«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə6/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   2   3   4   5   6   7   8   9   ...   61

AYƏ 18:


﴿ شَهِدَ اللّهُ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ وَالْمَلاَئِكَةُ وَأُوْلُواْ الْعِلْمِ قَآئِمَاً بِالْقِسْطِ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴾

TƏRCÜMƏ:


«Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə daha sonra peyğəmbərlərin, ağılın səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq ( işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər elm sahibləri ( şəhadət verdilər). (Bəli) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət (xilqət şəriətdə) möhkəm yaradılış sahibidir.»

TƏFSİR:


Allah-təala varlıq aləmində yeganə və vahid sistem yaratmaqla Öz Zatının yeganəliyinə şəhadət verir. Yəni yaradılış aləmində mövcud olan qanunauyğunluqlar, nizam-intizam və s. hamısı varlıq aləminə yeganə qüdrətin hakim olmasından söhbət açır. Başqa sözlə desək, Allah-təala yaradılışın qəribəlik axarlarında həyatın şahidləri olan hikmətli ixtiraları ilə Özünün yeganə olmasından xəbər verir, Öz məxluqlarının yaranmasını Özünün yeganəliyinə şahid gətirir. Eyni zamanda insanlara başa salır ki, Onun yaratdığı varlıqların oxşarını yaratmağa belə bir kəsin qüdrəti yoxdur. Mələklər də mövcud elm və qüdrəti, yaradılışın qəribəliklərini görməklə Allahın yeganə olmasına şəhadət verirlər. Elm sahibləri və alimlər də yaradılış aləmində elmi təcrübələrlə sübuta yetirib dərk etdikləri qəribəlikləri görməklə bunları yarada biləcək qüdrətin Allahdan başqa heç bir varlıqda olmadığını anlayır və məhz buna görə də Allahın yeganə olmasına şəhadət verirlər. «Elm sahibi» kəlməsinin bütün alimlərə aid edilməsinə baxmayaraq, rəvayətlərə əsasən məqsəd peyğəmbərlər və imamlardır.

«Qaimən bil-qist» – mələklər şəhadət verirlər ki, ədaləti bərqərar edən Allahdan başqa heç bir məbud yoxdur. O, yeganədir, Ondan başqa heç bir məbud yoxdur, ruzi verən, bəndələri ilə ədalət əsasında rəftar edən və heç bir işdə zülmə yol verməyən də məhz Odur.


AYƏ 19:


﴿إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ إِلاَّ مِن بَعْدِ مَا جَاءهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَمَن يَكْفُرْ بِآيَاتِ اللّهِ فَإِنَّ اللّهِ سَرِيعُ الْحِسَابِ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz (peyğəmbərlərin gətirdikləri şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü ) həsəd təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir.»

TƏFSİR:

DİNİN MƏĞZİ HAQQIN QARŞISINDA MÜTLƏQ ŞƏKİLDƏ TƏSLİM OLMAQDIR.


Allahın yeganəliyi bəyan olunduqdan sonra ilahi dinin də vahid olması haqda belə buyurulur: «Allah yanında din yalnız İslam dinidir.» Yəni, Allah dərgahında həqiqi din məhz Allahın əmr və fərmanları qarşısında qeyd-şərtsiz təslim olmaqdan ibarətdir. Həqiqətdə dinin ruhu hər bir əsr və zamanda haqqın qarşısında təslim olmaqdan başqa bir şey olmamış və olmayacaqdır da.

Kitab əhli olanlara gəldikdə isə, (məqsəd yəhudilər və məsihilərdir) onlara elm verildikdən sonra ixtilafa düşdülər. Onlar İslamın haqq olduğunu bildikdən sonra bu dindən üz döndərdilər. Həzrət Məsihin (ə) ardıcılları üç Rəbbə (ata, oğul və Ruhul-Qüdsə), yəhudilər isə Üzeyirin Allahın oğlu olduğuna inandıqları üçün hər iki dəstə Həzrət Məhəmmədin (s) nübüvvətində ixtilafa düçar oldular. Halbuki, öz dini kitabları olan Tövrat və İncildə Peyğəmbəri-Əkrəmin (s) bütün xüsusiyyətlərini müfəssəl şəkildə oxumuşdular və bu barədə tam məlumata malik idilər. Onlar Həzrət Məhəmmədin (s) Allah tərəfindən göndərilən ilahi bir peyğəmbər olduğunu dəqiq şəkildə bilirdilər.

«Bəğyən bəynəhum» kəlməsində məqsəd budur ki, onların Peyğəmbəri (s) inkar edib ixtilafa düçar olmaları İslamın haqq olması barəsində şübhəyə düşmələri üzündən deyildi. Çünki onlar bu barədə əsla şəkk etmirdilər. Bu iş onların həsəd və məqampərəstlik kimi rəzil xüsusiyyətlərindən irəli gəlirdi.

« mən yəkfur biayatillah...» - (yəni hər kəs Allahın ayələrinə qarşı kafir olsa, onları inkar etsə...). Allahın ayələri dedikdə Quran, Tövrat, İncil və onlarda Peyğəmbərin (s) qeyd olunan xüsusiyyətləri nəzərdə tutulur.



« innəllahə səriul-hisab» - Allah-təala hesabları çox sürətlə aparır və camaatın əməl dəftərində heç nə Onun üçün gizli deyil.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə