Ali MƏKTƏBLƏRDƏ formativ qiYMƏTLƏNDİRMƏNİn təTBİqetmə İmkanlari məhəmməd Nuriyev



Yüklə 283,87 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix08.10.2017
ölçüsü283,87 Kb.
#3838
1   2   3   4   5   6   7   8   9

21 

 

və onların oxşarlığından asılıdır. Əgər tapşırıq qısa müddət ərzində yerinə yetirilməlidirsə, 



kateqoriyaların və obyektlərin sayı çox böyük olmamalıdır. Lakin bütün hallarda məzmun 

baxımından obyektlər siyahısı zəngin olmalıdır, əks təqdirdə üsul “cırlaşacaq” və təhlil etmə 

bacarıqlarının əvəzinə ancaq faktoloji biliklər yoxlanılacaq.  

Üsulun tətbiq edilməsi üçün mövzuya aid olan iki-üç kateqoriya seçilir və bu 

kateqoriyalara aid olan obyektlərin ixtiyarı ardıcıllığı olan siyahı tərtib olunur. Bu məlumat 

və kateqoriyalaşdırma cədvəli tələbələrə tapşırıq kimi təqdim olunur.  

Tapşırıqa dair məlumatın cədvəl və ya sərbəst formatda verilməsi mümkündür. 

Nümunə 


Kateqoriyalar 

Uyğun olan obyektlər 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Obyektlərin qarışıq siyahısı: 

   


Üsulda tələbələrin kateqoriyalaşdırma qabiliyyəti qiymətləndirilir. Əks əlaqə 

müəllimə tələbələrin başa düşüb-düşmədiklərini və necə başa düşdüklərini müəyyən etməyə 

imkan verir. Kateqoriyalaşdırma cədvəli ilə yazılı formatda işləyərkən tələbələr başqa 

hallarda özləri üçün qeyri-aşkar olan təsnifat qaydalarını əyani şəkildə üzə çıxardır və 

təkmilləşdirirlər. 

   


Üsul öyrənmə, yaddaş, analitik təhlil və nəticənin çıxarılışı bacarıqlarını inkişaf 

etdirir. Giriş xarakterli fənlər üçün daha münasibdir. 

Sadə misal: Verilmiş sözlər toplusunu isim, feil və sifətlərə ayırın

Qara, kənd, sökmək, tapşırıq, şirin, savadsız, insan, uca, kitab, oxuyan, dadsız, yazmaq. 

 

Çətin misal: Siyahıda verilənləri aktivlərə, öhdəliklərə və kapitala ayırın. Bu məsələnin 



həlli mühasibat uçotunun əsas sənədi olan balans hesabatının duzgün tərtib edilməsində 

həlledici rol oynayır. Təcrübə göstərir ki, məhz aktivlərin, öhdəliklərin və kapitalın  düzgün 

müəyyən edilməməsi səhv balansının hazırlanmasının əsas səbəbi olur.  



22 

 

 



Siyahı: Bölüşdürülməmiş mənfəət, Torpaq, tikili və avadanlıqlar, Qısamüddətli verilmiş borclar, Digər 

qısamüddətli öhdəliklər, Ödəniləcək maaş , Pul vəsaitlərinin ekvivalentlərı, Lisenziya, Emissiya gəliri, 

Qısamüddətli kreditor borcları, Gələcək hesabat dövrlərinin xərcləri, Uzunmüddətli bank kreditləri, Vergi 

öhdəlikləri, Debitor borclar, Digər uzunmüddətli investisiyalar, Kassa, Yenidən qiymətləndirilmə üzrə ehtiyat, 

Faizlər üzrə qısamüddətli debitor borclar, Material ehtiyatları, Qısamüddətli borclar, Qısamüddətli bank 

kreditləri, Gələcək hesabat dövrlərinin gəlirləri, Uzunmüddətli kreditor borcları, Uzunmüddətli verilmiş borclar, 

Digər uzunmüddətli investisiyalar, Uzunmüddətli borclar, İnvestisiyalar, Digər uzunmüddətli öhdəliklər. 

 

 



Kateqoriyalar 

Uyğun olan obyektlər 

 

 

 

 

 

Aktivlər 

Torpaq, tikili və avadanlıqlar  

İnvestisiyalar 

Debitor borclar 

Uzunmüddətli verilmiş borclar  

Digər uzunmüddətli investisiyalar  

Gələcək hesabat dövrlərinin xərcləri  

Lisenziya 

Material ehtiyatları 

Faizlər üzrə qısamüddətli debitor borclar  

Kassa  

Pul vəsaitlərinin ekvivalentlərı  



Qısamüddətli verilmiş borclar  

 

 

 

 

 

 

Öhdəliklər 

 

 

Uzunmüddətli bank kreditləri  

Uzunmüddətli borclar  

Uzunmüddətli kreditor borcları 

Gələcək hesabat dövrlərinin gəlirləri 

Digər uzunmüddətli öhdəliklər 

Qısamüddətli bank kreditləri 

Qısamüddətli borclar 

Vergi öhdəlikləri 

Qısamüddətli kreditor borcları 

Digər qısamüddətli öhdəliklər 

Ödəniləcək maaş  



 

Kapital 

Emissiya gəliri 

Yenidən giymətləndirilmə üzrə ehtiyat 

Bölüşdürülməmiş mənfəət  

 

Üstünlüklər və çatışmazlıqlar cədvəli (matrisi) 

Üsul hər hansı bir məsələnin üstünlük və çatışmazlıqlarını, mənfi və müsbət 

tərəflərini, xərc və faydalarını qısa bir müddət ərzində qiymətləndirməyə şərait yaradır.  

Üsul analitik və dəyərləndirmə, nəticənin çıxarılışı, seçimlərin edilməsi və 

düşünülmüş qərarların verilməsi bacarıqlarını inkişaf etdirir, qərarı, yanaşmanı, problemi və 



23 

 

s. dəyərləndirməyə, üstünlükləri və çatışmazlıqları əyani şəkildə üzə çıxarmağa və qərar 



verərkən bunları nəzərə almağa imkan verir.   

Təbiət, humanitar, sosial, biznes, mühəndislik və bir sıra başqa fənlərdə uğurla 

istifadə oluna bilər. 

Misal 1. 

Biliklərin qiymətləndirilməsi tapşırıqların üstünlükləri və çatışmazlıqları 



Tapşırıqlar 

Üstünlüklər 

Çatışmazlıqlar 

Düz-səhv 

Sadə 

Az vaxt aparan 



Güman edərək düzgün cavabın 

tapılması ehtimalının yükək olması 

Ancaq faktoloji biliklərin 

yoxlanılması 

Hazır cavabdan istifadə edilməsi 

Qoşa müqayisə 

Sadə 

Tərtibatı asandır 



Az vaxt aparan 

Geniş məzmunun əhatə etmək imkanı 

İmtahan nəticələrinin yüksək etibarlılığı  

Faktlar arasındakı əlaqələrin yoxlanılması üçün 

çox münasibdir 

Güman edərək düzgün cavabın tapılması 

ehtimalının  az olması  

 

Yüksək 



səviyyəli 

bilikləri 

yoxlamaq çətindir 

Hazır cavabdan istifadə edilməsi  

Çoxseçimli suallar 

 

Az vaxt aparan 



Biliklərin müxtəlif səviyyələrinin 

qiymətləndirilməsinin mümkünlüyü 

Güman edərək düzgün cavabın tapılması 

ehtimalının az olması   

Müxtəlif çətinlik dərəcəsi olan sualların tərtib 

edilməsi imkanı 

Geniş həcmli materialın əhatə olunması imkanı 

Cavabların qiymətləndirilməsinin asanlığı və az 

vaxt sərf olunması 

Cavabların qiymətləndirməsinin obyektivliyi 

Hazır cavabdan istifadə edilməsi 

Sualların tərtib olunmasına çox 

vaxt tələb olunur 

Cavabın biri düz olduğuna görə 

güman yolu ilə düzgün cavabın 

verilməsi ehtimalı var 

Tələbə seçim kənarında olan 

bilikləri nümayiş etdirə bilmir 

Keyfiyyətli tapşırıqları hazırlamaq 

asan deyil 

 

Esse tipli (açıq) 



suallar 

Bilikləri sistemləşdirmək, ümumiləşdirmək,  

şərh etmək və müxtəlif formatda təsvir etmək 

bacarıqlarını yoxlamağa imkan verir 

Digər suallara nisbətən daha asan hazırlanır 

Tələbəyə daha real məsələ verilir 

Tələbələrə cavablarda yaradıcılığı və fərdiyyəti 

nümayiş etdirməyə imkan verir  

Güman etmə yolu ilə cavabların tapılmasını 

məhdudlaşdırır 

Tələbələrdən özlərinin tərtib etdiyi cavabları 

verilməsini tələb edir 

Yüksək səviyyəli bilik və məqsədləri effektiv 

qiymətləndirməyə imkan verir 

 

Yoxlanılması çox vaxt tələb edir 



Qiymətləndirmə subyektiv ola bilər 

Testin və testi yoxlayanın 

etibarlılığı aşağıdır: 

Eyni tələbə bir-birinə oxşar 

məzmunu və çətinliyi olan testlərdə 

çox fərqli nəticə nümayiş etdirə 

bilər 

Uydurmaları dəstəkləyə bilər 



 

  

Üsulu tətbiq etmək üçün konkret fəndə öyrətmə və öyrənmə ilə bağlı və tələbələrə 



təsir edən  məsələ, dilemma, fikir və ya qərar seçilir. Müəllim problem və ya dilemma ilə 


Yüklə 283,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə