Ali MƏKTƏBLƏRDƏ formativ qiYMƏTLƏNDİRMƏNİn təTBİqetmə İmkanlari məhəmməd Nuriyev



Yüklə 283,87 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix08.10.2017
ölçüsü283,87 Kb.
#3838
  1   2   3   4   5   6   7   8   9


 

ALİ MƏKTƏBLƏRDƏ FORMATİV QİYMƏTLƏNDİRMƏNİN TƏTBİQETMƏ 



İMKANLARI 

Məhəmməd Nuriyev 

Xəzər Universitetinin tədris işləri üzrə prorektoru 

 

Texnika elmləri doktoru, professor, 80-ə yaxın elmi məqalə, metodik vəsait və kitabların 

müəllifi. Elmi əsərlərinin əksəriyyəti təşkilatı idarəetmə məsələlərinə, bir qismi isə müasir 

təhsil texnologiyalarının ali məktəbdə tətbiqinə həsr olunub. 

E-mail: mnouriev@khazar.org  

 

Son illər ali təhsilimizin keyfiyyətinin artırılmasına, dünya təhsil məkanına 



inteqrasiyasına, təhsilin təşkili və idarə olunmasında əmək bazarının ehtiyac və tələblərinin 

nəzərə alınmasına xüsusi diqqət yetirilir. Bakalavr, magistr və doktorantura səviyyələri üçün 

hazırlanmış ixtisasların yeni ad və şifrlərinin, ixtisas proqramlarına təqdim olunan tələblərin 

müəyyən edilməsi, təhsil prosesinin idarə olunmasında uyğun olan normativ sənədlərin 

tətbiqi təhsilin keyfiyyətinin təmin olunmasında mühüm rol oynayır.   

Təhsilin təşkilində qazanılmış bir sıra nailiyyətlərə baxmayaraq, bu günədək 

tələbələrin biliklərinin qiymətləndirilməsinə yetərincə diqqət yetirilmir, bir çox hallarda bu 

məsələyə yanaşma səthi xarakter daşıyır, öyrətmə və öyrənmə prosesinin keyfiyyəti müasir 

tələblərə cavab vermir. 

Məlumdur ki, keyfiyyətli təhsili təmin etmək üçün hər bir tədris proqramında öyrətmə 

və öyrənmənin məqsədləri müəyyən olunmalı, bu məqsədlərin əldə edilməsi uyğun fənlər 

vasitəsilə açıqlanmalı və hər bir fənn üzrə keçirilən qiymətləndirmələr nəticəsində bu 

məqsədlərə nə dərəcədə nail olunduğu təyin olunmalıdır [1].  

Müxtəlif təyinatlı və müxtəlif formalı qiymətləndirmələr mövcuddur. Qiymətləndirmə 

formal, qeyri-formal qiymətləndirmə nəticəsində tələbəyə qiymət yazılan və yazılmayan, 

ənənəvi və ya kompüterləşdirilmiş ola bilər. Təyinatı baxımından diaqnostik, formativ  

(formalaşdırıcı) və summativ (yekunlaşdırıcı) qiymətləndirmələr fərqləndirilir [2,3,4]. Qeyd 

etmək lazımdır ki, hazırda tələbələrin biliklərini qiymətləndirmək üçün istifadə olunan 

vasitələrindən bir qismi ilk növbədə formativ, o biriləri, əsasən, summativ və xeyli hissəsi isə 

həm summativ, həm də formativ qiymətləndirmə üçün münasibdir.  

Formativ qiymətləndirmənin yarıməsrlik tarixcəsi mövcuddur. İlk dəfə Lee J. 

Cronbach fənnin məzmununun təkmilləşdirilməsi üçün cari qiymətləndirmədən istifadə 

olunmasını təklif etmiş, bir neçə ildən sonra bu yanaşma tədris proqramların bütövlükdə 



 

dəyərləndirilməsinə tətbiq olunmuş və tədricən bu üsuldan  öyrətmə və öyrənmənin 



keyfiyyətinin artırılması üçün fənnin gündəlik tədrisində istifadə olunmasına başlanmışdır 

[5].  


Diaqnostik qiymətləndirmə fənnin və ya ayrıca bir mövzunun tədrisinə başlamazdan 

əvvəl tələbənin ilkin biliklərinin qiymətləndirilməsi üçün nəzərdə tutulur. Formativ 

qiymətləndirmədən fənnin tədrisinin gedişatı boyu tədris olunan materialların tələbələr 

tərəfindən  necə qavranıldığı barədə əks əlaqənin əldə edilməsi üçün istifadə olunur [6]. 

Diaqnostik və formativ qiymətləndirmə anonim ola bilər və onların əsasında, bir qayda 

olaraq, tələbəyə qiymət yazılmır. Bu qiymətləndirmələrdə əldə edilmiş məlumatdan tədris 

prosesinə tələbələrin ilkin biliklərinə əsaslanaraq başlamaq, biliklərdə olan boşluqları aradan 

qaldırmaq və son nəticələrin əldə edilməsi məqsədi ilə tədrisin gedişatına gərək olan 

düzəlişlərin əlavə edilməsi üçün istifadə olunur. Summativ qiymətləndirmə tədris prosesinin 

müəyyən mərhələlərinə yekun vurur,  fənnin ayrı-ayrı komponentləri üzrə  tələbənin 

biliklərini qiymətləndirir və yekun qiyməti formalaşdırır [7]. 

Diaqnostik və formativ qiymətləndirmənin rolu ali məktəblərdə düzgün 

dəyərləndirilmir və bu üsullara az  diqqət yetirilir. Bu üsullardan lazımi səviyyədə istifadə 

edilməməsi nəticəsində yaranan  ciddi problemlərdən biri ondan ibarətdir ki, müəllim bir çox 

hallarda semestrin başlanğıcında fənnin tədrisindən qabaq tələbələrin bilik səviyyəsini 

qiymətləndirmir. Nəticədə isə tələbələrin qabiliyyətləri haqqında real  təsəvvür olmadığı 

halda, fənnin ilkin şərtlərinin qeydiyyat zamanı öncə  yoxlanıldığını və təmin olunduğunu 

zənn edərək, tədrisi mürəkkəblik baxımından tələbələr üçün əlçatmaz olan bir səviyyədən 

başlayır. Bundan başqa, tədris zamanı formativ qiymətləndirmədən tətbiq olunmadığına görə, 

tələbənin  öyrənməsi barədə əks əlaqə əldə edilmir və son nəticədə, ancaq aralıq imtahandan 

sonra müəyyən edilir ki, tələbələrin böyük qismi əsas materialı tələb olunan səviyyədə 

qavramayıb.  

Formativ qiymətləndirmə tədris materialının tələbələr tərəfindən mənimsənilməsinin 

cari vəziyyəti  barədə təsəvvür yaradır. Bu əks əlaqə tədrisin gedişatının istənilən 

mərhələsində əldə edilmiş biliklər barədə məlumat verir,  qavrama prosesində yaranan 

çətinlikləri, aydın olmayan bilik elementlərini üzə çıxarır, tədris prosesinin tempini və tədris 

olunan materialın həcm və mürəkkəblik səviyyəsini təshih edərək, çətinlikləri aradan 

qaldırmağa imkan verir [8]. Araşdırmalar göstərir ki, müntəzəm olaraq aparılan formativ 

qiymətləndirmə tələbə nailiyyətlərinin səviyyəsini mühüm dərəcədə yüksəldir [9].   

Formativ qiymətləndirmə nəticəsində əldə edilən informasiyadan həm tələbələr, həm 

də müəllimlər üçün önəmlidir. Bu əks əlaqə tələbələri nailiyyətləri və uğursuzluqları, güclü 



 

və zəif tərəfləri  barədə məlumatlandırır, müəllimə isə öyrətmə prosesinin  effektivliyini 



qiymətləndirməyə, tələbələrin biliklərində olan boşluqları üzə çıxarmağa və tədris prosesinin 

gedişatına uyğun düzəliş və əlavələri daxil etməyə imkan verir [10]. Düzgün təşkil olunmuş 

formativ qiymətləndirmədə əldə olunmuş və tələbələrə müəllim tərəfindən çatdırılan əks 

əlaqə iki hissədən ibarətdir: birinci hissədə tələbələrə onların qarşısına qoyulan məqsədlər və 

real öyrənmə nəticələri arasında olan  fərqlər barədə məlumat çatdırılır; ikinci hissədə isə bu 

fərqlərin aradan qadırılması üçün müəyyən məqsədyönümlü səylər həyata keçirilir. 

Öyrətmə və öyrənmə əks əlaqələrin mühüm rol oynadığı kommunikasiya prosesidir 

[11,12]. Müəyyən sadələşdirmələrlə bu prosesi şəkil 1 – də verilmiş sxem vasiəsilə təsvir və 

təhlil etmək olar.    

 

 



 

 

 



                                                                                                                                         

 

 



 

 

                                                                                       



 

 

 



Şəkil 1. Öyrətmə və öyrənmə prosesləri və formativ əks əlaqə 

 

Biliklərin cari qiymətləndirilməsi üsullarının şərhinin verilməsindən əvvəl öyrətmə və 



öyrənmə proseslərinə, onlara təsir edən amillərə və formativ əks əlaqənin formalaşmasının 

xüsusiyyətlərinə nəzər salaq. Məlumdur ki, ixtisas proqramında hər bir fənn özünəməxsus yer 

tutur və fənnin öyrətmə məqsədləri ixtisas proqramının məqsədlərindən irəli gəlir.  Müəllimin 

tədris edəcəkləri predmet sahəsində mövcud olan biliklərdən, öyrətmə məqsədlərindən, fənn 

proqramından və müəllimin özünün biliklərindən, təcrübəsindən və yaxşı tədris prosesi nə 

olduğu barədəki onun subyektiv təsəvvüründən asılıdır. Qeyd olunanlara əsaslanaraq, 

müəllim predmet sahəsinə aid və tələbələrə çatdıralacaq məlumatları seçir və fənnin tədris 

proqramına uyğun olaraq öyrətməyə başlayır. Tələbələrin dinləmək, diqqət yetirmək, oxumaq 

və dərk etmək qabiliyyətləri, baza bilikləri, fənnə qarşı münasibəti və motivasiyası, şəxsi 

məqsədləri, fikirləri cəmləşdirmək və yayınmamaq bacarıqları mühüm dərəcədə fərqli 

Öyrətmə 

məqsədləri 

Predmet

 

sahəsi



  

bilikləri

 

Tələbə 

Dinlənilən və 

qavranılan 

 

Öyrənilənlər 



 

Müəllimin 

tədris 

etdikləri 



Öyrənmə məqsədləri

 

       



Motivasiya                    

 

Şəxsi məqsədlər



 

Yayındırıcı faktorlar

 

Nəticələr 



Müəllimin əks   əlaqəsi 

Tələbənin əks əlaqəsi 




Yüklə 283,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə