Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə5/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   2   3   4   5   6   7   8   9   ...   228

 

 

16 



mallarının  ən  qiymətlisini  götürməkdən  çəkin!”  (Buxari  1458,  Muslim  27,  28, 

130, 132) 

 

 

 



12.  İbn  Abbas    rəvayət  edir  ki, Peyğəmbər   Muazı   Yəmənə göndərəndə 

dedi:  “Onların  mallarının  ən  qiymətlisini  götürməkdən  çəkin  və  məzlumun 

bədduasından qorx. Çünki onunla Allah arasında (bu bədduanın qarşısını ala 

biləcək) heç bir pərdə yoxdur.” (Buxari 2448, Muslim 27, 130) 

 

 

 

İnsanlarla: “Allahdan Başqa İbadətə Layiq Haqq İlah 



Yoxdur” Deyənədək Vuruşmağın Əmr Olunması 

 





 

 

13.  Əbu  Hureyra    demişdir:  “Peyğəmbər   vəfat  etdikdən  və  Əbu  Bəkr   



(xəlifə)  olduqdan  sonra  ərəblərdən  bəziləri  kafir  oldular.  Onda  Ömər  (Əbu 

Bəkrə)  dedi:  “Sən  onlarla  necə  vuruşa  bilərsən  ki,  Peyğəmbər    demişdir: 

“İnsanlar:  “Lə  Ilahə  Illəllah”  deməyincə  onlarla  vuruşmaq  mənə  əmr  edildi. 

Bu  sözü  deyən  hər  kəs  haqlı  bir  səbəb  olmadıqca,  malını  və  canını  məndən 

qorumuş  olar.  (Qəlbindəkilərinin)  hesabı  isə  Allaha  aiddir”.  Əbu  Bəkr: 

“Vallahi,  mən,  namazı  zəkatdan  ayıran  (namaz  qılıb  zəkat  vermək  istəməyən) 

hər  kəslə  vuruşacağam.  Çünki  zəkat  malın  haqqıdır.  Vallahi  ki,  əgər  onlar 

(vaxtilə) Allahın elçisinə  verdikləri çəpişi mənə verməkdən boyun qaçırsalar, 

buna görə onlarla vuruşacağam.” Ömər dedi: “Vallahi, bu, Allahın Əbu Bəkrin 

qəlbinə saldığı (doğru fikirdən) başqa bir şey deyildi. Mən başa düşdüm ki, o, 

haqlıdır.” (Buxari 1399, 1400, 1284, 1285, Muslim 29, 133) 

 



 

 




 

 

17 



14. Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “İnsanlar “Lə Iləhə 

Illəllah”  deyincəyə  qədər  onlara  qarşı  vuruşmaq  mənə  əmr  edildi.  Odur  ki, 

kim  “Lə  Iləhə  Illəllah”  desə  -  İslam  haqqı  istisna  olmaqla  -  canını  və  malını 

məndən qorumuş olar. Onun (gizli saxladıqlarının) haqq-hesabı isə Uca Allaha 

aiddir”. (Buxari 2946; Muslim 30, 134) 

 





 

15.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İnsanlar  Allahdan 

başqa (ibadətə  layiq haqqı olan)  məbudun olmadığına və Muhəmmədin  Onun 

elçisi  olduğuna  şəhadət  gətirməyincə,  namaz  qılıb  zəkat  verməyincə  (onlarla) 

vuruşmaq mənə əmr edildi. Əgər (aşkarda) bunu yerinə yetirsələr – İslam haqqı 

(cinayətə  görə  veriləcək  cəza)  istisna  olmaqla  –  canlarını  və  mallarını  məndən 

qorumuş  olarlar.  Onların  (gizli  əməllərinin)  haqq-hesabı  isə  Allaha  aiddir.” 

(Buxari 25, Muslim 33, 138) 

 

 

 

İmanın Əvvəli Lə İləhə İlləllah Sözüdür 

 







 

16. Museyyib İbn Həzn  demişdir: “Əbu Talib ölüm ayağında ikən Peyğəmbər 

  onun  yanına  gəldi  və  orada  Əbu  Cəhl  ibn  Hişamı  və  Abdullah  İbn  Əbu 

Ümeyyə İbn Muğiranı gördü. Peyğəmbər  Əbu Talibə dedi: “Əmi, “Lə Ilahə 



Illəllah”  kəlməsini  de  ki,  Allah  yanında  sənin  (dediyinə)  şahid  olum.”  Əbu 

Cəhl  və  Abdullah  İbn  Əbu Ümeyyə  dedilər:  “Ey  Əbu  Talib, AbdulMuttəlibin 

dinindən üz çevirməkmi istəyirsən?!” Peyğəmbər  tövhid kəlməsini, onlar da 

öz  dediklərini  ta o  vaxta qədər  təkrar  etdilər  ki, axırda  Əbu  Talib onlara  son 

sözünü  deyib  AbdulMuttəlibin  dinində  qalacağını  bildirdi  və  “Lə  Ilahə 

Illəllah”  deməkdən  imtina  etdi.  Peyğəmbər:  “Vallahi,  mənə  qadağan 

edilənədək  sənin  üçün  bağışlanma  diləyəcəyəm.”  Onda  Uca  Allah  onun 

barəsində bu ayəni nazil etdi: “Müşriklərin Cəhənnəm sakinləri olduqları bəlli 



 

 

18 



olduqdan  sonra  qohum  olsalar  belə,  Peyğəmbərə  və  möminlərə  onlar  üçün 

bağışlanma  diləmək  yaraşmaz”.  (ət-Tövbə  113).  (Buxari  1360,  4772,  6681, 

Muslim 35, 141) 

 

 

 

Kim Allahla İmanında Heç Bir Şəkk Etmədən Qarşılaşarsa 



Cənnətə Daxil Olar Və (Allah) Ona Cəhənnəmi Haram Edər 

 



 

17. Ubadə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim Allahdan başqa heç 



bir  məbudun  olmadığına,  Onun  Tək  olduğuna  və  heç  bir  şəriki  olmadığına, 

Muhəmmədin  Onun  qulu  və  elçisi  olduğuna,  İsanın  Allahın  qulu,  elçisi, 

Məryəmə  göndərdiyi  kəlməsi  və  Onun  ruhundan  olduğuna,  Cənnətin  haqq, 

Cəhənnəmin  də  haqq  olduğuna  şahidlik  etsə,  nə  əməl  etmiş  olursa-olsun, 

Allah onu Cənnətə daxil edər”. (Başqa rəvayətdə: Cənnətin səkkiz qapısından 

hansından istəsə daxil olar). (Buxari 3435, Muslim 41, 149) 

 

  


 

18. Muaz İbn Cəbəl  demişdir: “(Bir dəfə) mən Peyğəmbərlə  birlikdə onun 



(mindiyi  heyvanın)  tərkində  idim. Mənimlə onun  arasında yəhərin  söykəyin-

dən  başqa  heç  nə  yox  idi.  (Peyğəmbər    məni):  “Ey  Muaz  İbn  Cəbəl!”  deyə 

çağırdı.  Dedim:  “Buyur,  əmrinə  müntəzirəm,  ey  Allahın  Elçisi!”  Bir  az 

getdikdən sonra o, yenə: “Ey Muaz İbn Cəbəl!” deyə çağırdı.

9

 Dedim: “Buyur, 



əmrinə müntəzirəm, ey Allahın Elçisi!” Bir qədər getdikdən sonra o, yenə: “Ey 

Muaz  İbn  Cəbəl!”  deyə  çağırdı.  Dedim:  “Buyur,  əmrinə  müntəzirəm,  ey 

                                                

9

 Nəvəvi  demişdir: “Peyğəmbərin  Muazı  təkrar çağırması, ona söyləyəcəyinə diqqət yetirməsi və onu 



axıra kimi dinləməsi üçün idi. Rəvayət edilir ki, Peyğəmbər  bir söz söylədiyi zaman, (söylədiklərini) başa 

düşsünlər deyə, onu üç dəfə təkrar edər, habelə bir tayfanın yanına gəlib onları salamladıqda, üç dəfə salam 

verərdi” (Buxari 94). 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə