Ali MƏKTƏBLƏRDƏ formativ qiYMƏTLƏNDİRMƏNİn təTBİqetmə İmkanlari məhəmməd Nuriyev



Yüklə 283,87 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix08.10.2017
ölçüsü283,87 Kb.
#3838
1   2   3   4   5   6   7   8   9

18 

 

 



Cavab: c 

 

Həllin sənədləşdirilməsi  

 

 

İlk növbədə tələbin qiymətə görə elastikliyinin (E



p

)

  



tərifini nəzərdən keçirirəm. E

qiymətin 

dəyişməsinə cavab olaraq tələbin nə qədər dəyişəcəyini göstərir. 

 

Tələb qanununa görə əmtəənin tələb olunduğu miqdar əmtəənin qiyməti azaldıqca artır. 



 

Mən bilirəm ki, elastikliyin düsturu belədir:  



E

p

 =miqdarın faizlə dəyişikliyi/qiymətin faizlə dəyişikliyi

 

Tələb qeyri-elastikdirsə (E



p

<1), qiymətin artımı tələb olunan miqdarın azalmasına səbəb olur, 

lakin bu azalma proporsiya baxımından daha kiçikdir, nəticədə məcmu gəlir də artır, yəni 

qiymət və məcmu gəlir eyni istiqamətə hərəkət edirlər. Nəticədə  qiymət artanda gəlir artır, qiymət 

azalanda gəlir azalır. 

 

Tələb elastikdirsə (Ep>1), qiymətin artımı tələb olunan miqdarın azalmasına səbəb olur və bu 



azalma proporsiya baxımından daha böyükdür, nəticədə məcmu gəlir azalır, yəni qiymət və 

məcmu gəlir əks istiqamətə hərəkət edirlər. Nəticədə, qiymət artanda gəlir azalır, qiymət azalanda 

gəlir artır. 

 

Əgər E





=1, onda miqdarın və qiymətin faizlə dəyişikliyi eynidir. 

 

Digər tərəfdən, məlumdur ki, məcmu gəlir malların miqdarının qiymətinə hasilinə bərabərdir: 



TR=P*Q 

 

Elastikilik və məcmu gəlirin dəyişməsi arasında olan asıllılığı nəzərdən keçirəndə məlum olur 



ki, əgər E



=1, bu, o deməkdir ki, elastiklik düsturunun surəti və məxrəci eynidir, yəni  

miqdarın və qiymətin faizlə dəyişikliyi eynidir. 

 

Əgər elastiklik vahidə bərabərdirsə, qiymət  və miqdar eyni faizlə dəyişirsə, onda məcmu gəlir 



dəyişməyəcək. 

 

Üsulda hesab edilir ki, nəticəyə aparan yolun bilinməsi nəticənin özündən daha 

vacibdir. Baxdığımız halda isə tələbələr üçün məsələnin həllini izah etmək bacarığı məsələnin 

düzgün həllindən vacibdir, çünki həllin düzgün sənədləşdirilməsi səhvə yol verildiyi halda 

səhvləri üzə çıxarmaq və sonradan onları aradan qaldırmaq imkanı verir. 

Həll etmə prosesinin izahı və sənədləşdirilməsi təcrübəsiz insanlar üçün kifayət qədər 

çətin məsələdir. Ola bilər ki, eyni məsələnin həlli üçün tələbələr mühüm dərəcədə fərqli 

istiqamətlər seçsinlər, bu halda onlara ümumi bir əks əlaqənin verilməsi qeyri - mümkündür 

və ya məqsədəuyğun deyil. 



19 

 

İnformasiyanın məqsədyönümlü ifadəsi 

Gündəlik fəaliyyətlərində adi insanlar və mütəxəssislər ixtisaslaşdırılmış 

informasiyanı öz sözləri ilə ümumi dildə ifadə etmək (parafraz) ehtiyacı ilə üzləşirlər.  Bu 

ondan irəli gəlir ki, daimi ünsiyyətdə insanlar fəaliyyətlərinin növlərindən asılı olaraq ümumi 

və ya ixtisaslaşdırılmış dillərdən və ya peşəkar jarqonlardan istifadə edirlər. İlkin mesajın 

təyinat ünvanı dəyişəndə, informasiyanın düzgün və effektiv qavramasını təmin etmək üçün 

onun parafraz edilməsi ehtiyacı yaranır. İnformasiyanın məqsədyönümlü öz sözləri ilə  nağıl 

edilməsi tapşırığı tələbələrdə bu bacarığın nə səviyyədə olduğunu qiymətləndirmək və onu 

inkişaf etdirmək imkanı verir.  

İnformasiya mesajlarının konkret auditoriya, insanlar və məqsədlərə 

uyğunlaşdırılması mesajları daha faydalı edir və belə bir bacarığın tələbələrdə inkişaf 

etdirilməsi xüsusi maraq kəsb edir.  

 

Üsul kommunikasiya və yazı vərdişlərini, öyrənmə, idarəetmə və bilikləri tətbiq etmə 



bacarıqlarını inkişaf etdirir. Xüsusilə mühüm bilik elementlərinin dərkedilməsinin  

qiymətləndirilməsində faydalıdır. Məsələn, marketinq, sosial iş, səhiyyə, təhsil, hüquq kimi 

sahələrdə tələbələrin uğuru xüsusi və  mürəkkəb informasiyanı mənimsəməsi və onun ümumi 

dildə ictimaiyyətə çatdırılması bacarığından asılıdır. Ümumiyyətlə, parafraz bacarığı 

dərketməni və tətbiq etmə hazırlığını  nümayiş etdirir.  

Üsulun tətbiqi tələbələrin fəndə öyrəndiyi hər hansı bir nəzəriyyənin və ya 

konsepsiyanın seçimindən başlanır. Eyni zamanda, mesaj çatdırılacaq auditoriya, mesajın 

həcmi və məqsədi müəyyən edilir. Bundan sonra müəllim parafrazın öz variantını hazırlayır 

və sərf etdiyi vaxtı qeydə alır. Tapşırıq tələbələrə veriləndə onların nəzərinə oxucuların 

(dinləyicilərin) kim olduğu, mesajın arzu olunan uzunluğu (sözlə və ya vaxtla) bildirilir. 

Tapşırığın yerinə yetirilməsi üçün tələbələrə müəllimə nisbətən ikiqat artıq vaxt verilir. 

 

Misal 1. 

Bu misalda MBA tələbələri üçün nəzərdə tutulmuş dərslikdən (Marketing Management, Philip Kotler, Kevin 

Keller, 14 edition Pearson publisher, 2012) Azərbaycan dilinə tərcümə olunmuş bir abzasın mənasının 

bakalavr pilləsində biznesixtisasları üzrə oxuyan tələbələri üçün sadə bir tərzdə öz sözləri ilə ifadə olunması 

tələb olunur.    

“Marketinq dəyərinin yaradılması, onun haqqında məlumatın kommunikasiya edilməsi, dəyərin müştərilərə 

çatdırılması, müştərilərlə əlaqələrin idarə edilməsini təşkilatın və maraqları olan tərəflərin faydalanmasını təmin 

edən üslubda həyata keçirən proseslər toplusu və təşkilatı funksiyadır.  Marketinqin idarə edilməsi hədəf 




20 

 

bazarların seçimi və yüksək keyfiyyətli dəyərin yaradılması yolu ilə müştərilərin cəlb edilməsi, saxlanılması və 



inkişaf etdirilməsi (say və tələbatları baxımından)  məharəti və bacarığıdır.” 

Abzasın öz sözləri ilə ifadə olunmuş, sadələşdirilmiş variantı: 

Marketinq təşkilatın bizness funksiyalarından biridir. Bu funksiya öz növbəsində bir sıra proseslərdən ibarətdir: 

 

Yüksək keyfiyyətli dəyərin yaradılması; 



 

Məhsulun və xidmətin dəyəri barədə məlumatın müştərilərə çatdırılması; 

 

Müştərilərlə əlaqələrin idarə olunması nəticəsində təşkilatın və maraqlı tərəflərin faydalanmasının 



təmin edilməsi;  

 

Mövcud və alternativ bazarlardan birinin və ya bir neçəsinin əsas hədəf kimi seçilməsi; 



 

Müştərilərin cəlb edilməsi; 

 

Müştərilərin qorunub saxlanılması; 



 

Yeni müştərilərin üzə çıxarılması, yaradılması, yeni və mövcud müştərilərə satışın (xidmətin) 

artırılması.   

Misal 2. 

Layihənin nizamnaməsi layihənin mövcudluğuna formal olaraq icazə verən və layihə menecerinə layihə 

fəaliyyətlərinə təşkilati resursların tətbiqinə səlahiyyət verən layihənin təşəbbüskarı və ya sponsoru tərəfindən 

verilmiş sənəddir. 

 

PMBOK® Təlimat kitabı, səh. 434 



 

Layihənin nizamnaməsi layihəni qanunlaşdıran, əhatə dairəsi, məqsədi və iştirakçıları müəyyən edən sənəddir. 

Nizamnamə layihə menecerinə layihə fəaliyyətlərinin icrası üçün resuslardan istifadə etmə səlahiyyətlərini verir. 

Sənəd layihənin təşəbbüskarı və ya  layihəyə nəzarət edən tərəfindən verilir.  

 

Qeyd etdiyimiz kimi, üsul məlumatın aktiv və məqsədyönümlü qavranılmasına və 



kommunikasiyasına əsaslanır və məhz bu bacarıqları inkişaf etdirir. Üsulun tətbiqi 

nəticəsində tədris materialını tələbələrin necə qavradığı müəyyən edilir və bu məlumat 

əsasında öyrətmə prosesi lazımı istiqamətdə təshih edilir. 

Təhlil 

Kateqoriyalaşdırma 

Üsulda verilmiş məlumatı (obyektləri) oxşarlıq və uyğunluq prinsiplərinə əsaslanaraq, 

əvvəlcədən müəyyən olunmuş kateqoriyalara aid etmək təklif edilir.  Bəzən tələbələr baxılan 

predmet sahəsinə uyğun olan kateqoriyaları da özləri müəyyən etməlidirlər. Aydındır ki, 

tapşırığın yerinə yetirilməsi üçün tələb olunacaq vaxt obyektlərin və kateqoriyaların sayından 



Yüklə 283,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə