336
otağa girməsini bildirdi. Masada oturmasını xahiş etdi və qar-
şıda oturub onu prosedurayla bağlı məlumatlandırdı.
- Evtanaziyalar hər gün səhər yerinə yetirilir – deyə başladı
sözə.
Qarşısına çoxlu səhifələrdən ibarət bir sənəd qoydu, iş gö-
rüşmələrindəki müqavilələri xatırladırdı. Və bir növ eləydi
də. Ölüm müqaviləsiydi. Mavini axmaq bir əsəb və bu əsəbin
verdiyi acı gülüş bürüdü. Nə olduğunu bildiyi halda əsəbini
cilovlaya bilməyib iztehzayla yorğun və olduqca alçaq bir səs
tonuyla “Bu nədir?” deyə soruşdu. “Oxuyub imzalamalısı-
nız. Sonra da barmaq izinizi və kamerayla könüllü formada
evtanaziyanı qəbul etdiyinizin qeydini almalıyam, prosedura
belədir” deyə izah etdi qadın. “Prosedura..” deyə mızıldandı
Mavi. İş görüşmələrindəki o lənətə gələsi yorucu uzunluqdakı
lazımsız müqavilələri xatırladı. Heç vaxt heç kimin oxumadı-
ğı. Qarşısındakı ölüm sənədini oxumadan imzaladı. “Buyrun”
deyə qadına uzatdı. Qadın “Belə olmaz” deyib açıb sənədin
içində ona seçməsi lazım olan variantları göstərdi.
-Assistentli evtanaziyamı, yoxsa fərdi evtanaziyamı oldu-
ğunu burdan seçməlisiniz. Əgər oxumaq istəmirsinizsə burda
qısaca ikisinin fərqi yazılıb. Fərdi evtanaziyada siz bir otaqda
evtanaziya apartıyla tək olacaqsınız. Ekranda çıxan sualları
cavabladıqdan sonra aparat evtanaziyanı yerinə yetirəcək. As-
sistentlidəysə sizə iki həkim kömək edəcək.
Assistentli evtanaziya variantını işarələdi Mavi qəti əmin-
liklə. O qədər yolu gəlmə səbəbi, ölümünün bir başqasının
əlindən və rahat olmasıydı, özündə bunu edəcək cəsarəti tapa
bilmirdi.
-Burdan tarixi seçin, zəhmət olmasa. Yeddi günə qədər
burda qala bilərsiniz, qalmaq və qidalanmaq kimi xidmətlər
pulsuzdur, – digər səhifəni çevirdi – bu səhifədə mal varlığını-
zın aqibətini bildirməlisiniz, burda isə orqanlarınızı evtanaziya
sonrası bağışlamaq istəyib istəmədiyinizi.
Yeddi gün burda qalmaq fikri Maviyə hər nə qədər maraq-
lı bir fikir kimi səsləndisə də, o qədər müddət ölümün quca-
337
ğında gözləyə bilməyəcəyini düşündü və qərarsız barmaqları
sabah səhərin tarixini işarələdi. Orqan bağışı hissəsinə gəldi
və həmişə tərəddüdsüz razılıq variantını işarələdiyi bu sual
qarşısında indi bir qədər dayandı və bilinməz bir düşüncələr
bütününə qərq oldu. Bir neçə saniyə sonra özünə gəldi və tək-
rar düşündü. Taleyin ironiyası deyə düşündü, onun yaşaya bil-
məyib imtina etdiyi bu həyatda daha çox yaşaya bilmək üçün
kimlərəsə onun orqanları veriləcəkdi. Bu fikir əvvəlcə onu bir
qədər narahat etdi. Bir an ölüm üçün belə müqavilə oxuyub
imzalamalı olduğu düşüncəsi onu dəli etdi və az qala kağızla-
rı götürüb cırıq-cırıq etmək istədi. Özünü ələ almağa çalışdı.
Suala geri döndü. Ölüm sonrası onun orqanlarına nə olacağı
fikrinin çox mənasız və əhəmiyyətsiz olduğunu düşündüsə
də yenə də “razı deyiləm” xanasını işarələdi etinasızca. Geri
qalan evtanaziya qanunları və yerinə yetirilmə məlumatlarını
oxumadan son səhifəyə qədər getdi və imzaladı.
Birdən nəsə ağlına gəldi və geri səhifələrdən birinə qayıda-
raq sabahkı evtanaziya prosessinin necə olacağı hissəyə gəlib
sürətlə göz gəzdirdi. Üç mərhələli prosessin ilk mərhələsində
anesteziya üçün 5 qram natrium pentotal adlı sürətli keyidici
bir maddə verilirdi damarlara və xəstə yuxuya gedərək şüur-
suzlaşırdı. Bu mərhələ təxminən 10 saniyə çəkirdi. On saniyə
düyə düşündü Mavi. Bədənini istilik bürüdü. On saniyə ölü-
münü gözləməliydi, ya da ən azından şüurlu formada göz-
ləməliydi. Bir ömür kimi göründü o on saniyə ona. İynənin
bədənə girdiyi andan etibarən on saniyə. Diqqət dağıdıcı nəsə
varmıydı görəsən otaqda? Bom-boş divarlar idimi yoxsa sa-
dəcə? Ölümə gedən on saniyəni ən yaxşı hansı məşğuliyyətlə
yola vermək olardı? Nəyi düşünərək, nəyi xatırlayaraq, nəyə
baxaraq? Lənətə gələsi on saniyə. On saniyə nə qədər uzun
ola bilərdi? 21 qram nə qədər ağırdır? –deyə düşündü və tək-
rar düşündü. Oturduğu andan bu yana ayaqlarını bir an olsun
yelləmədən dayanmadığını xatırladı və daha sürətli yellədi.
Qadının bu işi necə seçmiş olduğu barədə fərziyələr düşündü.
“Ehtiyacı var idi demək ki” deyə özünü cavabladı. Yoxsa kim
338
belə yerdə, insanlara ölüm müqaviləsi imzaladardı. Bəlkə də
o evtanaziya könüllülərindən idi deyə düşündü. Oxumağa da-
vam etdi, növbəti inyeksiya əzələləri iflic etmək üçün istifadə
ediləcəkdi, 100 milliqram pankuronium bromid. Ən sonda isə
ürəyi dayandırmaq üçün öldürücü dozada kalium xlorid. Onun
xilaskarı. Lənətə gələsi kalium xlorid, indiyə qədər haralar-
daydın?
Qadına uzatdı müqaviləni. Barmaq izləri alındı. Qarşısın-
dakı kameraya baxmasını xahiş etdi və onun şəklini çəkdi.
Sonra qadının ondan video qeydi üçün deməsini istədiyi söz-
ləri təkrarladı: “Mənə assistentli evtanaziya tətbiq edilməsinə
könüllü olaraq razılıq verirəm”. Öldürməmişdən sanki suyunu
sıxırdı bu lənət prosedura onun. Bunun harası xoşbəxt ölüm-
dür deyə düşündü.
Son olaraq qadın ona binanın kiçik xəritəsi üzərində nə-
yin harada yerləşdiriyini göstərdi, yataqxana, yeməkxana, bar,
baxça, kilsə, psixoloq otağı, meditasiya mərkəzi, oyun otağı və
s. Sanki unudubmuşcasına başqa bi kağız daha uzatdı sonra.
Ölüm ayağında olan xəstələrə həm son anlarını yaxşı keçir-
mələri üçün həm də son qərarlarını təkrar yaxşıca düşünmələri
üçün tibbi marixuana və kiçik dozada tibbi mdma (başqa adla
ekstazi olduğunu bildirdi) təklif olunurdu və bir sıra başqa
anti-depressantlar. Major depresiya pozğunluğu kimi bir sıra
psixoloji pozuntu səbəbilə gələnlərə xüsusilə təklif edildiyi-
ni vurğuladı və əgər istəyirdisə bu sənədi də imzalamalıydı
sonra müəyyən dozada istifadə üçün ona veriləcəkdilər. Bəzi
mümkün kiçik yan təsirlər barədə xəbərdarlıq edirdi sənəd
həmçinin. Bu barədə daha əvvəl eşitmiş və düşünmüşdü Mavi.
Kamplarda bu tip maddələrin istifadəsinə şərait yaradıldığını
bilirdi. Əvvəllər bu fikrə də cazibəli baxmışdısa da, indi elə
düşünmür və bunun sözün əsl mənasında ölümdən uzaqlaş-
dırma potensialına sahib bir seçim olduğunu düşünürdü. Ən
yaxşısı içkiydi, bu onu sakinləşdirməyə bəs idi deyə düşündü.
Heç bir maddə istəmədiyini bildirdi. Otağını açması üçün bir
kart verdi qadın ona və proseduranın tamamlandığını bildirdi.
Dostları ilə paylaş: |