Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə2/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   2   3   4   5   6   7   8   9   ...   123

10
ikisinin də biri-birindən ötrü darıxdıqları bir sevgi. Aralarında 
duran tək maneə isə sahib olduğu bioloji instiktiydi şübhəsiz. 
İnsanı  həyatda  tutan  instikti,  genləri.  Sanki  ölmək  istəyən  o 
idi, yaşamaq istəyənsə genləri. Əlbətdə ki elə də olacaqdı deyə 
düşündü.  Milyard  illik  təsadüfi  təkamülün  tək  səbəbi  gen-
lərin  özlərini  həyatda  saxlayıb  bir  sonrakı  nəsilə  daha  yaxşı 
formada ötürə bilmələri idi, çəkilən əziyyətlər vacib deyildi, 
fərdlərin, milyardların çəkdikləri yaşam əziyyəti vacib deyil-
di. Sonra o həyatda qalmaq istəyən genlərdən bəziləri o qədər 
inkişaf etmişdilər ki artıq şüur kimi kompleks və möhtəşəm bir 
düşüncə gücü istehsal edirdilər. Əslində onların həyatda qalma 
ehtimallarını daha  da  artırmaq  üçün  öz-özünə  ortaya  çıxmış 
şüur, indi onlara - genlərə -  baş qaldırırdı. Yaşamının məna-
sını sorğulayırdı. Sanki mühafizəkar atanın oğlu böyüyüb on-
dan intiqam alırdı. Şüur bu nöqtədən baxanda bəlkə də canlı 
təkamülünün  ən  böyük  nöqsanı  idi  və  yavaş-yavaş  onu  yox 
edirdi. Amma  bütün  insanlarda  qalib  gələn  tərəf  şüur  deyil-
di. Daha doğrusu, yaşamaqda olan insanların heç birində şüur 
hələ ki qalib gələ bilməmişdi zira həyatdaydılar. Hətta nəinki 
qalib gələ bilmək, bir çoxunda şüur həyatda qalmağın tərəfdarı 
və dəstəkçisi idi. İnsanlar bu nöqteyi nəzərdən ikisi şanslı biri 
şanssız olmaq üzrə üçə bölünürdülər eləysə. Şüuru və genləri 
yaşamaq istəyənlər, şüuru ölmək istəyib amma genlərinə qa-
lib gələ bilməyənlər və şüuru ölmək istəyib geninə qalib gəlib 
intihar etmiş olanlar. Ən pisi ortada qalmaq idi. Nə oyanlıq-
san nə buyanlıq. Nə yaşaya bilirsən nə ölə. Onda da vəziyyət 
eləydi. Nə intihar edə bilirdi, nə istədiyi həyatı yaşaya bilirdi. 
Varlıqla yoxluq arasında sürünürdü.
Bu, insanın varoluşundan bu yana içindəki ən böyük sava-
şı idi. Başları bir-biriylə savaşan nəhəng ikibaşlı əjdaha kimi. 
Həyatın yumor anlayışı idi bu, sevinclə gözyaşının bir-birinə 
qarışdığı an kimi, sevincdən ağlamaq kimi. Hər insanın içində 
sahib olduğu ən az iki mənliyi və biri-birləri ilə ömrü boyu 
höcət halında olmaları kimi. Sanki bütün şanlı tanrılar orkestra 
kimi bir yerə yığılıb ən böyük sənət əsərlərini yaratmışdılar və 


11
bununla fəxr edirdilər. Belə kompleks bir paradoks yaratmaq 
nə də olsa asan bir iş deyildi.
Həyat gözəldir. Ancaq yaşama əziyyəti hamıda eyni dərə-
cəyə sahib deyil. Fərdin yaşama zəhmətinin faydalı iş əmsalı-
nın sıfırın altına endiyi andır intihara qərar verilən an. Ya da 
həyatdan aldığı həzzin yaşama əziyyətilə müqayisədə ki fay-
dalı iş əmsalının dəyəridir intihar. Bu dəyərin miqdarı kişidən 
kişiyə dəyişə bilər. Ümid, arzu və istəklərin cəmi bölünsün çə-
kilən əzab-əziyyətin miqdarına.
Sonra birdən ilk intihar etmiş insanı düşündü. Böyük bir 
inqilab olmalıydı. Həm də istənilən yaradılış nəzəriyyəsində. 
İstər  təkamül  nəzəriyyəsi  istərsə  də  ilahi  yaradılış  nəzəriyə-
sində ilk intihar bütün mənalarda qüdrətli bir çevriliş olmuş 
olmalı idi. Başqaldırırdı insan öz yaradılışına. Üsyan edirdi. 
İlk asi insan doğulurdu beləcə. Aralarından ilk dəfə biri çıxıb 
“bilirsiniz nə var? Mən gedirəm!” deyirdi. İnsanlıq tarixində-
ki ən böyük başqaldırı idi doğrudan da. Hətta ilahi yaradılış 
hekayələrindəki Adəm və Həvvanın ilk inqilabı sayıla biləcək 
alma oğurluğundan da daha şiddətli idi. 
Bir anlıq  ilk intihar etmiş insandan ötrü darıxdı, onla tanış 
olmaq istədi. O insanı özünə yaxın hiss etdi. Sanki indicə bu 
anda belə o insanla tanışsaydı əgər, çox yaxşı yola gedərdilər 
deyə düşündü. Ortaq bir dillərinin belə olmamasına baxmaya-
raq yenə də yola gedərdilər deyə düşündü. Əlini o ilk üsyanı 
qaldırmış  bezgin  dostunun  çiyninə  qoyardı,  gözlərinin  içinə 
baxardı və onu başa düşdüyünün hiss etdirərdi ona...
Bir anlıq xəyaldan oyanıb əlindəki şəkər qamışından ha-
zırlanılmış roma baxdı, butulkanın yarısı doluydu hələ də. Bu 
ona kiçik bir xoşbəxtlik hissi verdi. Romun bitdiyini sanmış-
dı. Qaldırıb bir qurtum daha aldı. Ağzını büzüşdürdü. Ətrafına 
baxınıb siqaretin harda olduğunu müəyyənləşdirməyə çalışdı. 
Sarma  tütün  çəkirdi.  Əvvəlcədən  sarıb  tütünləri  paketə  yığ-
mışdı.  Biraz  vurnuxdu.  Paketin  divanın  o  başında  yerdə  ol-
duğunu gördü. Tənbəlcə ayağa durdu, içkinin təsiri ilə azacıq 
baş gicəllənməsi hiss edirdi. Müvazinətini qorumağa çalışdı, 


12
səndələyərək irəli doğru bir addım atıb paketi yerdən götürdü. 
Sərxoşluğun tam bu anlarında yandırılan siqareti çox sevirdi. 
Ona görə siqaretdən alınan ən böyük həzz tam da bu an idi. Bir 
sarma götürüb dodaqlarının arasına qoydu. İki əlini birləşdirib 
bükərək sarmanı yandırdı. Uzunca sordu. Dərindən nəfəs alıb 
tüstünü ciyərlərinə çəkdi və kiçik anın həzzini yaşadı. Aldı-
ğı tüstünü burnundan çölə buraxdı. Romdan bir qurtum daha 
aldı. Əli ilə alnını və gözlərini ovuşdurdu. Bir neçə saniyəlik 
sükut içində dayandı. Ən son nə etdiyini, nə düşündüyünü xa-
tırlamağa çalışdı. Başını silkələdi, gözlərini bir neçə dəfə yu-
mub açdı. Divana doğru geri atdı özünü. Aşağı çökdü və uzun 
müddətdir  yalnız  yaşadığı  birotaq  mənzilinin  pəncərəsindən 
çölə daldı gözləri. Səma tünd maviyə boyanmışdı, melanxo-
liyanın rəngi bəzəyirdi buludları. Tutqun buludların arxasında 
mavi şeytanlar gizlənmişdi və uzaqlarda bir yerlərdən kədər və 
qəmin musiqisi mavi notalı blues eşidilirdi.
İlk intihar edən insana getdi fikirləri yenə. Görəsən necə 
intihar etmişdi deyə sual verdi darıxan iç səsi ona. Fikir ona 
maraqlı  gəldi. Axı  o  dövrdə  daha  da  çətin  idi  intihar.  Dövr 
deyəndə ki, hansı dövr? Lap əvvəllərə getsək hələ meşədə ya-
şayan yeni-yeni şüur inkişafı başlayan insanlara, o dövrdə axı 
hələ  ağrısız  intihar  üsullarından  heç  biri  yox  idi.  Özünü  öl-
dürməyə qərar vermiş biri olsaydı elə bir dövrdə, o nə edərdi 
deyə düşündü bir anlıq. İlk olaraq suda boğulmaq gəldi ağlına. 
Yüksək bir təpədə, dağın üstündəki meşə ilə dənizin birləşdiyi 
nöqtədəki uçurumdan düz aşağı tullanmışdı bəlkə 
də ilk qəhrəmanımız. Yoxsa bəlkə də elə birbaşa ürəyinə 
sancmışdı daşdan düzəlmə nizəsini? Necə olmuşdu axı? Xə-
yalgücü  ona  istədiyi  formada  kömək  etmirdi  cavabı  tapmaq 
üçün. Hansı üsul seçilmişdi. Özünü vəhşi heyvanların qabağı-
namı atmışdı bezgin? “Yox əşi” deyə cavab verdi iç səsi. Son-
ra birdən, o dövrdə bəlkə də intihar olmamışdı deyə düşündü. 
Çox ehtiyac da yox idi bəlkə də. Çünki hələ ki insan həyatın-
dakı ağrıların sayı artmamışdı və sadəcə qida üçün yaşayırdı-
lar. Sonra birdən o dövrdə yaşama həsrəti yarandı içində. İndi-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə