Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə4/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   2   3   4   5   6   7   8   9   ...   228

 

 

13 



 

 





 

 



6. Təlhə İbn Ubeydullah  rəvayət edir ki, Nəcd (Məkkə ilə İraq arasında yer) 

əhlindən  olan,  saçları  dağınıq  bir  kişi  Peyğəmbərin    yanına  gəldi.  Biz 

uzaqdan onun gurultulu səsini eşidir, amma nə dediyini anlamırdıq. Nəhayət, 

yaxına  gəldi  və  aydın oldu  ki, İslam  barəsində  soruşur. Peyğəmbər:  “Bir gün 

və bir gecə ərzində beş vaxt namaz (qılmalısan).” Kişi soruşdu: “Mənə bundan 

başqası  vacib  buyrulubmu?”  (Peyğəmbər):  “Xeyr!  Yalnız  könüllü  olaraq 

qıldığından  başqa”–  deyə  cavab  verdi.  Sonra  Peyğəmbər    buyurdu: 

“Ramazan  orucunu  da  (tutmalısan).”  (Kişi)  soruşdu:  “Mənə  bundan  başqası 

vacib buyrulubmu?” (Peyğəmbər): “Xeyr! Yalnız könüllü olaraq tutduğundan 

başqa”–  deyə  cavab  verdi.  Peyğəmbər    ona  zəkatın  vacibliyini  də  bildirdi. 

(Kişi)  soruşdu:  “Mənə  bundan  başqası  vacib  buyrulubmu?”  (Peyğəmbər): 

“Xeyr!  Yalnız  könüllü  olaraq  verdiyindən  başqa”–  deyə  cavab  verdi.  Kişi: 

“Vallahi  ki,  mən  buna  heç  nə  artırmayacağam  və  heç  nə  əskiltməyəcəyəm”– 

dedi  və  dönüb  getdi.  Peyğəmbər:  “Əgər  doğru  deyirsə,  nicat  tapacaqdır.” 

(Buxari 46, Muslim 12, 109) 

 

 

 

Cənnətə Daxil Edən İmanın Bəyanı 

  


 



 

 

.



 

7.  Əbu  Əyyub  əl-Ənsari    rəvayət  edir  ki,  bir  nəfər  dedi:  “Ey  Allahın  Elçisi! 

Mənə  Cənnətə  girməyimə  səbəb  olacaq  əməl  barədə  xəbər  ver.”  Camaat 

soruşdu:  “Ona  nə  olub?  Ona  nə  olub?”.  Allah  Elçisi    buyurdu:  “O 

(bilmədiyini öyrənmək) istəyir. Allaha ibadət et və Ona heç kəsi şərik qoşma, 

namaz qıl, zəkat ver və qohumluq əlaqələrini saxla!” (Buxari 5983, Muslim 14, 

15, 113, 115) 

 



 

 

14 



 



 

8. Əbu Hureyra  rəvayət edir ki, bir bədəvi Peyğəmbərin  yanına gəlib dedi: 

“Mənə elə bir əməl öyrət ki, ona əməl edəcəyim təqdirdə Cənnətə daxil olum.” 

Peyğəmbər:  “Allaha  ibadət  et  və  Ona  heç  kəsi  şərik  qoşma,  fərz  buyrulmuş 

namazları  qıl,  vacib  buyrulmuş  zəkatı  ver  və  ramazan  ayını  oruc  tut!”.  Bədəvi: 

“Canım Əlində olan Allaha and olsun ki, bundan artıq heç nə edən  deyiləm.” 

O  gedəndən  sonra  Peyğəmbər    buyurdu:  “Cənnət  əhlindən  olan  bir  adama 

baxıb  zövq  almaq  istəyəniniz  varsa,  qoy  buna  baxsın”.  (Buxari  1397,  Muslim 

16, 116) 

 

  



 

 

Peyğəmbərin : “İslam Beş Təməl Üzərində Bina 



Edilmişdir” Sözü 

 



 

9.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İslam  beş  (əsas) 



üzərində  qurulmuşdur:  Allahdan  başqa  (ibadətə  haqqı  olan)  məbud 

olmadığına  və  Muhəmmədin  Allahın  elçisi  olduğuna  şahidlik  etmək,  namaz 

qılmaq,  zəkat  vermək,  həcc  etmək  və  Ramazan  orucunu  tutmaq.”  (Buxari  8, 

Muslim 19, 20, 121, 122) 

 

 

 

Allaha, Rəsuluna Və Onun Dininə İman Etməyin Və Ona 



Çağırmağın Əmr Olunması 

 






 

 

15 



 

 

10.  İbn  Abbas    rəvayət  edir  ki,  AbdulQeys  (qəbiləsinin)  nümayəndələri 



Peyğəmbərin  yanına gəldikdə o: “Siz kimlərdənsiniz?” deyə soruşdu. Onlar: 

“Rabiy'a  (qəbiləsindənik)”  deyə  cavab  verdilər.  (Peyğəmbər)  buyurdu:  “Xoş 

gəlmişsiniz!  Allah  sizi  utandırmasın,  peşman  eləməsin!”  Onlar  dedilər:  “Ya 

Rəsulullah!  Biz  sənin  yanına  yalnız  haram  ayda  gələ  bilirik.  Səninlə  bizim 

aramızda  Mudar  qəbiləsinin  kafirləri  vardır.  Odur  ki,  bizə  (haqqı  batildən 

ayırd edən) bəlli bir şey əmr et ki, onu geridə qalanlarımıza xəbər verək, onun 

sayəsində  Cənnətə  girək.”  Onlar  Peyğəmbərdən    içkilər  barədə  də 

soruşdular.  Peyğəmbər    onlara  dörd  şeyi  əmr  etdi,  dörd  şeyi  qadağan  etdi. 

Onlara Tək Allaha iman  gətirməyi əmr etdikdən sonra soruşdu: “Bilirsinizmi, 

Tək Allaha iman gətirmək nə deməkdir?” Onlar: “Allah və Onun rəsulu daha 

yaxşı  bilir!”  dedilər.  Peyğəmbər:  “(Bu)  şəriki  olmayan  Tək  Allahdan  başqa 

(ibadətə  haqqı  olan)  heç  bir  məbudun  olmadığına  və  Muhəmmədin  Onun 

elçisi olduğuna  şəhadət  vermək,  namaz  qılmaq, zəkat  vermək,  Ramazan  oru-

cunu tutmaq və qənimətlərdən beşdə birini (xums) verməyinizdir.” (Peyğəmbər) 

onlara  dörd  şeyi  –  həntəmi

5

,  dubbanı



6

,  nəqiri

7

 və  müzəffəti  (yaxud  müqəyyəri)



8

 

qadağan etdi. Sonra dedi: “Buyurduqlarımı yadda saxlayın və bunları özünüz-



dən sonra gələnlərə xəbər verin.” (Buxari 53, Muslim 23, 125) 

 



 



11.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    Muaz  İ

göndərərkən demişdir: “Sən Kitab əhlindən olan bir qövmün yanına gedirsən. 

Elə  isə  ilk  əvvəl  onları  Allaha  ibadət  etməyə  dəvət  et.  Əgər  Allahı  tanısalar, 

onlara xəbər ver ki, Allah onlara gecə və gündüz beş vaxt namaz qılmağı vacib 

buyurmuşdur.  Əgər  buna  əməl  etsələr,  onları  xəbərdar  et  ki,  Allah  onlara 

zəkat  verməyi  –  dövlətlilərindən  götürülüb  kasıblarına  paylanılmağı  vacib 

buyurmuşdur.  Buna  itaət  etsələr,  (zəkatı)  onlardan  götür.  Lakin  insanların 

                                                

5

 Həntəm – tərkibinə  yun və  qan qatılmış  gildən  düzəldilmiş  yaşıl rəngli  cürdək. Əvvəllər  bu cür  qablarda 



şərab saxlayardılar. 

6

 Dubba – şərab saxlamaq üçün qurudulmuş boranıdan düzəldilmiş qab. 



7

 Nəqir – şərab saxlamaq üçün içi oyulmuş xurma kötüyündən düzəldilmiş qab. 

8

 Muzəffət, Müqəyyər – şərab saxlamaq üçün yanları qatranla malalanmış qab. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə