151
keçmiş sevdiklərinə bürünürsən. Təkrar oxuyursan eyni kitab-
ları bəzən. Eyni insanlarla daha tez-tez görüşməyə başlayırsan.
Qadınlara olan ehtirası belə təkrarın qurbanı olurdu. Bir nöqtə-
dən sonra fərqli qadınlar belə eyniləşir və maraqsızlaşırdı.
Əsas da media dövründə insanlar, eləcə də qadınlar bir-birinin
təkrarı, surəti kimiydilər. Media insanlara o qədər təsir etmişdi
ki fikirləri, hətta əl hərəkətləri belə hansısa məşhuru ya məşhur
ideyanı təqlid edirdi. Orijinal ruhlu insanlar gizlənmişdilər və
ruhlarının pozulmasından qorxurdular sanki.
Geri dönüb getməyə hazırlaşarkən solda, ondan on beş ya
iyirmi metr məsafədə oturan iyirmili yaşlardakı gəncə ilişdi
gözləri. Biraz da diqqətli baxdı və onu tanıdı. Aradakı iyir-
mi otuz illik fərqə baxmayaraq onu şəkillərdən xatırladığı qə-
dərilə tanımağa müvəffəq ola bilmişdi. Yanına doğru yeridi.
Gənc oturub şəhəri izləyirdi. Yaxınlaşdı Mavi. Əlini cibinə
salıb siqaret paketini tutdu və gəncin yanındaca dayanıb səs-
ləndi,
- Siqaretin olmaz?
- Aha, var, bir dəqiqə - deyib gənc əlini cibinə atdı – bu-
yur – deyib Maviya doğru uzatdı siqareti və davam etdi – son
həftələrimdi düzü, buraxacam bir dəfəlik, əgər istəsən yenə
verə bilərəm, siqaretimin azalmağı mənə də sərf edir, daha az
çəkirəm. Əslində bu il Universiteti bitirdikdən sonra buraxa-
caqdım ancaq qərar verdim ki elə indidən buraxım.
Gənc, Mavini tanımamışdı.
- 55 yaşında səhhət problemlərin ortaya çıxana
qədər siqa-
reti heç vaxt buraxmayacaqsan və hüquq fakultəsini heç vaxt
bitirə bilməyəcəksən – dedi Mavi şəhər işıqlarını izləyərək
siqareti dodaqları arasına qoyub yandırarkən.
- Hü..hüquq oxuduğumu hardan bilirsən?- deyə kəkələdi
gənc Maviyə təəccüblə baxaraq.
- Haqqında sənin bildiyindən daha çox şey bilirəm deyək.
Həm oxuyub həm də axşama qədər işləyib kiçik bacılarını tək
böyütdüyün kimi məsələn.
- Başa düşmürəm.