110
ralların ən solundakı o “iki və daha artıq sərnişini olan av-
tomobillər üçün” yazılı xüsusi olaraq ayrılmış ekspres yollar
boş idi. Ya da ən azından Mavi və onun kimi digər yalnızlar
üçün elə bir yol yox idi. Magistralda hər dəfə o yol ayrıcına
gəldiyi vaxt, sağdakı, yalnızlar üçün ayrılmış olan yola ke-
çirdi. Bəzən nifrət edirdi o işarəyə. Magistraldakı iki və daha
artıq sərnişini olan maşınları mənzillərinə daha tez çatdırmaq
üçün asılmış cansız işarədən başqa bir şey deyildi o göstəriş
yazısı ancaq yenə də, Mavi nifrət edirdi o işarəyə. İki və daha
artıq. İki bəs idi ona, daha artığı yox, ancaq yox idi, ikinci
nəfər, yox idi. Lara, yox idi. Onu ləpəli suyu olan o hüznlü
və şən gölə aparacaqdı halbuki.
Saatlar sonra küncdə yerə yıxılıb bir neçə saat yuxu ilə
reallıq arasında gedib gəldikdən sonra gecənin dərinliklərinə
doğru qonşudan bir drel səsi eşitdi. Aşağı qatlardan gəlirdi
səs. Bir müddət qulaq asdı gecənin səssizliyini dağıdan dre-
lin səsinə. Sonra səs dayandı bir anlıq və Mavinin yanaqlarına
enən ümidsiz təbəssümün yerini səssizliyin narahatedici süku-
tu aldı. Səs yenidən başladı və Mavi yenidən təbəssüb edib
laylaya qulaq asan uşaq kimi səsi dinləməyə başladı. Gecənin
bu saatında qonşuları narahat edəcəyini düşünmədən drel işlə-
dən bu adama qəzəb yox minnətdarlıq duyurdu Mavi. O lənətə
gələsi səssizliyi dağıtdığı üçün. Bu lənət binada tək yaşamadı-
ğını yada saldığı üçün. Bu lənət gecələr çox səssiz keçirdi. Bir
zamanlar çox sevdiyi o gecə səssizliklərinə indi nifrət edirdi.
Gecə gözəldir, gecə səssizdir deyirdi bir vaxtlar, ancaq artıq
səssizlikdən qaçırdı. Çünki gecənin səssizliyi, beyninin və fi-
kirlərinin gurultusu ilə əvəz olunurdu.
Ondan olsa durub gedib qucaqlayacaqdı o dreli işlədəni.
Bu lənət olası binada yaşayan hamı çox ciddi idi. Sanki eyni
yerdə yaşamırmış kimiydilər. Qonşu deyildilər. İnsanlar əvvəl-
cə fərdi azadlıqları üçün can atmışdılar, indi isə azadlıqlarının
gətirdiyi yalnızlığın içində boğulurdular. Binada yaşayanların
hərəsi bir ölkədən idi və yarısı bir-birinə nifrət edirdi. Ameri-
kalısı, çinlisi, hindistanlısı, italyanı, yaponu və fransızı. Onla-
111
rın hamısını birlikdə sadəcə bir dəfə binanın təhlükəsizlik siq-
nallarının işə düşdüyü gün görmüşdü. Birdən-birə gecə vaxtı
binanın hər tərəfini siqnal səsləri bürümüşdü və hamı ümüd-
lərini qucağına alıb ölüm təhlüksindən qorxaraq aşağı enmiş-
di. Mavi enməmişdi. Nə ölümdən qorxurdu nə də ki özünü
tərpədəcək taqəti var idi. Ancaq hamının aşağı endiyini görüb
sevinmiş və aşağı enib qonşuları ilə tanış olmaq istəmişdi.
İstədiyi tək şey qonşularıyla və yeni insanlarla tanış olmaq idi,
ancaq ona da nail ola bilmədən məyus formada geri qayıtmış-
dı. Hamı çox ciddi idi. Çünki hamının başı öz həyatına və ölü
ümidlərinə qarışmışdı.
Drel səsi kəsildi və yıxıldığı küncdə yatıb tünd mavi bir
yuxuya daldı.
* * *
Bir zooparkta qəfəsin arxasına düşmüş kiçik uşaq və onun
üstünə cummağa çalışan qəzəbli bir şirin olduğu yuxuya ayıl-
dı. Qəfəsin ətrafındakı insanlar qorxuyla onları izləyirdi. Şir
Mavini görmürdü və onun qaçıb getmə şansı varıydı. Əlində
xəncər olduğu görüb tərəddüdə düşdü. Ya şir ya uşaq öləcək-
di. Heç fikirləşməyə macal tapmamışdı ki şir uşağın üstünə
tullandı və Mavi də cəld şirin üstünə tullanaraq xəncəri onun
boynuna keçirdi. Şir yerə yıxılıb can verdi. Mavi peşmanlıq
hissiylə şiri qucaqlayıb ağlamağa və ondan üzr istəməyə baş-
ladı. Şirin nə olduğundan xəbərsiz yeni doğmuş balaları Mavi-
nin yanına gələrək onun ayağını yalamağa başladılar və o daha
da çox ağlamağa başladı.
Ordan şiddətli qaranlıq tufanların ağacları yerindən çıxa-
rıb atdığı başqa bir yuxuya oyandı. Şimşəklər çaxır və bəd-
bəxtlik leysanları yağırdı. Ətraf alçaq dağlarla doluydu və
birinin arxasından daha əvvəl heç görmədiyi licimdə nəhəng
və qorxunc bir yaratıq uzun boynunu qaldırmağa başladı
ağır-ağır. Bir bina qədər böyük idi. Nə əjdaha nə dinozavr
idi, ancaq hər ikisini xatırladırdı. Yuxulardakı o üzünü belə
112
görmədən yanımızdakının kim olduğunu anladığımız hissin
köməyi ilə bir anda gördüyünün Laplas şeytanı olduğundan
əmin oldu. Nəhəng və vahiməli şeytan ona qorxunc gözlərlə
baxırdı.
Mavi onun kim olduğunu anladıqdan sonra qışqıraraq ona
səsləndi: “Sən keçmişin nəticəsi və gələcəyin səbəbi olan kos-
mosun aqibətini görəbilən tək varlıqsan. Haqqında deyilənlər
doğrudurmu? Doğrudan da sən kosmosdakı hər atomun ye-
rini hesablayaraq gələcəkdəki formalarını anlaya bilirsənmi?
Eləisə mənim gələcəyimi görə bilirsənmi? Nə görürsən? Nə
olacaq? Ölmək istəmirəm. Ancaq gələcəyimdə qaranlıqdan
başqa heçnə görmürəm. Yenə bu qədər bədbəxt olacağamsa
ölmək istəyirəm. Səndən istədiyim tək şey, xoşbəxt olub olma-
yacağımı deməyindi.”
Şeytan ona ikrah hissiylə baxmağa davam edir gözlərin-
dəki nifrətlə onu süzürdü. “Sənə ancaq burdan baxanda nə qə-
dər qədirbilməz, nankor, naşükür, tamahkar, doymaz və acgöz
göründüyünü deyə bilərəm” - deyə kinli səslə onu cavabladı,
sualları cavabsız qalmışdı.
Cavab ala bilməyən Mavi yalvarmağa başladı amma heç
bir qarşılıq ala bilməyib şeytana əsəbləşməyə başladı: “Heç
bir cavab vermirsən, çünki heçnə bilmirsən! Gələcəyi he-
sablaya bilməzsən. Lap bütün atomların fəzadakı mövqeyini
bilsən belə yenə də hesablaya bilməzsən! Lənət olsun sənə
də o determinist Laplasa da! Onsuz da Heisenberg səni də
Laplası da təkzib edib qeyri-müəyyənsizlik prinsipi ilə. Kaş
ki real olsaydın və kaş ki Laplas haqlı olsaydı. Kaş ki mənim
iradəmin xaricində olsaydı aqibətim. Daha rahat olardım. Ta-
leyimin məsuliyyətindən azad olardım. Ancaq təəssüf ki elə
deyil. Hər şey olmasa da çox şey bizim öz əlimizdədi. İradə-
miz yarı da olsa azaddır. Sənə yazığım gəlir. Varlığının heç
bir mənası yoxdur, bunu özün də bilirsən. Elə ona görədə sən
reallıqda yox, ancaq yuxularda mövcud ola bilərsən. İndi get
və rədd ol burdan.”
Şeytan qaranlığı qucaqlayaraq yox oldu.
Dostları ilə paylaş: |