Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   2   3   4   5   6   7   8   9   ...   123

23
ya nəzəriyyəçisi isə belə deyirdi “Bu müasir dövr dövlətlərinin 
zəifləri öldürmə formasıdır və şüurlu formada planlaşdırılır. Ka-
pitalizm yenə öz işini görür. Onlar küçələrdəki evsiz və kim-
səsizləri təmizləmək üçün yeni üsul tapılblar. Azad ölüm! Nə 
gözəl! Azad yaşam verə bilmədikləri vətəndaşlarını qətl edirlər.”
 Bir digər məşhur həkimsə belə deyirdi: “Bilirsiniz, Ame-
rikalılar olaraq başqa ölkələrdən nümunə götürməliyik. Artıq 
neçə müddətdir ki bu sistemi tətbiq edən bir sıra ölkələr var, xü-
susilə Avropada. Almaniyada artıq hər beş qocadan biri dövət 
köməyi ilə həyatını sonlandırır. Ümumilikdə isə evtanaziya ilə 
ölənlərin çoxu dözülməz ağrılar və ölümcül xəstəliklər səbəbi 
ilə deyil, başqalarına yük olmaq istəməmə, ləyaqətli formada 
həyatlarını bitirmə kimi səbəblərdən sonlandırırlar həyatlarını. 
Səbəblərin arasında ilk beşlikdə fiziki ağrı yoxdur. Hansı ki 
evtanaziyanı ağır ağrılı xəstələrə kömək məqsədilə leqallaşdır-
mışdılar. Məncə biz onlara özlərini öldürmək də yox daha yax-
şı yaşamalarında kömək etməliyik. Bu qayğıya möhtac şəxslər 
üçün açılmış xüsusi qayğı evləri var, onların sayı və keyfiyyəti 
artırılmalıdır. Yaşlılar yalnızlıqdan əziyyət çəkir. Biz bu insan-
ları daha yaxşı necə xoşbəxt edərik - bunları danışmalı ikən, 
bugün burada oturub onların ölümünə kömək olub olmama-
ğın etik mübahisəsi üzərinə baş yoruruq. Əgər biz depresiya-
nı kömək sırasına salsaq kimin ölüb kimin ölməyəcəyinə kim 
necə qərar verəcək? Onsuz da dövrümüzün xəstəliyi depresiya 
deyilmi? Burda başqa bir nüans da var, əgər biz depresiya kimi 
səbəbləri evtanaziya müraciətlərində qanuni hala salsaq, onda 
bu depresiya xəstələrini daha da cəsarətləndirəcək. Bunu heç 
kim düşünmür. Onların sayı həndəsi silsilə ilə artacaq. Çünki 
həm asan ölümü həm də başqalarının da bunu etdiyini görüb 
cəsarətlənəcəklər. İnsan bədənindəki bütün hüceyrələr sağ qal-
mağa  proqramlanıb,  bir  insanın  öz  başına  özünü  öldürməsi 
asan deyil. Ancaq onun işini asanlaşdırsanız o ilk dar macala 
düşdüyü anda dövlətin qapısına qaçıb öz iki qramlıq zəhərini 
tələb edəcək. İntihar bəzən keçici problemə, qalıcı həll üsulu-
dur. Əgər şəxs ağır xəstə deyilsə. Onun hər kiçik problemdə 


24
özünü  öldürməyə  can  atmasına  kömək  etmək  fəlakətlə  nəti-
cələnə bilər.”
Həkim  çoxlarına  görə  haqlı  idi.  Belə  bir  qərarın  qəbulu 
zəncirləmə təsir yaradacaqdı və başqalarını da cəsarətləndirə-
cəkdi. Ancaq bir digər tərəfdən də, evlərdə cəsədlər tapılırdı 
və bu olduqca narahat edici idi. Xəstəxanalara intihara cəhd 
etmiş və müvəffəqiyyətsiz olmuş şəxslər gətirilird. Özünü si-
lahla vurmuş və üzünün yarısını itirmiş ancaq hələ də həyatda 
olan xəstələr. Onlar silahın lüləsini düz istiqamətdə tuta bil-
məyənlər idi. 
Məşhur  “Ölmə  haqqı”  təşkilatının  qurucularından  biri, 
Hector Qonzalez isə öz müdafiəsini belə dilə gətirirdi: “Onlar 
onsuz da ölürlər. Onlara heç olmasa çəkdikləri bu əzab dolu 
həyatı sonlandırmaqda kömək etmək lazımdır. Bugün biz bu 
əsrdə əgər insan azadlığından bəhs ediriksə və insanın sahib 
olduğu ən vacib şeyi öz canı və bədənidirsə onda onlara onu 
necə  idarə  etməkdə  icazə  verməli  və  kömək  etməliyik.  Bu 
ölkənin azadlıq deklarasiya sənədinin ən vacib frazası “həyat, 
azadlıq  və  xoşbəxtlik  axtarışı”dırsa,  onda  biz  onlara  kömək 
etməliyik.  Nəinki  depresiya  xəstəliyi,  istənilən  öz  həyatını 
sonlandırmaq istəyən şəxs dövlətə müraciət edərək bu dünya-
dan ayrılma haqqına sahib olmalıdır. Onsuz da bir çoxlarımıza 
məlum olduğu kimi illeqal formada dövlət xəstəxanalarındakı 
reseptli öldürücü dərmanları əldə etmək mümkündür və bunu 
edənlər də var. Biz isə onlar üçün bu işi daha da asanlaşdır-
malıyıq. Hətta son dayanacaq olaraq onlara xoş günlər keçirə 
biləcəkləri  kamplar  belə  təşkil  etmə  tərəfdarıyam  mən.  Bu 
dünya bir çoxunuz üçün gözəl və yaşanılası bir yer ola bilər, 
ancaq barı icazə verin, aranızda bu dünyanın dözülməz bir yer 
olduğunu qəbul edən və ölmək istəyənlərə kömək edək. Biz 
bu işdə ən çox vuruşan təşkilatlardan biri olaraq hər insanın öz 
şəxsi mülkü olan yaşamı barədə qərarı onların əllərinə  burax-
ma qərarının verilməsindən yanayıq. Evtanaziya ona görə pis-
dir deyirlər ki, tibbi inkişaf əvəzinə, problemi həll etmək əvə-
zinə problemi yox edirlər. Yəni sırf tibbin inkişafı üçün rahat 


25
ölmək istəyən insanlara ölüm imkanı verilməməlidir? Onları 
eksperiment  heyvanları  kimi  istifadə  etmək  lazımdır?  Ölüm 
ayağında olan insanın nə vecinə axı tibb inkişaf edir ya etmir? 
Xahiş edirəm, Jack Kevorkianı və onun xəstələrini xatırlayın. 
Qeyd etdiyim kimi, aramızda hələ də onun kimi həkimlər və 
onlardan mədət uman xəstələr var. Bu işi üstü örtülü və illeqal 
formada etməkdənsə leqallaşması hamının yararına olar.”
Jack Kevorkian, illər əvvəl vəfat etmiş məşhur erməni əsil-
li həkim, rəssam və musiqiçi idi. O evtanaziyanın tamamilə 
qadağan  olduğu  dövrdə  özü  şəxsi  olaraq  130dan  çox  xəstə-
nin həyatlarını sonlandırmasına kömək etmiş, sonra isə dövlət 
tərəfindən günahkar olduğuna qərar verilərək yeddi illik həbsə 
məhkum  edilmişdi.  Onun  öz  düzəltdiyi  thanatran  (ölüm)  və 
mercitron (mərhəmət maşını) adlı iki intihar aparatı var idi. Bir 
çoxları onu “doktor ölüm” adlandırırdılar. O isə özünü qatil 
yox, əzab çəkənlərin köməkçisi adlandırırdı. Onun evtanaziya 
qanunlarının  yumşalmasında  və  leqallaşmasında  xüsusi  rolu 
olmuşdu. Və həqiqətən də təşkilatçının dediyi kimi hal-hazır-
da da qanunsuz yollarla bu tip həkimlərin köməyi ilə ağrısız 
ölümə müraciət edən insanlar var idilər.
* * *
Mübahisələrin üstündən aylar keçdi. Ştatlar bir-birinin ar-
dınca qanunlarda güzəştlərə getməyə başladı. Sonda federal sə-
viyyədə major depresiya xəstəliyindən əziyyət çəkən hər kəsin 
evtanaziya üçün müraciət etmələrinə icazə verildi. Sonra isə bir 
çox intihar edən insan bu yolla intihar etməyə başladığı üçün 
ayrıca  şöbələr  yaradılması  təklif  edildi.  İntihar  bəzən  ani  bir 
depressiv basqın ikən bəzən planlanan bir akt forması idi. Ani 
depresiya əhvalı ilə intihar edənlər yenə evlərində ölü tapılırdı-
lar. Ancaq planlı formada inthar edənlər isə  xəstəxanalara mü-
raciət edirdilər. Bəzi xəstəxanalarda hələ də evtanaziya əlehinə 
duruş sərgiləyən həkimlər olduğu üçün onlar bu işi görməkdən 
imtina edirdilər və xəstəxanalarda intihar-assistent çatışmazlığı 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə