Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə14/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   10   11   12   13   14   15   16   17   ...   228

 

 

49 



 

 



 

 

98. Əbu Zərr  belə rəvayət etmşdir: “Mən məscidə daxil oldum. Peyğəmbər  



də  (bir  tərəfdə)  oturmuşdu.  Günəş  batdıqda  o  soruşdu:  “Ey  Əbu  Zərr!  Bu 

günəşin  hara  getdiyini  bilirsənmi?” Dedim:  “Allah  və  Onun  elçisi  daha  yaxşı 

bilir!” Peyğəmbər  buyurdu: “O, gedib səcdə etmək üçün izin istəyir və ona 

izin  verilir.  (Amma  elə  bir  zaman  gələcək  ki,)  ona:  “Gəldiyin  yerdən  qayıt!”- 

deyiləcək  və  o,  (gedib)  məğribdən  doğacaq”.  Sonra  o:  “Abdullah  (ibn 

Məsudun) qiraəti ilə: “Bu onun qaldığı yerdir”. (Yasin 38) oxudu. (Buxari 7424, 

Muslim 229, 420;) 

 



 

 

Peyğəmbərə  Vəhyin Başlanması 

 







 



 



 

 

99.  Möminlərin  anası  Aişə    rəvayət  edir  ki,  Allahın  Elçisinə    ilk  vəhyin 



gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi 

ki, sübh çağının  aydınlığı  kimi  gerçək olmasın.  Sonra onun  qəlbinə  tənhalığa 

çəkilmək  meyli  salındı.  Peyğəmbər    Hira  dağındakı  (Məkkə  yaxınlığına) 

mağarada  xəlvətə  çəkilib,  ailəsinin  yanına  qayıdanadək  müəyyən  gecələri 

orada  ibadət  edərdi.  (O  özü  ilə  azuqə  götürüb  xəlvətə  çəkilərdi).  Sonra 

Xədicənin  yanına  qayıdıb  yenə  bir  o  qədər  müddət  qalmaq  üçün  azuqə 




 

 

50 



götürərdi. Nəhayət, Peyğəmbər  Hira dağındakı mağarada olarkən ona haqq 

nazil  oldu.  Mələk  onun  yanına  gəlib:  “Oxu!”  dedi.  O  isə:  “Mən  oxumağı 

bacarmıram!”  deyə  cavab  verdi.  (Peyğəmbər)  dedi:  “O  zaman  mələk  məni 

tutub  taqətim  kəsilənədək  sıxdı,  sonra  da  buraxıb:  “Oxu!”  dedi.  Mən  də: 

“Oxumağı bacarmıram!” dedim. O ikinci dəfə məni tutub nəfəsim kəsilənədək 

sıxdı, sonra da buraxıb: “Oxu!” dedi. Mən isə: “Oxumağı bacarmıram!” dedim. 

O  üçüncü  dəfə  məni  tutub  nəfəsim  kəsilənədək sıxdı,  sonra  da  buraxıb  dedi: 

“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin 

Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana 

bilmədiklərini  öyrətdi”.  (əl-Ələq  1-5).  (Bu  hadisədən  sonra)  Peyğəmbər   

qorxudan ürəyi əsə-əsə həmin ayələrlə geri döndü. O, Xədicə bint Xuveylidin 

  (evinə)  daxil  olub:  “Üstümü  örtün,  üstümü  örtün!”  dedi.  Onun  üstünü 

örtdülər.  Nəhayət,  qorxu  ondan  keçib  getdi  və  Peyğəmbər    başına  gələn 

hadisəni  Xədicəyə  xəbər  verib  dedi:  “Mən  başıma  bir  iş  gələcəyindən 

qorxdum”.  Xədicə:  “Xeyr!  Allaha  and  olsun  ki,  Allah  səni  heç  vaxt  rüsvay 

etməz.  Çünki  sən  qohumluq  əlaqələrini  möhkəmləndirir,  zəiflərin  yükünü 

daşıyır,  yoxsula  pay  verir,  qonağa  yaxşı  baxır  və  haqq  yolunda  (insanlara) 

yardım edirsən.” Xədicə Peyğəmbəri  əmisi oğlu Varaqa İbn Nofəl İbn Əsəd 

İbn  AbdulUzzanın  yanına  gətirdi.  O,  cahiliyyət  dövründə  nəsrani  (Xristian) 

olmuş bir adam idi və ibranicə yazmağı bacarır, İncildən Allahın dilədiyi qədər 

(bəzi şeylər) yazardı.  O  artıq gözləri  kor olmuş qoca  bir  kişi  idi.  Xədicə  dedi: 

“Ey  əmim  oğlu!  Qulaq  as,  gör  qardaşın  oğlu  nə  deyir!”  Varaqa  ondan:  “Ey 

qardaşım  oğlu!  Sən  nə  görürsən?”  deyə  soruşdu.  Peyğəmbər    də  gördüyü 

şeyləri  ona  xəbər  verdi.  Varaqa  ona  dedi:  “O  gördüyün,  Allahın  Musaya 

göndərdiyi  sirrin  sahibidir  (Cəbrail).  Kaş  dəvət  edəcəyin  vaxt  mən  gənc 

olaydım!  Kaş  qövmün  səni  (yurdundan)  qovacağı  zaman  sağ  olaydım!” 

Peyğəmbər   soruşdu: “Məgər onlar məni qovacaqlar?”. Varaqa: “Bəli! Sənin 

gətirdiyinin  bənzərini  gətirən  (Allahın  dinini  təbliğ  edən)  elə  bir  kişi olmayıb 

ki,  onunla  düşmənçilik  etməsinlər.  Əgər  həmin  (dəvət  edəcəyin)  günə  qədər 

yaşasam, var gücümlə sənə kömək edəcəyəm.” Lakin çox keçmədi ki, Varaqa 

vəfat etdi və bir müddət vəhy nazil olmadı. (Buxari 3, Muslim 231, 422) 

 





 

 

 



100. Cabir İbn Abdullah əl-Ənsari  vəhyin (müvəqqəti olaraq) kəsilməsindən 

danışarkən rəvayətində  bunu da söyləmişdir: “(Peyğəmbər  ) demişdir: “(Bir 

dəfə) mən yol gedərkən göydən səs eşitdim və başımı yuxarı qaldırdım. Bir də 



 

 

51 



gördüm  ki,  Hira  dağında  yanıma  gələn  mələk  göylə  yer  arasında  olan 

kürsünün üzərində əyləşmişdir. Mən ondan qorxdum. (Evə) qayıdıb “Üstümü 

örtün, üstümü örtün!” dedim. Uca Allah da:  “Ey (əbasına) bürünüb örtünmüş 

(peyğəmbər)! Qalx və (insanları) xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini 

təmiz saxla! Pis şeyləri tərk et!”. (əl-Mudəssir 1-5). ayələrini nazil etdi. Sonra 

vəhy çoxaldı və bir-birinin ardınca nazil olmağa başladı. (Buxari 4, 4925, 4954, 

Muslim 232, 425) 

 



 

 



101. Cabir İbn Abdullah əl-Ənsari, Yəhyə İbn Kəsir deyir ki: “Əbu Sələmə İbn 

AbdurRahmandan  soruşdum:  “Quranın  hansı  (ayəsi)  daha  əvvəl  nazil 

olmuşdur?”  Dedi:  “Ey  (libasına  bürünüb)  örtünmüş  (peyğəmbər)!”  Dedim: 

“Yoxsa:  “Yaradan  Rəbbinin  adı  ilə  oxu!..”  (və  sonrakı  dörd  ayə)  daha  öncə 

nazil olmuşdur?” Dedi: “Mən Cabir ibn Abdullahdan  bu barədə soruşdum və 

ona  sənin  dediklərini  dedim.  (Quranın  hansı  (ayəsi)  daha  əvvəl  nazil 

olmuşdur?”  Dedi:  “Ey  (libasına  bürünüb)  örtünmüş  (peyğəmbər)!”  Dedim: 

“Yoxsa: “Yaradan Rəbbinin adı ilə oxu!”) Cabir: “Mən sizə Peyğəmbərin bizə 

danışdığından  başqa  bir  şey  danışmayacağam.  O  buyurdu:  “Hira  dağında 

qaldım.  Qaldığım  müddət  başa  çatdıqdan  sonra  aşağı  endim.  Mən  vadinin 

içində ikən mənə  nida olundu. Dərhal sağıma  baxdım, heç bir şey görmədim, 

soluma baxdım, heç bir şey görmədim, önümə baxdım, heç bir şey görmədim, 

arxama baxdım lakin heç kəsi görmədim. (Sonra yenə məni səslədilər) bu səfər 

başımı  yuxarı  qaldırdıda  bir  şeylər  gördüm....,  Mən  Xədicənin  yanına  gəlib: 

“Məni  bürüyün  və  üstümə  su  tökün”  dedim.  Məni  bürüdülər,  üstümə  də  su 

tökdülər. Onda Allah  bu ayələri nazil etdi: “Ey (libasına bürünüb) örtünmüş 



(peyğəmbər)!  Qalx  və  insanları  xəbərdar  et!  Təkcə  Rəbbini  uca  tut!  Geyimini 

təmiz saxla!”. (əl-Mudəssir 1-5). (Buxari 4922, Muslim 233, 427).  

 



 

 

Peyğəmbərin  Meraca Qaldırılması Və Namazın Fərz 



Edilməsi 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə