Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə9/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   5   6   7   8   9   10   11   12   ...   84

 
18
Qapı açıldı, Zöhrab palataya girdi. Əynində xələt yerinə palto var idi. Gözucu ona baxıb, üzümü təzədən Sevilə çevirdim. 
Onun dediklərini təhlil etməyə, anlamağa çalışırdım. Nə qədər zorlasam da beynimi, yadıma heç nə düşmürdü. Heç nə! 
Bu vəziyyət mənə çox ağır və ağrılı gəlirdi. Elə bil nəfəsim kəsilirdi, boğulurdum. Necə yəni? Axı necə ola bilər ki, heç nə 
yadıma düşmür? Bəli, başımda anaya, ataya, övlada dair xatirələr dolaşır. Lakin bu xatirələr axar su içərisində görünən, 
formasız halda diyirlənən daş kimi tutqun və ağırdır. Kölgələr görünür və yox olur, lakin tam bir sima, bir surət yarada 
bilmirlər. Duyğularımda da nə isə bir iz var, amma dəqiq xatırlaya bilmirəm.  
Zöhrab yanımıza yaxınlaşıb cihazlara baxa-baxa:  
- Əla! Sabahdan fizioterapiya kursları başlayır - dedi. - Arada uzanan yerdə əl-ayağınızı hərəkət etdirin ki, açılasınız bir 
az.  
- Bəs evə haçan gedə bilərəm?  
Zöhrab şaqqanaq çəkib güldü. 
- Aa! Maşallah! Sevil xanım, görürsünüz də, gözlərini açın kimi qaçmaq istəyir. Yox əzizim, olmaz! Hələ azı on gün 
burdasınız. Belə tezliklə hara gedirsiniz?  
- Bədənimi tərpədirəm amma ağrılarım var. Çox narahatam.  
- Bu gündən sizə yüngül ağrı  kəsicilər vurulacaq, narahat olmayın. Mən indi gedirəm, növbəm qurtarıb. Bir də sabah 
görüşəcəyik. Amma nəsə lazım olsa doktor Rafaelə deyə bilərsiniz. Sevil xanım tanıyır onu.  
Sevil başını əyib “bəli, tanıyıram” dedi.  
- Onda sabaha qədər – Zöhrab şən səslə dedi və çıxdı. 
Həkim gedəndən sonra, söhbətin nə haqda gedəcəyini başa düşən Sevilin mövzunu dəyişmək cəhdi baş tutmadı: 
- Acmısansa yeməyi qızdırım – dedi. 
- Məndən nə üçün boşanmısan? – soruşdum. 
Cavab vermək yerinə  əyilib dodaqlarımdan öpdü. Mən isə  hərəkətsiz uzanmışdım, gözlərimi də  qırpmadım. 
Soyuqluğumu görüb: 
- Olar bu haqda sonra danışaq? İndi yeri deyil – dedi. 
- Yaxşı. Onda heç olmasa de görüm, nə vaxt barışmışıq?  
- Əslində aramızda barışıq olmayıb.  
- Biz boşanandan sonra, həyatında başqa kişi olub? 
- Murad, xahiş edirəm!  
Əsəbiləşmişdim. Ayağa qalxıb otağı darmadağın etmək, bağırıb-çağırmaq istəyirdim. Bilmirəm, bəlkə  də Sevilə  əl 
qaldırardım. Görəsən həmişə belə əsəbi olmuşam? 
- Yaxşı. Qalsın sonraya - ağır-ağır nəfəs alaraq dedim. – Sən deyən olsun.  


 
19
Özgür 
 
 
 
 
Günlər yeknəsəq, darıxdırıcı keçsə də - ağrıkəsici iynələr, tualet proseduraları, ilıq şorbalar, sistemlər - keçmişimlə bu 
günüm arasında yeganə körpü, yaddaşımın bərpasında tək köməkçim, ötən günlərimə  səyahətlərimdə  bələdçim olan 
Sevil hər gün, hər an yanımda idi deyə, yaddaşsız həyatımın boz xəstəxana səhifəsinə  rəng qata bilirdim. Yuxuya 
gedəndə  də, gözlərimi açanda da Sevili görürdüm. Beynim yaxşı  işləyirdi - hər  şeyi aydın, səlis başa düşür, təhlil 
edirdim. Lakin hafizəm... Hafizəm inadla geri qayıtmaq istəmirdi. Xilas edilmək üçün sahibi tərəfindən tez-tez sulanan, 
dərmanlar püskürdülən, əlqərəz xüsusi qayğı ilə əhatə olunan solğun dibçək bitkisi hiss edirdim özümü.  
Hər gün fizioterapiya həkimi Esmira xanımın nəzarətində, Sevilin əlindən tutub bir saat dəhlizdə gəzirdim. Belə gəzintilər 
zamanı ayaqlarımda yüngül sızıldama hiss etsəm də, gəzməkdən zövq alırdım. Elə bil gəzmək üçün, yerimək üçün 
darıxmışdım. Mənə elə  gəlirdi ki, dəhlizdəki pəncərələrdən xəstəxananın həyətinə, gəlib-gedən maşınlara, gəzişən 
xəstələrə, xəstə yaxınlarına saatlarla baxsam da doymaram. Küçə üçün, insanlar üçün darıxmışdım. Ayağa qalxdığım 
ikinci günün axşamı  nəhayət tualetə  də getdim. Bağırsaqlarımın ehtimal etdiyimdən də dolu olması xeyli 
təəccübləndirmişdi məni. Oradan çıxandan sonra bədənimdə hiss etdiyim yüngüllüyün dünyanın  ən gözəl duyğusu 
olduğunu Sevilə deyəndə, dəhlizdə şaqqanaq çəkməmək üçün özünü güclə saxladı.  
Axşamlar xəstəxananın səsləri susandan sonra, Sevillə palataya qapanıb söhbət etməyin ləzzəti bambaşqa olurdu. 
Psixikamın qayğısına lazımından artıq qalan, ifrat həssaslıq göstərən Sevili sorğu-suala tutmurdum artıq – özü nəyi 
lazım bilsə, o haqda danışırdı. Anasından, işindən, rəfiqələrindən söhbət açırdı  və  nə deyirsə desin, dərin maraqla, 
acgözlüklə qulaq asırdım ona. Çünki danışdığı hər şey yeni idi mənim üçün. Tez-tez mənə təsəlli verməyi də unutmurdu 
- hər  şey düzələcək, yaxşı olacaq, evə gedəcəyik, yaddaşın bərpa olunacaq... Sevil danışdıqca onun dodaqlarına, üz 
cizgilərinə, mimikalarına diqqətlə baxır; tanımağa, yaddaşımın qaranlıq, dolaşıq labirintlərində itirdiyim qadınıma yenidən 
qovuşmağa çalışırdım. Dəqiq yada salmasam da, əvvəllər onu hardasa gördüyümdən  əmin idim, başa düşürdüm ki, 
yaxın olmuşuq, bir-birimizə aid olmuşuq. Amma harda, necə, nə zaman? Hər gün bir az daha çox tanıyırdım onu. Tanıyır 
və sevirdim. Palatada gözümü açıb onu qarşımda gördüyüm andan etibarən bu mülayim, mehriban baxışı öz üzərimdə 
hiss edəndən bəri qırılmaz tellərlə, ömürlük onu bağlanmışdım. İndi anlayıram ki, bu sirayətedici, cazibədar, adamı əsir 
edən və bununla da onu çılpaqlandıran anadangəlmə sehrli baxışlar məni keçmişimdə də feyzyab edib.  
Ayağa qalxıb gəzməyə başladığım üçüncü günün axşamı şorbamı içib, bir dənə də kotlet yemiş, Sevili artan iştahamla 
sevindirmişdim. Bir saata yaxın dəhlizdə gəzişib palataya qayıdandan sonra isə qapını bağlayıb divana oturmuşduq. Nə 
qədər öpüşdüyümüzü xatırlamıram, amma beldən aşağı heç nə hiss etməməyim, oyanmamağım təlaşa salmışdı məni. 
Qan-tər içində qalmış, acizlikdən ağlamaq həddinə çatmışdım.  İnstinktiv olaraq başa düşürdüm ki, özümü idarə edə 
bilmirəmsə, yaşamağın da mənası yoxdur. Əziyyət çəkdiyimi, üzüldüyümü görən Sevil isə, məni sakitləşdirir,  əlini 
ehtiyatla qasığımın üstünə qoyaraq qulağıma təsəlli sözləri pıçıldayır, məni öpməyə davam edirdi. İnanırdım ona. Bilirdim 
ki, ayağa qalxmağı bacardığım, yavaş-yavaş  hər  şeyi yada salmağa başladığım kimi, kişilik funksiyalarımı da qaytara 
biləcəyəm. Bu, yalnız zaman məsələsidir. 
Səhər Zöhrab palataya gələndə, artıq oyanmış, Sevilin danışdığı lətifələrə qulaq asırdım. İndi mənə aydın olur ki, o gün 
bəzi lətifələrin kontekstini anlamadığım üçün gülə bilmirdim, gözlənilən reaksiyanı göstərmirdim deyə, Sevil pərt olurdu. 
Zöhrab kefimin kök olduğunu görüb gülümsədi. Özümü necə hiss etdiyimi, ağrıyıb-ağrımadığımı soruşdu və Sevilə: 
- Yavaş-yavaş Murada keçmişi haqda danışmağa başlayın – dedi. - Bir ara uşağı da gətirin. Amma qabaqcadan onun 
haqqında atasına məlumat verin ki, uşaq sonra pərt olmasın, psixikası  zədələnməsin – deyib mənə baxdı. – Bəlkə 
özünüz hiss eləmirsiniz, amma mən görürəm ki, xeyli irəliləyiş var. Belə getsə, çox demirəm, uzağı bir aya, ay yarıma 
tam düzələcəksiniz.  
Mənim ağlım isə Sevildə qalmışdı. Zöhrabın tövsiyəsindən sonra, “qalsın sonraya” bəhanəsi nəhayət əlindən çıxacaq və 
hər  şeyi bir-bir mənə danışacaqdı. Yenə  də ehtiyatlı olacağını, mənə pis təsir edə biləcək ağır xəbərləri birdən-birə 
çatdırmayacağını da bilirdim. Olsun. Elə qədərində danışsa da qənimətdir.  
Zöhrab gedənə yaxın palataya gələn tibb bacısı  Qəmər, növbəti ağrı  kəsicini vurub, yanıma dağ  çəkdi. Komadan 
çıxdığım gündən, nifrət etməyə başladığım birinci adam bu qadın olmuşdu. Ufuldaya-ufuldaya yanımı ovuşdurub 
qurtarandan sonra, pambığı tumboçkanın üstünə atdım və palatadan çıxan Qəməri burnumun dibində söyüb, üzümü 
Sevilə çevirdim. Pəncərənin qabağında dayanmış, küçəyə baxırdı. Başımı yastığa atıb dərindən köks ötürdüm. 
Gözləyirdim özü başlasın danışmağa. Hardan başlayacağını da özü daha yaxşı bilir.  
Diqqətlə ona baxdığımı hiss edib üzünü mənə döndərdi: 
- Səndən ona görə boşanmışdım ki, ailənə vaxt ayırmırdın – nə mənə, nə də uşağa. İstəyirəm bunu biləsən. 
- Nə danışırsan!? - heyrətim gözlənilməz və gülməli alındı deyə, Sevil başını bulaya-bulaya güldü. Mənsə gülə bilmirdim. 
İstəyirdim bu barədə daha müfəssəl danışsın. Danışdı da.  
Evliliyimizin ilk günlərində ideal bir ər olduğumu, onu çox sevdiyimi, hətta biz evlənəndə artıq Özgürə hamilə olduğunu 
öyrəndim. Aylar, illər keçdikcə evə, ailəyə qarşı soyuyur; dostlarımla daha çox vaxt keçirirmişəm. Klinikada işləməyə 
başlayandan sonra isə ümumiyyətlə Sevildən uzaqlaşmışam. Tez-tez dostlarımla görüşür, gecələr evə gec saatlarda
əksər hallarda da içkili gəlirmişəm. Ayıldığım gündən bəri, hər dəfə  təzə bir şey eşidəndə beynimi zorlayır, nəsə 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə