«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə9/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

AYƏ 26:


﴿ قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَن تَشَاء وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاء وَتُعِزُّ مَن تَشَاء وَتُذِلُّ مَن تَشَاء بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾

TƏRCÜMƏ:


«De: Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir istədiyini xar edirsən! Xeyirin (həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən»

TƏFSİR:


«Məcməul-bəyan» təfsirində, eləcə də Fəxri Razinin «Təfsiri kəbir»ində oxuyuruq ki, Peyğəmbəri-Əkrəm (s) Məkkəni fəth etdikdən sonra İran və Romanın da fəth olunacağını müsəlmanlara müjdə verdikdə münafiqlər çox təəccüblə bir-birinə baxırdılar. Bu zaman yuxarıdakı ayə nazil oldu.

Bəziləri də bu ayənin «Xəndək» müharibəsində xəndəyin qazıldığı zaman nazil olduğunu demişlər. Belə ki, Peyğəmbər (s) külüngü bərk bir daşa vurduqda ondan qığılcım çıxdı. Həzrət (s) buyurdu: «Mən bu qığılcımlarda Mədain və Yəmən saraylarının fəth olunmasını Cəbraildən eşitdim.» Münafiqlər bu sözü eşitdikdə istehza ilə gülümsədilər. Bu zaman yuxarıdakı ayə nazil oldu.

Qeyd olunmalıdır ki, bu ayədə qeyd olunduğu kimi, izzət və zillətin məhz Allah tərəfindən əta olunması ilahi qanunlar əsasındadır. Çünki Allah-təala heç kəsə bir səbəb olmadan, əbəs yerə izzət, başıucalıq bağışlamaz və ya kimisə səbəbsiz olaraq zillətə düçar etməz. Məsələn, rəvayətdə oxuyuruq ki, hər kəs Allah xatirinə təvazökarlıq etsə, Allah-təala onu izzətli edər, hər kəs təkəbbür göstərsə, Allah onu zəlil edər. Buna əsasən başıucalıq və izzət, eləcə də zillət və xarlıq nəticə etibarı ilə Allah tərəfindən verilir. Lakin onun yaranma şəraitləri bizim əlimizdədir.

Bu ayə ayrı-ayrı şəxslərin ləyaqətləri və insanların marağı nəticəsində yaranan qüdrət və hökumətlərə nəzər yetirir. Amma zorakılıq, təhdid, rüşvət, daxili və xarici ünsürlərin köməyi nəticəsində əldə olunan hakimiyyətə əsla qiymət vermir.



İNCƏ MƏTLƏBLƏR

1. Bütün hökumətlərin həqiqi maliki Allahdır. Allahdan qeyrisinin mülkü isə müvəqqəti və məhduddur.

2. Allah-təala ləyaqəti olan hər kəsə hökumət bağışlayır. Necə ki, Süleymana, Yusifə, Talut və Zülqərneynə əta etmişdir.

3. Dua və ibadət məqamında tövhid zəruri bir məsələdir. Məsum İmamlardan (ə) nəql olunan «Şəbaniyyə» münacatında deyilir: «Pərvərdigara, mənim artmağım da, azalmağım da Sənin əlindədir, Səndən başqasının yox.»

4. Əgər həqiqi malik Odursa, deməli, başqasının malı və mülkiyyəti bir növ əmanət sayılır. Ondan əsil malikinin razılığına uyğun olaraq istifadə edilməlidir.

5. Allahın əlində olan şeylər (mülkün verilməsi və alınması) bütünlüklə xeyirdir. Amma biz özümüzün tələm-tələsik mühakimələrimizdə onun səbəb və fəlsəfəsini bilmirik.

6. İzzət də, zillət də Allahın əlindədir. Deməli, gərək başqasından izzət təvəqqe olunmasın.

7. Əgər insan heç bir bir mülkün həqiqi maliki deyilsə, onda nə üçün ona malik olduqda məğrur, əlindən getdikdə isə məyus olur?!


AYƏ 27:


﴿ تُولِجُ اللَّيْلَ فِي الْنَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الَمَيَّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَن تَشَاء بِغَيْرِ حِسَابٍ ﴾

TƏRCÜMƏ:


«Gecəni gündüzə gündüzü gecəyə qatırsan (qışın əvvəlindən yayın əvvəlinə kimi gecənin bir hissəsini tədricən gündüzə daxil edir yayın əvvəlindən qışın əvvəlinə kimi həmin miqdarı gecəyə daxil edirsən) ölüdən diri diridən ölü çıxarırsan (cansız təbiətdən bitki, nütfədən heyvan, kafirdən mömin ya əksinə mömindən kafir çıxarırsan). istədiyinə hesabsız (saysız miqdarda, layiq olmasa belə əvəzsiz olaraq) ruzi verirsən

TƏFSİR:


Bu və bundan əvvəlki ayədə insanlarda tövhid ruhunu çiçəkləndirmək üçün Allahın qüdrətindən on iki dəfə söz açılmışdır. Bu ayədə əvvəlcə müxtəlif fəsillərdə gecə və gündüzün saatlarının azalıb-artmasından söhbət açılır. Əlbəttə, bunun günün tədrici olaraq çıxıb batmasını da göstərməsi mümkündür. Amma əvvəldə qeyd edilən məna daha aşkardır. Sonra isə Allahın ölünü diridən, dirini də ölüdən çıxartması (vücuda gətirməsi) kimi qüdrət nişanələrinə işarə edilmişdir. Buna misal olaraq Allahın canlı hüceyrələrin cansız təbii və kimyəvi maddələrdən yaratmasını, eləcə də dirilərin ruhunu almaqla onları öldürməsini nümunə göstərmək olar. Digər bir baxımdan isə Allah bəzən ölmüş qəlblərə malik olan kafirlərdən qəlbi sağlam olan imanlı övladlar, bəzən isə ürəyi sağlam olan möminlərdən kafir və ölü qəlbli övladlar meydana gətirir.
İNCƏ MƏTLƏBLƏR

1. Yaradılışdan əlavə, kainatda olan hər bir dəyişiklik və tədbir də Allahın hikmətli əli ilə baş verir.

2. Allahın qüdrəti məhdud deyildir; ölüdən diri, diridən də ölü xəlq edir.

3. Bütün insanların ruzisi Allahın hikmətli iradəsi əsasında verilir.

4. Gecə-gündüzün dəyişməsi, fəsillərin bir-birini əvəz etməsi və iqlim şəraitinin dəyişilməsi Allahın bərəkət və mərhəmətlərindən biridir.

5. «Hesabsız ruzi» dedikdə məqsəd onun hesabının Allahın əlindən xaric olması deyil, çoxlu nemətlər verməsi nəzərdə tutulur.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə