Ali MƏKTƏBLƏRDƏ formativ qiYMƏTLƏNDİRMƏNİn təTBİqetmə İmkanlari məhəmməd Nuriyev



Yüklə 283,87 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix08.10.2017
ölçüsü283,87 Kb.
#3838
1   2   3   4   5   6   7   8   9

 

Faktoloji bilik və qavrama 



Baza biliklərinin qiymətləndirilməsi  

Bir çox hallarda növbəti fənni öyrənməyə başlayan tələbənin əvvəllər öyrəndiklərinə 

dair və yeni fənn üçün əsas və öncə şərt olan bilikləri zəif, natamam, fraqmentar, səthi və ya  

səhv olur.  Digər tərəfdən, məlumdur ki, yeni informasiya mövcud koqnitiv struktura uyğun 

olduğu halda tələbələr tərəfindən daha asan dərk olunur, öyrənilir, yadda saxlanılır, koqnitiv 

strukturlara inteqrasiya olunur və nəticə etibarilə  tədris prosesinin effektivliyi artır [17]. 

Qeyd olunanları nəzərə alaraq, fənnin tədrisini tələbələrin əksəriyyətinin bil 

yinə əsaslanaraq başlamaq məqsədəuyğundur. Baza biliklərinin qiymətləndirilməsi 

üsulu bu yanaşmanı həyata keçirməyə şərait yaradır.  

Üsul bütövlükdə fənn və ya onun ayrıca bir mövzusu üzrə tələbələrin baza biliklərini 

qiymətləndirməyə imkan verir və onun istifadə edilməsinin əsas məqsədi tədrisi tələbələrin 

ilkin biliklərinin səviyyəsini  nəzərə alaraq başlamaqdan ibarətdir. Bu halda fənn materialının 

qavraması nisbətən sadələşir, aydın olmayan və çətin başa düşülən bilik elementlərinin sayı 

azalır, tələbəyə yeni fənnə uyğunlaşmaq imkanı verilir. Bundan başqa tələbələrdə 

öyrənəcəkləri barədə ilkin təəssürat yaranır. Üsuldan, həmçinin, mövzunu başa çatdırdıqdan 

sonra da tələbələrin öyrəndiklərinin qiymətləndirilməsi üçün istifadə etmək olar. Üsul baza 

biliklərinin əsasını təşkil edən terminlərin, faktların, konsepsiya və nəzəriyyələrin 

öyrənilməsinə dəstək verir.  

 Üsulda müəllimin əvvəlcədən hazırladığı tapşırıqlardan istifadə edilir və bu 

tapşırıqlara tələbələrin verdiyi cavablar  əsasında tələbələrin fənn ilə əlaqədar ilkin bilikləri 

dəyərləndirilir. Tapşırığa daxil edilən suallar elə tərtib olunmalıdır ki, ən azı bir suala bütün 

tələbələr cavab verə bilsin. Eyni zamanda, sualların arasında kifayət qədər çətini də olmalıdır. 

Bu halda müəllimin tələbələrin biliklərin səpələnməsini və fərqlər diapazonu 

qiymətləndirmək imkanı olur. Suallarda diqqət ilk növbədə öyrənəcəyi mövzularda gərək 

olacaq biliklərə yetirilməlidir. Qiymətləndirmə fənnin və ya konkret bir mövzunun tədrisi 

başlamamış aparılır və növbəti dərsin əvvəlində tələbələr ümumi və fərdi nəticələr ilə tanış 

edilir.  

Müəllim və tələbədən tələb olunan vaxtın o qədər də böyük olmadığına görə, müxtəlif 

sayda tələbə oxuduğu qrup və qrup birləşmələrində tətbiq oluna bilər.   

Baza biliklərinin qiymətləndirilməsi üçün düz-səhv, çoxseçimli və açıq esse tipli 

suallar verilə bilər. Düz-səhv və/və ya çoxseçimli sualların sayı 15-20, açıq esse tipli sualların 

sayı 3-5 olmalıdır. Sualların sayı az olduğu halda qarşıya qoyulan məqsəd əldə olunmur, 




 

yoxlama natamam xarakter daşıyır, digər tərəfdən, sualların sayının həddindən çox olması 



müəllimin və tələbələrin işini gərək olmayan dərəcədə artırır. Aşağıdakı misalda açıq sualın 

nümunəsi verilib. 

Misal 1 

İkinci kurs tələbələrinə “Mikroiqtisadiyyat” fənninin tədrisinə başlayan müəllim birinci dərsdə 

öyrənmək istəyir ki, tələbələr “Biznesə giriş” fənnində iqtisadiyyatın əsaslarına dair tədris olunmuş 

materialı nə dərəcədə yaxşı öyrəniblər və bilirlər. Bunu müəyyən etmək üçün müəllim tələbələrə 

iqtisadiyyata, istehsal imkan və amillərinə, tələb və təklifə, bazar modellərinə, xərclərə dair on 

çoxseçimli sual, pulun funksiyalarına (sadalamaq), təklif və tələbə təsir edən amillərin növlərinə dair 

iki açıq sual verir. Tapşırığın yerinə yetirilməsinə on-on beş dəqiqə vaxt ayrılır.  

Tələbələrin cavablarından məlum olur ki, onların böyük qisminin  bu sahədəki bilikləri  natamam və 

qeyri-dəqiqdir. Bu, o deməkdir ki, “Mikroiqtisadiyyat” fənninin tədrisi zamanı müəllim iqtisadiyyatın 

mikroiqtisadiyyat bölməsində istifadə olunan əsas anlayış, konsepsiya və prinsiplərinin qısa xülasəsini 

təkrarən verməlidir və tələbələrin bilik səviyyəsindən asılı olaraq, müxtəlif detallarla baza anlayışlarını 

sinifdə təkrar etməlidir. Müəllim bu haqda tələbələrə məlumat verməlidir və onların nəzərinə 

çatdırmalıdır ki, materialın bir qismi bəzi tələbələr üçün aydın və məlum, digərləri üçün isə naməlum 

və yeni olacaq.  Eyni zamanda,  tələbələrin diqqəti əvvəllər başqa fənlərdə keçdikləri və hazırda onlara 

gərək olan materialın təkrarlanmasına cəlb olunmalıdır. Baza biliklərinin qiymətləndirilməsi zamanı 

bilikləri tamamilə qeyri-qənaətbəxş  olan tələbələrin nəzərinə xüsusilə çatdırılmalıdır ki, onlar fənnin 

öyrənilməsinə daha çox vaxt və səy ayırmalıdırlar.  

Tapşırıqların dilinə leksika baxımından xüsusi diqqət yetirilməlidir. Semestrin 

əvvəlində tələbələrin yeni fənnə aid olan söz ehtiyatı məhdud ola bilər.  

Üsulun əsas üstünlüyü ondan ibarətdir ki, tədrisin əsas hissəsinə keçməmiş tələbələrin 

zəif və güclü tərəfləri üzə çıxarılır və öyrətmə mövcud biliklərə əsaslanaraq reallaşdırılır. 

Eyni zamanda, nəzərə almaq lazımdır ki, qənaətbəxş olmayan nəticələr tələbələri və müəllimi 

ruhdan sala bilər.  

Bir dəqiqəlik yazı 

Semestr boyu tələbələrin biliklərinin qiymətləndirilməsi üçün auditoriyada geniş 

istifadə olunan üsuldur. Dəqiqə anlayışı burada məcazi məna daşıyır, yazının yazılışı üçün bir 

neçə dəqiqə ayrıla bilər. Bəzən üsul  “Yarım səhifəlik cavab” da adlandırılır. Üsul sadə yol ilə 

öyrənmə barədə cari əks əlaqəni əldə etməyə imkan verir. Üsuldan istifadə edən müəllim 

dərsin sonunda iki sual verir:  

-

 

Dərs ərzində öyrəndiklərinizdən ən mühümü nədir? 




Yüklə 283,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə