181
ona heyran-heyran baxması kifayət idi. Yanındakı qız isə içirdi
və çox içmişdi, ikisi də eyforiyayla gülürdü, ancaq birini süni
içki digərini isə saf xoşbəxlik güldürürdü.
Aralıqlarla bir neçə qız ona baxıb gülümsəyərək rəqsə
dəvət etdilər ancaq heç birinə yaxınlaşmadı. Təbəssüm edib
yola verdi. Həvəssiz idi. Səs küyün içində arasıra xəyala dalıb
təkrar oyanırdı. Belə yerləri ona görə sevirdilər əsas da, real-
lıqdan uzaqlaşa bilmək üçün. O qədər gutultulu səs və izdi-
ham olur ki bəzən öz iç səsini belə eşitmirsən. Diqqətin yayılır
və öz real problemlərini unudursan. İnsanlar həyatlarındakı
narahat edici səssizliklərindən qaçmaq üçün barlara gedirlər.
Üstəlik burda qaranlıq və izdihamın içində dəliliklərini orta-
ya çıxara bilir, istədikləri qədər qışqırır və oynaya bilirdilər.
Məsələn çöldə heç kim tək siqaret çəkmək istəmirdi, siqaret
üçün çıxmaq istəyənlər qapının ağzında heç kimin olmadığı-
nı görəndə yarısı geri dönürdü. Çünki bəzən siqaret çəkmək
məqsəd yox, qapının ağzındakı hansısa yadla keçici söhbətlər
etmək üçün vasitə idi.
Böyük spikerlərə yaxınlaşıb qulaq dəliyini barmağıyla
tıxayıb başını gurultulu musiqinin qaynağına dayadı və bas
dalğalarını bütün bədənində hiss etməyə başladı. Sağ ayağı rit-
mə uyğun templə yellənməyə başladı. David Bowie’nin
I am
afraid of Americans musiqisi bitdi və yerinə Wolfsheim’dən
Touch başladı. Gözünü yumdu və musiqini hiss etdi.
İçkinin təsiri siqaret istəyini tətikləmişdi amma hələ ki çıx-
mamağı qərara aldı. Ortada tək oynayan olduqca uzun boylu
təxminən 40 yaşlı kişiyə fikir verdi. Hansı qıza yaxınlaşırdısa
qız üzünü çevirirdi. Ancaq o içkinin təsiriylə yenə də özünü
sındırmır və başqa qıza yaxınlaşırdı o da üzünü çevirirdi və o
sərxoş əl qol hərəkətləriylə sanki “rədd olun” deyirdi, “hamı-
nız rədd olun”. Niyəsə onu Riçarda oxşatdı, bəlkə də yazıqlı-
ğı səbəbilə. Mavinin ona baxdığını gördü və oynaya-oynaya,
səndələyərək ona yaxınlaşdı. Yanındakı divara söykəndi.
- Çəkirsən? –deyə yüksək səslə Mavidən soruşdu.
- Nə? Eşitmirəm. –
Mavi yüksək səslə soruşdu
182
-
Kokain deyirəm, çəkənsən?
- Bəzən.
-
Əgər istəyirsənsə gəl mənlə, maşında varımdı.
-
Bilmirəm, yox yəqin. Yaxşı maldı?
- Hə, əlimə keçmişlərin ən yaxşısıdı. Gəl. – deyə sərxoşca
səndələyərək çağırdı Mavini.
- Biraz fikirləşim – deyib Mavi on on-beş saniyə oynayan-
lara baxaraq düşündü.
- Sadə bir sual üçün həddindən artıq fikirləşirsən. Mən ge-
dirəm, əgər gəlmək istəsən beş dəqiqə vaxtın var, çöldə maşın-
da olacam- deyib səndələyərək uzaqlaşdı.
Getmədi. Heçnə istəmirdi canı. Bir müddət sonra kişini
gördü oynayanların arasında. Eyforiyadaydı. Artıq heç bir
qıza yaxınlaşmadan özü üçün oynayır və dərin xoşbəxtlik
hiss edirdi. Onun üçün həm sevinib həm üzüldü Mavi. O
sadəcə başqa bir yalnız idi. Qarışıq və təkrarsız hərəkətlər-
lə oynayır ancaq yəqin ki möhtəşəm oynadığını düşünür və
özünü tanrı kimi hiss edirdi bu dəqiqələrdə. Sabah isə hər
şey onun üçün yenə eyni hətta daha da pis olacaq. Beynində-
ki xoşbəxtlik hormonlarını açıb buraxmış olan kokain sabah
onu daha da süründürəcəkdi. Ortaya qədər yeriyib kişini qu-
caqladı Mavi, sonra əlini bir neçə dəfə çiyninə vuraraq ona
əla oynadığını və davam etməsini dedi. Ordan keçib bir içki
daha alıb tualetə getdi. İçəridə narkotik alıcı və satıcıları var
idi. Təkliflərə yox deyib işini görüb çölə çıxdı. Siqaret çək-
mək üçün ordan da çıxdı. Soyuq idi. Siqaretini yandırıb bir
küncdə dayandı. Qısa paltarlı qızların ayaqlarına baxdı. Üşü-
mürlərmi deyə düşündü. İçkinin təsiriylə daha da ehtiraslı
formada təkrar süzdü ayaqları.
- Oi! Səncə də o oğlanın bığları Nietzschenin bığlarına ox-
şamırmı?- deyə yanında yüksəs səslə müzakirə etməkdə olan
iki irlandiyalı sərxoşdan biri ondan soruşdu.
- Deyəsən- deyə etinasızca cavabladı.
- Maraqlıdı görəsən onun kimi dahidirmi - deyə digər oğ-
lan diləndi və onlar yüksək səslə güldülər.