Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   4   5   6   7   8   9   10   11   ...   123

29
təşkilata bağışlaya biləcəkdi. Onlara həmçinin istədikləri hal-
da  öz  var-dövlətlərini  kimsəsizlər  evinə  bağışlamaları  üçün 
də lazımi tədbirləri görməkdə köməklik ediləcəkdi. Yığılacaq 
maliyyədən isə kamp ziyarətçilərinə son günlərini xoşbəxt ke-
çirmələri üçün nə lazımdırsa təchiz ediləcəkdi. Kampda xüsusi 
ziyafətlər təşkil olunacaqdı, diləyənlər üçün dağ gəzintiləri və 
dağ kampı proqramları, yenə diləyənlər üçün xüsusi psixoloq-
lar olacaqdı. Son etiraflarını emtək istəyənlər üçün qrup söh-
bətləri, psixoloq və ya rahiblər olacaqdı. Həmçinin diləyənlər 
üçün alkoqol, tibbi marixuana, tibbi mdma və digər bir sıra 
xüsusi  psixoaktiv  maddələrin  istifadəsinə  də  icazə  veriləcək 
və  şərait  yaradılacaqdı.  Onlar  üçün  bir  sıra  ölüm  alternativ-
ləri də təklif olunacaq və həyatlarını istədikləri formada sona 
çatdırmalarına icazə veriləcəkdi. Hələlik ölkənin qərbində bir, 
cənub-şərqində  iki  dispanser  qurulacaqdı,  sırasıyla  Oreqon, 
Kolorado və Floridada.
* * *


30
3
LARA
“Nə fikirləşirsən belə?”  dedi qapıya söykənmiş Lara.
Fikri  dağıldı  və  dönüb  qapıya  söykənmiş  Laraya  baxdı. 
“Oyanmısan”  deyə  mızıldandı  özünü  təsdiqləmə  ifadəsiylə. 
Dünən gecə evin yaxınlığındakı barda tanış olmuşdular. Uzun 
müddət sonra ilk dəfə sözün əsl mənasında bəyəndiyi bir qa-
dınla tanışmış və gecəni birlikdə keçirmişdi. Son vaxtlar get-
dikcə pisləşən əhvalı onu daha da yalnızlaşdırır və kimləsə da-
nışmasına ya tanışmasına əngəl olurdu. Buna görə də indilərdə 
barlara gedib barın ən küncündə oturub tək içir və sadəcə ətrafı 
müşahidə edirdi. Çox vaxt lap kimləsə tanış olmaq istəsə belə 
buna  müvəffəq  olmur,  mümkün  olası  dialoqları  özlüyündə 
təsəvvür edir sonra tanışma fikrindən daşınırdı. Artıq sadəcə 
müşahidə ilə kifayətlənirdi. Ayaqları ilə musiqinin ritmini tu-
tar, bir-bir ordakı insanlara baxar və onlarla bağlı hekayələr 
uydurar, sonra da o hekayələrə inanardı. Bəzən  hətta o qə-
dər dərin xəyala dalardı ki baxdığı qadınlar onun tam gözünün 
içinə baxsalar da onları görməzdi. O da onların gözünə baxar-
dı, ancaq qarşı tərəfin baxışlarından xəbərsiz olardı. Bu bəzən 
ona baxan qadınları narahat edərdi və tez baxışlarını uzaqlaş-
dırardılar. Onunsa gözləri yenə olduqları yerə zillənmiş olaraq 
qalar və sanki gündüz yuxusuna dalardı. 


31
Dünən gecə də elə olmuşdu və o yenə həmişəki küncündə 
təkcə otururdu. Ta ki Lara gələnədək. Birdən birə onun ma-
sasında peyda olmuşdu. “Burda belə tək oturduğuna görə ya 
çox utancaq ya da çox xüsusi biri olmalısan” deyib gülümsə-
mişdi . O isə nə deyəcəyini bilməyib çiyinlərini çəkmiş və bu 
gözəl gözlü mələyin sanki ona ən yalnız günündə göndərilmiş 
bir  xilaskar  olduğunu  düşünmüşdü.  Sərxoş  və  düşüncəliydi. 
Özünə gəlib Larayla normal ünsiyyətə girməsi biraz vaxt al-
mışdı.  Bir  neçə  dəqiqə  gözlərini  ovuşdurub  ətrafa  baxınmış 
sonra masasında əyləşən bu yad qadına baxmışdı. Laraysa ona 
maraq dolu baxışlarla baxmağa davam edir və gülümsəyirdi. 
“Yaxşısan?” deyə soruşmuşdu Lara onun bu qəribə vəziyyətini 
görüb. Nəhayət ki dilə gəlib “Belə də, yaxşı demək olarsa. Sən 
necəsən?” deməyə müvəffəq olmuşdu. Sonra onlar tanışmış, 
gecəyə qədər söhbət etmiş və nəhayətində onun evinə gəlmiş-
dilər. Evə doğru sərxoş addımlarla aşa-aşa gedərkən Lara ona 
onun  haqqındakı  ilkin  fikrində  yanılmadığını  və  onun  təx-
minən xüsusi və utancağın arasında bir insan olduğunu demiş-
di. O da Laraya dönərək “Üzündə çox qəribə tanış bir ifadə 
var.  Deyəsən  yuxularımda  həmişə  gördüyüm  ya  da  görmək 
istədiyim  o  üzünü  xatırlamadığım  qadınsan.  Səni  gözləyir-
dim” demişdi.
Beyin qarşıdakı insana güvənilib güvənilməyəcəyinə 100 
millisaniyədə qərar verir, bir ürək döyüntüsündən də tez müd-
dətdə. Qadınvari və uşaqvari üzlər daha tez güvənilir və se-
vilir. O da Laraya bir ürək döyüntüsündən də tez müddətdə 
vurulmuşdu barda başını qaldırıb ona baxdığı anda. Onu ayıq 
başla seyr edə bilməmişdi hələ ki. Azca sərxoş idi yenə amma 
indi daha aydın görürdü və daha da çox vururlurdu. Lara qa-
pıya söykənib ona baxmaqda davam edirdi. O iri və ecazkar 
gözləri ilə baxırdı. Dolğun dodaqları və həcmli saçları varıy-
dı.  Bütün  bunlar  ona  qeyri  adi  ehtiraslı  bir  görünüş  verirdi. 
Baxdıqca sanki dodaqlarına qan dolur və daha da qızarırdılar. 
Ancaq bir tanrının belə dodaqları ola bilərdi.
Dolu amma incə ayaqlarını, hündür boyunu, geniş çiyin-


32
lərini və sinəsini təkrar süzdü. Bədən dilini və özünə inamı-
nı süzdü. Üzündəki gizli hüznü süzdü və ona hər baxışında 
təkrar vurulduğunu anladı. Üzündə, özündə gördüyü hüznü 
görə bildiyi qadınları sevirdi daha çox. Ortaq ağrıları olan in-
sanları. Dərdləri olmuş insanları daha çox sevirdi, çünki yan-
larında rahat ola bilirdi. Heç vaxt özünü bədbəxt hiss etmə-
miş insanların yanında özünü pis hiss edirdi. Laranın üzündə 
görmüşdü amma o hüznü, ilk anda. Bəlkə bütün o sahib ol-
duğu ehtiras bir yana, sadəcə o hüznü üçün ona bir gecədə 
bu dərəcədə bağlanmışdı. Həm də keçirdiyi bu son bədbəxt 
günlərində ən çox ehtiyacı olduğu üz idi. Gözlərini altındakı 
naməlum qaraltılar üzündəki hüznü daha da gücləndirirdilər 
deyə düşündü. Sonra bəlkə də onu sadəcə anasına oxşayırdı 
deyə bəyənmişdi deyə düşündü. Çünki atasının genləri də bu 
fenotipə sahib qadınları bəyənmişdi və o da eyni genlərə sa-
hib idi. İnandığı yarı-deterministik həyatı təsdiqləyirdi san-
ki bütün fikirləri. Ya da tezisini dəstəkləmək üçün fikirlərini 
manipulyasiya edirdi.
Evdə  içməyə  nəyinsə  olub  olmadığını  soruşdu  Lara.  O 
da ona mətbəx dolablarını göstərərək sağdan birinci dolabın 
içində çay və kofe olduğunu dedi. Olduqca kiçik bir mənzildə 
qalırdı. Qapıdan bir başa salona girirdin və salon mətbəx ilə 
birləşik kiçik bir otaq idi, girişin sol tərəfində isə əlavə bir ki-
çik yataq otağı var idi. Dolaba doğru getdi Lara və dolabın qa-
pısını açarkən “nə fikirləşirdin, demədin,” deyə soruşdu təkrar.
“Nə bilim, ordan burdan, Evtanaziya kamplarını düşünür-
düm,” dedi və Lara bir əlində fincan dönüb ona sarı baxdı çaş-
mış və təəccüblü formada. 
“Nəyini düşünürdün?” deyə soruşdu və biraz dayanıb da-
vam etdi “Bunun etik olub olmadığını, yoxsa nə?” 
“Nə bilim, elə hər şeyi” deyə cavabladı qeyri əmin formada 
çiyinlərini çəkərək.
Lara əlində iki fincanla ona doğru yaxınlaşdı. Fincanları 
alçaq və kiçik masanın üzərin qoydu. Ondan siqaretinin olub 
olmadığını soruşdu, siqareti aldı, təşəkkür etdi və əlini bükərək 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə