Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə14/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   10   11   12   13   14   15   16   17   ...   123

49
nışıb onu az qala dəli edirdilər. Ən betəri, içindəki hər kəs eyni 
səslə danışırdı.
İçindəkilər və o, hərə bir tərəfə getmək istəyirdi. Kimisi get-
miş odluqları yerlərə, kimisi getməmiş olduqları yerlərə get-
mək istəyirdi. Kimisi başlamış olduqları bu odisseyanı davam 
etdirmək, kimisi dayandırmaq istəyirdi. Kimisinin daha da ra-
dikal fikri var idi; ölmək istəyirdi. Bu dünya bəs etmir, ya da 
dar gəlir, sıxırdı içindəki bəzilərini və o biri dünyanın arzusun-
daydılar bugünlərdə. Yenə içindən bəziləri, olduqca əminliklə 
əlini ətrafına yığışmış olduqları o dairəvi stolun kənarına var 
gücüylə vurur və inadla gedib həmin o qızı tapmaları gərəkdi-
yini qışqırırdı onların üzlərinə! O, okeanlar ardındakı,  tanrı əli 
toxunmuş qıvrım və kədərli saçlarını hər gün şimal küləklərinin 
sığalladığı qızı, onu istəyirdi içindəkilərdən bir grup. Yığışıb 
üsyan edirdilər. Sanki hər gün sahili ziyarət edib səmayla dəni-
zin kəsişdiyi o düz xətti bir ümidlə izləyən həsrət dolu gözlərin 
qəmini kilometrlərcə uzaqdan hiss edirdi içindəki o qrup. Əllə-
rində şərabla sərxoş gəzirdilər içində. Getmədiyi üçün ona küs 
idilər. Gəlmədiyi üçün uzaqlarda bir yerlərdə ona küs olan kim-
sələr kimi, o qıvrımsaç qız kimi. Sanki bir gün yelkənli bir pi-
rat gəmisində, əli belində, əvvəlki tək vecsiz qayğısız və nəşəli 
formada çıxıb gələcəkmişcəsinə o səmanın dənizi kəsdiyi düz 
xətti həsrətlə və diqqətlə müşahidə edən həmin o qız. Ümidini 
boşa çıxarırdı onun. Unutmamışdı onu hələ də, unuda bilmə-
mişdi. Unudabilməmiş olması, ona özü-özünü unutdurmuşdu.
İçində  bir  izdiham  var  idi,  hərəsi  bir  ümidin  sərkərdəsi 
olan. Hər gün yeni biri əlavə olurdu içlərinə, yeni bir şəxsiy-
yəti daha olmuş olurdu. Hər yeni fikir, hər yeni ümid bir şəx-
siyyətə çevirilirdi. İçində eyni səslə danışan minlərlə kimsələr 
var idi indilərdə. Bəziləri bir-birlərini tanımırdılar belə, adları-
nı – ki adları ümidləri ilə eyni idi- bilmirdilər. Qıvrımsaç adlı 
otuz nəfər var idi məsələn, Lara adlı iyirmi nəfər (ki getdikcə 
artırdılar ya da adlarını dəyişirdilər), Barselona adlı on nəfər 
və s. Qadın və şəhər adları üstünlükdəydi. Ən çox üstünlüyə 
sahib olanlarsa ən təhlükəliləriydilər; ölüm adlı üç yüz nəfər! 


50
Hərə bir səbəbi təmsil edirdi. Hər səbəb üçün yeni bir kim-
sə yaranırdı və onun ölüm üçün üç yüz səbəbi var idi.
Aralarındakı  ümidi  ölmüş  olanlar  yoxa  çıxmır,  adlarını 
ölüm olaraq dəyişirdilər. Ən təhlükəlisi də bu idi. İçində ölmüş 
ümidlər qəbirsanlığını daşıyırdı hara getsə. Doğulan hər yeni 
ümid, istəyi yerinə yetirilmədiyi təqdirdə adını ölümə dəyiş-
məklə təhdid edirdi onu. Adı ölüm olanların sayları içindəkilə-
rin sayının yarısını keçdiyi gün, o qanlı soyqırım başlayacaq-
dı. Və o gün uzaq deyildi. Üsyanın səsləri qulaqlarına qədər 
gəlirdi. O qədər çox idilər ki, özünü itirmişdi aralarında. Əsas 
dinləməsi gərəkdiyinin hansı olduğunu bilmirdi artıq. Özünün 
hansı olduğunu bilmirdi.
İçində adları xoşbəxtlik olan ən ümidli və sağlam ideologi-
ya sahibi istəkli bir qrup var idi. Sayları hələ ki yetəri qədər 
çox idi və onu əgər xoşbəxt olsa – üsulunun fərqi yox idi, necə 
olur olsun – o bataqlıqdan çıxacağına inandırmağa çalışırdılar. 
Xoşbəxt olsa əgər, adları ölüm olanlarla sayıları az olmasına 
baxmayaraq savaşa biləcəklərinə inandırmağa çalışırdılar onu. 
Onları  öldürə  bilərdilər.  Özlərinə  yaxşı  baxırdılar.  Əli  şərab 
dolu olan və qabağına çıxan hər yeri yumruqlayan digər sərxoş 
axmaqlardan fərqli olaraq onlar hər gün meditasiya və idman 
edir, gümrah qalmağa çalışırdılar. Aralarında Taoizm və Sto-
isizmin izləyiciləri də var idi. Ölümünə savaşmaq üzrə təlim 
etdirilən geridönməz bir ordunun sərkərdələriydilər. Yaşam or-
dusu. Onlara tam olaraq inanmırdı, forma dəyişdirmiş genlər 
olduqlarından şübhələnirdi. Genlər tərəfindən dəstəklənirdi bu 
qrup. Ölüm adlı olanları öldürsəydilər belə, hər şeyin yaxşı və 
xoşbəxt olacağına inanmırdı ona görə də. Xoşbəxtlik, indi ona 
uzaq bir xəyal kimi görünürdü. Tələb etdikləri xoşbəxtliyi əldə 
etmək üçün verməsi gərəkən savaş ona çox yorucu gəlirdi və 
həvəssiz idi. Yenə də, hər kim idisə bu qrup, genlər ya ümid-
lər, onu hələki həyatda tutmağa bəs edəcək qədər motivasiya 
göndərirdilər damarlarına. Oyadırdılar onu, silkələyib özünə 
gətirir və həyatda qalması üçün onu həvəsləndirirdilər.


51
* * *
Artıq oturaq həyat sürməsi gərəkdiyini düşünməsinə bax-
mayaraq içində hələ də getməsi gərəkdiyini düşünən çox fikir, 
ümid və kimsə var idi. Bura qədərki həyatında da, burda ya-
şadığı  son  illərində  də  həmişə  getmək  istəmişdi.  Əvvəl  get-
mədiyi yeni yerlər üçün can atmışdısa, indi yaşamış olduğu 
yerlərdən birinə (amma hansına?) qayıtmaq istəyirdi. Baude-
laire’nin “Harda deyiləmsə orada xoşbəxt olacağam kimi hiss 
edirəm” cümləsinin canlanmış forması kimiydi. Ya da Baude-
lairenin  bir  başqa  frekansda  illər  sonra  doğmuş  reinkarnasi-
yasıydı bəlkə də, özü də fərqində olmadan, ya da istəmədən. 
İstəmədən, hə, orası dəqiq idi, istəmədən doğulmuşdu, bütün 
hamı kimi.
Bildiyini sandığı tək şey var idi, harda deyildisə orda xoş-
bəxt olacaqdı. Yanıldığına qətiliklə əmin idi, ancaq yanılmadı-
ğına bütün qəlbiylə inanırdı. Ya da başqa dillə desək, son şəhə-
rinə qədərki marafonunda bu illuziyaya inanırdı və bir yerdən 
başqasına  qaçırdı,  içindəki  təlaşdanmı  qaçırdı  yoxsa  maraq 
hissimi böyük idi, bilmirik. Ancaq son stansiyasından sonra, 
harada deyildisə orada xoşbəxt olacağının bir illuziya olduğu-
nu hiss edə bilirdi artıq. Bəlkə də böyüyürdü deyə, bəlkə də 
təcrübələrinə əsaslanırdı, bəlkələr və kaşkilər.
Bu  şəhərmi  onu  bulanıqlaşdırmışdı  yoxsa  bulanıqlaşdığı 
üçünmü bu şəhərə lənətlər yağdırmağa başlamışdı? Bilmirdi. 
Bəlkə də üçüncü səbəb idi doğru cavab.
Bu şəhərmi onu yalnızlaşdırmışdı yoxsa içinə düşdüyü ruh 
halı səbəbiləmi insanlardan qaçırdı bu son ildə? Artıq görüş-
düyü heç kim yox idi. Bilərək kəsmişdi bütün əlaqələrini san-
ki, sadəcə keçici insanlarla tanışır və qalıcı əlaqə qurmaqdan 
qaçınırdı.  Bağlanmaq  olmazdı.  Bir  nömrəli  qayda  o  idi.  Ən 
azından bu son vaxtlarda. O, ölümündən əvvəl sadiq sahibin-
dən ya ailəsindən uzaqlaşıb uzaqlara gedən itlər kimi inzivaya 
çəkilmişdi sanki. Sanki öləcəyini bilirmiş kimiydi.
İçindəki o lənətə gələsi nostalgiya və əksiklik duyğusun-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə