Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə9/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   5   6   7   8   9   10   11   12   ...   123

33
siqareti yandırdı, dərin bir nəfəs, sonra tüstünü buraxdı, kofe-
dən bir qurtum alıb fincanı yavaşca masaya qoydu və gözlərin 
zilləyərək ona baxdı: “Yəqin” bir qədər susdu, “.. - düşündü-
yüm şeyi düşünmürdün də hə?” deyə soruşdu quru bir səslə. 
O da baxışlarını ona çevirdi. Bir-birlərinə baxdılar. Otağa ölü 
səssizlik çökdü. Pəncərənin azacıq açıq olan yuxarı hissəsin-
dən otağa küçənin səsi daxil oldu və uzaqlaşan bir mator səsi 
sükutu pozdu. Yenə də dillənmədilər. Lara üz ifadəsiylə ona 
sualın cavabını gözlədiyini işarət etdi. O yenə susurdu, doğ-
ru kəlimələri tapa bilmirdi. “Kamplara qatılmaq istəyirsən?” 
deyə soruşdu ondan. O da, “Bilmirəm” deyə cavab verdi.
“Mənə görə bu axmaqlıqdır” Lara əlavə etdi bir qədər sonra.
“Nədir axmaqlıq?”
“O kamplar. Onlar sənin kimi qərarsız insanların qərarları-
na təsir edirlər. Elə deyil?
“Onlar sadəcə kömək edirlər. Mənə gəldikdə isə, mən çox-
dan bunu düşünürdüm”
“Ancaq heç vaxt etmirdin.”
“Çünki buna ehtiyac yox idi və xoşbəxt idim”
“İndi nə olub bəs, həyat sənə mənasız gəlir deyə özünü öl-
dürmək istəyirsən?” 
“Yox əşi,” başını yellədi inkar edərək,  “Çox yersiz arqu-
mentdir. Heç sevmirəm. Heç kim həyat mənasızdır deyə özü-
nü öldürmür. Həyatın mənasız olduğunu bilib və qəbul edib 
yaşayan nə qədər insan var. İnsan sadəcə həyatdan aldığı zövq 
bitdikdə ayrılmağa qərar verir. Bioloji xoşbəxtlik üçün məna-
ya ehtiyac yoxdur. Necə ki itlər xoşbəxt olanda tullanıb düşüb 
sahiblərini yalayırlar insan da elə. Onlar nəinki həyatın mə-
nasının  olmadığını  bilmir,  bunu  hətta  düşünə  belə  bilmirlər. 
Yəni xoşbəxtlik hormonal prosessdir. Həyat çox mənasızdır, 
mən özümü öldürəcəm sözünü ancaq dünya ilə yeni tanışan 
və böyük ehtimal özünü öldürməyəcək olan yeniyetmə işlədə 
bilər. O ancaq xoşbəxtliyi bitdiyi anda öz intihar aktını yerinə 
yetirmə barədə düşünə bilər. Kimyəvi olaraq sadəcə iki şeydən 
zövq alırıq serotonin və dopamin. Geri qalanı təfərrüatdır. İn-


34
san ancaq zövq qaynaqları azalanda ya yox olanda məna daha 
doğrusu mübarizə axtarışına başlayır. Mübarizənin belə mə-
naya ehtiyacı yoxdur, beynini kimyəvi olaraq bəslədiyi müd-
dətcə. Həyatda istənilən mübarizənin mənasızlığını başa düşsə 
belə insan, bu o mübarizə üçün savaşmağın mənasız olması 
demək  deyil.  Ümumiyyətlə  mübarizələr  mənadan  doğmur 
müxtəlif hisslərin birləşməsindən doğur. Humanist təşkilat kö-
nüllüləri insanlara kömək etməyi mənalı iş olduğu üçün yox 
bu işi sevdikləri üçün edirlər. Mərhəmət hisslərini doyuraraq 
beyinlərinə  serotonin,  dopamin,  oksitosin  kokteyli  içirərək 
xoşbəxt hiss edirlər. Ya da sadəcə diqqətlərini dağıtmaq başla-
rını qatmaq üçün edirlər. Belə baxanda başqasına kömək etmə-
yin, altruizmin kökü yenə eqoya dayanır, çünki etdiyin şeydən 
həzz alırsan. Hansısa bir yaxşılığı mənalı olsun deyə etdiklə-
rini deyən insanlar yaxşı mənada riyakardırlar yəni. Sərxoşam 
deyə söhbətdən əməlli yayındım.”
“Bəs sənin dərdin nədir? Xoşbəxtliyin bitib? Ya həyat çox-
mu bərbad yerdir deyəmi?”
“Mən  sadəcə  yorğunam.  Həyatım  əziyyətinə  dəymir.  Ən 
azından mənim üçün, mənim çəkdiyim əziyyətə dəymir. Bəsit 
bir  işçi  sinifi  nümayəndəsiyəm  və  qarşılığında  aldığım  xoş-
bəxtlik bəs etmir. Sadəcə taqətim qalmayıb davam etməyə. Elə 
bil çiyinlərimdən daşlar asılıb və mən sonsuz dik pilləkənləri 
qalxıram yavaş-yavaş.”
 Dedi və bir siqaret yandırdı. Bir qədər dayandı, fikirləşdi 
və davam etdi: “...və , xeyr. Həyat bərbad bir yer deyil mən-
cə. Əksinə, həyat olduqca gözəldir deyə düşünürəm. Ancaq 
əgər sən o gözəllikdən istifadə edə bilirsənsə. Resursların ya 
maddi vəsaitin varsa. Əks təqdirdə zülümdən başqa bir şey 
deyil. Elə bil ki bir həbsxana düşün, kənarlarda dəmir bar-
maqlı hücrələr və içində yalnız və heçnəsiz məhbuslar. Bu 
hücrələri  birləşdirən  ortadakı  böyük  salonda  isə  fahişələri 
düşün  və  ortalıqda  gəzişən  nəzarətçilər.  Həyat  o  fahişələr-
dir, nəzarətçilər isə həyatın dadına baxa bilənlər, baxa bilmə 
şansı olanlar. Məhbuslar isə kasıblar, əziyyət çəkərək yaşa-


35
yan  insanlar,  yalnızlar,  kimsəsizlərdi.  Səncə  o  məhbusların 
özlərini öldürməsimi yerində olardı, yoxsa ömrü boyu oturub 
xoşbəxt insanları- nəzarətçiləri izləmələrimi?”
“Bütün məhbuslar həmişə həbsdə qalmır” 
“Optimizm.  Elədir.  Buna  görə  də  onların  bəziləri  oturub 
həyatın bir gün nə vaxt onların da üzünə güləcəyini, digərlə-
ri isə bu zillətdən canlarını qurtarmağı seçir. Tamamilə şəxsi 
seçim məsələsidir. Vəssalam. Ortada doğru ya da səhv qərar 
yoxdur. Bütün əzab çəkənlər özlərini öldürməlidir ya da göz-
ləməlidirlər deyə bir şey yoxdur. Bu riyaziyyat deyil, həyatdır 
və həyatın konkret bir formulası yoxdur. Necə yaşamalı, necə 
ölməli  ya  nə  vaxt  ölməli.”  Kofeden  bir  qurtum  aldı,  davam 
etdi: “O məhbusları da onsuz həyatda saxlayan ümiddir, bir 
gün hər şey yaxşı olar ümidi, oturub Qodotu gözləyirlər, göz-
ləri yaşlı.”
“Nəyi gözləyirlər?”
“Qodotu”
“O nədir?”
“Nə  olduğunu  Samuel  Beckettdən  soruşmaq  lazımdır. 
Onun  bir  pyesinin  adıdır.  Qodotu  gözləyərkən.  Əsərdə  iki 
absurd qəhrəman nə etdiklərini niyə etdiklərini bilmədən hər 
gün görüşüb Qodotu gözləyirlər. Əgər Qodot gəlsə hər şeyin 
yaxşı olacağını düşünürlər. O isə heç vaxt gəlmir. Qodot hər 
şey ola bilər. Kimsə, ya pul, yaxşı iş, bir sevgili, ya da bütün 
insanların ömrü boyu gözlədikləri o gün, o gün ki bir gün hər 
şeyin yaxşı olacağını sanırlar. Bir gün birilərinin gəlib onlara 
əl uzadıb, hey, sən, ordakı, gəl mənimlə, sən xoşbəxtliyə la-
yiqsən deyib onlara xoşbəxt həyat bəxş edəcəyi kimsədir Qo-
dot bəlkə də. Ancaq o gəlməyəcək.” Susdu bir qədər. “Əgər 
sənə maraqlıdırsa kitabını və ya teatr formasında hazırlanıl-
mış filmini izləyə bilərsən” təkrar susdu. “Qodot” dedi, “pul 
belə olsa, bir qadın, bir sevgili, yaxşı həyat belə olsa, insan 
doyumsuzdur və onun gəlməsi onu doyurmayacaq. Yenə əv-
vəlki kimi olacaq əhvalı. Deməli Qodot bunların heç biri de-
yil. Çünki Qodot gəlsə, hər şey yaxşı olmalıdır”. Bir qədər 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə