Ali MƏKTƏBLƏRDƏ formativ qiYMƏTLƏNDİRMƏNİn təTBİqetmə İmkanlari məhəmməd Nuriyev



Yüklə 283,87 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix08.10.2017
ölçüsü283,87 Kb.
#3838
1   2   3   4   5   6   7   8   9

 

olduqlarına görə, eyni mesajları onlar  müxtəlif  keyfiyyətlə dinləyir və qavrayırlar. Son 



nəticədə eyni fənni öyrənən tələbələrin bilikləri çox fərqli olur. Nəzərdə tutulan və faktiki 

nəticələr arasında olan fərqlər əsasında tələbənin və müəllimin əks əlaqələri formalaşır . Bu 

əks əlaqələr, hər hansı bir kommunikasiya sistemində olduğu kimi, sistemin fəaliyyətini 

istiqamətləndirir və bu fəaliyyətinin gözlənilən nəticələrini və keyfiyyətini təmin edir. 

 

Öyrətmə və öyrənmənin kommunikasiya prosesi olduğunu nəzərə alaraq aşağıdakıları 



qeyd edə bilərik:  

 

Müəllim tələbələrə öyrətmək üçün predmet sahəsi biliklərindən müəyyən hissəni 



seçir. 

 

Nəzərdə tutulmuş və faktiki olaraq tədris olunmuş materiallar arasında fərqlər olur. 



  

 

Fənni öyrənən tələbəyə müxtəlif yayındırıcı faktorlar təsir edir.



 

 

Tələbənin fənnin öyrənməsində şəxsi məqsədləri ola bilər.



 

 

Tələbə bilikləri əldə etmək üçün əlavə informasiya mənbələrdən də istifadə edə bilər. 



 

 

Tələbənin özünəməxsus motivasiyası mövcuddur.       



 

 

Formativ qiymətləndirmə nəzərdə tutulan və faktiki əldə edilmış öyrənmə  nəticələri 



arasında olan fərqi üzə çıxarır.

 

 



Əks əlaqədən həm müəllim, həm də tələbələr istifadə edə bilər.  

 

 



Əks əlaqə əsasında müəllim tələbələrin biliklərində olan boşluqları, zəif  və natamam 

bilikləri üzə çıxardır.

 

 

Müəllim ehtiyac olan hallarda formativ qiymətləndirmə əsasında  öyrətmə prosesinə 



düzəlişlər əlavə edir, prosesin gedişat tempini dəyişir, müxtəlif formatlarda tələbələrə 

əlavə məlumat çatdırır.

 

 

Tələbə formativ qiymətləndirmə əsasında həm bilavasitə özünün əldə etdiyi, həm də 



ki, müəllimin ona çatdırdığı əks əlaqədən istifadə edə bilər.                                                                                                                             

 

              



Tələbələrin biliklərinin formativ qiymətləndirilməsi üçün müxtəlif üsullar mövcuddur 

[1, 13, 14]. Onlar bir-birindən nəzərdə tutulduğu bilik səviyyələrinə, münasib olan tətbiq 

sahələrinə, məqsədlərinə, üstünlük və çatışmazlıqlara və tətbiqi üçün tələb olunan vaxt və 

səylərinə görə fərqlənirlər.  Eyni zamanda, onları birləşdirən ümumi məqsədlər ondan 

ibarətdir ki, bu üsullar öyrənmə prosesinə nəzarərəti, öyrənmə və öyrətmə barədə əks əlaqəni, 

öyrətmə və öyrənmə prosesinin keyfiyyətinin artırılmasını təmin edir [15]. 

Burada biz ancaq tətbiq baxımından rahat və sadə, qismən az vaxt tələb edən və eyni 

zamanda, effektiv bəzi üsulları açıqlayacağıq. Bu üsullar klassik metodik vəsaiti hesab 

olunan və qiymətləndirmə sahəsində aparılan araşdırmalarda əsas istinad mənbəyi olan 

Classroom Assessment Techniques: A Handbook for College Teachers (Second Edition), 



 

Thomas  A. Angelo, K. Patricia Cross. Jossey Bass, 1993 kitabından seçilib. Seçilmi 

üsullar hazırladığımız orijinal misallar əsasında şərh olunur.  Hər bir müəllim təcrübəsinə 

əsaslanaraq, öz seçimini edib digər üsullardan da istifadə edə bilər. 

 

Üsulları təhlil edərkən və istifadə üçün seçərkən, onların biliklərin B.S. Bloom 



taksonomiyasının hansı səviyyəsi üçün daha münasib olduğuna diqqət  yetirilməlidir [16].  

Eyni zamanda, nəzərə almaq lazımdır ki, bakalavr pilləsində, xüsusilə də, birinci, ikinci və 

üçüncü kurslarda tədris olunan fənlərin tədris materiallarında  biliklərin birinci üç səviyyələri 

– faktoloji bilik, qavrama və tətbiq əsas yer tutur, dördüncü səviyyəyə isə cüzi yer verilir. 

Təhlildən, bir qayda olaraq, dördüncü kursda tədris olunan fənlərdə daha geniş istifadə edilir. 

Magistr tələbələrin qiymətləndirilməsində bilik və qavramaya cəmi 20 faizin, tətbiq, təhlil, 

sintez və dəyərləndirməyə isə 80 faizin ayrılması məsləhət görülür. Fənlərin mahiyyətindən 

və müəllimlərin yanaşmalarından asılı olaraq bu nisbətlər dəyişə bilər. 

Təqdim olunan yanaşmalar bu və ya digər dərəcədə biliklərin taksonomiyasının beş 

səviyyəsini – faktoloji bilik, qavrama, tətbiq, təhlil və sintezi əhatə edir. Üsullar bu təsnifata 

uyğun təqdim edilir. 

Ali məktəbdə tədrisin təşkilinin xüsusiyyətlərini nəzərə alaraq, əsas diqqət baza 

biliklərinin qiymətləndirilməsi, bir dəqiqəlik yazı, “ən çətin və ya aydın olmayan”, 

qabaqcadan formalaşmış yanlış fikirlərin yoxlanılması, problemin tanınması məsələləri,  

uyğun prinsip, problemin həllinin sənədləşdirilməsi, informasiyanın məqsədyönümlü ifadəsi, 

kateqoriyalaşdırma, üstünlüklər və çatışmazlıqlar cədvəli (matrisi), məzmun, forma



 

 

və funksiyanın əsas müddəaları, bir cümləlik xülasə və konsepsiya sxemi üsullarına verilib. 



Üsulların qısa təsviri və tətbiqinə dair məlumat cədvəldə verilir. 


 

 



 

Bilik 

səviyyəsi 

 

Üsul 

 

 

Təsviri 

 

 

Uyğun 

siniflər 

 

 

Tətbiq 

sahələri 

Tələb olunan  

vaxt və səy 

(Tapşırığın 

hazırlanması, 

yoxlanılması 

və yerinə 

yetirilməsi) 



 

 

 

 

 

Faktoloji 

 bilik və 

qavrama 

 

Baza biliklərinin 



qiymətləndirilməsi 

Fənnin və ya müəyyən bir mövzunun 

tədrisi başlamamış fənn ilə əlaqəsi olan 

və əvvəllər əldə olunmuş biliklərin 

səviyyəsi qiymətləndirilir  

Müxtəlif  

ölçülü  

siniflər  

Bütün sahələr 

Orta 

Orta 

Orta 


Bir dəqiqəlik yazı 

“Dərs ərzində öyrəndiklərinizdən ən  

mühümü nədir?” sualından istifadə 

edərək, tələbələrin öyrənməsi barədə 

əks əlaqə əldə edilir  

Müxtəlif  

ölçülü 

 siniflər  

Bütün sahələr 

Az 

Az 

Az 

 

“Ən çətin və ya aydın 

olmayan” 

 “Mühazirədə (mövzuda, 



müzakirədə, ev tapşırığında) sizin 

üçün ən çətin və ya aydın olmayan nə 

idi? ” sualının verilməsi ilə aydın 

olmayana dair qısa yazılı cavab alınır  

Böyük 

 ölçülü  

siniflər  

Riyaziyyat, 

təbiət elmləri, 

iqtisadiyyat, 

sosial və siyasi 

elmlər, statistika 

və s. 

Az 



Az 

Az 



Qabaqcadan formalaşmış 

yanlış fikirlərin 

yoxlanılması 

 

Qabaqcadan formalaşmış yanlış 

fikirlərin yoxlanılması üsulu öyrənməyə 

maneə yarada biləcək əvvəlki bilik və 

inancları açıqlayır 

 

Müxtəlif  



ölçülü  

siniflər 

Sosial və siyasi 

elmlər, Humanitar,  

insanların 

davranışına dair 

fənlər 

 

Orta 



Orta 

Az 


 

 

 

 

 

 

Tətbiq 

Problemin tanınması  

məsələləri 

Problemin ümumi tiplərindən olan bir 

neçə misalın uyğun tiplərə aid edilməsi 

Müxtəlif  

ölçülü 

 siniflər 

Bütün sahələr 

Orta 

Orta 

Orta 


 

 

Uyğun prinsip 

 

Tələbələr rastlaşdığı problemin tipini 

müəyyən etdikdən sonra problemin 

həlli üçün hansı prinsipləri tətbiq 

edəcəkləri barədə qərar verirlər 

Müxtəlif  

ölçülü 

 siniflər 

Qaydalar və 

prinsiplər tətbiq 

olunan sosial və 

təbiət elmləri, 

miqdari üsullar tətbiq 

olunan sahələr 

Orta 

Orta 

Orta 

Problemin həllinin 

sənədləşdirilməsi 

 

Tələbələr problemin həllinin 

ardıcıllığını izləyir və uyğun qeydlər 

aparırlar  

Kiçik və 

orta 

 ölçülü  

siniflər 

Mühasibat uçotu, 

proqramlaşdırma, 

mühəndislik, 

iqtisadiyyat, fizika, 

statistika, kimya, 

cəbr,  məntiq 

Orta 

Orta 

Orta 

İnformasiyanın 

məqsədyönümlü ifadəsi 

 

İnformasiyanın öz sözləri ilə  

auditoriyaya uyğun ifadə edilməsidir 

Kiçik və 

orta 

 ölçülü  

siniflər 

Marketinq, sosial iş, 

səhiyyə, təhsil, hüquq 

Orta 

Orta 

Orta 



 

 

 

 

 

 

 

Təhlil 

 

 

Kateqoriyalaşdırma 

 

Tələbələr verilmiş məlumatı 

(obyektləri) oxşarlıq və uyğunluq 

prinsiplərinə əsaslanaraq, əvvəlcədən 

müəyyən olunmuş kateqoriyalara 

bölürlər 

Müxtəlif  

ölçülü  

siniflər  

Giriş xarakterli 

istənilən fənlər 

Orta 

Orta 

Orta 



 

 

Üstünlüklər və 

çatışmazlıqlar cədvəli 

(matrisi) 

Tələbələr qərarı, yanaşmanı, problemi 

və s. dəyərləndirərək, üstünlükləri və 

çatışmazlıqları əyani şəkildə üzə 

çıxarırlar. Üsul  qərar verərkən bunları 

nəzərə almağa imkan verir, analitik və 

dəyərləndirmə bacarıqları, kritik 

düşüncəni inkişaf etdirir 

Müxtəlif  

ölçülü  

siniflər 

Təbiət, humanitar, 

sosial, biznes və  

mühəndislik 

Orta 

Orta 

Orta 

Məzmun, forma və 

funksiyanın əsas 

müddəaları 

Tapşırığı yerinə yetirərkən tələbələr 

konkret məlumata dair “nə” (məzmun), 

“necə” (forma), “niyə” (funksiya) 

suallarını diqqətlə təhlil edərək, 

cavablandırmalıdırlar 

Kiçik və 

orta 

 ölçülü  

siniflər 

Reklam, marketinq, 

dizayn, incəsənət, dil, 

ədəbiyyat və s. 

Orta 

Çox 

Çox 


 

 

Sintez 

 

 

Bir cümləlik xülasə 

 

Verilmiş mövzu barədə “Kim nəyi kimə 

nə vaxt, harada, necə və niyə edir? ” 

suallarına cavab verilməsi və bu 

cavabların qrammatik cəhətdən düzgün 

olan xülasə şəklində informativ  yazılı  

bir cümlədə sintez edilməsidir 

Müxtəlif  

ölçülü  

siniflər 

Deklarativ 

informasiyada 

istifadə olunan 

istənilən fəndə 

Orta 

Orta 

Orta 

Konsepsiya sxemi 

Üsul konsepsiyalar arasında olan 

əlaqələri nümayiş etdirir və ondan 

biliklərin təsviri üçün 

istifadə edilir.  

Müxtəlif  

ölçülü 

 siniflər 

Nəzəri yönümlü 

fənlər 


Orta 

Orta 

Orta 



Yüklə 283,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə