«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə1/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
  1   2   3   4   5   6   7   8   9   ...   61

Ali-İmran surəsi





BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

«ALİ-İMRAN» SURƏSİ


﴿ بسم الله الرحمن الرحيم ﴾

AYƏ 1:

﴿ الم ﴾

MÜQƏTTƏƏ HƏRFLƏRİ BARƏSİNDƏ İZAH


«Bəqərə» surəsində qeyd olunduğu kimi, «Əlif, lam, mim» müqəttəə hərflərindən sayılır. Bu hərflər barəsində bəlkə də ən məşhur nəzəriyyə bunu hesab etmək olar ki, onlar Allahla Onun Peyğəmbəri arasında sirli bir rəmzdir. Yaxud bu məsələni çatdırır ki, Quran məhz həmin müqəttəə hərflərindən təşkil edilmiş və Allah-təala bu hərflərdən təşkil olunan Quranı bir mövzu şəklində nazil etmişdir.

Allah-təala Öz qüdrəti ilə cansız torpaqdan canlı, şüurlu və idrak sahibi olan bir insan yaradır. İnsanlar isə torpaqdan sadəcə olaraq kuzə, saxsı, kərpic və s. kimi cansız əşyalar düzəldirlər. Məhz bu da ilahi qüdrətin bəşər qüdrəti ilə olan fərqidir.

«Əlif, lam, mim» hərfləri altı surənin − «Bəqərə», «Ali-İmran», «Ənkəbut», «Nun», «Loğman» və «Səcdə» surələrinin əvvəllərində gəlmişdir. «Əlif, lam, ra» hərfləri də altı surənin: «Yunus», «Hud», «Yusif», «Rəd», «İbrahim» və «Hicr» surələrinin əvvəlində gəlmişdir. «Ham, mim» hərfləri də altı surənin: «Şura», «Fussilət», «Zuxruf», «Duxan», «Casiyə» və «Əhqaf» surələrinin əvvəllərində gəlmişdir. Göründüyü kimi, bu hərflərdən hər biri altı surənin əvvəlində nazil olmuşdur. Lakin yerdə qalan müqəttəə hərfləri isə yalnız bir surədə gözə çarpır.

AYƏ 2:


﴿ اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ ﴾

TƏRCÜMƏ:


«Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O diri Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi əbədidir.»

TƏFSİR:


Allah-təala xəllaqiyyətdə (xəlq etməkdə), tədbirdə (yaradılış aləmini lazımınca idarə etməkdə) və varlıqlara hakim olmaqda tam və kamil agahlığa malikdir. Maddi səbəb və amillər isə yalnız hər hansı bir şeyin vücuda gəlməsinə, varlıq səhnəsinə qədəm qoymasına səbəb olur. Lakin onların heç biri zatən diri deyil və varlıqları zati sayılmır. Onların elm, həyat və qüdrət kimi maddi amilləri qeyri-müstəqildir. Yalnız Allah-təala mütləq şəkildə diridir və hər bir varlığın da diriliyi məhz Onun səbəbi ilədir.

«Cövşən Kəbir» duasında oxuyuruq: «Ey hər bir diridən öncə var olan Diri, ey hər bir diridən sonra qalan Diri, ey o Diri ki, heç bir diri Onun oxşarı deyil, ey dirilikdə heç bir şəxsin Onunla şərik olmadığı Diri, ey heç bir diriyə ehtiyacı olmayan Diri, ey bütün diriləri öldürən Diri, ey bütün dirilərə ruzi verən Diri, ey diriliyini heç bir diridən əxz etməyən Diri.»1



İNCƏ MƏTLƏBLƏR

1. Bu məqama çatmağın şərti məhz zati kamal mərtəbələrinə malik olmaqdır. Həyy və Qəyyum da onun nümunələrindən biridir.

2. Tövhid prinsipi bütün səmavi kitabların sərlövhəsini təşkil edir.

AYƏ 3:


﴿ نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ التَّوْرَاةَ وَالإِنجِيلَ ﴾

TƏRCÜMƏ:


«Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq ( ali əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat İncili (onların hər birini isə) birdəfəlik məcmu halında nazil etdi.»

TƏFSİR:


«Tövrat» sözü ibrani mənşəli olub «şəriət» və «qanun» mənasını ifadə edir. Tövrat beş hissədən ibarətdir və bunlara sifr, yəni kitab deyilir:

1. Yaranış sifri;

2. Xüruc sifri;

3. Laviyan sifri;

4. Edad sifri;

5. Təsniyə sifri.

Tövratda Həzrət Musanın (ə) vəfatı və dəfni bəyan olunduğuna görə məlum olur ki, onun mətləbləri Musanın (ə) vəfatından sonra yazılaraq bir yerə toplanmışdır.

İncil yunan sözü olub «müjdə» və «yeni yaradılış» mənasını ifadə edir və məsihilərin səmavi kitablarının adıdır. Onun adı Quranın hər yerində tək formada işlənmişdir. Lakin hazırkı məsihilərin arasında müxtəlif incillər mövcuddur ki, aşağıda qeyd olunanlar onlardan daha məşhurdur:

1. Mətta (Matta); Mətta «Allah bəxş edən», «Allah bağışlayan» deməkdir. Mətta həzrət İsanın (ə) 12 şagirdindən birinin adıdır.

2. Mərqus (yaxud Murqus); Mərqus İsadan (ə) sonra öz incilini Petrosun nəzarəti altında yazmışdır.

3. Luqa (Luka); Luqa Həzrət Yunusun (ə) dostu və səfər yoldaşlarından birinin adıdır.

4. Yühənna. Yühənna həzrət İsanın (ə) şagirdlərindən biridir.

Qeyd olunmalıdır ki, adları çəkilən incillərin hamısı Həzrət İsanın (ə) göylərə çəkilməsindən sonra yazılmışdır.

İNCƏ MƏTLƏBLƏR:

1. Peyğəmbərlərin səmavi kitabları biri digərini təkmilləşdirir.

2. Əvvəlki səmavi kitabların və peyğəmbərlərin təsdiq olunması allahpərəstlərin vəhdət amili və başqalarının haqq yola dəvət olunması vasitəsidir.

3. Quran Tövrat və İncili təsdiq etməklə özündən əvvəlki səmavi kitabların həqiqətən mövcud olduğunu sübut edir və bununla da əvvəlki dinlərin üzərində böyük haqqa, imtiyaza malik olur. Çünki Tövrat və İncilə qarışdırılmış batil mətləblər və xurafatlar onların səmavi kitab olmasını tamamilə unutdura bilərdi.

4. Tərbiyənin mərhələləri, eləcə də onun vasitə və göstərişləri müxtəlif məkan və zaman şəraitində bir-birindən fərqlənir. Lakin onların hamısı təkamül ahəngindən və vahid hədəfdən bəhrələnmişlər.

5. Quranın Peyğəmbəri-Əkrəmə (s) nazil olması onun şəxsiyyəti ilə əlaqədardır və Allah tərəfindən ikrama, hörmətə layiq görülür. (Bu, «əleykə» kəlməsinin «kitab» kəlməsindən qabaq gəlməsindən məlum olur.)

6. Quran hər növ batil, yanlış mətləblərdən uzaq və real həqiqətlərlə tam mənada uyğundur.

7. Quran «Qədr» gecəsində Peyğəmbərin (s) qəlbinə birdəfəyə, 23 il ərzində isə tədricən (müəyyən hadisələrlə əlaqədar) yenidən nazil olmuşdur. Amma Tövrat və İncilin hamısı birlikdə və bir yerdə nazil olmuşdur. («Nəzzələ» tədriclə, «ənzələ» isə birdəfəyə nazil olmağı göstərir.)

8. Səmavi kitabların göndərilməsi ilahi sifətlərin cilvələnməsidir. (Bu əvvəlki ayədəki xüsusiyyətlərə nəzər yetirməklə məlum olur.)


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə