Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   2   3   4   5   6   7   8   9   ...   123

16
* * *
Əgər  yetəri  qədər  yalnızsınızsa,  səssizliyin  gurultusunu 
eşidə bilərsiniz. Yalnızlığının bom-boş otaqda əks-səda verən 
səssizliyinin gurultusu onu incidirdi və buna həyatda hər şey-
dən çox nifrət edirdi.
Memento mori
Memento te hominem esse
Respice post te! Hominem te esse memento!
(Fani olduğunu xatırla.
Sadəcə bir insan olduğunu xatırla,
Arxana bax! Sadəcə bir insansan, xatırla!)
Roman triumph (qədim Roma zəfər paradları)
* * *


17
2
EVTANAZIYA KAMPLARI
Liberalizm bütün qapıları açdığı kimi ölümün də qapısını 
açırdı. Dövlətlər forma dəyişdirirdilər. Dövlət hədəfləri artıq 
əvvəlkinin əksinə yüksək demoqrafik hədəflər deyildi. Balansı 
qorumaq, tənzimləmək daha vacib idi artıq. Ağır xəstələrin öz 
ölümlərinə  qərar  verib  həkim  nəzarəti  altında  ölmələri  üçün 
istifadə edilən üsul, evtanaziya, nəinki artıq leqallaşdırılmış, 
hətta az qala heç bir ağır xəstəliyi olmayan insanların belə öz 
qərarları  ilə  həkim  nəzarətində  ölmələrinə  icazə  verilməyə 
başlanılmışdı. 
Proseslər yavaş-yavaş irəliləmişdi. Bir neçə il əvvəl qəza 
nəticəsində onurğa sütunu zədəsindən tək sağ əli xaric bütün 
bədəni iflic olmuş Hüqo Jeseina adlı yaşlı xəstənin evtanaziya 
istəyinə diqqət çəkməyə çalışan aktivistlərin cəhdləri gözlənil-
mədən əvvəlcə ölkə sonra isə qlobal səviyyədə səs gətirmişdi. 
Daha sonra ölkənin öndə gələn özəl insan haqları təşkilatları 
məsələni  müzakirəyə  çıxarmış  və  qarşı  fikirli  iki  ayrı  tərəfə 
bölünmüşdülər. Dinin cəmiyyətdəki təsirinin get-gedə azalmış 
olması müzakirədəki dini səbəblərin təsirini azaltmışdı. Yenə 
də evtanaziyaya qarşı olan insan haqları təşkilatları dini və ya 
bənzəri  səbəblərdən  insan  həyatının  müqəddəs  olduğunu  və 
onu sonlandırmağın düzgün olmadığını vurğulayırdılar. Daha 


18
radikal sayıları azalmış kiçik dini qruplar isə insan həyatının 
tanrı  tərəfindən  verildiyini  və  sadəcə  tanrı  tərəfindən  alına 
biləcəyini  müdafiə  edirdilər.  Ölümcül  xətsəliklərə  belə  son 
anda  çarə  tapıla  bilinəcəyi,  evtanaziyanın  həyatın  yaşamağa 
dəymədiyi mənasına gəldiyi, leqallaşmanın daha çox ölümlərə 
səbəb olacağı, tibbi tədqiqatların azalacağı kimi səbəblər də 
var idi evtanaziyaya qarşı olan tərəflərin səbəbləri arasında.
Evtanaziyanı dəstəkləyən tərəf isə nə olursa olsun insanın 
həyatı  barədə  qərarlarının  öz  əlində  olması  gərəkdiyini  vur-
ğulayırdılar. Xəstələrin çəkdikləri ağrılara diqqət çəkərək, bu 
ağrıları hiss etməyən yad insanların bir insanın o ağrılarla ya-
şayıb yaşamayacağı haqqında müzakirə etmə haqlarının belə 
olmadıqlarını sərt bir dil ilə tənqid edir və müasir insan haq-
larını şiddətlə qınayırdılar. Ölkənin müxtəlif şəhərlərində ki-
çik qruplaşmalar əllərində Hüqo Jeseina və digər evtanaziya 
istəyən ölümcül və ağır xəstəliklərə məhkum xəstələrin şəkil-
ləri ilə kiçik aksiyalar edir və “Xoşbəxt ölüm! Xoşbəxt ölüm!” 
deyə qışqırırdılar. 
Tarixçi Suetonius miladın ilk illərində imperator Oktavian 
Avqustun ölümü ilə bağlı belə yazırdı: “Tez və əzabsız şəkildə 
yoldaşı Livianın qollarında əbədiyyətə qovuşdu, arzuladığı ev-
tanaziyanı yaşayaraq”. Beləcə, insanlıq tarixinə yeni bir ifadə 
daha daxil olurdu, xoşbəxt ölüm, şərəfli ölüm, ya da ağrısız 
ölüm mənasına gələn söz: evtanaziya. İndi, Avqustun ölümün-
dən əsrlər sonra, xoşbəxt ölüm ifadəsi pankartlarda, küçələrdə 
gəzirdi, Hüqonu xilas etmək adına.
Bütün insanlıq tarixinə, bütün yaşamış insanlara, əgər ha-
mısına insan irqinin nümayəndəsi kimi, tək nəfər ya orqanizm 
kimi baxa bilsək, bütün o milyardlarla insanı tək bir nəfər say-
mış olsaq əgər, onda, ilk insanın doğumundan bugünə qədər 
keçmiş  müddəti  sanki  bir  insanın  doğulub  böyümə  prosesi 
kimi canlandıra bilərik gözümüzdə. Belə olan halda, ilk insan, 
ana rəhmindən başlayaraq böyüyən bir uşaq kimi, düşüncəsi 
yeni formalaşan və illər keçdikcə böyüyən, dünyanı tanıma-
ğa başlayan, kəşf edən, sonra yeniyetməlik dövrünü yaşayan, 


19
vuran, qıran sonra getdikcə daha da müdrikləşən tək bir varlıq 
idi. Hər əsrdə bir yaşı daha artırdı. Və yavaş-yavaş əsrlər keç-
dikcə, insanlıq şüuru irəliləyirdi. Keçmişdə qınanılmış, qadağa 
olunmuş məsələlər vaxt keçdikçə gündəlik həyatın bir parçası-
na çevrilir və normal qəbul edilirdi. Normal idi, kiçik bir uşaq 
kimi, insanlıq şüuru yetişmə mərhələsindəydi. Elm adamlarını 
yandıran kilsələr, qadınlara qadağalar gətirən köhnə və müasir 
adətlər, milliyətçilik uğruna qanlar tökən Avropa və neçə belə 
düşüncəsizliklər artıq tarixə qarışırdı. İnsanlıq öz köhnə atala-
rına baxıb onları qınayırdı. Tarix göstərirdi ki, cəmiyyətin başa 
düşmədiyi və qəbul etmədiyi məsələləri qavraması və anlama-
sı,  adət-ənənələr  zəncirini  qırıb  aydınlanabilməsi  vaxt  alırdı 
və bir gün öz qaydasına düşəcəkdi mütləq. Sadəcə gözləmək 
lazım idi, bir gün evtanaziya da qəbul olunacaqdı.
Elmi tədqiqatlar göstərir ki, təxminən 100.000-70.000 il 
bundan əvvəlki insan ilə indiki insanın zəkası aşağı yuxarı ey-
nidir. Baxmayaraq ki beyin həcmi getdikcə azalır (beyin daha 
da minimallaşır və neyronlar arası qısayollar tapır) zəka eyni 
idi təxminən. Və keçmişdə doğulmuş uşağı bugün gətirib bö-
yütsək əgər, bəzi linqvistik problemlərin xaricində fərqi ayırd 
etmək  mümkün  olmazdı.  Ancaq  atalarımızla  aramızda  bir 
fərq var idi əlbət, təcrübələr və bu təcrübələrin işığında dün-
yanı, həyatı daha yaxşı anlama və qavrama bacarığımız. Bu 
təcrübələrin köməyi ilə inkifaş edən şüur və dərrakəmiz bizə 
yaşama sənətini xırdalıqlarına qədər öyrədir və səhvlərimizi 
göstərirdi. Aramızdan  bəzi  uzaqgörənlər  çıxırdı  və  bizə  bir 
şeyləri düzgün etmədiyimizi, yolunda getməyən bəzi şeylər 
olduğunu öyrətməyə çalışırdı, bizə dünyanın əslində dairəvi 
olduğunu başa salmağa çalışırdılar məsələn, ancaq atalarımız 
onları öldürürdülər. Bizi feodal qaydalar və kilisə zülmündən 
qurtarmağa çalışan, maarifləndirən və aydınlanmağa çağıran 
François-Marie  Arouet’i,  Voltaireni  Bastiliya  qalasına  həbs 
edir, sürgün edirdik. Fikrlərimizi hələ təzə-təzə püxtələşdir-
məyə başlayan Sokratı edama məhkum edirdik. Sonra isə səh-
vimizi başa düşürdük, onlardan öyrənirdik. Eynicinsli insan-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə