126
öyrənməkdən məhrum olduq və üstümüzə yanar ulduzlar endirildi!” Onlara
dedilər: “Sizi səmavi xəbəri öyrənməkdən məhrum edən şey, baş vermiş yeni
hadisədir! Gedin, yer üzünü məşriqdən məğribə kimi gəzin və baxın görün sizi
səmavi xəbəri öyrənməkdən məhrum edən nədir!” Onlardan bir dəstə
Tihaməyə (Qırmızı dənizin şərq sahili boyu olan ərazi) tərəf getdi və Nəxlədə
(Məkkə ilə Taif arasında yer) Ukaz (Məkə yaxınlığında yerləşən) bazarına
yollanan Peyğəmbərə rast gəldi. O, əshabələri ilə birlikdə sübh namazını
qılırdı. Cinlər Quranı eşitdikdə (dayanıb) qulaq asdılar və dedilər: “Vallahi,
bizi səmavi xəbərdən məhrum edən budur.” Sonra onlar öz qövmünün yanına
qayıdıb dedilər: “Ey qövmümüz! Biz çox qəribə bir Quran eşitdik. O, haqq
yolu göstərir. Biz ona iman gətirdik və bir daha heç kəsi Rəbbimizə şərik
qoşmayacağıq.” Uca Allah da Peyğəmbərinə : “De: Mənə vəhy olundu ki..”.
(əl-Cinn). surəsini nazil etdi. Beləliklə də, cinlərin dedikləri vəhy vasitəsilə
Peyğəmbərə bildirildi.” (Buxari 773, 4921, Muslim 449, 681, 1034)
Əsr Və Zohr Namazlarında Qiraət
260. Əbu Qətadə rəvayət edir ki, Peyğəmbər zöhr namazının ilk iki
rükətində əl-Fatihə surəsini və (hər rükətdə) bir surə oxuyar, birinci rükəti
uzadar, ikincisini isə qısa qılardı, hərdən ayələri (bizə) eşitdirərdi, əsr nama-
zında da əl-Fatihə surəsini və iki surə oxuyar, birinci rükəti uzadar, (ikincisini
isə qısa qılardı), həmçinin sübh namazının birinci rükətini uzadar, ikincisini isə
qısa qılardı. (Buxari 759, Muslim 451, 685, 1040)
127
261. Cabir İbn Səmura belə rəvayət etmişdir ki, kufəlilər Ömərə Səd İbn
Əbu Vəqqasdan şikayət etdilər. Buna görə də Ömər onu (bu vəzifədən)
kənarlaşdırdı və yerinə Əmmar İbn Yasiri hakim təyin etdi. Kufəlilər (çox)
şikayət etdilər, hətta (Sədin) namazı lazımı qaydada qılmadığını belə iddia
etdilər. Belə olduqda, Ömər adam göndərib onu yanına çağırtdırdı və dedi:
“Ey Əbu İshaq! Bunlar iddia edirlər ki, sən namazı lazımı qaydada qılmırsan.”
Əbu İshaq: “Mənə gəlincə, vallahi ki, mən onlara Peyğəmbərin namazını
qıldırmışam və bundan (heç bir şey) əskiltməmişəm. İşa namazını qıldıranda
ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam.” Ömər: “Mən elə belə də
bilirdim, ey Əbu İshaq!” dedi, sonra da onunla birlikdə Kufəyə bir və ya iki
adam göndərdi ki, gedib kufəlilərdən onun barəsində soruşsunlar. (Kufədə)
elə bir məscid qalmadı ki, (göndərilən adam) onun barəsində soruşmasın.
Hamı onu təriflədi. Axırda həmin adam Abs oğullarının məscidinə gəldi.
Oradakılardan Əbu Sədə ləqəbi ilə tanınan Usamə İbn Qətadə adlı birisi ayağa
qalxıb dedi: “Madam ki, and verib bizdən soruşdun, (onda bil ki,) Səd (heç
vaxt) döyüşə gedən dəstəyə qoşulmayıb, (qənimətləri) düzgün bölüşdürməyib
və şəriət məsələlərində ədalətlə hökm verməyib.” Səd dedi: “İndi ki belə oldu,
onda vallahi ki, mən də üç şeylə bağlı (Allaha) dua edəcəyəm: “Allahım! Əgər
sənin bu qulun yalançıdırsa, üstəlik bunu özünü göstərmək və ad qazanmaq
məqsədi ilə edirsə, onda onun ömrünü uzat, yoxsulluğunu artır və onu
bəlalara düçar et!” (Uca Allah Sədin duasını qəbul etdi). Sonralar həmin
adamdan (onun halı barədə) soruşanda deyərdi: “Mən başıbəlalı bir qocayam,
məni Sədin bədduası tutub.” AbdulMalik: “Sonralar mən o adamı gördüm,
qocalığından qaşları gözlərinin üstünə düşmüşdü, özü də küçələrdə cariyələrə
əl atırdı.” (Buxari 755, Muslim 1044)
Sübh Və Məğrib Namazlarında Qiraət
128
262. Əbu Bərzə rəvayət edir ki, Peyğəmbər sübh namazını bitirdikdən
sonra hər birimiz yanında oturanın üzünü seçə bilirdi; o (bu namazda)
altmışdan yüzə qədər ayə oxuyardı; zöhr namazını isə gün batmağa meyl
etdiyi vaxt qılardı; əsr namazını (qıldırdıqdan sonra), birimiz Mədinənin lap
kənarına gedib-qayıdar, qünəş isə hələ də (adamı) yandırırdı. (Əbu Minhəl)
demişdir: “Mən (Əbu Bərzənin) məğrib namazı haqqında dediyini unutdum”.
(Əbu Bərzə) demişdir: “Peyğəmbər işa namazını gecənin (ilk) üçdə birinə
qədər, hətta gecənin yarısınadək yubatmağın fərqinə varmazdı.” (Buxari 541,
Muslim 647, 1495, 1496)
263. İbn Abbas rəvayət edir ki, (bir dəfə) Ummu Fədl (İbn Abbasın anası)
onun “And olsun xeyirlə göndərilənlərə”. (Mursələt) surəsini oxuduğunu
eşidəndə ona demişdir: “Oğlum! Vallahi, sən bu surəni oxumaqla mənə
(unutduğum bir şeyi) xatırlatdın. Mən bu surəni axırıncı dəfə Peyğəmbər
onu məğrib namazında oxuyarkən eşitmişəm”. (Buxari 763, Muslim 462, 703,
1061)
264. Cubeyr İbn Mutim demişdir: “Mən Peyğəmbərin məğrib namazında
“ ət-Tur” surəsini oxuduğunu eşitdim”. (Buxari 3050, Muslim 463, 705, 1063)
İşa Namazında Olan Qiraət
265. Bəra rəvayət edir ki, (bir dəfə) Peyğəmbər səfərdə ikən (qıldığı) işa
namazının rükətlərindən birində: “And olsun əncirə və zeytuna!”. (ət-Tin)
surəsini oxudu. (Buxari 767, 4951, Muslim 464, 707, 1066, 1067)
Dostları ilə paylaş: |