«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə14/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

AYƏ 43:


﴿ يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ ﴾

TƏRCÜMƏ:


«Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl bütün əməlləri yalnız Ona görə yerinə yetir), səcdə et ruku edənlərlə birgə ruku et (namaz qılanlarla birgə namaz qıl)

TƏFSİR:


Bu ayədə mələklərin həzrət Məryəmə digər bir xitabından söhbət açılır. Onlar deyirlər: “Ey Məryəm! Bu böyük ilahi nemətlərin şükrünü yerinə yetirmək üçün Pərvərdigarına səcdə et və rüku edənlərlə birlikdə rüku et.”

AYƏ 44:


﴿ ذَلِكَ مِنْ أَنبَاء الْغَيْبِ نُوحِيهِ إِلَيكَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُون أَقْلاَمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ ﴾

TƏRCÜMƏ:


«Bu (hekayətlər), qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. (Yoxsa ki) sən onların Məryəmi kimin himayəyə götürməsi üçün qələmlərini (püşk məqsədi ilə suya) atdıqları zaman onların yanında deyildin. Həmçinin, onlar bir-birləri ilə (Məryəmi saxlamaq üçün) mübahisə dava-dalaş etdikləri zaman (da sən) onların yanında deyildin

TƏFSİR:


Bu ayə Həzrət Məryəmin başına gələn əhvalatların digər bir hissəsini bəyan edərək buyurur: “Həzrət Məryəmin və Zəkəriyyanın başına gələn əhvalatlar qeyb xəbərlərindəndir ki, sənə vəhy edirik.” Çünki bu hadisələr (hər növ xurafatdan pak olan, səhih tərzdə) əvvəlki kitabların heç birində təhrif olunmamış şəkildə mövcud deyildi və onun yeganə mənbəyi yalnız Quran, ilahi vəhy idi.

Bu hadisənin davamında buyurulur: “Onlar püşk ataraq Məryəm üçün bir himayəçi təyin etməkdən ötrü oxlarını suya atdıqları zaman, eləcə də Bəni-İsrail alimləri Məryəmə himayədarlıq iftixarına çatmaq üçün bir-biri ilə çəkişib mübahisə etdikləri zaman sən orada deyildin. Biz bunların hamısını vəhy vasitəsi ilə sənə çatdırırıq.”

Bu ayədən və «Saffat» surəsində Həzrət Yunisin barəsində nəql olunanlardan aydın olur ki, çətin işlərin həll olunması, yaxud müəyyən mübahisəli məsələlərdə çıxılmaz vəziyyət yarananda bu işin həll olunub ixtilaflara son qoyulmasında püşk atmaqdan istifadə etmək olar.

AYƏ 45:


﴿ إِذْ قَالَتِ الْمَلآئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ ﴾

TƏRCÜMƏ:


«(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya axirətdə cəlal ehtiram sahibi (Allah dərgahına) yaxınlardandır

TƏFSİR:


Quranda Həzrət İsa (ə) «Allahın kəlməsi» deyə qeyd olunur. Quranda «kəlmətun» sözü məxluq mənasında işlədilmişdir. «Kəhf» surəsinin 109-cu ayəsində buyurulur: “Əgər Allahın kəlmələrini yazmaq üçün bütün dəryalar mürəkkəb olsaydı - qurtarar, lakin Allahın kəlamları sona yetməzdi.”

Quranda «vəcihən fid-dunya vəl-axirə» (dünya və axirətdə üzüağ, hörmətli, alnıaçıq) vəsfi təkcə Həzrət İsa (ə) barəsində deyilmiş, sair şəxslərin barəsində bu xüsusiyyət qeyd olunmamışdır.



İNCƏ MƏTLƏBLƏR

1. Qadının məqamı elə yüksək səviyyəyə çata bilər ki, Allah-təala mələk vasitəsi ilə onunla danışsın.

2. Allah-təala Öz övliyaları üçün təvəllüdlərindən qabaq ad qoyur.

3. İsa Allahın övladı deyil, Onun məxluqudur. O, Məryəmdən dünyaya gəlmiş, onun bətnində rüşeym dövranını keçmişdir. Bu halda necə ola bilər ki, Allahın övladı olsun?

4. Övlad nemətdir.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə