəti kimi tanımışdır. 

 

2004-cü  ildə  MBASK  Sığorta  Şirkəti  müvəffəqiyyətlə  keyfiyyətin  idarə  olunması  sisteminin 



sertifikatlaşdırılmasını  keçmişdir.  Şirkətin  auditorları  qismində  Moody  İnternational  şirkətinin 

mütəxəssisləri  iştirak  etmişdirlər.  Yoxlamanın  nəticələrinə  görə  MBASK  Sığorta  Şirkətinə  müvafiq 

sertifikat təqdim olunmuşdur. 3 il ərzində şirkət bütün zəruri keyfiyyət standartlarına riayət etmişdir 

ki,  bu  da  həmin  sertifikatın  ilbə-il  təsdiq  olunmasında  öz  əksini  tapmışdır. 

2007-ci  ilin  dekabrında  Moody  İnternational  şirkətinin  mütəxəssisləri  MBASK  Sığorta  Şirkətinin 

keyfiyyət  menecmenti  sisteminin  növbəti  auditor  yoxlamasını  aparmış  və  onun  keyfiyyət 

menecmenti  üzrə  İSO  9001:2000  beynəlxalq  standartının  tələblərinə  uyğun  olduğunu  təsdiq 

etmişlər. 

 

2007-ci ilin nəticələrinə görə MBASK sığorta şirkəti toplanmış tədiyyələrin həcmi üzrə Azərbaycanın 



özəl şirkətləri arasında birinci yeri tutmuşdur. 

 

14  oktyabr  2010  il  tarixdə  dünyanın  ən  iri  sığorta  şirkətlərindən  biri  olan  "AXA  Group"  özünün 



törəmə cəmiyyəti olan "AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros" (İspaniya) şirkəti 

vasitəsilə "MBASK" Sığorta  Şirkətinin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (51 %) əldə etmişdir.  

AXA  Group  dünyada  ən  iri  sığorta  şirkətlərindən  biridir  və  Fortune  Global  500-ün  2010-cu  il  üzrə 

siyahısında gəlirlərinə görə dünyanın 9-cu ən iri şirkəti kimi göstərilmişdir. AXA 57 ölkədə, əsasən 

Qərbi  Avropada,  Şimali  Amerikada,  Asiya-Sakit  okean  regionunda  və  Yaxın  Şərqdə  fəaliyyət 

göstərir. Qrupun 216 000-dən artıq əməkdaşı və dünya üzrə 96 000 000 müştərisi vardır. Qrup beş 

əməliyyat  biznes-seqmentindən  ibarətdir:  Həyatın  və  Əmanətlərin  sığortası,  Əmlakın  sığortası  və 

Bədbəxt  Hadisələrdən  sığorta,  Beynəlxalq  sığorta  (təkrarsığorta  daxil  olmaqla),  Aktivlərin  idarə 

edilməsi, habelə digər maliyyə xidmətləri. 

 

2010-cu  ilin  7  dekabrında  MBASKın  lisenziyası  şirkətin  adının  AXA  MBASK`a  dəyişdirilməsi  ilə 



əlaqədar olaraq yenilənib. 

 

http://axambask.az/



 

 

 

 


Yüklə 361,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə