Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   2   3   4   5   6   7   8   9   ...   123

13
ki kimi saysız-hesabsız seçim ehtimalınının olmadığı, problem 
ehtimalının daha az olduğu, gözləntilərin sadəcə günlük qida-
dan ibarət olduğu dövrlər. “Axmaqca səslənir” deyə düşündü, 
“O dövrlərdə yaşamağın daha asan olduğunu düşünmək, bəlkə 
də bir yanılmadan ibarətdir”. Amma, “yəqin ki” dedi, ilk in-
tihar  irəliləyən  vaxtlarda,  ilk  sivilizasiya  vaxtlarında  olmuş-
du. Qəbilə savaşlarını düşündü. İnsanların ilk qruplar, tayfalar 
halında yaşadığı vaxtları və aralarındakı kiçik savaşları, xırda 
münaqişələri düşündü. “Aha” dedi iç səsi. Böyük ehtimal, ilk 
intihar da o vaxtlarda olmuş olmalıydı. İlk savaş alətləri ilə. 
Qanlı bir inihar olmuş olmalıydı. İlk insanın şanssızlığını dü-
şündü buna görə də. İntiharları belə asan deyildi, indiki kimi 
işi qısa müddətə həll edəcək vasitələr yox idi. 
Qeyri-iradi  olaraq  rom  butulkasını  dodaqlarına  yaxınlaş-
dırdı. Bir qurtum aldı. İlk intihar etmiş insan indi onun yanın-
da olsaydı ona əlindəki bu spirtli içkini verərdi deyə düşündü. 
İlk bir-iki təcrübədəki baş gicəllənmələrindən sonra onun da 
xoşuna gələrdi yəqin deyə özü-özünü təsdiqlədi. Həyat, yəqin 
ki  şərabın  kəşfindən  əvvəl  və  sonra  olaraq  ikiyə  bölünürdü, 
yola verilmə ehtimalı daha çətin və daha asan olmaq üzrə. İçki 
və onun kimi digər maddələr olmasaydı bəlkə intihar sayıla-
rı daha çox olardı. İnsanlar ani ruh düşkünlüklərini, psixoloji 
sarsıntılarını sovuşdura bilməz və ölümə daha çox can atardı-
lar. Bunu düşündü və sonra bütün insanlığın şərəfinə, bütün 
şərab sevərlərin şərəfinə içkisini başına çəkdi. İçində bir dam-
cı belə olsun qalıb qalmadığından əmin olmaq üçün butulkanı 
yenidən yuxarı qaldırdı, dilini çıxardı, butulkanı əydi və için-
dəki  damcının  butulkanın  dibindən  yavaş-yavaş  irəliləməyə 
başlayıb sonra sürətlənib şüşə qabın ağzında yenidən yavaşla-
yıb sanki sallanırmışcasına dayanıb, dilin üstünə tullanmağını 
izlədi. Boş butulkanı yerə tulladı.
Sərxoş idi və sərxoş olduğu qədər xoşbəxt idi.
Tutulduğu nostalgiya xəstəliyindən canını heç olmasa bir 
saatlıq qurtara bilmişdi. Düşünməmiş və xatırlamamışdı. Keç-
miş həsrəti zillətindən bir anlıq belə olsa azad olmuşdu.


14
Hər insan xatirələr bütünüdür. Hər bədən və beyin, xatirələr 
bütünüdür. Beyin, iformasiyalar şəbəkəsidir və hər informasi-
ya bir xatirədir. Hər xatirə bir təcrübədir. Bir uşağı yetişkindən 
ayıran tək fərq sahib olduqları xatirələrin miqdarıdır. Yerimək, 
iməkləyən bir uşağın sahib olmadığı bir xatirə və təcrübədir. 
İməkləmək, əllər və dizlər üzərində hərəkət etmə aktının yad-
daşda saxlanılmış xatirəsidir. 
Qırmızı, bir xatirədir. Zərərsiz və kiçik xatirə. Mavi, so-
yuq,  isti,  qaranlıq,  yaşıl,  dəniz,  A’nın  tələffüzü,  qaçmaq  və 
gülmək  ən  incə  təfərrüatlarına  qədər  işlənilib  yaddaşa  yüz-
lərlə  ya  minlərlə  neyron  şəbəkəsi  tərəfindən  həkk  olunmuş 
xatirələrdir. Bütün bu zərərsiz və kiçik təfərrüatlar birləşərək 
daha  böyük,  kompleks  və  bəzən  zərərli  xatirələr  yaradırlar. 
Məsələn “İsti yay günü dəniz sahili gülüşlərlə A’nın arxasın-
ca qaçdığı o gün”  bir xatirəydi. Xoşbəxt bir anın kompleks 
neyron şəbəkəsi tərəfindən saxlanılan xatirəsi. Şirinmiş kimi 
görünən amma zaman-zaman incidici xatirə. Çünki keçmişdi 
və keçmişdə qalmışdı. Əgər yenidən yaşaya bilmirsənsə bəzən 
ən şirin xatirələrin belə öz cəhənnəminə çevrilə bilər. Toxuna 
bilmədiyin keçmişin və qucaqlaya bilmədiyin xatirələrin. İllər, 
yəni zaman və məsafələr nostalgiya xəstəliyinin ən böyük iki 
faktorudur. Ya keçmiş üçün darıxırsan ya da indi ancaq uzaq-
larda olan yerlər və kimsələr üçün. Məsafələr insanı diri-diri 
öldürməyə qadir idilər. Həkimlər deyir ki nostalgiya insanın 
xoş xatirələrini xatırlayıb pis anlarda özünü yaxşı hiss etməsi 
üçün gözəl bir vasitədir və təkamüli olaraq belə formalaşıb. 
Ancaq ağın içindəki qara özünü göstərirdi. Keçmiş üçün susa-
ma və şiddətli arzunu unudurdular. Bəlkə də yaşlıların yaşadı-
ğı yaddaş pozğunluqları ya Altsaymer xəstəliyi tanrının onlara 
bir lütfüdür. Zira 80 illik xatirələrin qucağında insan həsrətdən 
məhv ola bilər.
Keçmişindən  kadrlar  xatırladığı  anlarda  beyninin  başqa 
bir şeyləri düşünməsi üçün əlindən gələni edirdi. Çünki təkrar, 
xatirəni möhkəmləndirirdi. Bir xatirəni ya informasiyanı hər 
dəfə yenidən xatırladığımızda o xatirənin saxlanıldığı neyron 


15
şəbəkəsinə hər dəfə impulslar ötürülür və hər ötürülən impuls 
əvvəlkindən daha da güclü iz buraxırdı və beləcə neyronlara-
rası əlqəni - yəni yaddaşı möhkəmləndirirdi. Ona görə də istər 
pis  istər  yaxşı  bir  xatirəsini  heç  vaxt  xatırlamamağa  çalışır-
dı artıq. Qətiyyən. Hələ vizual olaraq heç canlandırmırdı gö-
zündə çünki daha gülcü impulslar neyron şəbəkəsini daha da 
gücləndirirdi. Əksinə onları unutmağa çalışırdı. Gurultulu bir 
musiqi bəlkə, bəlkə qışqırmaq, bəlkə bədəninin limitini zorla-
yaraq qaçmaq ya da divarlara endiririlən yumruq zərbələriydi 
onun həmin xatırlama anlarından qaçma metodları. Qaranlıqa 
tək qalmış uşağın qorxmamaq üçün fit çalması ya zümzümə 
etməsi kimi belə anlarda özü üçün improvizasiya edərək do-
daqaltı zümzümələrlə beyninin diqqətini dağıtmağa çalışırdı. 
Qorxmuş bir uşaqdan tək fərqi, o bunu hiss etdirmədən edir-
di,  dodaqlarını  belə  tərpətmədən  hülqumunda  mızıldanaraq. 
Bütün bu metodlar işə yaramadığı təqdirdəysə - ki heç vaxt 
işə yaramırdılar – içməyə və çəkməyə başlayırdı. Ya da digər 
reallıqdan  uzaqlaşdırıcı  süni  ya  təbii  narkotiklərin  qucağına 
atırdı özünü. Bu unutdurma, xatırlamama ya da diqqət dağıt-
ma işini ən yaxşı bacaran narkotik alkoqol idi. Hətta alkoqo-
lun sanki ən vacib funksiyası buymuş kimiydi. Zira alkoqol 
bədənə daxil olduğu andan etibarən sürətlə beyinə irəliləyir, 
qan-beyin bariyerini keçdikdən sonra qlutamat reseptorlarına 
təsir edərək qlutamatın transmissiyasını yavaşladır və beləcə 
onun beyindəki əsas funskiyalarını da yavaşladırdı: neyronlar 
arası informasiya ötürülməsi zəifləyir, dolayısilə daha az hiss 
edirsən,  daha  az  qavrayırsan,  daha  az  xatırlayırsan  və  daha 
az diqqət edirsən. Xatirələrin saxlanıldığı yaddaş anbarlarına 
gedən neyronlar yorğun düşür və siqnallar zəifləyir. Beləliklə 
sərxoş insan nəinki keçmişini, həyatındakı hazırki problemləri 
belə çox da xatırlamır ya da diqqət etmir və keçici olaraq süni 
xobşəxtliyi qucaqlayır.
Divara yapışdırılmış kağız üzərindəki qeydinə sataşdı gözü 
– xoşbəxt ölüm! – və intiharı üçün getməyə hazırlaşdığı yeni 
açılmış Evtanaziya kamplarını xatırladı.


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə