Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə8/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   4   5   6   7   8   9   10   11   ...   84

 
16
kardio-cihaza qədər uzanan kabellərə yenə dözmək olardı, amma büzüşüb düymə boyda qalmış penisimə keçirilən və 
hardasa yatağın altında gözdən itən uzun katetoru görəndə, qasıq nahiyəmdə məni nəyin narahat etdiyini nəhayət başa 
düşdüm və dərhal bu şlanqdan azad olmaq barədə planlar qurmağa başladım. Həkim gələn kimi deyəcəm çıxardıb rədd 
eləsin onu.  
Sevilə “çox sağ ol” dedim və minnətdarlıq əlaməti olaraq ona gülümsədim. 
Sevil ədyalları üstümə örtdüyü əsnada, mədəmdən eybəcər bir quruldama eşidildi.  
- Deyəsən acam – suçlu-suçlu dedim. 
Sevindi, elə bil dünyaları bağışladılar ona. 
- Zöhrab demişdi ki, acsa sulu yemək verə bilərsiniz. Toyuq supu var. Deyim qızdırıb gətirsinlər? 
- Olar dedim. Bir azdan gətirərsən, – gözlərimi yumub boynumun ağrısını həzm etməyə çalışdım. - Deməli yarım ildir heç 
nə yemirəm? 
- Hə, yemirsən. Damarlarından qidalanırdın – şirin-şirin gülüb alnımı oxşamağa başladı. 
- Bağışla, sənə axmaq sual verəcəm. Mənim neçə yaşım var? 
Sevil bir az tutulsa da, tez özünə gəlib dedi: 
- Otuz iki. 
- Bəs sənin? 
- Otuz. 
- Cavan görünürsən.  
- Sağ ol – deyib yanağımdan öpdü. 
- Bəs məni hardan tanıyırsan?  
Bir saniyə  əvvəl qupquru olan gözlər yenə sulandı. Göz qapaqlarını  qırpsaydı damcılar yanaqlarından süzüləcəkdi. 
Ağlamasını istəmirəm, əsəbiləşirəm. 
- Sevil xahiş edirəm, ağlama! Xoşum gəlmir. İstəyirsən soruşmayım. 
Dərindən köks ötürüb göz yaşlarını “geri qaytarmaq” üçün əvvəl tavana, sonra da mənə baxdı: 
- Mən sənin həyat yoldaşınam.  
 
*** 
 
Doktor Zöhrab o qədər çox danışdı ki, beynim şişdi. Əvvəl gəvəzəliyini optimizminə bağışlamağa hazır idim. Sonra isə 
özü hər  şeyi korladı. Sevilin əri olduğum xəbərinin  şokundan ayılmamış, palataya gələn kimi şən hərəkətləri, məzəli 
söhbətləri ilə mənə toxtaqlıq verməyə çalışdı, sonra da amneziyamın nə vaxta qədər davam edəcəyini dəqiq bilmədiyini 
deməklə qanımı qaraltdı.  
- Adətən belə yaddaşsızlıq nə qədər çəkir? – soruşdum. 
- Çətin ki, üç aydan çox çəksin, amma bilmək olmur. 
Sonra yeməklə bağlı danışdı. Dedi ki, qidalar mənə az-az veriləcək ki, aylarla boş qalan mədəm tədricən öyrəşsin. 
Katetoru çıxarmağa isə dərhal razılıq verdi, çünki özüm sidiyə gedə bilərəmmiş. Qəribəsi də o idi ki, mənimlə danışanda 
istifadə etdiyi bütün terminləri başa düşürdüm, Sevil isə  hər dəfə ondan nəsə  dəqiqləşdirirdi. Həkim olduğumu deyən 
Zöhraba inanmamaq üçün artıq heç bir əsasım yoxdur. Özü də indiki vəziyyətimdə hansı peşənin yiyəsi olmağım məni 
bir o qədər maraqlandırmır. Həkim də ola bilərdim, kosmonavt da. Yarıcanlı, natamam bir insan kimi, məni bircə sual 
maraqlandırırdı - nə vaxt sağalıb əvvəlki həyatıma qayıdacağam? Zöhrab isə dəqiq heç nə demir. Deyə bilmir.  
Çıxıb getməmişdən əvvəl, dişlərimi qıcıyıb zarımağımı vecinə almayan Zöhrab katetoru dartıb çıxartdı və:  
- Çarpayının altında sidik qabı var – dedi. - Bayıra getmək istəsəniz ya sanitarı çağırın, ya da xanımınızdan kömək 
istəyin.  
Sevil boynunu büküb dayanmışdı. Zöhrab son cümləsində ona işarə edəndə “əlbəttə, əlbəttə” dedi və mənə gülümsədi. 
Mən də qarşılığında Sevilə gülümsəyib “nə yaxşı ki, nəcis məsələsində  bəxtim gətirib, bağırsaqlarım bomboşdur” 
düşündüm. Ümid edirəm ki, az-az qidalandığıma görə, bir həftə bayıra getmərəm. O vaxta qədər də  yəqin ki, özüm 
ayağa qalxa bilərəm. 
Zöhrab qapıya yaxınlaşan yerdə, qəfildən yadına nəsə düşübmüş kimi Sevilə:  
- Sevil xanım, yeri gəlmişkən, sanitarlar gecə-gündüz işləyirlər – dedi. - İstəsəniz gedib evdə rahat yata bilərsiniz. 
Uşaqdan da ayrı qalmısınız neçə gündür. 
Sevil çəkingənliklə divanı göstərib: 


 
17
- Narahat olmayın. – dedi. – Burda yerim rahatdır. Uşağa da nənəsi baxır. 
Zöhrab “özün bilərsən” mənasında çiyinlərini çəkib palatadan çıxan kimi, beynimi gəmirən sualı verdim: 
- Sənin uşağın var? 
Deyəsən ağlamamaqla bağlı ona verdiyim “tapşırıq” təsir eləmişdi. Gözləri dolmağa hazır olsa da, Sevil buna cəsarət 
etmədi. Başını yırğaladı: 
- Hə. Bizim uşağımız var. Oğlumuz.  
- Adı nədir.  
- Özgür. 
- Özgür? – düşüncəli halda dedim və pəncərəyə baxdım. Məni dünyaya, həyata bağlayan sirr kimi düşürdü yadıma nəsə. 
Külək səngimişdi deyə, küknar da artıq qamətini əymirdi. – Bəs niyə gətirmirsən bura?  
- Necə gətirim? Nə sən hazırsan buna, nə də o. Altı ay ərzində iki dəfə gəlib görüb səni. Gələndə də ağlayır ki, atam niyə 
oyanmır?  
Bu dəfə Sevillə birlikdə ağlamağa hazır idim. Hiss etdim ki, burnumun içi sızıldayır. Özümü güclə saxlayıb:  
- Başa düşürəm – dedim. – Neçə yaşı var? 
- Səkkiz. İkinci sinfə gedir.  
Güldüm.  
- Nə tez evlənmişəm. 
- Tez evlənmisən - dedi və gözlərindəki yaş pərdəsinin arxasından təbəssüm etdi. – Tez evlənmişik. 
Budur, iki damla süzülür yanağından. Mövzunu dəyişmək vaxtıdır.  
Sağ əlimi qaldırmaq istədim. Biləyimi tərpədə bildim ancaq. Sevil bu cəhdimi görüb əlimi tutdu.  
- Ürəyin nəsə istəyir? Bəlkə tualet... 
- Yox, narahat olma. Bir yerdə uzanıb qalmaqdan bezmişəm. Sevil... 
Əlimi bir az da möhkəm sıxdı. 
- Can. 
- Zöhrab demişdi ki, mən həkiməm. 
- Düz deyir. Stomatoloqsan. Yəni diş həkimi – şirin-şirin gülümsəyib alnımda puçurlanmış təri sildi.  
- Nə maraqlı – düşüncəli gözlərlə Sevilin başının üstündən qapıya baxdım.  
Sevil gözlərimin yol çəkdiyini görüb nə haqda düşünə biləcəyimi təxmin etdi.  
- İstəyirsən sənə xəstə dişimi göstərim?  
Ayağa qalxıb üzümə əyildi, ağzını açdı. Üstdəki altıncı böyük kök dişinə barmağı ilə işarə elədi. Diş minası əməlli-başlı 
zədələnmişdi. Ağır karies.  
- Altıncı dişin təcili müalicə olunmalıdır - dedim.  
- Bax, görürsən – gözləri sevincdən parıldadı. Sonra köks ötürüb – vaxt tapıb həkimə gedə bilmirəm – dedi. – 
Gözləyəcəm sən özünə gəlib müalicəmlə məşğul olasan.  
- Qəribədir – gözlərimi yumub dedim. 
- Qəribə zad deyil. Peşəkar həkim kimi, intuisiyanla hər  şeyi özün başa düşdün. Düzələndən sonra öz işinə 
qayıdacaqsan – dedi və soruşdu - Yuxun gəlir? Yatmaq istəyirsənsə, yat.  
- Yox əşi, nə qədər yatmaq olar? – gözlərimi açdım. - Bilirsən nə fikirləşirəm? Deyirsən biz bir ailəyik, oğlumuz da var, 
özü də ikinci sinifə gedir. Amma mən... özümü ata kimi, nə bilim, ailəli adam kimi hiss eləmirəm.  
Sevil sözlü adama oxşayırdı, amma tərəddüd edirdi. Gözlərini də qaçırtdı məndən.  
- Mənə nəsə demək istəyirsən? 
- Murad biz... biz bir neçə ildi ki, boşanmışıq.  
Gic gülmək tutdu məni. Çətinlik çəksəm də, uğunub getdim. Güləndə sinəm ağrıyırdı. Görünür sınmış 
qabırğalarımdandır. 
- Nəcə yəni boşanmışıq? Mən sənin kimi gözəl bir qadını niyə boşamalıyam axı? 
Sevil ciddi nəzərlərlə baxdı üzümə. 
- Sən məndən yox, mən səndən boşanmışam. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə