Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə123/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   115   116   117   118   119   120   121   122   123

387
yenidən canlanan o yorğun, bezgin amma nikbin ümidlər. San-
ki heç puç olmamış kimiydilər. Heç vaxt məyus olmamış, heç 
pərt olmamışdılar. Özlərini heç vaxt pərt olmamış kimi apa-
rırdılar. “Hər şey yaxşı olacaq” deyə qışqırırdılar. “Gələcək! 
Və hər günün gətirdiyi yeniliklər!  Qarşına çıxacaq şanslar! 
Hər gün belə olmayacaq. Bir gün hər şey düzələcək. Bir gün 
təkrar o isti okean sularında üzüb sümüklərini qızdıracaqsan. 
Bir  gün  sən  də  bizim  kimi  heç  məyusluq  yaşamamışcasına 
diri hiss edəcəksən özünü. Birgün həsrətində olduğun hər şeyə 
qovuşacaqsan. Sadəcə bizə vaxt ver” deyə qışqırırdılar. “Bir 
gün çox xoşbəxt olacaqsan. Sinən cırılırmışcasına xoşbəxt hiss 
edəcəyin o günü yaşamaq üçün indi tək edəbiləcəyin şey çıxıb 
çölə o günü gözləməyindir. Onu axtarma. Vaxtı gələndə o səni 
tapacaq. Qodot gələcək. Sənin yox sandığın Qodot gələcək! 
Çölə çıx və günəşin istiliyini dərində hiss et. Bugün hava ayrı 
bir gözəldir.”
Bütün gücüylə çəkir qılıncını qanlı ordu və Orcus yıxılır. 
Səslər yüksəlir, Ölümsüz Orcus yıxılır! Ölümsüz Orcus yıxı-
lır! Ölüm tanrısı, yıxılır!
Orcusu yıxıb saniyənin onda biri qədər əvvəl başladılmış 
evtanaziya aparatının nazik şlanqından damara doğru sürətlə 
axan zəhər çayını dayandırmaq üçün şığıyır bütün ordu. Bütün 
baxışları bir nöqtəyə zillənmiş Mavinin sağ əli havaya qalxır 
sürətli bir sinir zərbəsinin ardından. Sol qoluna sancılmış iy-
nəyə bağlı olan şlanqı tutub sürətlə çıxarır qolundan zəhər çayı 
damarına girməyə macal tapmamış.
Sürətlə ayağa tullanır Mavi və qapıya atır bütün bədənini. 
Açıb qapının ağzında bir anlıq dayanıb dərin nəfəs alır. Qorxu 
dolu gözlərlə geriyə yanlardan sıxılaraq daralmaqda olan ota-
ğa baxır və özünü bir an əvvəl ordan çölə tullamaq istəyir.
Mavi pələng yaşlı bir kişiyə çevrilir və yox olurdu.
Divarlar içə doğru sıxılırdı. Gözəl üzlü qızın səsi quyunun 
dibindən gəlircəsinə uzaqlaşırdı. Çöldəki küləyin uğultusu onu 
çağırırdı. Həyat onu çağırırdı. Bayquşlar belə getmişdi. Yerini 
qaranquşlar almışdı. Onu çağırırdılar.


388
Mavi yavaş, bərk və qərarsız addımlarla ikinci koridorun 
sonundakı  qırmızı  hərfli  “Çıxış”  yazısına  doğru  addımlayır. 
Sanki həyat onu arxadan qovaraq çölə çıxarır. Ayaqlarını geri 
atmaq istəsə də getmir və sadəcə irəli, çıxış qapısına gedirdi 
bədəni. Kabus kimi.  Bir an əvvəl qapını açıp günəşi və istili-
yini üzündə hiss etmək istəyir. Yaşadığını hiss etmək istəyir.
Qorxaq kral! Qorxaq kral! 
Arasıkəsilməz məğlubiyyətlərinə birini daha əlavə edirdi 
kral, ölümə qovuşmadan.
Yaşama sevinci bir daha qalib gəlirdi bütün vaxtı keçmiş 
intihar cəhdlərindəki kimi.
İçində bir dilemma,
Bir savaş var.
Ölməyi istəyən sənsən,
Yaşamağı istəyən genlərin.
Silah gücünə yaşayırsan sanki, ya da gen gücünə.
Qapını açıb çölə çıxdı. Heç sönməyəcəkmiş kimi parlayan 
günəşin nikbinliyini üzündə hiss etdi. Gözləri qamaşdı və ruhu 
pərvazlandı. Ciyərləri açılıb bu xoşbəxtliyi qeyd etmək üçün 
daha çox oksigen şərabına ehtiyac olduğunu qışqırdılar və də-
rin bir xoşbəxtlik nəfəsi alındı. 
Təhlükə, geridə qalmışdı.
Endorfin müjdəçisi adrenalinlər sardı bütün bədəni və rəqs 
etdi vücudundakı hər bir hüceyrə. 
Yorğun və itkin olaraq cəhənnəmin çıxış qapısında daya-
nırdı. Bitkin gözlərlə çölə baxırdı. Həyata bir daha uduzurdu 
içində inanılmaz bir yaşama istəyi ilə. Hara gedib nədən baş-
layacağını bilmirdi. Ancaq sanki 40 illik yuxudan oyanmış və 
bütün fani dadlar üçün darıxmışdı. Bu dəqiqə ən çox istədiyi 
şey bir içki idi. Düşünməmək, əylənmək və sanki yenidən do-
ğuluşunu qeyd etmək istəyirdi. 
Bütün varlığıyla yaşamaq istəyirdi indi. Bədənindəki hər 
hüceyrə sanki yenidən başlamaq üçün can atırdılar.  Gözü par-
layırdı. Günəşli bir Kolorado sabahı. Yaşamaq üçün çox gözəl 
bir gün idi.


389
Laranı xatırladı. Bütün bu sevincinə baxmayaraq ürəyinin 
bir kamerası onun üçün yas tutmuşdu. Xatırladıqca ulğumun-
da bir düyüm nəfəsini boğurdu.
Pilləkənlərdən səndələyərək aşağı enib daşdan hörülmüş kə-
narlığa söykəndi. İçindəki sevinc qışqırıqları qulağını batırırdı.
Bir səs eşidirmiş kimi oldu və içindəki səs küydən qulağını 
ayırıb başını qaldırdı. Dünən gecə gördükləri həmin kor qoca-
nı gördü. Orda durub ona baxır və rişxəndlə gülürdü. Bədənini 
dəhşətli bir qorxu bürüdü və birdən hansısa hiss ona dedi ki bu 
kişi qocalıqdakı Mavinin özüdür. Kişi ona yazıq-yazıq baxır 
və anlaşılmaz dildə bir şeylər mızıldanırdı. Nə dediyini anla-
maq üçün daha diqqətli dinləməyə çalışdı:
“ti.. ti mus.. timid-us.. timidus. Qorxaq beyin! Qorxaq be-
yin!” – və indi yadına düşürdü, gecə yuxuda yazarının otağın-
da gördüyü söz bu idi, timidus. 
Mızıldanmağa davam edirdi kişi: 
“Həyat ən zülmət qaranlıqda belə şirindir”
“Hər dəfə təkrar cəhd edəcək və müvəffəqiyyətsiz olacaq-
san”
“Qorxaq. Timid us.”
Ondan bir qədər aralıdakı kor kişiyə yaxınlaşıb kim oldu-
ğunu soruşmaq istəyirdi. Alacağı cavab onu qorxuda bilərdi. 
Buna hazır deyildi ancaq hazır kimi davranırdı. Əlində aldığı 
siqaret paketi yerə düşdü, əyilib götürdükdən sonra kişi yox 
olmuşdu.  Biraz  irəli  gedib  binanın  ətrafını  saran  ağacların 
içinə baxdı. Heç kimi görmədi.
Laranın səsini eşidirmiş kimi olub arxasına döndü. Heçkəs 
yox idi.
Bir siqaret yandırıb qıcıqlanmış əsəbləri sakitləştirdi. Cəh-
hənnəmin ya da bəlkə də cənnətin qapısından geri dönmüşdü. 
Yaşamaq üçün səbirsizlənirdi. Eyni girdabın içinə girib, eyni 
iztirabları təkrar və təkrar çəkmək üçün səbirsizlənirdi. Günəş 
üçün səbirsizlənirdi. Özünü dünyaya meydan oxumağa hazır 
hiss edirdi. İçində pərvazlanan bişeylər var idi. Dünyaya mey-
dan oxumağa hazır hiss edirdi özünü. 


390
Dibi görmüşdü.
Dibə vurmuşdu.
Həyat sanki başdan bəri kimin qalib gələcəyini bilirmiş ki-
miydi  və  indi  ikrah  hissiylə  ona  gülürdü.  Hara  gedib  nədən 
başlayacağını bilmirdi. Ancaq sevincliydi. Qorxmuşdu. Təh-
lükə qət edilmişdi və bədəni onu mükafatlandırırdı. Hər hü-
ceyrəsində  bayram  var  idi.  İçində  olduğu  vəziyyəti  rasional 
olaraq dərk edə bilmirdi şübhəsiz. Dərk etsə tərəddüdsüz ge-
riyə, o otağa qayıdardı ancaq ordaca durur, ağacları və bulud-
ları izləyir, bioloji xoşbəxtliyinin dadını çıxarırdı. Neçə dəfə 
belə olmuşdu və neçə dəfə belə olacaqdı? 
Lara haqlıydı. Əgər ölməyə cəsarətin çatmırsa ən azından 
yaşamağa cəhd etməliydin. Yoxsa iki cənnət arasında bir yer-
lərdə sürünəcəkdin. Bu qədər sadəmiydi yaşamağın formula-
sı? Deyildi. Həyatdakı əsl boşluq əslində ölümün sahib olduğu 
o yoxluq ya heçlik deyildi. Əsl boşluq varlıq və yoxluq arasın-
dakı o boşluq idi. Hansı ki orda nə yaşaya nə ölə bilirsən. O 
boşluq ki sağa ya sola, ölümə ya yaşama addım atacaq taqətin 
yoxdur. 
“İnsan  ölümü  lap  axıra  kimi  ləngitmək,  uzaqlaşdırmaq 
istəyir. O həmişə həyata can atacaq və iki yol ayrıcında  - fə-
lakətlə mövcudsuzluq arasında qaldıqda həmişə fəlakəti seçə-
cək” sözlərini xatırladı Faulknerin. O da həmin o öz fəlakətlə 
mövcudsuzluğunun arasındakı uçurumunda dayanmışdı indi. 
Fəlakəti seçir və o fəlakətin içində özünə mərhəmət axtarırdı. 
Öz acgöz xoşbəxtlik axtarışının qurbanı olurdu yenidən. Bir 
sonrakı intihar girişiminə qədər yaşama haqqı qazanmışdı. O 
vaxta qədərsə indi tək etmək istədiyi şey yaşamaq və bütün o 
fani dadları yenidən dadmaq idi. İndi başa düşürdü ki o intiharı 
yox, ölümü sevir. Xəbərsiz gələcək ölümün mübtəlası idi, öz 
əlləriylə özünü öldürməyin yox.
Özündən üzr istədi. Özünə yaşatmış olduğu bütün bu zil-
lətlər üçün üzr istədi. Biz deyə düşündü, insanlar, özümüzdən 
başqa hamıdan üzr istəmək barədə düşünməyə həmişə kifayət 
qədər vaxt sərf edirik. Ancaq heç vaxt papağımızı qabağımıza 


391
qoyub  özümüz  barədə,  özümüzdən  üzr  istəmək  barədə  lazı-
mi qədər düşünmürük. Sanki onsuz da lazım deyilmiş kimi, 
sanki “onsuz da özümüzünküdür inciməz” deyirik. Ən çox in-
ciyənsə məhz elə odur – özümüz. İncinməsindən ən çox zərər 
çəkdiyimiz insan da odur – özümüz. İçimizdəki şəxslərə sanki 
yoxmuşlar kimi davranmağı seçirik. Onlara heç vaxt şans ver-
mirik. İçimizdə əsas bir “mən” var, içimizdəki izdihamın için-
dən seçdiyimiz ən ağır basan mənimiz. Onu seçdikdən sonra 
içimizdə sayı hər keçən gün artan o kimsələr ki var, optimisti, 
pessimisti, nihilisti, qəddarı ya nəzakətlisi, sağlamlıq tərəfdarı, 
yaşama tərəfdarı, xoşbəxtlik tərəfdarı kimi onlarca ya yüzlər-
cə kiçik mənlərimizin dediklərinin hamısını qulaq ardı edirik. 
Onlara heç vaxt əsas “mən” olma şansı vermirik. Onlar sanki 
içimizə girmiş evsiz insanlar kimidir. Küçədə gördüyümüz bir 
evsizə acıyırıq, ancaq içimizdə sözünü heç eşitmədiyimiz o ev-
sizlərə ya bədənsizlərə heç vaxt acımırıq. O mən ki gəlib sənin 
bədənində gizlənib, demək ki aranızda ortaq olan birşyelər var 
və demək ki onun qayğısına qalmalısan. Bəlkə də əsl ya da ən 
yaxşı mənimiz onların arasında gizlənib. Onlara növbəylə mən 
olma şansı verməli və bir müddətlik bədənin və beynin idarə-
sini onların iqtidarına buraxmalıyıq. Əks halda, yerinə yetiril-
məyən diləkləri onları bədbəxt edir və içimizdə olduqları üçün 
onların neqativ enerjisi bizi vuraraq bizi də bədbəxt edir. Bü-
tün hamısından üzr istədi. Və səsi ən yüksəkdən eşidilən – isti 
günəş şüaları altında okean sularına qərq olmaq istəyən - bir 
qrupa onları ən qısa müddətdə isti okeana apararaq diləklərinə 
çatdıracağına dair söz verdi. 
Özünü  daha  güclü  hiss  edirdi.  İndiyə  qədər  özünü  ölüm 
düşüncəsinin  pafosunda  boğmuşdu.  İndiysə  istədiyi  tək  şey, 
həyatın pafosuna tutulmaq idi. Sanki ani epifaniyayla aydın-
lanmışdı. İndiyə qədər təsadüflərin onu tapmamasını bəhanə 
edərək özünə bəraət qazandırmışdı. Əgər xoşbəxtlik təsadüflə-
rin kəsişmə nöqtəsidirsə və təsadüflər onu tapmırdısa, getməli 
və o təsadüfləri bir-bir, bezmədən, yenidən yaratmalıydı. Sanki 
ölüm qorxusu deyilən şey yox olmuşdu canından və istənilən 


392
riski almağa hazır idi yaşamaq üçün. Bir dəniz sahilinə gedib 
günəşin qızdırdığı isti qumların üstündə ayaqyalın ağrı hiss et-
məyəcəyi ana qədər qaçmaq istəyirdi. Okeanın o biri tayına 
sahillə qaçaraq getməyə hazır idi sanki.
Sonra təkrar okeanın o biri tayını xatırladı. Bu lənət ölkə-
dən çıxacağı təqdirdə geri dönə bilməyəcəyini xatırladı. Təkrar 
kefi pozuldu. Eyni problemlər heç tərpənmədən öz yerlərini 
qoruyurdular. Bir həll yolu tapmalıydı. Ya getməli ya qalmalı. 
Ya keçmişinin onu şirin xatirələrlə narahat etməsinə əngəl ol-
maq üçün keçmişinə qayıtmalı, ya da buranı tərk edərək özünə 
təkrar başqa bir keçmiş yaratmamaq üçün əvvəlki keçmişini 
unudacaq  dərəcədə  xoşbəxt  olmalıydı bu  torpaqlarda. Ya  da 
ağrıya alışmalı və onu aşmalıydı.
Həzz ardınca qaçdığı müddətcə heç vaxt məmnun olmaya-
caq və daha artığını istəyəcəkdi. Həyat narkotik kimidir və hər 
xoşbəxtlik özündən sonra daha artıq dozada xoşbəxtlik istəyir 
yoxsa məmnun olmur fərd. Məmnun olmurdu çünki Nietzsc-
he haqlıydı. Kierkegaard haqlıydı, Budda haqlıydı, Watts haq-
lıydı. Çünki Amerikan distopiyasının, dünyanı ovucuna almış 
distopiyanın, Huxleyin əvvəldən gördüyü o distopiyanın altın-
da əzilir və hər keçən gün onun bir parçasına çevrilirdi. Həzzin 
aludəçisi və məmnuniyyətsizliyin qorxağı olmuşdu.
Nietzscheni və yuxusunu xatırladı. Hər şeyə inad yaşama 
sözü verdi özünə. Ağrılara tab gətirməyi öyrənəcək və bunu 
çox sadə yolla edəcəkdi: hər gün yaşayaraq. Zira yaşadığı və 
ölmədiyi hər gün onu daha da güclü edəcəkdi.
Məsələn indi başa düşürdü yaşlıların xatirələrə və ağrıla-
ra necə dözdüyünü ya həyatın ağırlığını necə qaldırdıqlarını. 
Çünki  heç  kim  birdən  birə  qoca  olmur.  Hamı  yavaş-yavaş, 
dəqiqələrlə, saatlarla, aylar və illərlə yaşlanırdı. İnsan, həyatda 
olduğu hər dəqiqə ağrılarla baş etməyi öyrənir və yaşlandıqca 
güclənirdi. 
Ən güclü fəlsəfə o idi ki, insanı aldatmadan həyatda sax-
lamağı  bacarırdı.  Beyni  transformasiya  edə  bilir  və  dəyişə 
bilirdi. Beyini passiv nihilizimdən aktiv nihilizmə keçirə bi-


393
lirdi. Həyatın bütün mənasızlığını başa düşən beyini həyatda 
salxaya bilirdi. Ən güclü fəlsəfə bu idi. Bu bəlkə Nietzschenin 
fəlsəfəsiydi bəlkə Petersonun ya bir başqasının. Yaşayacaq və 
o fəlsəfəni kəşf edəcəkdi. Ya da öz fəlsəfəsini yaradacaqdı və 
gücləndirəcəkdi. 
Qalacaq və Qodot’u gözləyəcəkdi. Bəlkə də məsələ xoş-
bəxtliyin gəlib çıxması deyil onu gözləmək idi? Bəlkə də insa-
na güc verən yaşam arzusu ümidlərinin nə vaxtsa real olacağını 
gözləməsidir? Ümidləri öldürməkmi yaxşıdır yoxsa ümidlərlə 
yaşamaqmı?  Təcrübəsizliyi,  püxtələşməmiş  və  yetişməmiş 
beyni doğru suallara səhv cavablar verirdi. Doğru cavablarını 
yaradacaqdı.
Ya da Qodotu gözləməyəcəkdi. Heç kimi gözləməyəcəkdi. 
Həyatının taleyi sənin əlindədir. Heç kimin vecinə deyil sənin 
taleyin. Nə dövlətin nə başqalarının. Öz taleyini öz əlinə alıb 
düzəltməyə çalışmalısan. Oturub qız kimi ağlamaq lazım de-
yil. Yaşamaq istəyirsənsə, özünü ələ almalısan.
Madam ki həyatı bu qədər sevirdisə, ölməyəcəkdi. Qala-
caq və savaşacaqdı. Həyatının mənası, varlığın bu qədər ağır-
lığına baxmayaraq həyatda qalmağı bacara bilmək olacaqdı. 
Pozitiv psixologiyasını inkişaf etdirməliydi. Xoşbəxliyi axtar-
mamalıydı çünki xoşbəxtlik keçici bir illuziyaydı. Qalıcı olan 
tragediyaydı və  iztirablara qarşı  immunitet yaradaraq  onlara 
dözməyi bacarmalıydı, əgər yaşamaq istəyirdisə. Özünə “axı 
niyə?” sualını verməyəcəkdi bir daha. Bu pafosun içində boğ-
mayacaqdı özünü. Niyə qalıb mübarizə aparmalıyam? Çünki 
ölməyə cəsarətin çatmır, çünki həyatı çox sevirsən və madam 
ki elədir, Laranın dediyi kimi, “əgər ölməyə cəsarətin çatmırsa 
onda yaşamağı bacarmalısan”.
Kamyu’ya  duyduğu  o  xoşagəlməz  hissi  başa  düşdürdü 
indi. Çünki eyni təbiətli idilər, o da onun qədər riyakar və xud-
bin idi. Yoxluğun necə tək və müqəddəs əbədi nemət olduğunu 
dərk etməyinə baxmayaraq həyatı seçirdi, çünki onu sevirdi 
və belə deyirdi Kamyu: “Ölüm qarşısında dəhşətimin kökün-
də həyata qısqanc sevgim durur. Mən yoxluğumdan sonra ya-


394
şayanları və onların həyatında mövcud olan gülləri, qadınları 
qısqanıram. Mən paxılam çünki həyatı çox sevirəm. Cəhən-
nəm olsun əbədiyyət!”
O  uzaq  diyarlardakı  ən  dərin  və  xoş  hisslərin  yaşandığı 
mistik adadan gələn bir qaranquş onun qulağına bir şeylər pı-
çıldayıb geri uçdu. Hansı rəng olduğuna qərar verə bilmədiyi 
bilinməz bir kölgə ona yaxınlaşdı və itirməməsi gərəkdiyini 
bərk-bərk tapşıraraq ona görünməz bir açar verdi. Buludlar ona 
bir daha ağlamamaq sözü verdilər və gülərüz günəş onu sa-
lamladı. Uzaqlardan eşidilən qəmli bir musiqi onun melanxo-
liyasına müşaiyət etdi. Yaşıl cəngəlliyin içindən Poseidondan 
məktub  gətirmirmiş  kimi  davranan  və  uzun  yoldan  gəldiyi 
məlum olan at belində bir cəngavər ona yaxınlaşıb bir mək-
tub verdi və Mavi məktubu oxuyub dəhşətə qapıldı. Bir anlıq 
var olduğundan əmin ola bilmədi və özünü yalandan varmış 
kimi aparmağa çalışdısa da müvəffəqiyyətsiz oldu. Arxasından 
indiyə qədər heç vaxt dəniz görməmiş olmasından gileylənən 
bir göyərçinin səsi duyuldu və geri dönüb ona təskinlik ver-
mək istəyərkən Mavi kampın yoxa çıxıb yerinə sadəcə hündür 
ağaclar və alçaq otların olduğu bir dəlixana həyəti görürmüş 
kimi oldu. Bir anlıq özünü sadəcə Fredin yazdığı romanın bir 
qəhrəmanı kimi sandısa da, Fred onu bunun doğru olmadığı-
na inandırdı. Dağın ətəyindəki gölün dalğası kədərləndi və bir 
leysan başladı Mavinin sinəsində heç vaxt bitməyəcəkmişcə-
sinə. 
Yaşamaq, hələ ki əziyyətinə dəyirdi, deyə düşündü və bir 
sonrakı uğursuz intihar təşəbbüsünə qədər özünə yaşama sözü 
verib  bədənini  ən  yaxındakı  isti  okean  sularına  qərq  edərək 
azadlığı iliklərində hiss etməyə yollandı.



 
Səssizliyin Gurultusu / 7 
Evtanaziya Kampları / 17
Lara / 30 
Saudade / 40
Evsiz və İşsiz / 57
Riçard / 75 
Yorğun Ümidlər / 99
Gerçəyin Hallüsinasiyaları / 129 
Müqəddəs Günah / 156 
Ağrılar və Həzzlər / 175 
Fred / 212 
Buludların Üstündə / 248 
Dialektik Monoloq / 285 
Ölüm  / 332

Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə