34
66. (Bir dəfə) Əbu Musa ağır xəstələndi və başı zövcələrindən birinin
qucağında ikən bayıldı. Bu vaxt zövcəsi (fəryad qoparıb) ağlamağa başladı və
Əbu Musa ona heç nə deyə bilmədi. Ayıldıqda isə dedi: “Peyğəmbərin uzaq
olduğu kimsədən mən də uzağam. Həqiqətən, Peyğəmbər (müsibət üz
verdikdə) şivən salıb ağlayan, başını qırxdıran və paltarını cıran kimsədən
uzaqdır!”. (Buxari 1296, Muslim 149, 298)
Nəmmamlığın Qəti Olaraq Haram Edilməsi
67. Huzeyfə rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“Dedi-qodu yayan Cənnətə girməz!” (Buxari 6056, Muslim 152, 153, 304, 305)
Libasın Ətəklərinin (İsbal) Yerlə Sürüklənməsi, Yaxşılığı
Başa Qalxmağın Və Malı Andlarla Satmağın Haram
Olunması Və Qiyamət Günü Allahın Onlara Baxmayacağı,
Danışmayacağı Və Təmizə Çıxarmayacağı Üç Sinif İnsanın
Bəyanı
68. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qiyamət günü üç
sinif insan olacaq ki, Allah onların üzünə baxmayacaq və onları təmizə
çıxarmayacaqdır (Başqa rəvayətdə: Danışmayacağı). Üstəlik onları üzücü bir
35
əzab gözləyir: – o adam ki, yol kənarındakı suya sahib olmuş və (oradan
keçən) müsafirlərə bu sudan verməmişdir – o adam ki, əmirə yalnız dünya
xatirinə beyət etmiş və əmir dünya malından ona verdikdə ondan razı qalmış,
heç nə vermədikdə isə ona qəzəbi tutmuşdur – o adam ki, malını axşam çağı
satmağa çıxarıb: “Özündən başqa məbud olmayan Allaha and olsun ki, bu
mala filan qədər pul vermişəm” deyər, camaat da ona inanar (Başqa rəvayətdə:
Libasını yerlə sürükləyən kimsə). Sonra Peyğəmbər bu ayəni oxudu:
“Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər
üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onları danışdırmaya-
caq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün
ağrılı-acılı bir əzab vardır”. (Ali İmran 77). (Buxari 2358, Muslim 157, 310)
İnsanın Öz Canına Qəsd Etməsinin Haram Olunması Və
Kim Özünə Nə İlə Qəsd Edərsə Onunla Da Cəhənnəmdə
Əzab Olunar Və Cənnətə Müsəlman Nəfsdən Başqası
Girməz
69. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim özünü
dağdan atıb canına qəsd edərsə, Cəhənnəm odunda özünü daima yuxarıdan
aşağı atar və orada əbədi olaraq qalar. Kim zəhər içib özünü öldürərsə,
Cəhənnəm odunda o zəhəri əlində tutub həmişə zəhər içər və orada əbədi
olaraq qalar. Kim dəmir parçası ilə öz canına qəsd edərsə, Cəhənnəm odunda
bu dəmir parçasını daim qarnına soxar və orada əbədi olaraq qalar.” (Buxari
5778, Muslim 158, 313)
36
70. Ağac altında beyət edən əshabələrdən Sabit İbn Dəhhak rəvayət etmişdir
ki, Peyğəmbər buyurdu: – kim İslamdan başqa bir din üzərində olduğuna
and içərsə, and içdiyi kimi olar – Adəm oğlu gücü çatmadığı bir şeyi nəzir
edəcəyinə dair söz verməməlidir – kim bu dünyada (hər hansı) bir şeylə öz
canına qəsd edərsə, Qiyamət günü həmin şeylə ona əzab verilər – kim bir
möminə lənət oxuyarsa, onu öldürmüş hesab olunar – habelə, kim bir mömini
küfrdə ittiham edərsə, onu öldürmüş hesab edilər”. (Buxari 6047, Muslim 160,
316)
71. Əbu Hureyra deyir ki: “Biz Peyğəmbərlə birlikdə Huneyn döyüşündə
iştirak etdik. Orada Peyğəmbər müsəlman adlanan kimsələrdən biri
haqqında: “Bu, Cəhənnəm əhlindəndir” dedi. (Nəhayət,) döyüşə başladığımız
zaman həmin adam var gücü ilə vuruşdu və (ağır) yaralandı. (Peyğəmbərə
dedilər): “Ey Allahın Elçisi! Bayaq haqqında: “O, Cəhənnəm əhlindəndir”
dediyin adam bu gün var gücü ilə vuruşdu və (aldığı yaralardan) dünyasını
dəyişdi”. Peyğəmbər: “Onun yolu Cəhənnəmədir” dedi. (Bu sözdən sonra) az
qaldı ki, müsəlmanların bəzisi şübhəyə düşsün. Onlar şübhə içində ikən birdən
(səhabələrdən biri): “O adam ölməyib, lakin ağır yaralanıb” dedi. Nəhayət,
gecə düşdükdə həmin adam ağrılara dözməyib öz canına qəsd etdi. Onun
barəsində Peyğəmbərə xəbər verildikdə o: “Allah Böyükdür! Şahidlik
edirəm ki, mən, həqiqətən də, Allahın qulu və elçisiyəm!” dedi. Sonra Bilala
buyurdu, o da camaata bunu elan etdi: “Şübhəsiz ki, Cənnətə yalnız müsəlman
girər. Və sözsüz ki, Allah bu dini günahkar bir adamın vasitəsilə olsa belə,
qüvvətləndirər”. (Buxari 3062, 6606, Muslim 162, 319)
37
72. Səhl İbn Səd əs-Saidi rəvayət edir ki, (yürüşlərin birində) Peyğəmbər
(və onun əshabələri) müşriklərlə üz-üzə gəlib döyüşməyə başladılar. (Bir
müddətdən sonra) Peyğəmbər öz düşərgəsinə, müşriklər də öz
düşərgələrinə çəkildilər. Peyğəmbərin əshabələri arasında elə birisi var idi
ki, (döyüşdə) heç bir fürsəti əldən verməmiş, çatdığı hər kəsi qılıncdan keçirib
qətlə yetirmişdi. (Bəziləri) dedilər: “Bu gün bizim heç birimiz filankəs kimi
döyüşmədi”. Peyğəmbər: “(Filankəsə) gəlincə, o, Cəhənnəm əhlindəndir!”
Əshabələrdən biri: “Bu gün mən onu izləyəcəyəm” dedi və onun dalınca
düşdü. Adam hər dayandıqda, əshabə onunla bərabər dayanar, tez-tez
getdikdə isə (ona çatmağa) tələsərdi. Sonra həmin adam ölümcül yaralandı və
canını (əzab-əziyyətdən) qurtarsın deyə qılıncının qəbzəsini yerə dayadı,
tiyəsini də sinəsinə dirədi, sonra da özünü qılıncının üstünə yıxdı. (Bu
hadisədən sonra) əshabə Peyğəmbərin yanına gəlib dedi: “Mən şahidlik
edirəm ki, sən Allahın Elçisisən!”. Peyğəmbər: “Nə olub ki?” (Əshabə) dedi:
“Bayaq sən bir adamın Cəhənnəm əhlindən olduğunu söylədin və bu, hamını
heyrətə saldı. Onda mən (öz-özümə): “Mən onun barəsində sizə (bir xəbər)
gətirərəm” dedim və həmin adamı izləməyə başladım. Bu əsnada həmin adam
ölümcül yaralandı və canını (əzab-əziyyətdən) tez qurtarmaq üçün qılıncının
qəbzəsini yerə dayadı, tiyəsini də sinəsinə dirədi, sonra da özünü qılıncının
üstünə yıxaraq canına qəsd etdi.” Bunu eşidəndə Peyğəmbər buyurdu:
“Həqiqətən, insanlara kimsənin Cənnət əhlinin əməli kimi bir əməl etdiyi
görünə bilər, (halbuki) həmin adam Cəhənnəm əhlindəndir. Həmçinin onlara
kimsənin Cəhənnəm əhlinin əməli kimi bir əməl etdiyi görünə bilər, halbuki
həmin adam Cənnət əhlindəndir.” (Buxari 2898, 4202, Muslim 163, 320)
73. Cundəb İbn Cunadə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən
əvvəl yaşamış insanlar arasında bir nəfər yaralandı. Adam ağrıya
dözmədiyindən bıçaq götürüb əlini kəsdi və çoxlu qan itirib öldü. Uca Allah
buyurdu: “Qulum canına qəsd etməklə Məni qabaqlamaq istədi, Mən də
Cənnəti ona haram etdim!” (Buxari 3463, Muslim 164, 321)
Dostları ilə paylaş: |