Ali İXTİsas təHSİLİNİn d ö V l ə tstandart I



Yüklə 194,74 Kb.
tarix23.01.2018
ölçüsü194,74 Kb.
#22260

ALİ İXTİSAS TƏHSİLİNİN


D Ö V L Ə T S T A N D A R T I
(Ali ixtisas təhsilinin birinci pilləsi – Bakalavr)
Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan

M İ N İ M U M D Ö V L Ə T T Ə L Ə B L Ə R İ


İstiqamətin şifri və adı: T 300000 «Sosial – mədəni sahədə servis»

İxtisasın şifri və adı: T – 300101 «Turizm və sosial-mədəni servis xidməti»


Bakı 2006 –cı il





  1. İstiqamətin ümumi xarakteristikası

1.1.

1.2.



1.4.

1.5.

II.

2.1


2.2.

2.2.1

2.2.2

2.2.3


2.2.4

-
-


-

IY.


T 300000-«Sosial- mədəni sahədə servis» istiqaməti Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 09.01.1997- ci il tarixli 04 saylı qərarı ilə təsdiq edilmişdir.



Əyani təhsil formasında istiqamətin normativ təhsil müddəti 4,0 ildir.

Bakalavr ali təhsilin birinci pilləsidir.

Məzuna verilən akademik dərəcə- «Mədəniyyət bakalavrı», ixtisas dərəcəsi – «Turizm meneceri».

Bakalavr fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də istiqamət(ixtisas) üzrə magistraturada təhsil almağa hazır olmalıdır.

Bakalavrın peşə fəaliyyətinin əsas sahələri:

- mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən xidmət sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s.

- mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələri( ali məktəblərdə elmi, elmi-pedaqoci fəaliyyət sahələri istisna olmaqla).

İstiqamət(ixtisas) üzrə bakalavr pilləsini başa vurmuş məzunun hazırlıq və bilik səviyyəsinə qoyulan tələblər.

Bilik səviyyəsinə qoyulan ümumi tələblər:

Bakalavr:-

humanitar və sosial iqtisadi elmlər sahəsinin əsas tələblərini, sosial xarakterli problemləri və onların elmi təhlilini, bu elmlərin metodlarından öz peşə fəaliyyətində istifadə etməyi; insanın cəmiyyətə, ətraf mühitə münasibətini tənzimləməyi, insan şəxsiyyətinə tətbiq olunan etik və hüquq normalarını; canlı və cansız təbiətdə baş verən dəyişikliklər, öz peşə funksiyalarını yerinə yetirdikdə bu prosesləri və hadisələri nəzərə almağı; fiziki kamilləşmə adəti və sağlam həyat tərzi haqqında elmi anlayışı; mədəniyyətə, geniş təfəkkürə, yazılı və şifahi nitqlə onun nəticələrini düzgün ifadə etməyi; texniki, maliyyə və insan faktorlarını nəzərə almaqla, idarəetmə prinsiplərini və istehsal münasibətlərinin əsasları; elmi inkişaf və sosial təcrübənin dəyişməsi şəraiti üçün yeni bilik almağı; öz peşəsinin mənasını və sosial əhəmiyyətini; ixtisas funksiyalarını yerinə yetirməklə əlaqədar, qarşıya məqsəd qoymağı və həmin məqsədə nail olmaq üçün öyrənilmiş elmlərin metodlarından istifadə etməyi; icraçıların əməyini təşkil etməyi, fikir ayrılığı şəraitində düzgün qərar qəbul etməyi; peşə fəaliyyətinin dəyişməsinə metodiki və psixoloci cəhətdən hazır olmalı, psixoloci gərginlik yarana biləcək problemləri aradan qaldırmağı, iki xarici dildə ünsiyyətdə olmağı bacarmalıdır.

Fənnlər üzrə bilik və bacarıqlara qoyulan tələblər:

Humanitar fənlər üzrə bakalavr:

Azərbaycan Respublikasının Dövlət dili olan Azərbaycan dilini sərbəst bilməli, onun leksikasından peşə fəaliyyətində sərbəst danışmağı bacarmalı və yazı vərdişlərinə malik olmalıdır. Mütəxəssisin peşə səviyyəsinin artırılmasında ingilis və rus dillərinin əhəmiyyətini nəzərə alaraq həmin dillərdə olan ədəbiyyatlardan və yazılı mənbələrdən sərbəst istifadə etməyi bacarmalı və bu dillərin leksik məzmununu bilməlidir. Seçmə yolu ilə humanitar fənnlərə dair bilik əldə etməlidir.



İstiqamətin(ixtisasın) ümumpeşə hazırlığı fənnləri üzrə:

- riyazi biliklər sahəsində onun müəyyən təsəvvürləri olmalı, bu fənnin ümumi prinsiplərini bilməli və onun üsullarını tətbiq etməyi bacarmalı;

-informasiya haqqında, onun qorunması, işlənib-hazırlanması və vərdişlərinə yiyələnməli;

-konkret proseslər üçün modellər düzəltməyi və düzəldilmiş model daxilində lazımi hesabatlar aparmaq təcrübəsinə malik olmalı;

- proqramlaşdırma və hesablama texnikası, proqramm təminatı imkanlarından istifadə etməyi bacarmalı;

- obyektlərin kəmiyyət və keyfiyyət nisbətlərinin istifadələri üçün riyazi simvolikalardan istifadə etməyi bacarmalı;

- elektron hesablama maşınlarının növləri və iş prinsipi haqqında anlayış, əsas qurğuları, alqoritm anlayışı; kəmiyyət, kəmiyyətin növləri və adı, alqoritmin icrası, müasir kompyuter dillərinin qısa xarakteristikasını; proqramların tərtibini, dövri hesablamaların təşkili alt proqramların yaradılmasını; kompyuterlə sərbəst davranmağı, işə qoşmanı, sərbəst yazmağı, yazının çap edilməsi və çoxaldılma prinsiplərini, maşınlarda əməliyyatların aparılmasını; psixologiyanın vəzifələrini və onların müasir tədqiqat metodlarını; psixi proseslər haqqında anlayışı, dərketməni, hafizəni, təfəkkür və şəxsiyyət anlayışını, qabiliyyət və temperamenti; müəssisə və təşkilatlarda peşə psixologiyasının və etikasının aktual məsələlərini; kollektivin və rəhbərliyin psixoloci xarakterinin əsaslarını və peşə etik normalarını; əmək fəaliyyətinin psixoloci aspektlərini və kollektivdə qarşılıqlı etik norma və fəaliyyətin tətbiqini; əməyin mühafizəsi və ekologiyanın qorunması haqqında təlimatı- normativ aktları, onların tətbiqini; iş şəraitində əməyin qorunmasına nəzarəti, əmək məcəlləsinə əsasən bütün qanunların icrasının yerinə yetirilməsini; yeni tip avadanlıqların iş prinsipini, onlarla davranış qaydalarını, işə buraxılması və istismar qaydalarını, onlara qulluq elementlərini; yeni tip avadanlıqların faydalılığının qiymətləndirilməsi, xidmətin təşkili, avadanlıqların cərəyan mənbəyinə qoşulması və ayrılmasını, avadanlıqların markası, sxemi və iş üsulunun düzgün təşkilini; istismara buraxma, təhvil-təslim sənədlərinin tərtibini; ətraf mühitin qorunması və ekologiya haqqında qanunların mahiyyətini; yanğın əleyhinə mübarizə tədbirləri və təlimatı, avadanlıqlardan istifadə qaydalarını; mehmanxana, turizm və sanatoriya-kurort komplekslərində və təsərrüfatlarında, iaşə müəssisələrində nomenklatur sənədlərin hazırlanması, onların ayrı-ayrılıqda tərtibini və hüquqi əsasını; müqavilə, saziş, kontrakt və turist qəbulu sənədlərinin hazırlanması zamanı tərəflərin hüquqi vəzifələrini; mədaxil-məxaric sənədlərinin, əmrlərin, məktubların, arxiv sənədlərinin tərtibini, onların hüquqi normativ aktlara uyğunluğunu; mehmanxana - turist və sanatoriya kurort komplekslərində və iaşə müəssisələrində istifadə olunan bütün sənədlərin doldurulmasını bacarmalıdır;

- elmin və elmi idrakın, onun strukturunda, formalarında və metodlarında, sosial və etik problemlərində ümumi anlayışı, şüurun mahiyyəti: əxlaqın şüurlu və şüursuzluğunu, insanda bədən və ruhun başlanğıcını bioloci və sosial başlanğıc haqqında təfəkkürü, şəxsiyyətin formalaşması şəraitini, onun azadlığını, məsuliyyəti və cəmiyyətdə insanlar arasında mənəvi normaların qaydaya salınmasını; ictimaiyyətin və şəxsiyyətin funksiyalarını və qanunlaşmış sosial addımlarının başa düşülməsini, cəmiyyətin əsas sosial institutları, sosial qarşılıqlı hərəkat, sosial təbəqələşməni və sosial struktur haqqında anlayışı; şəxsiyyətin sosiallaşması proseslərinin, sosial əxlaqın idarəetməsi və özünüidarəçiliyin formalarının xüsusiyyətlərini; sosial hərəkatların və faktorların dəyişməsini bilməlidir.



İxtisas fənnləri üzrə:

Bu fənnlər bakalavra alacağı ixtisasın daha dar istiqamətləri üzrə biliklər vermək, elmi tədqiqat metodlarını öyrətmək və onu praktik vərdişlərə yiyələnmək imkanlarını reallaşdırmaq üçündür. Bakalavrın ixtisas hazırlığına tələblər bu bölümə daxil olan fənnlərin məzmunu ilə müəyyənləşdirilir. Bu bölümə daxil olan fənnlər həmin istiqamət üzrə magistr ixtisaslaşma proqramlarını təmin etməlidir.

Bakalavr:

- mehmanxana və turist komplekslərində servis xidmətinin əsaslarını, binaların və komplekslərin fəaliyyətinə görə seçilməsini; qonaqların qəbulunu və onlara göstərilən servis xidmətinin təşkili, turistlərə göstərilən xidmətin növlərini; xarici qonaqlara və turistlərə göstərilən mədəni xidmətin təşkilini və mədəni davranış qaydalarını; mehmanxana binalarının təyinatı üzrə seçilməsini, binanın memarlıq elementlərini, binanın konstruktiv elementlərini, onların istismarını və təmirini; mehmanxana binalarında mühəndis, texniki qurğuların təyinatı üzrə yerləşdirilməsini, istismarını və təmirini; sanitar texniki avadanlıq və qurğular, onların istismarı və təmirini; dünya turizminin yaranma tarixini, müasir dünya turizminin inkişafına təsir edən amilləri; Azərbaycanda turizmin yaranmasını, inkişafını, quruluşunu; turizmin ətraf mühitə təsirini, turizm növlərini, regionlarda yaşayan əhalinin mədəni və iqtisadi əlaqələrinin yaranmasında turizmin rolunu; turizmin coğrafiyası və ölkəşünaslıq hazırlığı fənninin nəzəri və praktiki aspektlərinı; səyahətlərin planlaşdırılmasını və təşkilini; turizm səfərlərinin növlərini, seçilməsini, marşurutların tərtibini; turizm səfərlərinin təşkilində və turist marşurutlarının seçilməsində tələb edilən sənədlərin tərtibini və hazırlanmasını; bazar iqtisadiyyatı şəraitində marketinqin rolunu və məqsədini; xidmət sahələrində bazar iqtisadiyyatına uyğunlaşması ilə bağlı marketinqin rolunu; müəssisənin idarə edilməsində və fəaliyyətində marketinqin vəzifələrini; xidmət sahələrində gəlirin artırılması məqsədilə marketinq və idarəetmənin növlərini və formalaşmasını; valyuta məzənnəsi və onun əhəmiyyətini, valyuta kursları və onların növlərini; beynəlxalq valyuta sistemlərinin mahiyyətini; beynəlxalq və milli valyuta sistemlərinin formalaşdırılmasına təsir edən amilləri; birca fəaliyyəti, onun təşkili və idarə edilməsini; banklar tərəfindən hesabların açılması yollarını və hesablar üzrə əməliyyatları; bazar iqtisadiyyatının və xidmət sahələrinin əsaslarını; bazar iqtisadiyyatına keçidin zəruriliyini, yollarını; iqtisadiyyatın və sahibkarlığın mahiyyətini; təsərrüfatın yeni formalarını, müəssisəsinin sosial iqtisadi inkişafını; xidmət sahələrində hesabatlar və rentabelliyin təyini; təsərrüfat formalarının maliyyələşmə yollarını; mühasibat uçotu, audit və kreditləşmə sisteminin tətbiqini, təsərrüfat vasitələri və onların əmələ gəlmə səbəblərini, mühasibat balanslarını, hesablanmasını, mal-materialların qiymətləndirilməsini, əmək haqqı və xərclərin hesablanmasını, maliyyə əməliyyatını; bazar iqtisadiyyatının əsaslarını, bazarın növlərini, xidmət sahələrində təsərrüfatın yeni formalarını, sərbəst bazar qiymətlərinə keçməni; menecer işinin və işçi heyətin idarə olunmasını; idarəetmə qərarlarının qəbulu, münaqişələrin həlli, işgüzar danışıqların aparılmasını; turizm menecmentinin meydana gəlmə səbəblərini; menecerin funksiya və vəzifə prinsiplərini; rəhbərliyin iş prinsipini, turizm inkişafı üçün forma və metodlarını bilməlidir.



Xüsusi fənnlər üzrə:

İnsanın inkişfında və mütəxəssis hazırlığında bədən tərbiyəsinin rolu tərzinin əsaslarını bilməlidir;

Sağlamlığın qorunmasını və möhkəmləndirilməsini, psixofiziki qabiliyyətləri və keyfiyyətləri inkişaf və təkmilləşdirən praktiki bacarıq və vərdişllər sisteminə malik olmalıdır;

Həyat və peşə məqsədinə çatmaq üçün bədən tərbiyəsi və idman fəaliyyətindən istifadə etmək təcrübəsi əldə etməlidir;



İİ T 300000- Sosial-mədəni sahədə servis istiqaməti üzrə bakalavr hazırlığını təmin edən ali baza təhsil proqramının stukturu



Fənnin kodu

Fənn bölümü və fənlərin adı

saatlar


Kreditlər


A. HSF-B00 Hümanitar fənnlər- 435 saat



HSF-B01

Azərbaycan tarixi

90

6

HSF-B02

Azərbaycan*(rus) dili

90

6

HSF-B03

Xarici dil

165

11

HSF-B04

Seçmə fənnlər**

90

6

B. İÜHF-B00 İstigamətin(ixtisasın) ümumpeşə hazırlığı fənnləri


İÜHF-B01

Turizmin əsasları

60

4

İÜHF-B02

İqtisadiyyat

60

4

İÜHF-B03

Statistika

60

4

İÜHF-B04

İnformatika

90

6

İÜHF-B05

Riyaziyyat

90

6

İÜHF-B06

Psixologiya

60

4

İÜHF-B07

Dünyanın iqtisadi və sosial coğrafiyası

60

4

İÜHF-B08

Turizm marşrutları və ekskursiya işinin təşkili

90

6

İÜHF-B09

Mühasibat uçotu

60

4

İÜHF-B10

Turizm fəaliyyətinin tənzimlənməsi

60

4

İÜHF-B11

Azərbaycan turizmi və onun inkişaf problemləri

60

4

İÜHF-B12

Turizmdə nəqliyyat xidmətləri

60

6

İÜHF-B13

Turizm və sosial-mədəni sahələrin iqtisadiyyatı

60

4

İÜHF-B14

Turizmin menecmenti

90

6

İÜHF-B15

Turizmdə marketinq

90

6

İÜHF-B16

Dünya mədəniyyəti və incəsənəti

90

6

İÜHF-B17

Turizm ehtiyatları

90

6

İÜHF-B18

Turizm bisnesinin təşkili və idarə edilməsi

90

6

İÜHF-B19

Turizm və mehmanxana təsərrüfatı

90

6

İÜHF-B20

Restoran biznesinin təşkili

90

6

İÜHF-B21

Peşə etikası və etiket qaydaları

60

4

İÜHF-B22

Turizm və sosial-mədəni servis xidməti sahəsində informasiya texnologiyaları

90

6

İÜHF-B23

Turizm və ətraf mühitin mühafizəsi

60

4

İÜHF-B24

Beynəlxalq turizmin coğrafiyası


90

6

İÜHF-B25

Seçmə fənlər


300

20

C. İF-B00 İxtisas fənnləri 510


İF-B01

Səyahət agentliklərinin işinin təşkili

60

4

İF-B02

Mehmanxanalarda xidmətlərin texnologiyası

60

4

İF-B03

Turizm və sosial-mədəni servis xidməti sahəsində reklam

60

4

İF-B04

Beynəlxalq turizmin təşkili texnologiyası

60

4

İF-B05

Turizmdə Bronlaşdırma sistemləri

60

4

İF-B06

Turizmdə Qidalanmanın təşkili texnologiyası

60

4

İF-B07

Seçmə fənnlər

120

8

XF-B00 Xüsusi fənlər 165


XF-B01

Mülki müdafiə

45




XF-BO2

Bədən tərbiyyəsi

120







Cəmi

3180



*Azərbaycan bölməsində təhsil alanlar öz arzuları ilə həmin saat həcmində ikinci xarici dil, yaxud Azərbaycan dili və nitq mədəniyyəti fənnlərini seçə bilərlər.

**I bölüm üzrə seçmə fənnlərə ali məktəb tərəfindən fəlsəfə,politologiya, sosiologiya, mədəniyyətşünaslıq, Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları və s., hümanitar, sosial-iqtisadi fənnlər daxil ola bilər.

Bütün bölmələrdə seçmə fənnlər bir neçə blokda(ən azı 2 blok) ibarət ola bilər. Ali məktəb tərəfindən hər bir bloka seçmə fənnlər üçün nəzərdə tutulmuş saat həcmini aşmamaq şərtilə tədris yükü müəyyənləşdirilir. Tələbə həmin blokların hər birindən yalnız bir fənn seçmək hüququna malikdir və onun seçdiyi bu fənn həmin bloka ayrılan saat həcmində tədris olunmalıdır. Məsələn: fərz edək ki, ali məktəb tərəfindən humanitar bölümə daxil olan seçmə fənnlər(cəmi 90 saat) üzrə iki blok müəyyənləşdirilmişdir. Birinci bloka seçmə fənnlərdən «fəlsəfə», «iqtisadiyyat», «politologiya», ikinci bloka «mədəniyyətşünaslıq», «Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları», «sosiologiya» fənnləri daxil edilmişdir. Birinci bloka daxil olan fənnlərin tədrisinə 60, ikinci bloka daxil olan fənnlərə isə 30 saat müəyyənləşdirilmişdir. Əgər tələbə 1-ci blokda fəlsəfəni, 2-ci blokda isə sosiologiyanı seçibsə onda ona həmin fənnlər müvafiq olaraq 60 və 30 saat həcmində tədris olunmalıdır.

*** Standrtların strukturundakı tibbi biliklərin əsaslərrı fənninə ayrılan 150 saat ümumpeşə hazırlığı fənlərinə verilə bilər.

** **Təcrübənin müddəti 8 həftədən çox olduqda onun təşkili nəzəri təlim üçün ayrılan həftələrin he sabına keçirilə bilər.


İstiqamət (ixtisas) üzrə ali təhsil proqramı aşağıdakı normalara uyğun tərtib edilmişdir.

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr – 198

Nəzəri təlim üçün ayrılan həftələr-115

Təcrübələr üçün ayrılan həftələr(ixtisasdan asılı olaraq) – 8 -18

İmtahan sessiyası üçün ayrılan həftələr – 32

Tətillər üçün ayrılan həftələr – 36

Buraxılış işinin hazırlanması üçün – 5

Dövlət yekun attestasiyası üçün ayrılan həftələr -2




İİ T 300000- Sosial-mədəni sahədə servis istiqaməti üzrə ali baza təhsil proqramına daxil olmuş fənlərin qısa məzmunu
HSF-B00 Hümanitar fənnlər
HSF-B01 Azərbaycan tarixi(90 saat)

Azərbaycan ərazisində ibtidai icma cəmiyyəti; e.ə. III-I minilliklərdə Azərbaycanın etno-siyasi xəritəsi, qədim dövlətlər;feodal münasibətlərinin yaranması və inkişafı; III-VII əsrlərdə Azərbaycanın siyasi tarixi; Azərbaycan Xilafətin tərkibində, Babəkin başçılığı ilə azadlıq müharibəsi; Azərbaycan feodal dövlətləri(X-XII əsrlər); Azərbaycanda monqol ağalığı; XIV- XV əsrlərdə feodal dövlətləri; şirvanşahlar,qaraqoyunlu və ağqoyunlu dövlətləri;Azərbaycan Səfəvilər dövləti; Azərbaycan XVIII əsrin birinci yarısında; Azərbaycan xanlıqları; Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsi, çarizmin müstəmləkə siyasəti əleyhinə çıxışlar; Cənubi Azərbaycan XIX əsrin birinci yarısında; Babilər hərəkatı; Azərbaycanda kapitalist münasibətlərinin inkişafı; XIX əsr mədəniyyəti; Azərbaycan XX

əsrin əvvəllərində; Cənubi Azərbaycanda demokratik və Milli hərəkat (1905-1911); Azərbaycan Birinci dünya müharibəsi və Fevral inqilabı günlərində; Azərbaycan Cümhuriyyəti(may 1918-aprel 1920-ci illər); Bolşevik çevrilişi. ADR-in süqutu; Azərbaycanun sosial-iqtisadi və siyasi vəziyyəti, mədəniyyət(1921 iyun-1941-ci illər); Azərbaycan İkinci dünya müharibəsi dövründə; Azərbaycan 90-cı illərdə, ərazi bütövlüyü uğrunda mübarizə; Cənubi Azərbaycan XX əsrdə.

HSF-B02. Azərbaycan(rus) dili (90 saat)

Orta məktəbdə alınan vərdişləri möhkəmlətmək və inkişaf etdirmək, sərbəst danışıq vərdişinə yiyələnmək. İstənilən məqamda bu dildə ünsiyyət saxlamağı bacarmaq; fikrini yazılı şəkildə ifadə etmək, yazıda orfoqrafiya normasına yiyələnmək; öz ixtisası ilə bağlı elmi ədəbiyyatlardan istifadə imkanı əldə etmək; müxtəlif üslublarda ədəbiyyat və materialı mənimsəmək, həmin üslubların yazılı və şifahi formalarında özünü ifadə etməyi bacarmaq.

Gündəlik ünsiyyətdə zəruri olan leksik-qramatik materialların öyrənilməsi, nitq fəaliyyətinin mövcud formalarının(dialoq-monoloq, yazılı-şifahi) lazımi səviyyədə mənimsənilməsi; fənn üzrə leksik və qrammatik minimumun öyrənilməsi; orcinal elmi-texniki əsərlərin oxunub dərk olunması, onların referatlaşdırılması; lazımi elmi-texniki ədəbiyyatın adekvat tərcümə olunması; nitq mədəniyyətinin lazımi səviyyədə inkişaf edilməsi və elmi, ədəbi və adi ünsiyyətdə fikirlərinin həcmli və sadə izah edilə bilməsi.

HSF-B03. Xarici dil (165 saat)

Oxu, yazı, eşitmə, anlama və danışma vərdiş və bacarıqlarının inkişaf etdirilməsi, gündəlik ünsiyyət üçün zəruri olan yeni fonetik, leksik və qrammatik biliklərin öyrənilməsi, danışıq fəaliyyətinin və danışıq formalarının müxtəlif növlərinin(şifahi, yazılı, monoloci və dioloci) inkişaf etdirilməsi; fonetik, leksik və qrammatik minimumun öyrənilməsi; dili öyrənilən ölkənin real vəziyyəti ilə yaxından tanışlıq; elmi,texniki və bədii ədəbiyyatın tərcüməsi; ixtisas üzrə elmi-nəzəri ədəbiyyatın tədqiqi, təhlili; buraxılış işlərinin yazılmasında və müdafiəsində elmi-metodiki ədəbiyyatdan istifadə vərdişlərinin aşılanması.


HSF-B04. Seçmə fənnlər(90 saat)
İÜHF-B00 İstiqamətin (ixtisasın) ümumpeşə hazırlığı fənnləri (2070 saat)
İÜHF-B01 Turizmin əsasları (60 saat)

«Səyahət» və «səyyah», «turizm» və «turist» anlayışları; səyahətin səbəbləri; turizmə təsir edən amillər; turizmin formaları; məqsədinə görə turizmin növləri; zamana(müddətə) görə turizmin növləri; turizm sənayesi; turizm bazarı; dünya iqtisadiyyatında turizmin yeri və rolu; turların və marşrutların təsnifatı; Azərbaycan Respublikasında turizmin potensial imkanları; turizm statistikası; beynəlxalq turizm təşkilatları; beynəlxalq turizm tədbirləri; turizm və ətraf mühit; Dünya turizminin cəmiyyətin inkişafında rolu və əhəmiyyəti; Dünya turizminin inkişaf perspektivləri; Azərbaycan Respublikasında turizmin inkişafının mərhələləri; Azərbaycan Respublikasında turizmin inkişaf strategiyası



İÜHF-B02 İqtisadiyyat(60 saat)

Mikroiqtisadiyyat iqtisadi nəzəriyyənin mühüm tərkib hissələrindən biri kimi; mikroiqtisadiyyat və onun tədqiqat obyekti; iqtisadi davranışın araşdırılması; iqtisadi hadisə və proseslər sistemi; tələb və təklif nəzəriyyəsi; bazar tarazlığı; tələb və təklifin elastikliyi; istehlakçı seçimi nəzəriyyəsinin əsasları; fərdi və bazar tələbi; texnologiya və istehsal; istehsal xərcləri; təklif, inhisar, inhisarçı rəqabət və oliqapoliya; istehsal amilləri bazarı; ümumi tarazlıq və səmərəlilik.

Makroiqtisadiyyat iqtisadiyyatı tam şəkildə öyrənən elm kimi; iqtisadi proseslər və ümumi iqtisadi göstəricilər;gəlirlər,qiymətlər, məşğulluq və digər iqtisadi göstəricilərin ümumiləşmiş qanunauyğunluqları;dünya təsərrüfat sisteminin meylinin müəyənləşdirilməsi. İqtisadi hadisələrin öyrənilməsi və təhlili; iqtisadi siyasətin təkmilləşdirilməsi; dövlət tənzimlənməsinin pul-kredit və büdcə-vergi siyasətinin səmərəliliyi; makroiqtisadi göstəricilərin təhlili; iqtisad elmlərinin inkişafının əsas mərhələləri; bazar iqtisadiyyatının və sahibkarlığın meydana gəldiyi dövrdə iqtisadi fikrin təkamülü; müasir fikrin əsas istiqamətləri.

İÜHF-B03 Statistika(60 saat)

Statistikanın predmeti, metodu və vəzifələri; məlumatların mənbəyi; statistik tədqiqatın mərhələləri; müşahidənin tədqiqatda rolu; statistik məlumatların yekunlaşdırılması və qruplaşdırılması; statistika sıraları və cədvəlləri; mütləq və nisbi kəmiyyətlər; orta kəmiyyətlər, variasiya göstəriciləri; indekslər, qarşılıqlı əlaqə və asılılıqların statistik üsullarla öyrənilməsi; seçmə tədqiqatı, onun zəruriliyi; əmək ehtiyatları və işçilərin sayı statistikası; iş vaxtı, əmək məhsuldarlığı, əmək ödənişi, əsas fondlar və elmi texniki tərəqqi statistikaları; sahələr statistikası.



İÜHF-B04 İnformatika(90 saat)

İnformasiya anlayışı; informasiyanın qəbulu, verilməsi, işlənilməsi proseslərinin ümumi xarakteristikası; informasiya proseslərinin texniki və proqram vasitələri; funksional və hesablama məsələləri həllinin modelləri; alqoritmləşdirmə və proqramlaşdırma; yüksək səviyyədə proqramlaşdırma dilləri; verilənlər bazası; proqram təminatı; proqramlaşdırma texnologiyası və kompüter qrafikası; fərdi EHM-lərdə tədris praktikumu; proqramların reallaşdırılması; əməliyyat sistemləri; yaddaşa yazma, saxlama və yenidən işləmə; riyazi proqramlaşdırmada xətti proqramlaşdırma məsələsinin qoyuluşu, yazılış formaları,həlli üsulları; ədədi,dinamik, qeyri-xətti məsələlərin qoyuluşu, iqtisadi mənaları və həlli üsulları; optimal idarəetmə qərarının qəbul edilməsi mexanizminin təhlili.




İÜHF-B05 Riyaziyyat(90 saat)

Riyazi analizə giriş; nöqtədə funksiyanın limiti və kəsilməzliyi; parçada kəsilməyən funksiyalar; funksiyanın törəməsi və differensialı; funksiyanın araşdırılması; inteqral hesabı(müəyyən, qeyri-müəyyən və qeyri məxsusi); çoxdəyişənli funksiya; sıralar, adi differensial tənliklər; xətti cəbr; xətti tənliklər sistemi; matrislər və determinantlar; en-ölçülü vektorlar fəzası; xətti operatorlar; xətti operatorların məxsusi ədədi və məxsusi vektoru; qabarıq çoxluq və xətti bərabərsizliklər sistemi; ehtimal nəzəriyyəsinin əsas anlayışları; ehtimal fəzası; təsadüfi hadisələr; Bernulli, Muavr-Laplas və Puasson düsturları; təsadüfi kəmiyyətlər, onların paylanması və ədədi xarakteristikaları; təsadüfi kəmiyyətlərdən asılı funksiya; çox ölçülü təsadüfi kəmiyyətlər; böyük ədədlər qanunu və mərkəzi limit teoremi; seçmə xarakteristikaları; paylanma parametrlərinin statistik qiymətləndirilməsi; statistik hipotezlərin yoxlanılması; korrelyasiya və reqressiya analizi.




İÜHF-B06 Psixologiya(60 saat)

Predmeti, obyekti və üsulları. Psixologiyanın elmlər sistemində yeri; psixologiyanın inkişaf tarixi və əsas istiqamətləri; fərd, şəxsiyyət, subyekt və fərdiyyətçilik; orqanizm və psixika; davranış və fəaliyyət; psixikanın əsas funksiyaları; ontogeniz və filogeniz proseslərdə psixikanın inkişafı; beyn və psixika; psixikanın quruluşu; şüurlu və şüursuz münasibət; əsas psixi proseslər; idrakın quruluşu; dərk olunan proseslər; duyğu, təxəyyül, təsəvvür və s.; idrak və düşüncə; yaradıcılıq, diqqət, emosiya və hissiyyat; insan fəaliyyətinin psixoloci tənzimi; ünsiyyət və nitq; şəxsiyyətin psixologiyası; fərdlər arası ünsiyyət; kiçik qrupların psixologiyası; qruplar arası münasibət və qarşılıqlı fəaliyyət; insan şəxsiyyətin müəyyənləşdirilməsinə müxtəlif yanaşmalar, fərdi tipoloci xüsusiyyətlər, A.Q.Qroysman təsnifatı; motivlər sistemi, baxışlar, dünyagörüşü; formalaşmış həyat təcrübəsi, tələbat, maddi imkanlar; insan tələbatı; tələbatın növləri: bioloci, sosial, ideal. Tələbatın ictimailəşməsi; psixoloci yanaşma haqqında ümumi məlumat; peşəkar yanaşma; yanaşmanın işgüzar münasibətlərin quruluşunda rolu; fərdi xüsusiyyətlər nəzərə alınmaqla ünsiyyətin qarşılıqlı əlaqəsi; tərəfdaşlara qarşı münasibət prosesində qarşılıqlı dərketmə; özünü dərketmənin metodikası; nitq səviyyəsi; nitq mədəniyyətində özünə əminlik; müxtəlif işgüzar vəziyyətlərdə münasibətlər texnologiyası;peşəkar ünsiyyət, mədəniyyətlərarası ünsiyyət, mədəniyyət anlayışı, nitq mədəniyyəti, mədəniyyətlərin dialoqu.



İÜHF-B07 Dünyanın iqtisadi və sosial coğrafiyası (60 saat)

İqtisadi coğrafiyanın təkamülü; dünyanın sivill regionları: anlayışı, miqyası, meyarları; regionların formalaşmasında mədəniyyət və sivilizasiya; regional sivilizasiyaların genesizi və formalaşması; regionların kapitalizmin başlanğıcından müasir dövrümüzə qədər inkişafı; erkən kapitalizm dövründə imperialar və dinlər: sivilizasiyanın ekspansiyası; sənaye çevrilişi və avrosentrizmin zirvəsi; dünya ağalığı uğrunda mübarizə; imperiaların zirvəsi və sonu; müasir elmi-texniki tərəqqi və postindustrial inkişafın başlanması. Xidmətlər sahəsi postindustrial inkişafın əsas istiqamətidir; regional inteqrasiyanın bazar problemləri; dünya bazarı; coğrafi əmək bölgüsünün amili və onun nəticələri. Dünya ölkələri. Ərazilərin iqtisadi-coğrafi vəziyyətin, təbii şəraitin və ehtiyatları, məskunlaşmanın, təsərrüfatın və onların ərazi quruluşlarının xüsusiyyətləri və öyrənilməsi üsulları; əhalinin differensasiya və inteqrasiya prosesləri; regionçuluq amilləri; təbii mühit; turizmin iqtisadi resursları.




İÜHF-B08 Turizm marşrutları və ekskursiya işinin təşkili(90saat)

Azərbaycanın turizm bölgələri; Azərbaycanın təbiət abidələri mühüm turizm ehtiyatı kimi; Azərbaycanın Milli parkları və daxili turizm proqramlarının hazırlanmasında onlardan istifadə; Azərbaycandakı mövcud qoruqlar və daxili turizm proqramlarının hazırlanmasında onlardan istifadə; Azərbaycanın tarixi və arxeoloci abidələri və daxili turizm proqramlarının hazırlanmasında onlardan istifadə; Azərbaycanın rayonlarında turist yürüşlərinin hazırlanması və keçirilməsi; xüsusi qorunan ərazilərdə(milli parklarda, qoruqlarda) turizm fəaliyyətinin növləri; Azərbaycanda ekoloci turizmin müasir durumu, problemləri və inkişaf perspektivləri); Azərbaycanın təbii şəraitinin daxili turizmin inkişafına təsirinin özəllikləri; Azərbaycanda elmi-idrakı turizmin müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri; Azərbaycanda idman və ovçuluq turizmlərinin müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri; daxili marşrutlarda turist qrupu rəhbərlərinin işinin təşkili; Azərbaycanda turizmin qış növləri:hazırlanması, reallaşdırılması və həftə sonu turlarının və marşrutlarının təşkilinin özəllikləri; Azərbaycanda turizmin yay növləri: hazırlanması, reallaşdırılması və həftə sonu turlarının və marşrutlarının təşkilinin özəllikləri; Uşaqlar üçün ekoloci marşrutların hazırlanması; Azərbaycanda daxili turizm marşrutlarının təşkilinin prinsipləri; Azərbaycan Respublikasında təsdiq olunmuş turist marşrutları: Bakı-Xaçmaz turizm marşrutunun səciyyəsi; Bakı-Astara turizm marşrutunun səciyyəsi; Bakı-Baləkən turist marşrutunun səciyyəsi; Bakı-Qazax turist marşrutunun səciyyəsi; Bakı-Abşeron yarımadası-Qobustan turizm marşrutunun səciyyəsi; Bakı-Naxçıvan turist marşrutunun səciyyəsi. ekskursiya anlayışı, onun funksiya və əlamətləri; ekskursiyaların təsnifatı; ekskursiyanın mövzusu və strukturu; ekskursiyanın hazırlanma texnologiyası; ekskursiya aparılmasının əsas metodik üsulları; ekskursiyanın keçirilmə texnikası; avtobuslarla ekskursiya zamanı baş verən gözlənilməz vəziyyət və ondan çıxış yolları; aviasiya ilə səyahət zamanı baş verən gözlənilməz vəziyyət və ondan çıxış yolları; dəmir yolu ilə səyahət zamanı baş verən gözlənilməz vəziyyət və ondan çıxış yolları; «İçəri şəhər» memarlıq-şəhərsalma kompleksinə ekskursiyanın təşkili; «Qobustan Dövlət tarix-etnoqrafik qoruğu»na ekskursiyanın təşkili.



İÜHF-B09 Mühasibat uçotu(60 saat)

İdarəetmə sistemində mühasibat uçotu; mühasibat uçotunun təşkili əsasları; kapitalın uçotu; müəssisənin əsas vəsaiti və qeyri-maddi aktivlərinin uçotu və qiymətləndirilməsi; maliyyə qoyuluşunun və borcların uçotu; istehsalat ehtiyatlarının uçotu; əmək və onun ödənilməsinin uçotu; məhsul istehsalına çəkilən məsrəflərin uçotu; hazır məhsulun və onun satışının uçotu; pul vəsaitinin, hesablaşma və kredit əməliyyatlarının uçotu; valyuta dəyərlərinin və əməliyyatlarının uçotu; icarə əməliyyatlarının uçotu; maliyyə nəticələrinin uçotu; fondlar və ehtiyatların uçotu; müəssisələrin uçot siyasəti; qeyri-dövlət müəssisələrində uçotun təşkili; xarici iqtisadi fəaliyyətin uçotu; iqtisadiyyat sahələrində uçotun xüsusiyyətləri; idarəetmə və maliyyə uçotu; uçot və hesabatın beynəlxalq sistemi



İÜHF-B10 Turizm fəaliyyətinin tənzimlənməsi(60 saat)

Azərbaycan respublikasının Mülki məcəlləsi- turizm sənayesində sahibkarlıq fəaliyyətinin hüquqi əsasları; turizm sahəsində müəssisələrin təşkilatı-hüquqi formaları; beynəlxalq turizm hüququ institunun predmeti və əsas prinsipləri; səfər zamanı turistlərin hüquq və vəzifələri; turizm sahəsində beynəlxalq müqavilə və sazişlər; turizmin təşkilati-hüquqi təminatı; turizmdə nəqliyyat xidmətlərinin hüquqi tənzimlənməsi; Turizmdə münaqişələrin həlli qaydaları; turizm sahəsində dövlətlərarası fəaliyyətin əlaqələndirilməsinin Beynəlxalq hüquqi formaları; Azərbaycan Respublikasında turizm fəaliyyətinin tənzimlənməsi; turizmin hüquqi bazası; sahibkarlıq fəaliyyətinin dövlət tənzimi.



İÜHF-B11. Azərbaycan turizmi və onun inkişaf

problemləri(60 saat)

Kursun məqsədi,vəzifələri,öyrənilmə tarixi; Azərbaycan turizminin inkişaf tarixi; Azərbaycanda turizmin inkişafına təkan verən təbii-coğrafi amillər; Azərbaycanda turizmin inkişafına təkan verən mədəni-tarix abidələri; Bakı-Abşeron turizm bölgəsi; Quba-Xaçmaz turizm bölgəsi; Lənkəran-Astara turizm bölgəsi; Şəki-Zaqatala turizm bölgəsi; Şirvan turizm bölgəsi; Naxçıvan turizm bölgəsi; Gəncə-Qazax turizm bölgəsi; Aran turizm bölgəsi; Qarabağ turizm bölgəsi; Azərbaycan Respublikasında gəlmə turizmin problemləri; xarici turistləri qəbul edə biləcək otel və mehmanxanaların səciyyəsi; xarici qonaqları qəbul edə biləcək istirahət zonalarının səciyyəsi; xarici turistləri qəbul edə biləcək iaşə müəssisə-lərinin səciyyəsi.



İÜHF-B12 Turizmdə nəqliyyat xidmətləri (60 saat)

Nəqliyyat sistemləri haqqında əsas anlayışlar; nəqliyyatın növləri və onun tətbiq sahələri; turizm fəaliyyətində nəqliyyat xidmətlərinin rolu; nəqliyyat komplekslərinin tərkibi və xarakterik xüsusiyyətləri; müxtəlif növ nəqliyyatlar arasında qarşılıqlı əlaqələr; nəqliyyat proseslərinin təşkili və idarəedilməsi; nəqliyyat komplekslərinin inkişaf perspektivləri; daşınma xidmətlərinin strukturu və funksiyaları; daşınma qaydaları; turizm daşınmalarında beynəlxalq müqavilələr; nəqliyyat fəaliyyətində dövlət tənzimlənməsi; müştərilərin fərdi xüsusiyyətləri nəzərə alınmaqla xidmət xüsusiyyətləri; çarter sərnişin daşımaları; nəqliyyat xidməti; müxtəlif nəqliyyat növləri ilə turist daşımalarının təşkili xüsusiyyətləri; turistlərin daşınması zamanı təhlükəsizliyin əsasları; nəqliyyatda servis; nəqliyyatda avtomatlaşdırılmış servis sistemi; nəqliyyatda risk və sığorta; beynəlxalq konvensiyalar; hüquqi və normativ aktlar.




İÜHF-B13 Turizm və sosial-mədəni sahələrin

iqtisadiyyatı(60 saat)

Turizm iqtisadiyyatına giriş; turizm sahələrinin təşkili amilləri; torpaq turizm fəaliyyətinin təşkilinin amili kimi; turizm sənayesi və konyukturanın müəyyənləşdirilməsi; aqrar turizmin regional turizm iqtisadiyyatında xüsusi rolu; turizm bazarının konyukturasının müəyyənləşdirilməsi; turizmin inkişafına dair proqlamların hazırlanması və onun iqtisadi əsaslandırılması; reqional proqramların hazırlanmasnda əsas yanaşma; marketinq tədqiqatları; turizmin inkişafının regional fondunun yaradılmasının iqtisadi əsaslandırılması; əsas və dövriyyə fondları, turizm müəssisələrinin qeyri-material aktivləri; turizmdə investisiya; dövlət investisiyaları və onlardan səmərəli istifadə; turizimdə investisiya prosesi; turizm xidmətlərinin maya dəyəri; xərclərin tərkibi və təsnifatı; turizmdə qiymət qoyma; qiymətqoymada marketinq aspektləri; turizm təşkilatlarının fəaliyyətinin iqtisadi təhlili; iqtisadi təhlilin metodları; müasir dövrdə beynəlxalq turizmin inkişaf xüsusiyyətləri.



İÜHF-B14 Turizmin menecmenti (90 saat)

Menecmentin əsasları, anlayışlar; menecmentin təkamülü; müxtəlif məktəblərin fərqləndirilməsi əsasında idarəetməyə yanaşma; turizm fəaliyyət sahəsi kimi turizm idarəetmə obyekti kimi; turizmin menecmentinin mahiyyəti və funksiyaları, menecment sahəsində xarici təcrübə, Azərbaycanda tətbiqi imkanları; turizm menecmentinin xüsusiyyətləri; turizmin idarə edilməsinin sistemi və strukturu; turizm firmalarının idarə olunmasının əsasları; müəssisələrin idarəedilməsi məsələsi və məqsədi; müəssisələrin idarəedilməsi işinin təşkili; turizm firmasına rəhbərliyin sosial psixoloci əsasları ; ünsiyyət sistemləri; cari və strateci planlaşdırma; qərar qəbulu üsulları; turizm sahəsində daxili və xarici biznes mühüti; istehsal menecmentinin əsasları; əməyin motivləri siteminin təşkili; işçilərin fəaliyyətinə nəzarətin təşkili; özünü idarəetmə; risk-menecment; işgüzar münasibət etikası; münaqişələrin idarəedilməsi; psixologiya menecmenti; menecmentin imkanları və xarici əlaqələri; qarşılıqlı faydalı əməkdaşlıq; turizm firmasına rəhbərlik üslübu; turizm firmalarında personalın idarə edilməsi; turizmdə əmək proseslərinin idarə edilməsi; turizm menecmentinin səmərəliyi; turizm biznesinin gəlirli edilməsi; turizmdə gəlir mənbələri; turizmdə İnnovasiya menecmenti




İÜHF-B15 Turizmdə marketinq (90 saat)

Bazar iqtisadiyyatı şəraitində turizmdə marketinq turizm sənayesinin inkişaf vasitəsi kimi; marketinqin mahiyyəti anlayışı, marketinq strategiyası; turizmdə marketinq konsepsiyası; marketinq sistemi və onun turizm bazarında xüsusiyyətləri; qiymət siyasəti; turizm məhsulunun təbliği və satışı nəzəriyyəsi; turizm sənayesi müəssisələrində marketinq xidmətinin təşkili və fəaliyyəti; marketinq tədqiqatlarının məzmunu və istiqamətləri; turizm müəssisələrinin marketinq mühitinin tədqiqi; turizm bazarının marketinq tədqiqatları; turizm məhsulunun marketinq tədqiqatı; marketinq əlaqələri; rəqiblərin marketinq tədqiqi;turizm məhsulu istehlakçılarının marketinq tədqiqi; bazarın seqmentləşdirilməsi; beynəlxalq marketinq, xarici-iqtisadi marketinq, xarici iqtisadi marketinq turizm marketinqinin xüsusi tərkib hissəsidir; beynəlxalq marketinqin xüsusiyyətləri, marketinq sistemində nəzarət; marketinq əlaqələri kompleksində şəxsi satış; marketinq kompleksində təbliğat və reklam; turizm müəssisələrinin firma üslubu.


İÜHF-B16 Dünya mədəniyyəti və incəsənəti (90 saat)

Dünya mədəniyyət tarixi; dünya mədəniyyət və incəsənəti nəzəriyyəsində istiqamətlər və məktəblər; mədəniyyət varisliyindən istifadə və onun qorunması; müxtəlif dövrlərin mədəni-tarixi proseslərinin şifahi-təsviri incəsənətin formalaşmasına və dəyişməsinə təsiri: antik dövr, orta əsr və intibah dövrü, klassizm, maarifçilik dövrü, XIX-XX əsrlər; incəsənətin məkan və zaman növlərində üslub anlayışı; əsəs mədəni-tarixi turizm mərkəzləri dünya mədəni varisliyi konteksində; mədəni və turizm mərkəzlərinin imicinin formalaşmasına ədəbiyyatın təsiri; mədəni-tarixi varislik; əsas növ və tiplərin xüsusiyyətləri; istifadə imkanları və coğrafiyası; sosial-mədəni ehtiyatlar; sosial ehtiyatlar; etnoqrafik varislik; müxtəlif xalqların etnik mədəniyyətinin xüsusiyyətləri və etnoqrafik abidələr.



İÜHF-B17 Turizm ehtiyatları(90 saat)

Kompleks ölkəşünaslığın tərkib hissəsi kimi; turizm ehtiyatlarının predmeti və vəzifələri; onun nəzəri və praktiki qiyməti; turizm resursları- ərazinin turizm ehtiyatlarının əsas hissəsidir; turizm ehtiyatlarının təsnifatı və bölgü prinsipləri; təbii turizm ehtiyatları, onun qiymətləndirilməsinə metodiki yanaşma; mədəni tarixi turizm ehtiyatları, onun qiymətləndirilməsi və tədqiqat metodları; iqtisadi turizm ehtiyatları, ərazinin turizm ehtiyatlarının və orada turizm sənayesinin inkişafının iqtisadi-coğrafi şərtlərinin qiymətləndirilməsinə yanaşma; ərazinin turizm potensialının məcmusunun inteqral indeksi.




İÜHF-B18 Turizm bisnesinin təşkili və idarə edilməsi (90 saat)

Kursunun predmeti, məqsədi və vəzifələri. Turizm biznesi sahəsində işlədilən əsas terminlər və anlayışlar; müasir turizm və onun təşkili; cəmiyyətin həyatında turizmin əhəmiyyəti; Tomas Kuk və turizm biznesinin başlanğıcı; dünya turizminin rolu; dünya turizmində müasir yeniliklər; Azərbaycanda turizminin yaranması və inkişafı; turizm müəssisəsinin hüquqi-təşkilatı əsasları; turizm sahəsində satış qabağı proseslərin texnologiyası; turizm sənayesinin strukturu; turizmdə turoperator və turagentliklərin fəaliyyəti; turizm məhsulunun hazırlanması; turizm firmaları müştərilərinə xidmətin texnologiyası; qəbul proqramlarının hazırlanması; turizm sahəsində beynəlxalq əməkdaşlıq; mehmanxanalarla və nəqliyyat şirkətləri ilə əməkdaşlığın formaları; turizm və internet; turizmdə təhlükəsizlik; viza rəsmiyyətçiliyi; səfərlərin sığortalanması; əvvəlcədən proqramlaşdırılan turizmin təşkili; kənd və şəhər turizmi, mədəni turizm; turizmdə mədəniyyət əlaqələri və mədəniyyətin inkişafına təsiri; turizmin ətraf mühütə təsiri; əhalinin məşqulluğu problemlərinin həllində turizmin rolu və vəzifələri; sivil əlaqələrin inkişafında müasir turizmin rolu, mədəni və iqtisadi əlaqələrin inkişafında turizmin rolu. Regional turizm; turizm və kurort işi. Turizm mərkəzlərinin tipləri.



İÜHF-B19 Turizm və mehmanxana təsərrüfatının təşkili (90 saat)

Mehmanxanaların kateqoriyaları; mehmanxanaların təsnifatı; mehmanxana biznesi sahəsində beynəlxalq xidmət standartları; franşiza; lizinq; sindikatlar; mehmanxanaların xidmət personalının sosial-psixoloci özəllikləri; personalın peşəkar portreti; personalın peşəkar portretinin modeli; qonaqpərvərlik sahəsində kadrların seçilməsi və komplektləşdirilməsi; xidmət servisi təşkil edən və uğurlu rəqabəti müəyyən edən amildir; xidmətin əsas standartları; telefon etiketi standartları; mehmanxana personalının xarici görünüş standartları; mehmanxana servisi sahəsində işlərin özəlliyi; tarif və tarif siyasəti; mehmanxana biznesində investisiya strategiyası; personalın müştərilərlə ünsiyyətinin ümumi qaydaları; mehmanxana xidmətlərinin sertifikatlaşdırılması; mehmanxana biznesinin kompüterləşdirilməsi; mehmanxanalarda müxtəlif xidmət sahələrinin təşkili; mehmanxananın əsas funksiyaları və xidmətləri; mehmanxanaların idarəetemə strukturu; avtomatlaşdırılmış idarəetmə sistemləri; gəlirlərin idarə edilməsi; nömrələrin bronlaşdırılması; kommunikasiya xidməti; mehmanxana fəaliyyətində ənənələr; mehmanxana biznesində inteqrasiya



İÜHF-B20 Restoran biznesinin təşkili(90 saat)

Kulinariya sənəti; restoran biznesinin inkişafı: bazar fəlsəfəsi, missiya, məqsəd və vəzifələri, restoran xidməti bazarı, restoran biznesi konsepsiyası, restoran yerləşəcək ərazinin seçimi; menyu tərtibi; restoranların təsnifatı; restoran biznesinin inkişafında son meyllər; restoran fəaliyyəti: restoran fəaliyyətinin proqnozlaşdırılması, xidmət, restoran xidmətinin tipləri; ofisiantlar qarşısında qoyulan ixtisas tələbləri; mebellərin, qab-qacağın və digər avadanlıqların növləri və təyinatı; menyu haqqında müasir təsəvvürlər; xidmətə hazırlıq və masanın servirovka qaydaları; qonaqların qəbulu və keyfiyyətli xidmətin əsas qaydaları; kulinar məhsullarının verilmə qaydaları; alkoqollu və alkoqolsuz içkilərin verilməsi qaydaları; banket xidmətinin formaları; xarici turistlərə xidmətin özəllikləri; ərzaq məhsullarının təhlükəsizliyinin təminatı; məhsulların kulinar emalı haqqında məlumat; məhsulların texnoloci emalı prosesləri haqqında məlumat; balıq və qeyri balıq məhsullarının emalı, ev və ov quşlarının emalı, xörəklərin hazırlanmasında əsas qida məhsullarının dəyişməsi, tərəvəz və göbəliklərdən hazırlanan xörəklər və qarnirlər, paxla və makaron məhsullarından xörəklərin hazırlanması, balıq qarnirləri, ət məhsullarından olan soyuq xörəklər, ev və ov quşlarından olan xörəklərin və qarnirlərin hazırlanması; şorbalar və sousların hazırlanması, yumurta və kəsmikdən hazırlanan xörəklər, soyuq xörəklər və qəlyanaltılar; şirin xörəklərin hazırlanması və tələb edilən və yardımçı məhsullar; mikrobiologiya, yeməklərin fizioloci sanitariyası və gigiyenanın əsasları; iaşə müəssisələrində işin təşkili üçün emal sahələrinin, hazırlanma sahələrinin seçilməsi; qida ehtiyatlarının hesablanması, yeməklərin hazırlanması üçün mətbəx avadanlıqlarının seçilməsi və yerləşdirilməsi, xidmət növünün seçilməsi, xidmətçilərin seçilməsi və təyini, yemək zalının təşkili; servirovkanın məqsədə uyğun seçilməsi və hazırlanması; sifarişlərin qəbulu və sifariş üzrə mətbəxə sifarişin yazılı surətdə verilməsi, müştəri tələbinin qeydiyyatı və təqdimi; xidmət növlərinə görə xidmətçilərin seçilməsi; iaşə müəssisələrində fərdi və kollektiv xidmətin təşkili.




İÜHF-B21 Peşə etikası və etiket qaydaları(60saat)

Etika elm və mənəvi mədəniyyətin təzahürü kimi; peşəkər etika anlayışı; sahibkarlıq sahəsində etika; turizm sənayesində etika; tərəfdaşlıq münasibətlərinin etikası; turizm sənayesi işçisinin etikası; etiket sosial təzahür kimi; dünya etiketi tarixi; etiketin vəzifələri; cəmiyyətdə insanların qarşılıqlı münasibətləri sahəsində birləşmə; hüquqi və əxlaqi cəhətlər; müasir etiketin tələbləri, işgüzar adamın etiketi; işgüzar adamın geyim mədəniyyəti, imici və ictimai yerlərdə davranışı; əxlaq işçilərin mənəvi mədəniyyətinin əsas komponentidir; mənəviyyatın mahiyyəti; mənəvi seçim; estetik idealın və incəsənətin mənəvi dünyanın formalaşmasında rolu; peşəkar etika: mahiyyəti və funksiyalarının təsnifatı; etika,əxlaq və mənəviyyat anlayışlarının əlaqəsi; peşəkar etika anlayışı; mənşəyi və mahiyyəti; peşəkar etikanın növləri və xüsusiyyətləri; etik kodekslərin təsnifatı; peşəkar etika normalarının funksiyaları; şəxsiyyətin normativ nümunəsi; xidməti etikanın norma və prinsipləri; «korporativ etika»: genesiz, özəlliyi, sosial nəticələri; işçilərin fəaliyyətində etiket; rəhbər və işçilərin qarşılıqlı münasibətlərinin etiketi; işgüzar görüşlərin, söhbətlərin və danışıqların etiketi



İÜHF-B22 Turizm və mədəni-servis xidməti sahəsində

informasiya texnologiyaları(90 saat)

İnformasiya sistemləri, quruluşu və təsnifatı; təminedici və funksional alt sistemlər; müəssisələrin avtomatlaşdırma və elektronlaşdırma prinsipləri; sənədləşmə və sənəd mübadiləsinin elektronlaşdırılması; elektron informasiyanın təşkilati quruluşu, kanallar və elektron poçt şəbəkəsi; elektron ofis; baza informasiya texnologiyasının quruluşu; baza informasiyalar texnologiyasının konseptual, məntiqi və fiziki səviyyəsi; informasiya texnologiyalarının növləri; informasiya texnologiyaları və informasiya sistemlərinin tətbiq sahələrinə, istifadə xarakterinə əsasən təsnifatı; müəssisələrin avtomatlaşdırılması və elektronlaşdırılması prinsipləri; sənədləşdirmə və sənəd mübadiləsinin elektronlaşdırılması; elektron imza; elektron informasiyaların təşkillinin quruluşu; müasir saxlama vasitələri; verilənlər bazası ilə idarəetmə sistemi; informasiya obyektləri; turizm müəssisələrində informasiya moddellərinin qurulması; verilənlər bazasının yaradılması və işlədilməsi texnologiyası; turizmdə istifadə edilən müasir kompüter texnologiyaları; xüsusiləşdirilmiş informasiya texnologiyalarının turizm sənayesinə təsiri; turizmdə xüsusiləşdirilmiş informasiya sistemlərinin inkişaf istiqamətləri və tendensiyasının müasir vəziyyəti; lokal kompüter şəbəkələri; lokal şəbəkələrin topologiyası; qlobal kompüter şəbəkələri; İnternet(quruluşu və ünvanlaşdırma); şəbəkə xidməti, elektron poçt və WWW- texnologiyası; telekonfranslar, məsafədən giriş; kompüter praktikumu.



İÜHF-B23 Turizm və ətraf mühitin mühafizəsi(60 saat)

Təbiət və insanlar; insanın ekologiyası; biosferin qorunub saxlanılması problemləri; ekoloci təhsil və maariflənmə; dəyişkən xarici mühit; turizm fəaliyyətinin ərazi təşkili, funksional zonalaşma və rekreasiya ərazilərinin təşkili, turizmin təbiətdən istifadə etmə növləri; turizm – idman məqsədləri üçün təbiətdən istifadə etmə; dağ ekosistemləri; turizm – dərketmə məqsədilə təbiətdən istifadə edilmə; qoruqlarda təbiətdən istifadə etmə; rekreasiya məqsədli təbiətdən istifadə etmə; təbiətin turizm üçün mühafizə olunması; təbiətin mühafizəsidə turizmin köməyi; təbiətin turizmin mənfi təsirindən mühafizəsi; landşaft və onun xüsusiyyətləri; flora və fauna; su mənbələrinin mühafizəsi; təbiətin mühafizəsində tərbiyəvi tədbirlər; təbiəti mühafizəetmənin təşkilati tədbirlərinin təsnifatı; təbiəti mühafizə işinin əsas formaları.




İÜHF-B24 Beynəlxalq turizmin coğrafiyası(90 saat)

Turizmin coğrafiyası sosial- coğrafi elm kimi; onun predmeti və sosial xüsusiyyətləri; turizm coğrafiyasının tədqiqat metodları və əsas məlumat materialları. Dünyanın turizm regionları, onların ierarxiyası və tipləri; Turizm regionu müəyyənləşdirilməsində ölkəşünaslıq baxımından yanaşma. Dünyanın turizm regionları(ÜTT-nın təsnifatı əsasında), onların qısa xarakteristikaları;Turizm rayonları turizm rayonlaşdırmasının nəticəsi kimi; turizm zona və subzonaları; turizm mərkəzləri; dünya turizminin qeyri-bərabər inkişafı; turizm rayonlaşdırması:mahiyyəti, prinsipləri və üsülları; komponentlərinə və kompleksinə görə turizm rayonlaşdırılması; ölkənin inzibati bölgüsünün sərhədlərinə əsasən kompleks turizm rayonlaşdırması; regionun turizm potensialının nəzərə alınması əsasında turizm rayonlarının tipləri; turizm potensialından istifadənin dərəcəsinə görə rayonlaşdırma tipləri; Azərbaycan Respublikasında turizm rayonlaşdırması; Turizmdə zonalaşdırma; turizm zonalarının sağlamlıq, idrakı və idman turizminə bölünməsi. Turizm mərkəzləri və onların turizm regionlarının formalaşmasında rolu. İxtisaslaşmış və çoxsahəli turizm mərkəzləri; turizm mərkəzlərinin yaradılmasının şərtləri və amilləri; turizm mərkəzinin həyat dövriyyəsi; dünyanın turizm mərkəzlərinin coğrafiyası; beynəlxalq turist axının coğrafiyası; beynəlxalq turist axının xüsusiyyətləri və meylləri; region daxili və regionlar arası turist axını; beynəlxalq turist axınlarının regionlar arasında qeyri-bərabər bölünməsi; turist axınlarının əsas coğrafi qanunauyğunluğu; dünyada mühüm turist axınları.



İÜHF-B25 Seçmə fənnlər (300 saat)



İF-B00 İxtisas fənnləri (510 saat)

Bu bölməyə ali məktəb tərəfindən təyin edilən fənnlər daxildir.


İF-B07 Seçmə fənnlər (120 saat)

İF-B00 Xüsusi fənlər (165 saat)
XF-B01 Mülki müdafiə (45 saat)

Fövqəladə hallarda Mülki müdafiənin rolu və vəzifələri. Fövqəladə hallar və onların qısa xarakteristikası.

Azərbaycan Respublikası ərazisində xarakter olan təbii fəlakətlər (zəlzələlər, sellər, sürüşmələr), istehsalat qəzaları, ərazinin mühafizəsi. Zədələnmə ocaqlarının xaraktkristikası. Radiasiya, kimyəvi və bakteoroloci vəziyyət haqqında ümumi anlayış. Fövqəladə hallarda əhalinin mühafizəsinin əsas üsulları və prinsipləri. Kollektiv mühafizə vasitələri. Fərdi mühafizə vasitələri.

XF-B02 Bədən tərbiyyəsi (120 saat)

Bədən tərbiyyəsi tələbələrin ümummədəni və peşəkarlıq hazırlığında; bədən tərbiyyəsinin sosial-bioloci əsaslərı; sağlam həyat tərzi və üslubunun əsaslərı; sağlamlaşdırma sistemi və idman (nəzəriyyə, metodika, təcrübə) ; tələbələrin peşəkar-təcrübi fiziki hazırlığı.











QEYDLƏR:









Bakalavr təhsil proqramını həyata keçirərkən ali təhsil müəssisələri aşağıdakı hüquqlara malikdirlər:

    1. Tələbə üçün proqramda nəzərdə tutulmuş illik orta dərs yükü həddini və təlimin faktiki minimum məzmununu saxlamaqla təhsil materialının mənimsənilməsinə ayrılmış saatları fənn bölümləri arasında 5%, fənn bölümləri daxililində isə 20%-ə qədər dəyişmək;

    2. bölümlərə ayrılan auditoriya saatlarının hüdudları çərçivəsində bölümə daxil olan ayrı-ayrı fənnlərin saatlarını müəyyənləşdirmək

    3. uyğun magistr ixtisaslaşmalarını və istehsalat sahələrini nəzərə almaqla ixtisas fənnləri bölümünə daxil olan fənnlərin siyahısını, onların tədrisi ardıcıllığını, mühazirə, məşğələ və laboratoriya saatlarının miqdarını müəyyən etmək.









İxtisas fənnləri bölümü istiqamət(ixtisas) üzrə nisbətən dar peşə hazırlığı məqsədini daşıyır. Ali məktəb bu bölümün müxtəlif variantalarını təklif edə bilər. Lakin ixtisas fənnləri bölümündə tələbələrin yalnız bu ixtisas üzrə hazırlanmasına yol verilmir. Bu bölümə daxil edilmiş fənnlərin uyğun istiqamətin(ixtisasın) mümkün qədər bütün magistr ixtisaslaşmalarını əhatə etməsi təmin olunur.

Müəyyən ixtisaslaşmalara xüsusi meyl göstərən bakalavr-tələbələr üçün tədris planlarının ixtisas fənnləri bölümündə müvafiq seçmə ixtisas fənnləri(və ya fənnlər bloku) daxil edilir və tələbələrin həmin seçmə fənnləri(və ya fənnlər blokunu) mənimsəyə bilmələri üçün lazımi şərait təmin edilir.











Hər semestrin müddəti( sonuncu semestr istisna olmaqla) 15 həftədir.









Təhsil dövründə tələbənin məcburi auditoriya dərsləri bir qayda olaraq həftədə orta hesabla 30 saatdır.






Yüklə 194,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə