Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə61/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   57   58   59   60   61   62   63   64   ...   228

 

 

224 



sonr  rükuya  getdi  və  rükunu  uzatdı,  sonra  rükudan  qalxaraq:  Səmiallahu 

Limən  Həmidəh  –  dedi,  lakin  səcdə  etmədi.  (Yenə)  qiraəti  uzatdı,  lakin  bu 

qiyam  əvvəlkindən  qısa  idi,  sonra  təkbir  gətirdi,  (bir  də)  rükuya  getdi  və 

rükunu  uzatdı,  lakin  bu  rüku  əvvəlkindən  qısa  idi,  sonra:  Səmiallahu  Limən 

Həmidəh  Rabbənə  Və  Ləkəl  Həmd  -  deyib  səcdəyə  getdi  və  ikinci  rükətdə  də 

birinci  rükətdə  elədiklərini  təkrar  etdi.  Beləcə  Peyğəmbər    dörd  səcdə  ilə 

dörd  rükulu  namazı  kamil  etdi.  Namaz  çıxmadan  öncə  günəş  açıldı.  Sonra 

xütbə  üçü  Peyğəmbər    ayağa  qalxdı  və  Allaha  həmd-səna  etdikdən  sonra: 

“Həqiqətən də, günəş və ay Allahın dəlillərindən iki dəlildir. Onlar kimsənin nə 

ölümünə  görə,  nə  də  dünyaya  gəldiyinə  görə  tutulmazlar.  Odur  ki,  onların 

tutulduğunu gördüyünüz zaman Allaha dua edin Sizlər bunların tutulduğunu 

gördüyünüz zaman namaza sığnın”. (Buxari 1046, Muslim 2129, 901/3) 

 

 

 



522. Aişə 

  demişdir:  “Günəşin üzü  tutulduğu  zaman Peyğəmbər   qalxıb 



(namaz  qıldı  və)  uzun  bir  surə oxudu.  Sonra  rükuya  getdi  və  rükunu  uzatdı, 

sonra rükudan qalxdı və başqa bir surə oxuduqdan sonra (yenə) rükuya getdi, 

rükunu  tamamladıqdan  sonra  səcdəyə  qapandı,  ikinci  rükəti  də  bu  qaydada 

yerinə  yetirdikdən sonra  dedi:  “Günəşin  və  ayın  tutulması Allahın  dəlillərin-

dəndir.  Bunu  gördüyünüz  zaman  (onların  üzü)  açılanadək  namaz  qılın.  Mən 

dayandığım  bu  yerdə  mənə  vəd  edilən  hər  şeyi  gördüm.  Siz  mənim  qabağa 

addım  atdığımı  gördüyünüz  zaman  mən  Cənnətdən  bir  salxım  (üzüm) 

götürmək  istəyirdim.  Mənim  dala  çəkildiyimi  gördüyünüz  zaman  isə  mən 

Cəhənnəmin  (içindəkilərinin)  bir-birini  yandırıb-yaxdığını  gördüm.  Mən 

Cəhənnəmdə  Amr  İbn  Lüheyi  gördüm.  Bu,  o  kimsədir  ki,  saibəni

42

 sərbəst 



buraxmışdır.” (Buxari 1212, Muslim 2134, 901/6) 

 

 

 

Xusuf Namazında Qəbr Əzabının Zikr Olunması 

 

                                                



42

 Saibə  -  ardıcıl  olaraq  on  dişi  dəvə  balalayan  və  buna  görə  ərəb  bütpərəstləri  tərəfindən  sitayiş  edilən  dişi 

dəvə. Bütpərəstlər onu sərbəst buraxır, onu minmir, onunla yük daşımır, yununu qırxmır və südünü də ancaq 

qonağa verərdilər. Bu pis adəti isə ərəblər arasında ilk dəfə Amr İbn Lühey dəb salmışdir. 




 

 

225 



 

 

523.  Aişədən 



  rəvayət  edilir  ki,  yəhudi  bir  qadın  ondan  kömək  diləməyə 

gəldi  və  ona:  “Allah  səni  qəbir  əzabından  qorusun”  dedi.  Buna  görə  də  Aişə 

  Peyğəmbərdən  :  “İnsanlar  qəbirlərində  əzab  çəkəcəklərmi?”  deyə 



soruşdu.  Peyğəmbər:  “Allah  bizi  bundan  qorusun!”(Aişə 



rəvayətinə 



davam edib demişdir:) “Bir dəfə səhər tezdən Peyğəmbər  öz dəvəsinə minib 

(bir qədər getdikdən sonra) günəş tutuldu və o, günortadan əvvəl geri döndü. 

Peyğəmbər    hücrələrin  yanından  keçib  namaza  durdu,  camaat  da  onun 

arxasında  namaza  durdu.  (Namazda)  qiyamı  uzatdı,  sonra  rükuya  getdi  və 

rükunu uzatdı, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam 

əvvəlkindən  qısa  idi,  sonra  (bir  də)  rükuya  getdi  və  rükunu  uzatdı,  lakin  bu 

rüku  əvvəlkindən  qısa  idi,  sonra  (rükudan)  qalxıb  səcdəyə  getdi  (və  iki  dəfə 

səcdə  qıldı).  Sonra  ayağa  qalxıb  qiyamı  uzatdı,  lakin  bu  qiyam  əvvəlkindən 

qısa idi, sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa 

idi, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən 

qısa  idi,  sonra  (bir  də)  rükuya  getdi  və  rükunu  uzatdı,  lakin  bu  rüku 

əvvəlkindən  qısa  idi,  sonra  (rükudan)  qalxıb  səcdəyə  getdi,  (iki  dəfə  səcdə 

qıldı)  və  (salamları  verib)  namazı  bitirdi.  Allahın  istədiyi  qədər  (camaata) 

öyüd-nəsihət  verdikdən  sonra  onlara  qəbir  əzabından  Allaha  sığınmağı  əmr 

etdi”. (Buxari 1049-1050, 1055-1056, Muslim 2136, 903/8) 

 

 

 

Kusuf Namazında Cənnət Və Cəhənnəmdən Peyğəmbərə  

Ərz Olunanlar 

 



 

 

226 



 

 

524.  Əsma  Bint  Əbu  Bəkr 



  rəvayət  edir  ki,  (günəş  tutulduğu  vaxt)  mən 

Aişənin 



yanına  gəldim,  (o  vaxt)  o  namaz  qılırdı.  Mən:  “İnsanlara  nə 



olub?” deyə soruşdum. O, (günəşin tutulduğunu bildirmək üçün əli ilə) göyə 

işarə etdi. (Mən məscidə tərəf boylanıb gördüm ki,) camaat namaz qılır. (Aişə): 

“Allah pak və müqəddəsdir!” dedi. Mən: “(Bu,) əlamətdirmi?” deyə soruşdum. 

O, başı ilə işarə edib (mənim sözümü) təsdiqlədi. Bu səbəbdən mən də namaza 

durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə  başladım. 

(Namazdan sonra) Peyğəmbər  qüdrətli və əzəmətli Allaha həmd edib Onun 

şəninə  təriflər  dedi,  sonra  da  belə  buyurdu:  “Bu  yerdə  mən,  əvvəllər  mənə 

göstərilmiş  hər  bir  şeyi,  hətta,  Cənnət  və  Cəhənnəmi  gördüm.  Mənə  vəhy 

olundu  ki,  siz  qəbirlərinizdə  məsihi-dəccalın  imtahanına  bənzər  (və  ya  buna 

yaxın)  bir  imtahana  çəkiləcəksiniz.  (Dünyasını  dəyişmiş  kimsədən):  “Bu  adam 

(Muhəmməd  )  haqqında  nə  bilirsən?”  deyə  soruşacaqlar.  Mömin  (yaxud 

yəqinliklə inanan) bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O, bizə dəlillər və 

doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib (onun) ardınca 

getdik.  Bu, Muhəmməddir!”  deyəcək.  O  bunu üç  dəfə  təkrar  edəcək.  Bundan 

sonra  (mələklər)  ona:  “Rahat  yat!  Biz  artıq  sənin  ona  qətiyyətlə  iman 

gətirdiyini bildik” deyəcəklər. Münafiq (və ya qəlbində şübhə olan) adam isə: 

“Bilmirəm,  mən  sadəcə  insanların  bəzi  şeylər  danışdıqlarını  eşidir  və  həmin 

şeyi mən də deyirdim” deyəcək. (Buxari 86, Muslim 2141, 905/11) 

 

 

 



525. Abdullah İbn Abbas  demişdir: “Peyğəmbər  zamanında günəş tutuldu 

və bu səbəbdən də Peyğəmbər  (camaata) namaz qıldırdı. (Namazda) qiyamı 

o qədər uzatdı ki, (bu vaxt ərzində) “əl-Bəqərə” surəsini oxumaq olardı, sonra 

rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və qiyamı uzatdı, lakin 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə