Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə7/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   2   3   4   5   6   7   8   9   10   ...   228

 

 

23 



 

 



31. Uqbə İbn Amr  və Əbu Məsud   demişdir: “(Bir  dəfə) Peyğəmbər  (əli ilə 

Yəmənə  tərəf  işarə  edib  dedi:  “İman  bax  orada  –  Yəməndədir

10

 Daşürəklilik  və 



qabalıq  isə  kobud  danışığı  ilə  seçilən,  dəvələrinin  quyruğundan  yapışmış

11

 



bədəvilərə  aiddir.  (Bu  xasiyyətlər  isə)  şeytanın  iki  buynuzu  çıxan

12

 yerdə  – 



Rəbiə və Mudər (qəbilələrində) özünü büruzə verir.” (Buxari 3302, Muslim 72, 

190) 


 

 



 

 

32. Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Yəmənlilər sizin 



yanınıza gəlmişlər. Onlar ən yumşaq qəlbli və ən incə ürəkli (insanlardır). Fiqh 

Yəmənə  aiddir,  hikmət  də  Yəmənə  (yəmənlilərdədir)  aiddir”

13

 (Buxari  4390, 



Muslim 74, 193) 

 



 

33.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Küfrün  əsas 



mənbəyi şərq istiqamətindədir. Lovğalıq və təkəbbürlük (adətən) at ilxısına və 

dəvə sürüsünə sahib olan kimsələrdə, habelə kobud danışığı olan bədəvilərdə 

özünü  büruzə  verir.  Qoyun  sürüsünə  sahib  olan  kimsələr  isə  dinc  adam 

olurlar.” (Buxari 3301, Muslim 75, 194) 

 

  


 

34.  Əbu  Hureyra    demişdir:  “Mən  Allah  Elçisinin    belə  dediyini  eşitdim: 



“Lovğalıq və təkəbbürlük kobud danışığı ilə seçilən bədəvilərdə özünü biruzə 

verir.  Qoyun  sürüsünə  sahib  olan  kimsələr  isə  dinc  adam  olurlar.  İman 

Yəməndədir, hikmət Yəmənlilərdədir”. (Buxari 3499, Muslim 77, 196) 

                                                

10

 Peyğəmbər  demək istəmişdir ki, yəmənlilər başqalarına nisbətdə daha tez imana gəlirlər. 



11

 Burada Peyğəmbər  başları dəvələrinə qarışmış, getdikcə kobudlaşan insanları nəzərdə tutur. 

12

 Xəttabi demişdir: Burada “şeytanın iki buynuzu” yaramaz işlərə məsəl çəkilmişdir. 



13

 Yəmənlilər həm imanda, həm dini anlamaqda, həm də hikmətlə davranmaqda bir çoxlarından seçilirlər. 




 

 

24 



 

 

Dinin Nəsihət Olmasının Bəyanı 

 

 



 

 

35.  Cərir    demişdir:  “Mən  (buyuruqları)  dinləyib  itaət  edəcəyimə  və  hər  bir 



müsəlmana  nəsihət  edəcəyimə  dair  Peyğəmbərə    beyət  etdim.  O  da: 

“Bacardığın işlərdə” deyə mənə nəsihət etdi. (Buxari 7204, Muslim 85, 210) 

 





 

36. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Zina edən adam zi-

na etdiyi  vaxt  mömin  sayıla  bilməz.  Şərab  içən  adam  şərab  içdiyi  vaxt  mömin 

sayıla bilməz. Oğurluq edən adam oğurluq etdiyi vaxt mömin sayıla bilməz.” 

Digər  rəvayətdə  belə  əlavə  vardır:  “....insanların  gözü  önündə  (birisinin) 

dəyərli bir şeyini zor gücünə götürən adam onu götürdüyü vaxt mömin sayıla 

bilməz.” (Buxari 2475, 5578, 6772, 6782, 6810, Muslim 86, 87, 211) 

 

 

 

Münafiqlərin Xüsusiyyətlərinin Bəyanı 



 

 

37.  Abdullah  İbn  Amr    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Dörd  (xislət) 



vardır ki, bunlar kimdə olsa, əsl münafiq sayılar və hər kimdə bunlardan biri 

olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xisləti qalmış sayılar: ona 

əmanət  verildiyi  zaman  xəyanət  edər;  danışdığı  zaman  yalan  danışar;  əhd 

bağladığı zaman (əhdini) pozar; mübahisə etdiyi zaman haqsızlıq edər.” (Buxari 

34, Muslim 88, 219) 

 



 

 




 

 

25 



38. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Münafiqin əlaməti 

üçdür: danışdığı zaman yalan danışar; vəd verdiyi zaman (vədinə) xilaf çıxar; 

ona  əmanət  verildiyi  zaman  xəyanət  edər.”  (Buxari  33,  2682,  2749,  6095, 

Muslim 89, 220) 

 

 

 

Müsəlman Qardaşına: “Ey Kafir!” Deyən Kimsənin 



İmanının Bəyanı 

 



 

39. Abdullah İbn Ömər  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Kişi (din) 



qardaşına:  “Ey  kafir!”  desə,  ikisindən  biri  bu  günahla  geri  dönər”.  (Buxari 

6104, Muslim 91, 92, 224, 225) 

 

 

 

Bildiyi Halda Atasdan Üz Döndərən Kimsənin İmanının 



Bəyanı 

 

 



 

40.  Əbu  Zərr    rəvayət  edir  ki,  Peyğəmbərin    belə  dediyini  eşitdim:  “Kim 



bilərəkdən  doğma  atasının  deyil,  başqa  birisinin oğlu olduğunu  iddia  edərsə, 

küfr  etmiş  olar.  Kim  özünün  heç  bir  qohumluq  əlaqəsi  olmadığı  bir  qəbiləyə 

mənsub  olduğunu  iddia  edərsə,  qoy  Cəhənnəmdəki  yerini  tutsun.”  (Buxari 

3508, Muslim 93, 226) 

 

 



 

41.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Atalarınızdan 

imtina etməyin! Kim atasından imtina etsə, nankor olar.” (Buxari 6768, Muslim 

94, 227) 

 



 

 

26 



 

 

 



42.  Səd  və  Əbu  Bəkr    hər  ikisi  belə  rəvayət  etmişdir:  “Mən  Muhəmməd 

Peyğəmbərin belə dediyini (bu) iki qulağımla eşitmişəm və onu qəlbimə həkk 

etmişəm:  “Kim  bilərəkdən  yad  bir  adamın  öz  atası  olduğunu  iddia  edərsə, 

Cənnət ona haram edilər”. (Buxari 6766, 6767, Muslim 96, 229) 

 

 

 

Peyğəmbərin : “Müsəlmanı Söymək Fasiqlik, Onunla 



Vuruşmağın Küfr Olmasının” Bəyanı 

 



 

43.  Abdullah  İbn  Məsuddan    rəvayət edilmişdir  ki,  Peyğəmbər    buyurdu: 



“Müsəlmanı  söymək  günah,  ona  qarşı  vuruşmaq  isə  küfrdür.”  (Buxari  48, 

6044, 7076, Muslim 97, 230) 

 

 

 

Məndən Sonra Bir-Birilərinizin Boyunlarını Vuran Kafirlər 



Olmayın 

 

 



 

44. Cərir  rəvayət edir ki, Peyğəmbər  vida həccində ona: “İnsanlara susub 



dinləməyi  əmr  et”  dedi.  (Hamı  susduqdan)  sonra  o,  belə  buyurdu:  “Məndən 

sonra bir-birinin boynunu vuran kafirlərdən olmayın!” (Buxari 121, 4405, 6869, 

7080, Muslim 98, 232) 

 

 



 

 

 



45.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    Vida  həccində 

demişdir:  “Ay  yazıqlar!  (yaxud:  Ay  biçarələr!)  Məndən  sonra  bir-birinizin 

boynunu vuraraq kafir olmayın!” (Buxari 4403, 6785, Muslim 99, 234) 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə