Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə35/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   31   32   33   34   35   36   37   38   ...   123

116
fürsət, yeni bir başlanğıc olan insanlar var idi, bir də hər səhəri 
zindan olanlar. Ədalət, sadəcə bir zarafatdan ibarət idi. Həya-
tın zarafat anlayışı. Təsadüflər nəticəsində yaranmış və davam 
etməkdə olan bir prosesdən - həyatdan - ədalət kimi ciddi və 
homogen bir anlayışı gözləmək ən axmaq gözləntiyə qapılmaq 
idi. Yenə də rasional yox emosional olan insanların bir çoxu o 
tələyə düşür və ədaləti gözləyirdilər. Yuxarılarda bir yerlərdə 
bir gün onların taleyinə baxacaq bir tanrılarının olduğunu və 
o  çox  gözəl  möhtəşəm  günü  gözləyirdilər.  Bütün  çəkdikləri 
əziyyətləri sona erəcək və tanrıları onların üzünə gülümsəyə-
cəkdi. Onlar bilirdilər ki karma, hər şeyi tənzimləyəcək. Axı 
bu düzgün deyildi, əziyyətləri. Bunu haqq etmirdilər. Haqsız-
lıq idi bu.
İnsanlar, ədalətə aşiq idilər. Ədalət, olduğu sanılıb da ol-
mayan ən böyük ehtiraslardan biri olmuş olmalıydı. İnsanlar, 
ədalət aludəçisiydilər. Onları bundan daha çox xoşbəxt edən 
heç bir düşüncə yox idi. Ən kiçik ədalət xülyası belə onları 
meyxoş edir, başlarının gicəllənməsinə bəs edirdi. Onlar, küçə-
də qadınını vəhşicəsinə döyən kişini beş metr sonra təsadüfən 
vuran maşını ədalət adlandırırdılar və gözləri ədalət yaşlarıyla 
dolurdu.  Qışqırıqlarla  sevinclərini  bölüşürdülər.  Ədalət  ora-
daydı, gəlmişdi və o kişini cəzalandırmışdı.
Doğru olmayan bir şeyə həddindən artıq ehtirasla inansa-
nız  əgər,  onun  doğruluğunu  təsdiqləyən  kiçik  ipuclarını  hər 
yerdə  görməyə  başlayacaqsınız.  Bu,  beynin  işləmə  prosessi 
idi. İnsanları tanrılara və dinlərə inandıran güc bu idi. Ədalət 
də eləydi.
Məgər, ədalət, tanrının özü deyildimi? Niyə yaratmışdı in-
san tanrını və nə istəyirdi ondan? Ədaləti istəyirdi. Bu dünya-
da ya o biri dünyada, fərqi yox idi. Onlar bir gün hər şeyin çox 
yaxşı olacağına inanırdılar. Və əlbətdəki, heç şübhəsiz, bunu 
onlara inandıran, başlarının üstündə gəzdirdikləri o beyinləri 
idi. Belə proqramlanmışdı insan. Onu həyatda saxlayacaq hər 
yalana inandırırdı beyni onu. Əks halda sürülər formasında in-
tihar etməzdimi insanlar? Edərdi. Beləcə, bir ömür boyu ona 


117
yalan danışan orqanını başının üstündə gəzdirməyə məhkum 
idi insan. Bir yalançı ilə bir ömür yaşamağa vadar idi. 
Məsələ burasındadır ki, beyin, işini o qədər gözəl görür ki, 
insanlar onun yalançı olduğunu ağıllarına belə gətirmirlər. Ya-
lançı yalanı danışa bilməyənə deyilir, elə deyilmi? Bax elə. Mil-
yardlarca illik təkamülün müvəffəqiyyətli nəticəsi olan beyinlə-
ri o qədər mükəmməl formada inkişaf edib ki, onu daşıyan saf 
bədənləri gözü yumulu aldadır. Varlıqla yoxluq arasında onlar 
əlbətdəki varlığın üstünlüyünə aldanırlar. Və hər şey, amma hər 
şey, çox gözəl olacaq. Bir gün. Ədalət. Yerini tapacaq. 
Bir  də,  digərləri  var  idi  əlbətdə.  Beyni  yalan  danışa  bil-
məyənlər. Beyni onları hər şeyin bir gün yaxşı olacağına inan-
dıra bilməyənlər. Ya beyinləri bu işdə çox zəif idi, ya da onlar 
belə ağ yalanlara inanmayacaq qədər ağıllıdırlar. Beləcə insa-
noğlu öz bədəni içində ən böyük düşmanını tapır və paradoksi-
al olaraq ikiyə bölünür. Yalançı bir beyin və xəyanətə uğramış 
küsgün bir şüur. Al, yaşa bu ikiliylə, artıq nə qədər xoşbəxt ola 
bilərsənsə. Beləliklə bədəndə insan tarixinin ən böyük savaşı, 
mücərrəd savaş başlayır. Və müharibələr nəticəsində xarabaya 
dönmüş bir fərd çıxır ortaya. Hər şeyin yaxşı olacağını iddia 
edən  optimist  bir  beyin  və  heç  nəyin  düzəlməyəcəyini  irəli 
sürən pessimist şüur. Qazanan ikinci tərəf olacağı təqdirdə sa-
vaşın sonu hər iki tərəfin ölümünə aparacaq: intihara.
 Elə buna görə də beyin, bütün ordusunu yığıb dayanıb 
şüurun qarşısına. Milyonlarca il çəkib ordusunun təlimi və 
hər biri tək məqsəd üçün ixtisaslaşdırılıb: ölməmək. Bütün 
genləri  arxasına  alıb  beyin.  Amma,  bütün  ordunun  dizləri 
əsir. Hamısının. Zira qarşılarında tarixin ən möhtəşəm və ən 
güclü düşmanı dayanıb: şüur. Mücərrəd olan tək şey. Fikir. 
Və bu, ən ağıllı şüurlardan biri olmuş olmalıydı digər mil-
yonlar arasından, çünki onu aldada bilməmişlər. Ona görə də 
dizləri  əsir  bütün  ordunun.  Beynin  küçələrində  bugünlərdə 
qan, su yerinə axır.
Ona yalvaran bir beyni var idi Mavinin, ölmək istəməyən. 
Yalvarırdı ona. Və utanmadan gözünün içinə baxaraq yenə 


118
yalan deyir, ona bir şans daha verməsini və hər şeyin yax-
şı  olması  üçün  əlindən  gələcək  hər  şeyi  edəcəyini  deyirdi. 
Ona  vədlər  verirdi. Vədlərin  bəziləri  zaman-zaman  Mavini 
tələyə salmağa bəs edirdi. Məsələn ona bir gün şəhərin han-
sısa təsadüfi bir küçəsində Larayla qarşılaşma ehtimalların-
dan bəhs edirdi beyni. Və bəzəyirdi hekayəsinin arxa planını 
şirnikdirici detallarla. Romantikləşdirirdi. Günəşli və gözəl 
bir gündə deyirdi məsələn. Bihuş edirdi. Sözün əsl mənasına 
bihuş edirdi, zira bi-huş, huşu, fikri, şüuru başından getmiş, 
insana  deyilirdi.  Rasional  düşüncə  arxa  cibə  qoyulurdu  və 
beyin yalanları ilə onun şüurunun diqqətini dağıda bilirdi za-
man-zaman.
Kaş  ki  deyirdi  hərdən,  kaş  daha  yaxşı  bir  yalançı  olsay-
dı beyni. Kaş inansaydı ona. Razı idi cahil xoşbəxtliyə. Eybi 
yox, əsas olan xoşbəxt olmaq idi, forması deyildi. Qətiyyən. 
İnsan, hormonları əl verdikcə istənilən şəkildə istənilən yerdə 
və zamanda istənilən situasiyada xoşbəxt ola bilərdi. Xoşbəxt-
lik zira, hormonal bir oyun idi. Artığı deyil. Dünyanın ən ucqar 
yerlərində  belə  xoşbəxt  və  bədbəxt  insanlar  var  idi  birlikdə 
yaşayan, dib-dibə. Uzaqlarda, Tibetdə məsələn, kilometrlərcə 
yuxarılarda  dağ  başındakı  o  maşıngirməz  təpələrdə  yaşayan 
iki xəyali kasıb qonşu məsələn. Hər ikisi tək və kasıb yaşayan 
bu iki yaşlı kişidən, sağ qapıda qalanı necə də xoşbəxt idi hər 
səhər. Sol qapıda hər gün intihar planlarıyla qıvrılan 70 yaşlı 
qocadan nə fərqi var idi onun? Hər ikisi eyni situasiyadaydı-
lar, eyni yer, eyni küçə, eyni dərəcədə mal varlığı və yalnızlıq. 
Keçmişlərimi fərqliydi? Xatirələrmi? Bəlkə də. Məlum olan 
tək şey var idi: xoşbəxtlik situasiyadan daha çox hormonal idi 
və hər şey hamı üçün nisbi idi.
Əlbətdə xoşbəxtlik həm də situasiyaya bağlıydı. Situasiya, 
yəni fərdin olduğu vəziyyət, şərait, olduğu yer, şəhər, işlədiyi 
iş, sahib olduğu dostlar və bütün bunların bütünü xoşbəxt bir 
fərdin hormonal balansını poza da bilərdi, bədbəxt fərdi nirva-
naya da çatdıra bilərdi. Ya da hormonal balansı fərqli bir fərd 
də heç bir təsir göstərməyə də bilərdi.


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə